R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə13/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   9   10   11   12   13   14   15   16   ...   131

səviyyələrində  -   kosmosda,  təbiətdə,  sosiumda  və  hüquq  düşüncəsində 
hökmranlıq  edən  ümumi  normativ  prinsiplərin  eyniliyini  sübut  edir. 
Sosiologiya  metafizika  ilə  yanaşı  özünü  pozitiv  biliklərin  daşıyıcısı  kimi 
dərk  edir.  Bu  zaman  o,  sosial  təcrübənin  hüdudlarından  kənara  çıxmağa 
soy  göstərmir.  Daha  praqmatik  olan  sosiologiya  həyati  reallıqların 
kristallaşıuış nüvəsində möhkəm dayanır.
Ayrıca  şəxsiyyət,  eləcə  də  bütövlükdə  cəmiyyət  hüquq  fəlsəfəsindən 
konkret  praktiki  tövsiyələr  gözləmədiyi  halda,  hüquq  sosiologiyasından 
sosial-hiiquqi  institutların  fəaliyyətinə,  uğurlu  addımlarına  kimin  cavab 
verməsinə, kimlərin məsuliyyət daşımasına dair bütün cavabları gözləyir.
Mor  iki  elmi  fənnin -  hüquq  sosiologiyası  və  hüquq  fəlsəfəsinin bir- 
birinə  rəqib  olmadan  birgə  mövcud  olmaları  tamamilə  mümkündür.  Ək­
sinə,  onlar  bir-birinə  yaxın  və  doğma  olan  bilik  sahələri  kimi,  ənənəvi 
olaraq  bir-birini  qarşılıqlı  surətdə  zənginləşdirir.  Məsələn,  əgər  hüquq 
sosiologiyası  hüquq  normasının  ictimai  qaydanı  təmin  etmək  və  sosial 
sistemin  həyati  bütövlüyünü  möhkəmləndirmək  üzrə  konkret  hərəkət 
mexanizmlərini  tədqiq  edirsə,  hüquq  fəlsəfəsi  insan  birliklərində,  ayrı- 
ayrı  sosial  qruplarda  tarixi  iradənin  və  ictimai  zərurətin  hüquq  normaları 
vasitəsilə ııcco təzahür etdiyini  sübut etməyə səy göstərir.
Öz  mahiyyətinə  görə  kosmosentrik olan  və  hüquq qaydasının dünya 
qaydaları,  qanunları  ilə qarşılıqlı münasibətinə xeyli  diqqət yetirən hüquq 
fəlsəfəsindən  fərqli  olaraq,  hüquq  sosiologiyası  sosiosentrikdir  və  o, 
sosial  strukturların  mümkün  təhlili  çərçivəsində  öz  suallarına  cavablar 
axtarır.  Hüquq  sosiologiyası  üçün  hüquqi  fenomenlərin  tapmacalı  sirləri 
cəmiyyətin  özündədir.  Hüquq  sosiologiyası  üçün  sosiuın  öz qanunları  ilə 
hüququn təbiətinə şamil  olunan kifayətedici  makrokosmdur.
Hüquq  sosiologiyası  özünün  nəzəri  hissəsində  kifayət  qədər  qüdrətli 
cvristik  potensiala  malikdir  və  bu  gün  hüquq  fəlsəfəsinin  konseptual 
cəhətdən  zənginləşməsinə  yardım  edə  bilər.  Nəzəri  hüquq  sosiologiyası 
öz  klassiklərinin  -   M.Vbcrin,  Y.Erlixin,  T.Gcygerin,  T.Parsonsun  şəx­
sində  hələ  uzun  müddət  müasir  hüquq  fəlsəfəsi  üçün  sonsuz  ideyalar 
mənbəyi  və ilhamverici olacaqdır.1
Hüquq  elminin  özünün  daxilində  diferensiasiyanın  inkişafı  əsasında 
bir sıra səbəblər  -  tarixi, qnoscoloji  və ideoloji  səbəblər dayanır.  Fəlsəfi- 
hüquqi  ədəbiyyatda  düzgün  olaraq  göstərilir  ki,  ...biliklərin  diferensiasi­
1  Касьянов  B.B.,  Нечипуренко B.II.  G öst.  kitab,  s.17.
4 8
yasının  əsasını  obyektiv  tələbatlar  və  müəyyən  dərəcədə  də  obyektiv 
proseslər təşkil edirlər.1 Bu prosesin təşkilinin səciyyəvi  cəhəti  kompleks 
institutların,  kompleks  elmi  qrupların  və  kompleks  metodların  yaradıl­
masından ibarətdir.
Sosial-hüquqi  tədqiqatlar  öz  təbiətinə  görə  kompleks  xarakter  da­
şıyırlar.  Sosioloji  tədqiqat  bu  və  ya  digər  sosial  problemin  hərtərəfli  və 
tam  öyrənilməsindən  ibarətdir.  Belə  tədqiqat  xüsusi  olaraq  işlənib  ha­
zırlanmış  metodikanın  tətbiqinə  söykənir.  Bu  zaman  ilkin  materialın  təd­
qiq  edilməsi  də  zərurət  təşkil  edir.  Bunu  tam  şəkildə  hüquq  elmləri  sa­
həsində  aparılan  sosioloji  tədqiqatlara  da  aid  etmək  olar.  Hüquq  so­
siologiyası  özünəməxsus  xüsusi  nəzəri  hissəyə  malikdir.  Onun bu  hissəsi 
xüsusi  hissəni  və  tədqiqatın  metodologiyasına  və  proseduruna  aid  olan 
mürəkkəb kompleks məsələləri  əhatə edir.
Lakin  istənilən  mürəkkəb  prosesi,  yaxud  kompleks  problemi  müs­
təqil  elmin  fərqləndirilməsi  üçün  kifayətedici  əsas  kimi  qiymətləndirmək 
olmaz. Aydındır ki, bunun  üçün  hansı dərin və əsaslandırılmış kriteriyalar 
lazımdır.  Məhz  belə  kriteriyalar  yeni  elmi  istiqamətin  və  ya  fənnin  fərqli 
cəhətlərini müəyyən etməyə imkan verir.
Hüquq  sosiologiyası  elmi  bir  istiqamət  kimi  əsas,  məhz  onun  özünə 
xas  olan  problemlərə  malikdir.  Hüquq  sosiologiyasının  ümumi  problem­
lərilə  yanaşı,  hüququn  sosial  mənbələri,  sosial  sistem  və  hüquq  institut­
larının  fəaliyyətinin  sosial  mexanizmləri,  hüququn  sosial  funksiyalarının 
sistemi,  sosial  tən/.imctmənin  hüquqi  problemləri,  hüququn  və  ictimai 
rəyin qarşılıqlı fəaliyyəti  və s. bu kimi problemləri də mühüm yer tutur.
Beləliklə,  hüquq  sosiologiyası  və hüquq  fəlsəfəsinin  qarşılıqlı  müna­
sibəti,  bir-birilə  qırılmaz  əlaqəsi  onların  eyni  yönümlü  ümumi  elmlər 
kimi  təzahür  etmələrini  şərtləşdirir.  Bu  iki  bilik  sahəsi  bir-birini  nəinki 
sıxışdırmır,  əksinə,  onların  eyni  mahiyyətli  istiqamətləri  daha  da  yaxın­
laşmalarına şərait yaradar.
4.  Hüquq sosiologiyasının  dərketmə metodları
Sosiologiya  on  müxtəlif  planda  zəruri  informasiyanı  -   seçicilərin 
rəyi,  məktəblilərin  asudə  vaxtı,  prezidentin  reytinqi,  ailə  büdcəsi,  işsizlə­
rin  sayı,  doğumun,  evlənmənin  və  ya  boşanmanın  səviyyəsi  və  s.  haq-
1  Керимов Д .Л . Философские проблемы  права.  М.,  «Мысль»,  1972,  с.32.
49


qında  informasiyanı  əldə  etmədən  mövcud  ola  bilməz.  Tədqiqatçı  ilk 
növbədə  qəzet  və jurnallarda,  bülletenlərdə  və  məruzələrdə  dərc  edilmiş 
rəsmi  statistikadan  istifadə  edir.  İnformasiyanı  əldə  edə  bilməyən  sosio­
loq  «insanların  subyektiv  rəyinin  izah  olunduğu  sosioloji  sorğuya  müra­
ciət  edir.  Sosioloq  belə  insanları  ankctləşdirərkən  onlar  respondentlər 
adını  alırlar.  Ümumiləşdirilmiş  məlumatlar  statistik  cədvəllər  şəklində 
təqdim  olunur,  onların  qanunauyğunluqları  izah edilir.  Yekun nəticə elmi 
nəzəriyyənin  qurulmasından  ibarətdir.  Bu  da  öz  növbəsində  gələcək ha­
disələr haqqında qabaqcadan müəyyən mülahizələr yürütməyə və praktiki 
tövsiyələr işləyib hazırlamağa imkan yaradır.
Hüquq  sosiologiyası  özünün  dərketmə  metodlarını  ümumi  sosiolo­
giyadan  əxz edir.  Məlum olduğu  kimi,  ümumi  sosiologiya  eyni  zamanda 
həm  nəzəri,  həm  də  empirik  fəndir.  Buna müvafiq  surətdə o,  həm nəzəri, 
həm  də  empirik  metodlardan  istifadə  edir.  Hüquq  sosiologiyasının  isti­
fadə  etdiyi  empirik  metodlara  müşahidə,  sorğu,  sənədlərin  təhlili  və eks­
periment  aid  edilir.  Hüquq  sosiologiyası  üçün  ən  əlverişli  metod  müqa- 
yisoli-tarixi  metoddur.  Bu  metoddan  sənədlərin  mütaliəsi  və  təhlil  edil­
məsi  zamanı  daha  çox  istifadə  olunur.  Miiqayisəli-tarixi  metod  adətən, 
fenomen  institutlara  tətbiq  edilir.  Belə  ki,  artıq  qeyd  olunduğu  kimi  o, 
yalnız  tarixi  və  etnoqrafik  sənədlərin  oxunmasını  və  təhlilini  tələb  edir. 
Əgər  eyni  hadisə  bir  çox  hüquq  sistemlərində  müşahidə  olunarsa,  onun 
ümumi xarakteri barəsində danışmaq üçün əsas yaranmış olar.
Deməli,  sosioloji  tədqiqat  heç  də  anketin  tərtibilə  başlanmır.  Belə  təd­
qiqat problemlərin  işlənib (tədqiqata) hazırlanması,  məqsəd  və hipotezalann 
irəli  sürülməsi  və  nəzəri  modellərin  qurulması  ilə  başlanır.  Yalnız  bundan 
sonra sosioloq alətlərin  işlənib hazırlanmasına, daha  sonra ilkin matcriallann 
toplanmasına  və  onların  təhlilinə  keçir.  Son  mərhələdə  isə  yenidən  nəzəri 
təhlillər  aparılır.  Çünki  artıq  məlumatların  həqiqiliyi  və  düzgünlüyü  bəlli 
olur.  Yəni  onlar  nəzəriyyə  ilə  irəli  sürülmüş  məlumatlarla  uyğunluq  təşkil 
edir.  Deməli,  onları  interpretasiya  və  izah  etmək  zərurəti  yaranır.  Yalnız 
bundan sonra praktiki tövsiyələri vermək imkanı əldə olunur.
Sosioloji müşahidələr prosesində hadisələrin qeyri-oxşarlığı tədqiqat­
çını  kauzal  əlaqələrin  izinə  sala  bilər.  Ona  görə  də  fenomen  kazuslar 
özlərinin  təsvir  olunmalarını  tələb  edirlər.  Fenomen  kazuslann  hadisələrin 
məcmusundan  ibarət  olduqları  vaxt  onların  Öyrənilməsinin  müasir  aləti 
statistika olur. Lakin bunun üçün müasir statistik texnologiya da tələb olunur. 
Hüquq sosiologiyası belə müasir stistik texnologiyaya malik deyildir.  Hüquq
50
sosiologiyası başqa məqsədlərlə apanlan hesablamalardan  istifadə (məsələn, 
narkomanların qeydiyyatının aparıldığı qeydiyyat aktları) edir.
İlkin  materialların  toplanması  zamanı  hüquq  sosiologiyasında  altı 
əsas metoddan  -  müşahidə,  sənədlərin təhlili,  sorğu,  statistik, müqayisəli 
metoddan  və  eksperimentdən  istifadə  olunur.  Qeyd  etmək  lazımdır  ki, 
göstərilən  əsas  metodların  hər  biri  özünəməxsus  iki  növü  ilə  fərqlənir. 
Həmin növlər aşağıdakılardan  ibarətdir:
1) müşahidə metodu (daxil edilməyən və daxil edilən  müşahidə);
2) sənədlərin təhlili (keyfiyyət və kəmiyyət kontcnt-təhlil);
3) sorğu (anketləşdirilən və inteı vüləşdirilən sorğu);
4)  statistik  metod  (rəqəmli  cədvəliər  tərtib  edilməsi  və  faizli 
cədvəllər tərtib edilməsi);
5) müqayisəli metod (müvəqqəti və ya tarixi-coğrafi  metod);
6) eksperiment (nəzarət edilən  və ya nəzarət edilməyən eksperiment.
1.  Müşahidə  metodu.  Müasir  sosiologiyada  müşahidə  dedikdə,
tədqiqat  obyekti  ilə  başı  olan  ilkin  məlumatların  toplanması  başa düşülür. 
Müşahidə  sosioloq-tədqiqatçı  tərəfindən  şəxsən  bilavasitə  qavrama  yolu 
ilə həyata  keçirilir.  Müşahidə  zamanı  qavramanın  (hissi  idrakın)  müxtəlif 
üsul və  vasitələrindən  istifadə oluna  bilər.  Belə  üsul  və  vasitələrin  tətbiqi 
tədqiqi  edilən  obyektin,  yəni  öyrənilən  hüquqi  fenomenlərin  tarixi  mən­
subiyyətilə müəyyən  edilir.  Belə ki, müşahidə öyrənilən  obyektin  konkret 
olaraq  hansı  cəmiyyətə  aid  olması  müəyyən  edildikdən  sonra  ona  uyğun 
üsul və ya vasitə tətbiq edilir.
Deməli  öyrənilən  hüquqi  fenomenlərin  bilavasitə  hansı  cəmiyyətə 
aid  olması  müşahidə metodunun  ilkin  şərtlərindən  biridir.  Belə cəmiyyət­
lərə aşağıdakılar aid etmək olar:
a) miiasir dövrün  inkişaf etmiş  sənaye cəmiyyətləri;
b) arxaik tipli  müasir ənənəvi  cəmiyyətlər;
v)  tarixi  inkişafın  müəyyən  mərhələsində  baş  vermiş  sosial  hadisələr 
(məsələn,  təbii  fəlakətlər,  müharibələr,  sosial  inqilablar  və  s)  nəticəsində 
tarixin səhnəsindən  getmiş, yox olmuş cəmiyyətlər.
Müşahidənin müasir sənaye cəmiyyətlərində aparılması daha asandır. 
Burada  informasiyanın  mənbələri  çoxsaylı  və  müxtəlif  olur.  Arxaik 
cəmiyyətlərlə  bağlı  tədqiqatlarda  isə  müşahidə  vasitələrindən  istifadə 
xeyli  mürəkkəbləşir  və  çətin  olur.  Bu  zaman  tədqiqata  arxaik  cəmiyyətə 
xas  olan  spesifik  xüsusiyyətlər,  adət  və  ənənələr tədqiqata  sanki  müqavi­
mət  göstərir.  Digər tərəfdən,  arxaik  cəmiyyətlər  üzrə  müşahidələrdə  əldə 
edilmiş faktların interpretasiyası çətinliklərlə qarşılaşır.
51


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə