R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə11/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   7   8   9   10   11   12   13   14   ...   131

4) 
antropologiya -   hüququ  insan  təbiəti  qanunları  ilə əlaqələndirən 
aspekt.
Göstərilən  bu  aspektlər  içərisində  hüququn,  ilk  növbədə  sosial  və 
sosiogen  məzmununu  aşkar etməyə  imkan  verən  xüsusi  nöqteyi-nəzər də 
mövcuddur.  Dərketmə  səylərinin  yalnız  bu  nöqteyi-nəzərdə  cəmləşməsi 
ayrıca,  nisbi  müstəqil  nəzəri  fənnin  -   hüouq  sosiologiyasının  meydana 
gəlməsinə gətirib çıxarmışdır.
Hüquq  sosiologiyası  başlıca  diqqətini  müstəsna  dərəcədə  hüququn 
sosial  məzmununa  yönəltmişdir.  Hüququn  qalan  bütün  canlı  və  zəngin 
cəhətləri,  onun ayrılmaz tərkib hissələri  həmin  dərketmə sahəsinin diqqə­
tindən  kənardadır.  Orta səviyyəli xüsusi  nəzəriyyə  kimi onun  üçün  sosial 
reallıqlar deyil,  hüququn  inkişafı  üçün  əhəmiyyət kəsb edən, onun fəaliy­
yətin  təsir göstərən və tarixi taleyində rol  oynayan reallıqlar mühümdür.
Hüquq  sosiologiyası  iizrə  tədqiqatların  elmi  istiqamətlərinin  mahiy­
yətinin  və  spesifikliyinin  dəqiq  müəyyən  edilməsi  üçün  onun  obyekti  ilə 
predmeti  arasında  fərqli  cəhətlərin  müəyyənləşdirilməsi  zəruridir.  Əgər 
an  ümumi  şəkildə  ifadə  olunarsa,  hüquq  sosiologiyasının  obyektini 
hüquqi  reallıq  təşkil  edir.  Bu  mənada  hüquq  sosiologiyası  hüquqşünaslıq 
və  hüquq  fəlsəfəsi  kimi  fənlərlə  qohum  elm  qismində  çıxış  edir.  Çünki 
hüquqi  reallıq  həm  hüquqşiinashğın,  həm  do  hüquq  fəlsəfəsinin  dünya 
sivilizasiyası  kontekstində  tək  halda  mövcud  olan  (konkret  formalarda 
fərqlərin olmasına baxmayaraq) obyektidir.
Adları  çəkilən  fənlərin  təsir  sferalarının  fərqləndirilməsi  məqsədilə 
predmet  anlayışını  daha  ciddi  şəkildə  müəyyən  etmək  zəruridir.  Məhz 
predmet  anlayışının  aşkar  edilməsi  ilə  adətən,  istənilən  elmin  nəzəri  cə­
hətdən  öz  müqəddəratını  təyin  etməsi  prosesi  başlanır.  Bu,  həmin  elmin 
öz  təyinatını  bilməsinə,  özünəməxsus  spesifik  dərketmə  vəzifələrinin  nə­
dən ibarət olduğunu əldə etməsinə imkan verir.  Müəyyən bir elm  sahəsinə 
məxsus  spesifik  dərketmə  vəzifələrini  isə  heç  bir  başqa  elm  həll  etmək 
imkanına malik deyildir.
Bütövlükdə  sosiologiya  elmini  maraqlandıran  materialın  təbiəti  və 
onun  dərketmə  maraqlarının  səy  göstərdiyi  başlıca  istiqamətlərin  xarak­
teri  əsasında  hüquq  sosiologiyasının  prcdmclini  belə  müəyyən  etmək 
olar:  «Hüquq  sosiologiyası  sosial  institutlar  sistemində  hüququn 
fəaliyyətini,  genezisini,  hüquq  normalarının  dinamikasını  və  struktu­
runu,  onların  cəmiyyətdəki  rolunu  öyrənən  elm  sahəsidir».  Cəmiy­
yətin,  onun  strukturları  və  institutlarının  təsiri  altında  hüquq  münasibət-
40
lorində  və  hüquq  düşüncəsində  yaranan  bütün  nə  varsa  hamısı  hüquq 
sosiologiyasının predmetinin tərkib hissələridir.
Hüquq  sosiologiyasının  öyrənilməsinə  əsas yanaşmalar aşağıdakılar­
dan ibarətdir:
1)  demoqrafik yanaşma;
2)  psixoloji yanaşma;
3)  ümumi yanaşma;
4)  münasibətli yanaşma;
5)  kultııroloji yanaşma.
Hüquqda sosial  olan  hər şey  və hüququn sosiosfcrası  hüquq  sosiolo­
giyasının  predmetinə  daxildir.  Hüquq  sosiologiyasını  ilk  növbədə  hüqu­
qun  nüvəsini  təşkil  edən  hüquq  normalarının,  dəyərlərin  və  fikirlərin  so- 
siumla  generasiyasının  daxili  məntiqi  maraqlandırır.  Hüquq sosiologiyası 
üçün  makrososiosfera  və  mikrososiosferamn  instituonal  və  subyektiv- 
şəxsi  səviyyələrdə  hüququn  sosiodinamikasutı  əmələ  gətirən  sosial  zid­
diyyətlər, onların yaranması, kəskinləşməsi  və həll olunması  mühümdür.
Sosioloji  nəzəriyyə  nöqteyi-nəzərindən  hüquq  sosial  məkanda  və 
tarixi  dövrdə  inkişaf  edən  və  fəaliyyət  göstərən,  hər  bir  konkret  halda 
dünya  sivilizasiyası  kontekstində  onun  lokallığmdan  və  sosiumıın  tipin­
dən,  ictimai  və  fərdi  şüurun  strukturunun  mədəni-tarixi  inkişaf dərəcə­
sindən  asılı  olan  mürəkkəb  dinamikalı  sistemdir.  Hüquq  sosiologiyası 
üçün  hüquqa  xronoton  kateqoriyası  əsasında  ııəzər  yetirmək  səciyyə­
vidir.  Sosial  /amanın  və  sosial  məkanın  hüququn  strukturunda  ikiləşmiş 
izinin  olmasını,  bu  izin  onun  məzmun  və  formalarında  (hüququn  mən­
bələrində)  necə kök  saldığını  görmək  hüquq sosiologiyası  üçün vacibdir.
Xronotop  kateqoriya  hüquq  sosiologiyasına  aşağıdakı  iki  vahid 
vəzifəni uğurla həll  etməyə imkan  verir:
birincisi,  hüquqi  fenomenləri  və  strukturları  onların  nisbi-stasionar 
vəziyyətində artıq  hazırkı  məqamda  olduğu  keyfiyyətdə tədqiq etmək;
ikincisi,  hüquqi  reallıqların  mövcudluğunun  prosessual-dinamik  as­
pektlərini  tədqiq etmək, onların  haradan-haraya aşkar hərəkətini  izləmək.
Xronotop  kateqoriya  hüquq  sosiologiyasına  yuxarıda  göstərilən  hər 
iki  ölçücii  vəzifəni  birləşdirmək  imkanı  verir.  Belə  problem-analitik  ra­
kurs  hüquqşünaslıq  daxilində  yaranmaya,  özünün  dərketmə  üstünlüyünü 
nümayiş etdirməyə bilməz.
Hüquq  sosiologiyası  üçün  cəmiyyət  fövqəladə  dərəcədə  mürəkkəb 
olan  bir  sistemdir.  Hüquq  cəmiyyətlə  saysız-hesabsız  səbəbli  asılılıqla
41


başıdır.  Hüquq uğurlu  fəaliyyət göstərmək və normal  inkişaf etmək üçün 
həmin  səbəbli  asılılıqlar  haqqında  biliklər  sisteminə  malik  olmalıdır. 
Məhz  hüquq  sosiologiyası  bu  halda  hüquq  sisteminin  sosial  özünüdər- 
kiniıı siqnifikatı qismində çıxış edir.  Hüquq sosiologiyası sosium haqqın­
da insanların ehtiyac duyduğu, hüquq institutlarının və hüquqi mexanizm- 
lorin  sağlam  fəaliyyət  göstərməsinə  cavab  verən  bilikləri  əldə  edir  və 
onları  qoruyub  saxlayır.  Belə  özünüdərk  seçicidir.  Sosioloji  refleksiya- 
ların  «aynasına»  baxan  hüquq,  sosiallığın  tipik,  universal  stereotiplərinin 
müxtəlif yuridik formaları  necə əldə etdiyini görür.
Artıq  qeyd  olunduğu  kimi,  hüquq  son  dərəcə  mürəkkəb  və  ziddiy­
yətli  sosial  hadisə  və  cəmiyyətin  tənzimləyici  sosial  institutudur.  Hüquq 
eyni  zamanda  da  cəmiyyətdə  mövcud  olan  rəngarəng  ictimai  münasibət­
lərin  yeganə  və  əvəzedilməz  tənzimedicisidir.  O,  cəmiyyətdə  ictimai 
qaydam  və  hüquq  qaydasını,  habelə  ictimai  təhlükəsizliyi  təmin  edir  və 
sabitliyi  qoruyur.  Hüquq  ədəbiyyatında  göstərilir  ki,  obyektiv  hüququn 
cəmiyyətdə təyinatı  tənzimləyici  olmaq,  mövcud ictimai  münasibətləri və 
qaydanı  müəyyən  etmək,  qaydaya  salmaq  və  mühafizə  etməkdir.1  Hələ 
1917-ci  ildə  görkəmli  rus  hüquqşünas-sivilisti  İ.A.Pokrovski  yazırdı  ki, 
hüququn  ümumi  məqsədi  insani  münasibətləri  tənzim  etməkdən  ibarət­
dir.2  Məhz tonzimcdici  funksiyanı yerinə yetirən normaların  əhəmiyyətini 
qeyd  edən  Pol  Rikcr  haqlı  olaraq  yazır:  «...hərəkətləri  müəyyən  edən 
rəmzi  sistemlər  içərisində  müəyyən  normativ  funksiyanı  yerinə  yetirən 
sistemlər vardır və onları  çox  tələskonliklə  əxlaq qaydalarına daxil  etmək 
lazım deyil».3
Müasir  sosioloji-hüquq  ədəbiyyatında  hüquq  sosiologiyasının  xalis 
sosiologiya  elmi  sahəsi  olmasına  dair  fikirlər  mövcuddur.  Bələ  ki, 
V.A.Qlazırinin  fikrincə,  hüquq  sosiologiyası  cəmiyyətin, və  onun  sosial 
sistemdaxili  elementi  olan  hüququn  fəaliyyət,  dəyişmə  və  qarşılıqlı  hərə­
kət  mexanizmlərinin  qanunauyğunluqlarını  öyrənən  sosiologiya  sahə­
sidir.4  Belə mülahizə  ilə razılaşmaq çətindir.
Qeyd  etmək  zəruridir  ki,  müstəqil  fənn  kimi  hüquq  sosiologiyasının 
ümumi  sosiologiya  ilə  qırılmaz  bağlılığı  və  onun  mühüm  təsirini  hiss  et­
1  Алексеев  C.C.  Право:азбука-тсория-философия:  Опыт  комплексного  исследо­
вания.  М.,  «Статус»,  1999, С.313.
2 Покровский И.А. Основные проблемы гражданского права. М., «Статус»,  1998, с.38.
3 Рикёр  II.  Герменевтика.  Этика.  Политика.  М.,  1995,  с.  12.
4  Юридическая  социология.  М., 200 0 ,  с. 10-11.
4 2
məsi  şübhəsizdir.  Bu  barədə  sosiologiya  ədəbiyyatında  da  göstərilir  və 
müəlliflər qeyd edirlər ki,  hüquq sosiologiyası  ümumi  sosiologiyanın  tər­
kib  hissəsi  kimi  onun  mövcud  vasitələrindən  faydalanır  (anket  sorğusu, 
müşahidə,  müqayisə,  testlər,  eksperiment  və  s).1  Bununla yanaşı,  ümumi 
sosiologiya hüquqa ictimai  həyatın normativ strukturunu  ifadə edən, onun 
sosial  şərtliliyini  müəyyənləşdirən  sosial  institut  kimi  baxır.  Bu  da 
təsadüfi  deyil,  çünki  artıq  qeyd  olunduğu  kimi,  hüququn  özü  sosial  ha­
disədir.  Hüquq  sosiologiyası  hüququ  cəmiyyətin  sosial  institutu qismində 
öyrəndiyinə  görə  o,  hüququn  ümumi  nəzəriyyəsinin  daxili  nisbi  mux­
tariyyətə malik olan müstəqil qruplarından biridir.
2.  Hüquq  sosiologiyasının  fənn  statusu
Hüquqşünaslar  və  sosioloqlar  arasında  hüquq  sosiologiyasının  yuridik, 
yaxud  sosioloji  fənlərə  aid  edilməsi  haqqında  yekdil  fikir  yoxdur.  Belə 
diskussiya faktı postsovet hüquq sosiologiyasının yetkin səviyyədə olmaması 
haqqında  şəhadət  verir.  Mütaliələr  və  araşdırmalar  təsdiq  edir  ki,  keçmiş 
sovet  hüquq  sosiologiyasının  başlıca  mövzusu  demək  olar ki,  burjua  hüquq 
sosiologiyasının sağdan  və soldan  tənqidinə həsr edilmişdi.  İnsanlığın  bütün 
tarixi  dövrlərində cəmiyyət  üçün  sosial bəlaya çevrilmiş cinayətkarlığın  əsas 
səbəbini  kapitalizm  cəmiyyətində  axtaran  sovet  kriıninologiya  elmi  bol- 
şevizm  ideologiyasının  ehkamlarından yaxa qurtara bilməmişdi.  Bu  nöqteyi- 
nəzərdən  keçmiş  sovet  hüquq  sosiologiyası  da  istisnalıq  təşkil  etmir.  Lakin 
indi də qalmaqda olan problem öz həllini mütləq tapmalıdır.
Tədqiqatlardan  aydın  olur  ki,  həm  hüquqşünasların,  həm  də  sosio­
loqların  hüquq  sosiologiyasının  fənn  statusunun  düzgün  müəyyən  edil­
məsində  bir-birilərinin  qarşılıqlı  elmi-fikri  mübadilələrinə  kəskin  ehtiyacı 
vardır.  Yalnız  belə  olduğu  halda  əldə  olunan  nəticələr  məhsuldar  ola  bilər. 
Məsələ  ilə  bağlı  eyni  zamanda  sərt  dixotomik  sxemlərin  metodoloji  yarar- 
sızlığı  da  aşkar olunmaqdadır.  Belə  ki,  irəli  sürülən  mülahizələr  və  təkliflər 
birtərəfli  olduğuna  və  diskussiyaların  mütəxəssislərin  yalnız  öz  mövqelərini 
müdafiə baxımından  apardıqlarına görə, ortaq bir məxrəcə  gəlmək  müəyyən 
çətinliklərin  və  anlaşılmazlıqların  meydana  çıxması,  təbii  olaraq  barəsində 
söhbət gedən problemin daha da mürəkkəbləşməsi ilə müşayiət olunur.
Şübhəsiz  ki,  hüquq  sosiologiyası  kimi  müasir  və  zəruri  olan  bir  elm 
sahəsini  qəti  və  birmənalı  seçim  tələb  edən  situasiyada  qoymaq  düzgün
1  Vahidiv F.Q., Ağayev T.B.  Göst.kitab.  s.  262.
43


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə