R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə12/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   8   9   10   11   12   13   14   15   ...   131

olmazdı.  Hüquq  sosiologiyasının hüquq fənni, yaxud sosioloji  fənn  olub- 
olmaması  sualına  bu  fənnin  öz  predmeti  də  cavab  verə  bilər.  Hüquq 
sosiologiyasının  öyrənmə və tədqiqat predmetindən aydın olur ki, o, artıq 
öz  defınisiyasına  (tərifinə)  görə  hüquqşünaslığın  və  ümumi  sosiologi­
yanın  sintezindən yaranmış  bilik sahəsidir.  Bu mənada, fikrimizcə, hüquq 
sosiologiyasını  fənnlərarası nəzəriyyə hesab etmək olar.
Hüquq  sosiologiyasına  artıq  Avropa  sosiologiyası  üçün  ənənəyə 
çevrilmiş  «nomotetik-idioqrafık»  dixotomiya  mövqelərindən  də  yanaş­
maq  lazım  deyil.  Belə  ki,  hüquq  sosiologiyasını  yalnız  tipik,  zəruri  və 
qanunauyğun  hadisələrlə  maraqlanan  xalis  nomotetik  fənn  adlandırmaq 
olmaz.  Eyni  dərəcədə  do  onu  ancaq  xüsusi,  təkrarolunmaz,  unikal  sosial 
faktlara əsaslanan idioqrafik elm hesab etmək məqsəddən uzaq olardı.
Keçmiş  və  arxada  qalmış  onilliklər  ərzində  dünya  sosioloji  fikri 
kifayət qədər nailiyyətlər əldə etmiş və təcrübə qazanmışdır.  Totalitar so­
vet  rejiminin  isə  həqiqi  hüquq  sosiologiyasına sanki ehtiyacı  olmamışdır. 
Çünki  eyni  zamanda  da  öz  simasında  avtoritar  rejim  damğasını  daşıyan 
sovet hakimiyyətinə onu bütün dolğuııluğu əks etdirən nəzəri güzgü lazım 
deyildi.  O  bu  güzgünü ona görə istəmirdi  ki,  sovet yalanının  bütün  eybə­
cərlikləri  orada əks oluna bilərdi.
Yuxarıda  göstərilənlər  nöqteyi-nəzərindən  hazırda  Azərbaycan 
hüquq  sosiologiyasının  keçdiyi  mərhələni  mahiyyət  etibarı  ilə  intibah 
mərhələsi  adlandırmaq  olar.  Bu  heç  do  geriyə,  zamanın  nəzəri  mövqe­
lərinə  qayıtmaq  və  müsbət  olanları  dirçəltmək  deyildir.  Çünki  barəsində 
danışdığımı/,  hüquq  sosiologiyası  Azərbaycan  cəmiyyəti  üçün  tamamilə 
yeni,  doğulmaqda  və  formalaşmaqda  olan  müstəqil  elm  sahəsidir.  Ona 
gərə  də  Vətən  hüquq  sosiologiyası  özünün  inkidiki  öz  müqəddəratını 
təyinetmə mərhələsində aşağıdakı  vəzifələri  həll etməlidir:
1)  hiiquqi-sosioloji  fikrin,  nəzəriyyənin  keçmiş  chkamçı  ideologiyanın 
qaranlıq irsindən və inzibati-amiranəlik ənənələrindən azad edilməsi;
2)  hüquq  sosiologiyasının  əyalət-periferiyasmdan,  kor-koranə  əx- 
zetmə ruhundan təmizlənməsi;
3)  müasir  intellektual  sosioloji  axtarışların  qabaqcıl  cərgəsinə  çıx­
maq  əsasında  sosioloji  tədqiqatların  yeni  metodoloji  vasitələrinin  axtarıl­
ması  və əldə edilməsi;
4)  dünya  elmi  birliyinin  ideya-konseptual  kontekstinə  çıxmaqla 
indiki  məqamda  mövcud  olan  nəzəri  müddəaların  inkişaf etdirilməsi  və 
daha da təkmilləşdirilməsi.
İndiki  şəraitdə  Azərbaycan  Respublikasının  müasir  hüquq  sosio­
44
logiyanın  nəzəri  məkanının  yaradılması  və  müasir  dünya  sosial-siyasi 
tədqiqatları  səviyyəsinə qaldırılması elmi  ictimaiyyətdən böyük  və gərgin 
səylər tələb edir. Azərbaycan  cəmiyyətində hüquq sosiologiyasının  tərəq­
qi imkanlarını bir sıra şərtlər hesabına genişləndirmək olar.
Birincisi,  hüquq  sosiologiyasının  ölkəmizdə formalaşması  və  inkişaf 
etdirilməsi  üçün  Azərbaycanın  fəlsəfi  fikir,  sosial-siyasi  və  hüquqi  fikir 
tarixi,  klassik  hüquq  sosiologiyası,  Qərbin  sosial-nəzəri  irsi  mənimsə­
nilməlidir.
İkincisi,  postklassik  dövrün  sosioloji  materialları  dərindən  öyrənil­
məli,  modern  və  postmodern  mərhələlərinin  metodoloji  ideyalarından 
yetərincə  istifadə  edilməli,  habelə  onlar  müasir  hüquqi  reallıqlara  tətbiq 
olunmalıdır.
Üçüncüsü,  artıq  açılmış  və  mövcud  olan  mənəvi  ehtiyatların  sərbəst 
elmi  axtarışının  intellektual  enerjisindən  məhsuldar  şəkildə  istifadə  edil­
məlidir.
Hüquq  sosiologiyası  hüquq  fəlsəfəsi,  siyasi  və  hüquqi  təlimlər  tarixi 
kimi  elmi-nəzəri  (tarixi)  fənlərə  aid  edilməlidir.  Hüquq  sosiologiyasının 
öyrənilməsi ali hüquq təhsilinin  tərkib hissəsi olmalıdır.  Onun ali məktəb­
lərin hüquq fakültələrində tədrisi zəruri və həm də vacibdir.
Hazırda ölkəmizdə alternativ təfəkkür məktəbi kimi  ümumi  və nəzəri 
sosiologiyanın rolu artmaqdadır.  Bu da öz növbəsində hüquq sosiologiya­
sının öyrənilməsinə və tədrisinə yeni impuls verir.  Buna gərə də bu istiqa­
mətdə  hüquqşünasların  və  sosioloqların  yaradıcı  gücünün  səfərbər  edil­
məsi və birləşdirilməsi  mühüm əhəmiyyət kəsb edərdi.
Nəzərə  almaq  lazımdır  ki,  zəmanəmizin  xüsusiyyəti  ideoloji  plüra­
lizmin  bərqərar  olmasından,  elmi  şüurda,  peşə  şüurunda  və  adi  şüurda 
təfəkkürün  müxtəlif variantlarının  tanınmasından  ibarətdir.
3. Hüquq sosiologiyası və hüquq fəlsəfəsinin 
qarşılıqlı əlaqəsi
Hüquq  sosiologiyası  ilə  hüquq  fəlsəfəsi  arasında  möhkəm  ayırıcı 
sərhəd  yoxdur.  Əksinə,  hər iki  bilik sahəsi  özünün problemlər məkanı  ilə 
bir-birinə  nüfuz  edir,  bir-birini  tamamlayır.  Buna  gərə  də  onların  arasın­
dakı  sərhəd  hər  iki  bilik  sahəsini  bir-birinə  daha  da  yaxınlaşdıran  zən- 
cirvari zolağı xatırladır.
Hüquq  sosiologiyası  və  hüquq  fəlsəfi  ümumi  problemlər  məkanına
45


malik  olsalar  da,  hamin  məkanın  hüdudlarında  müstəqil  fəaliyyət  göstərir, 
hər biri ayrı-ayrılıqda özünəməxsus tədqiqat metod və vasitələrindən istifadə 
edirlər.  Bu  nöqteyi-nəzərdən  hüquq  sosiologiyası  hüquq  fəlsəfəsi  ilə 
müqayisədə  bilavasitə  ictimai  praktikanın  ehtiyaclarına çox yaxındır.  Buna 
görə də hüquq fəlsəfəsinin ilk növbədə bir ideya kimi təşəkkül tapması üzə­
rində qısa şəkildə də olsa dayanmağı məqsədəuyğun hesab edirik.
Hüquq fəlsəfəsi  fənnlərarası bilik  sahəsidir.  O  özündə fəlsəfənin,  hü- 
quqştinaslığın,  sosiologiyanın,  psixologiyanın  və  digər  humanitar  fənn- 
lərin  dərketmə  səylərini  birləşdirir.  Hüquq  fəlsəfəsinin  dərketmə  səyləri 
hüquqi  reallıqların  tədqiqində,  onların  mahiyyətinin  araşdırılmasında, 
səbəb-nəticə əlaqələrinin təhlilində təzahür edir.
Keçmiş  və  indiki  dövrün  fəlsəfi-hüquqi  təlimlərində  təbii  sosial-hü­
quqi  təcrübənin  konseptual  modellərinin  tənzim  edilməsinin  və rəsmiloş- 
dirilməsinin  konstruktiv  imkanları  meydana  gəlmişdir.  Çünki  insanın 
fəlsəfi  özüniidərki  çoxəsrlik  inkişaf prosesidir.  İnsan  cəmiyyətinin  «ox- 
kaman»  dövründən  başlamış  bu  inkişaf  prosesi  bu  gün  də  davam  edir. 
Dünya sivilizasiyasının həmin prosesi yaşaması  labüd xarakter almışdır.
Şərqin  və  Qərbin  mədəniyyət  aləmində  yaranmış  hüquq  fəlsəfəsi  öz 
inkişafında  uzun  və  mürəkkəb  tarixi  bir  yol  keçmişdir.  Bəşər  sivilizasi­
yasının  şahidi  olduğu  bütün  sosial  tərəqqi  və  tənəzzülləri,  həyəcan  və 
sabitlikləri  hüquq  fəlsəfəsi də hiss etmişdir.
Hüquq  fəlsəfəsinin  təşəkkülü  və  təkamülü  hüquqi  reallıqların  dəyiş­
kənliyinin  ümumi  dinamikası  və  onun  sivilizasiyalı  konteksti  ilə  bila­
vasitə  bağlıdır.  İnkişaf  etməkdə  olan  sivilizasiyaların  «izi  ilə»  hərəkət 
edən  fəlsəfi  fikir  özünün  konseptual  izahcdici  modellərində  qanunun, 
hüquq  qaydasının,  ədalətin,  ədalət mühakiməsinin,  qanuna itaətin, qanun- 
suzluğun,  cinayətin,  cəzanın  və  digər  sosial  hadisələrin  məna  və  mahiy­
yətini açmağa səy göstərmişdir.
Hüquq  fəlsəfəsi  ümumnəzori  hüquqi  biliklərin  sahələrindən  biri  kimi 
təşəkkül tapmışdır.  Lakin o, hüquq nəzəriyyəsinin bir hissəsi  və ya sadəcə 
davamı  deyildir.  Hüquq  fəlsəfəsi  fəlsəfi  tədqiqatlarda  hüquq  nəzəriy­
yəsinin  xüsusilə  də  hüququn  məntiqinə  aid  məlumatlarına  tam  arxalansa 
da,  onlardan  fəal  istifadə  etsə  də,  hüquq  nəzəriyyəsinin  hüququn  mənti­
qini ehtiva edən məlumatlarından ibarət sahə deyil.
Hüquq  fəlsəfəsi  hüququn  dərk  edilməsinin  yeni,  ən  yüksək  pilləsi, 
məlum  mənada  ümumiləşdirilmiş  hüquqi  biliklərin  zirvəsidir.  Tarixi- 
məntiqi  qayda,  real  ictimai  münasibətləri  əks  etdirən  hüquq  haqqında
46
anlayışların  formalaşması  və  inkişaf  tarixi  problemlərinə  toxunarkən, 
hüquq  haqqında  elmi  biliklərin  bu  fəlsəfi  sahəsi  üçün  xarakterik  olan 
hüquqa  yanaşmada  yeni  keyfiyyət  dönüşünü  diqqətdən  yayındırmaq 
olmaz.  Hüquqa yanaşmada bu yeni keyfiyyət dönüşü ondan ibarət olur ki, 
hüquq  fəlsəfəsi  insanların  həyatında  və  insan  varlığındakı  hüquq  haq­
qında elmə çevrilir.
Fəlsəfi  şüurun  hüquqi  reallıqlara  idraki  münasibəti  insanların  hüquq 
münasibətləri  praktikasında rəhbər tutduqları dəyərlər,  tələbatlar, mənafe­
lər  haqqında  ən  adekvat  təsəvvürlərin  əldə  edilməsi  kimi  təzahür  edir. 
Fəlsəfi-hüquqi  təlimlərdə  təbii  sosial-hüquqi  təcrübənin  konseptual  «mü­
təşəkkil  bilik»də  tənzim  edilməsi  və  məntiqi  cəhətdən  rəsmiləşdirilməsi 
iizro  ictimai  şüurun  konstruktiv  rolu  təcəssüm  olunmuşdur.  Hüquqi 
problemlər  onlarda  fəlsəfi  rcflcksiyanın  vasitələri  ilə  məntiqi  cəhətdən 
yenidən  qurulmuşdur.  Təfəkkür  materiallarının  tarixi  təşəkkülü,  ideyalar 
cəbbəxanasının  genişlənməsi,  kateqoriyalı  aparatın  inkişafı  zaman 
keçdikcə  hüquqi  problemlərin  fəlsəfi  təhlillərinin  daha  dərindən  həyata 
keçirilməsinə imkan  vermişdir.
Hüquq  fəlsəfəsi  hər  hansı  başqa  əsas  və  mənaların  deyil,  məhz,  hü­
ququ  hüquq  edən  əsasların  və mənaların  axtarışı  ilə məşğuldur.  O bu  mə­
naları  hüququn  özündə  axtarmağa  səy  göstərir.  Hüquq  fəlsəfəsini  hüqu­
qun  özündən  daha  çox  onu  hüquq  edən  zəminlər  maraqlandırır.  Hüquqi 
reallıqlara müraciət edən  fəlsəfə aşağıdakıları  tədqiq edir:
1)  daxilində  hüquq  sistemlərinin  fəaliyyət  göstərdiyi  lokal  siviliza­
siyalar;
2)  hüququn  söykəndiyi  konkret  mədəniyyətlər,  o  cümlədən  dini  və 
əxlaqi  sistemlər;
3)  dövlətçiliyin  inkişaf  qanunauyğunluqları  (bunsuz  sosial  həyatın 
hüquqi  tənzimlənməsinin həyata  keçirilməsi qeyri-mümkündür;
4)  hüququn məzmununu təşkil  edən normalar və dəyərlər;
5)  insanın  şüuru  və  onun  hüquq  normalarına  əməl  edən,  yaxud  bu 
normaları  pozan davranışı.
Xüsusi  müstəqil  elmi  dünyagörüşü  kimi,  hüquq  fəlsəfəsi  ideyasının 
təşəkkülü  və  inkişafı  hansısa  əqli-məntiqi  əməliyyatların  məhsulu  deyil. 
Belə  əqli-məntiqi  əməliyyatlar  fəlsəfənin  və  hüquqşünaslığın  fraqment­
lərinin  birləşməsinə  xidmət  etmir.  Hüquq  fəlsəfəsi  ideyasının  yaranması 
həyatın özünün məntiqi  ilə şərtləşən hadisədir.
Fəlsəfə metafizika qismində çıxış  etdiyi vaxt dünya qaydasının bütün
47


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə