R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə10/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   6   7   8   9   10   11   12   13   ...   131

BİRİNCİ FƏSİL
HÜQUQ SOSİOLOGİYASI IIÜQUQUN ÜMUMİ 
NƏZƏRİYYƏSİNİN TƏRKİB HİSSƏSİDİR
L Hüquq sosiologiyasının  prcdmcti
Hüquq  sosiologiyası  ictimai  sistem  kontekstindo  hüquq  institutla­
rının  fəaliyyətini  tədqiq  edən,  sosiumun  hüquqla  qarşılıqlı  fəaliyyət  qa­
nunauyğunluqlarını aşkarlayan biliklər sahəsidir.
Hüquq  sosiologiyası  o  qədər  də  uzun  tarixə  malik  olmayan  nisbətən 
gənc  elmi  fəndir.  O, təqribən yüz əlli  illik  tarixə  malikdir.  Lakin  hüquq  so­
siologiyası  özünəməxsus  tarixi  köklərə  malikdir və  həmin  köklər Platon  və 
Aristotel dövrünə aparıb çıxarır. Bu isə iyirmi beş əsrlik bir dövrü əhatə edir.
Hüquq  sosiologiyasının  cmbrional  inkişaf mərhələsində  onunla bağlı 
ideya  və  prinsiplər  sosial-fəlsəfi  və  hüquqi  təlimlər  daxilində  təşəkkül 
tapmış və mövcud olmuşdur.  Məhz buna gərə də fəlsəfə və hüquqşünaslıq 
hüquq  sosiologiyası  üçün  bu  günədək  əsas  başlanğıc  kimi  qalmaqdadır. 
Hüquq  sosiologiyası  bu  sıx  və  doğma  yaxınlığı  indi  də  hiss  etməkdədir. 
O,  kömək üçün  müntəzəm  olaraq  sosial-fəlsəfəyə  və hüquqşünaslığa mü­
raciət  etməkdə  davam  edir.  Sosial-fəlsəfə  və  hüquqşünaslıq  hüquq  sosio­
logiyasını  özünün  nəzəri-metodoloji  müddəaları,  ideya  və  prinsipləri, 
habelə  artıq  nəzəri  cəhətdən  işlənib  hazırlanmış  sosial  və  antropoloji 
faktoqrafıyası  ilə  təmin  edir.  Belə  sosial  və  antropoloji  faktoqrafıyanın 
dairəsi  çox genişdir.
Sosiologiya  cəmiyyətdə  hüquqla  nəyin  baş  verməsi  haqqında  infor­
masiyaları  toplayır,  ümumiləşdirir  və  sistemləşdirir.  Buraya  sosial  sub­
yektlərlə  ictimai  və  fərdi  hüquq  düşüncəsi  arasındakı  hüquq  münasibət­
lərinə  aid  informasiyalar  da  daxildir.  Sosiologiyanın  hüquqa  özünəməx­
sus yanaşmaları  müxtəlif sosial  strukturları  hüquqla  bağlayan  səbəbli  əla­
qələrlə  müəyyən  edilir.  Lakin,  əgər  hüquqşünaslar  üçün  həmin  səbəbli 
əlaqələr,  bir qayda  olaraq,  sosial  sistem  kimi  dövlətin  hüdudlarından  kə­
nara  çıxmırsa,  sosioloqlar  üçün  bu  əlaqələr  sivilizasiya  kimi  nəhəng 
bədənin məkanında itən Ölçü kimi görünür.
Bu  zaman  sosioloji  diqqətin  prcdmcti  normativ  strukturların  həm 
lokal sivilizasiyaları,  həm də  inteqrasiya  edilmiş tamın birliyi qismində çıxış
36
edən dünya  sivilizasiyası  ola  bilər.  Sonuncu halda hüquq  sosiologiyası  artıq 
hüquqi  sivilizasiyaların  makrososiologivasına  çevrilir.  Beləliklə,  hüquq 
sosiologiyası müstəqil nəzəri  fənn kimi aşağıdakıları tədqiqədir:
1)  səciyyəvi  tipoloji  əlamətlərə  malik  spesifik  sosial  sistemdən  iba­
rət olan  hüququ;
2)  sivilizasiyalı  meqasistemin  hüquqa səbəbli təsirini;
3)  hüquq sisteminin sivilizasiyalı meqasistemə əks səbəbli təsirini.
Hüquq sosiologiyası  iimumi  sosiologiyanın bilavasitə hüququn özünə
sosioloji  yanaşmanın  nəticəsi  kimi  təşəkkül  tapmışdır.  Ona  görə  də 
hüquqa sosioloji yanaşmanı daha ətraflı nəzərdən keçirmək lazımdır.
Hüquqa  sosioloji  yanaşma.  Bu  yanaşma tədqiqatların  məntiqi  qanunları­
nın  sosial  detenninizm  prinsipinə  tabeliyini  nəzərdə  tutur.  Sosial  determinizm 
prinsipi  isə  öz  növbəsində  ictimai  münasibətlərin,  sosial  institutların  və 
strukturların hüquq münasibətlərinə və hüquq düşüncəsinə müəyyən məzmunlu- 
fikri istiqamət verməyə qadir olduğunu əsas götürməyi tələb edir.
Sosioloji yanaşma əsasında  lıüquq müstəqil  və mühüm  fenomen kimi 
deyil,  sosial  sistemin tərkib hissəsi  və xeyli  dərəcədə tabe hissəsi kimi  tə­
zahür edir.  Hüquq  bu keyfiyyətdə  bir sıra  xidnıətcdici  funksiyalara malik 
olur.  Bu  zaman  hüquq  münasibətlərinə  ictimai  münasibətlərin  xüsusi 
formalarından  biri  kimi  baxılır.  İnsan  isə muxtar şəxsiyyət  deyil, şəxsi  so- 
sionomıativ  strukturun  təsiri  altında  olan  geterenom  (sərbəst)  fərd  qis­
mində  çıxış  edir.  Belə  yanaşma  hüquqa  sosial  təsirlərin  bütün  məcmu­
sunu nəzərə almağa  imkan yaradır.
Hüquqa  sosioloji  yanaşma  əhəmiyyətli  dərəcədə  müsbət  hüquq 
sahəsində  tədqiqatlar  zamanı  səmərəli  olur.  Hüquq  düşüncəsi  və  hüquq 
münasibətlərinin  fərdi  subyektləri  onun  əsasında  müəyyən  sosial  birlik­
lərin,  ictimai  münasibətlərin  konkret-tarixi  sisteminin  məhsulu  və  repre- 
zcntantları  kimi  çıxış  edir,  onların  mahiyyəti  isə  özünü  antropoloji  real­
lıqlar qismində aşkar edir.
Sosioloji  nöqteyi-nəzərdən  insanda  olan  başlıca  keyfiyyət  əxlaqi- 
hüquqi  keyfiyyətdir  və  cəmiyyət  məhz  bu  keyfiyyətin  köməyilə  inkişaf 
edir.  Fərdin  sosiallaşma  dərəcəsi  onıın  şəxsi  xassələrinin  normativ nümu­
nələrə uyğun gəlməsi  meyarı  ilə müəyyən edilir.
Hüquqa  sosioloji  yanaşma  özündə  tamın  hissə,  sosiumun  fərd  üzə­
rində  prioriteti  ideyasını  ehtiva  edir.  Hüquq  məhz  onun  göstərişləri  əsa­
sında  bu  ideyanın  təcrübəyə  miincər  edilməsi  vasitəsi,  tənzimləyici  me­
xanizm kimi  çıxış edir.
37


Gctcrcnom  varlıq  qismində  insanın  ictimai-tarixi  zərurətin  güc  xət­
tindən  və sosial sistemin  xarici  mexanizmlərindən bilavasitə asılılıqda ol­
maması  sosiologiya  iiçün  prinsipial  cəhətdən  mühümdür.  Onun  başlıca 
həyati  vəzifələrindən  biri  belə  asılılığın  mənasına  və  mahiyyətinə  nail 
olmaqdan,  onun  tələblərinə  uyğunlaşmaqdan  və  onların  daxilində  müm­
kün  sosial azadlığını axtarmaqdan ibarətdir.
Sosial  determinasiyaya  nəyinsə  yaranmasının  ictimai  sisteminə  fəal 
kömək  və  insan  hərəkətləri  azadlığının  məhdudlaşdırılması,  məqsədə 
çatmaq  və  məqsədin həyata keçirilməsi  üçün normativ,  təşkilati, texnoloji 
hüdudlar  kimi  baxmaq  olar.  Buna  görə  də  determinasiya  mexanizmləri 
hərəkətlərinin  düzünə  nəticəsi  könüllü  və  ya  məcburi  adaptantlar  kimi 
çıxış  edən,  sosial  sistemə  tabe  olmaq məcburiyyətində qalan  subyektlərin 
şəxsi qcyri-azadlığı  ola bilər.
Belə  şəraitdə  hüquq  düşüncəsi  dövlət  və  vətəndaş  cəmiyyəti  kimi 
makro-sosia!  sistemlərin  tələblərinə  şəxsiyyətin  uyğunlaşmasına  imkan 
verən özünü tənzimləyici vasitə kimi  çıxış etməyə başlayır.
Hüquq  sosiologiyası  hüquqa  sosial  təsisat  kimi  baxır.  Onu  cəmiy­
yətin,  onun  strukturunun  və  institutlarının  təsiri  altında  hüquq  münasi­
bətlərində  və  hüquq  düşüncəsində  yaranan  hər  şey  maraqlandırır.  O, 
sosiumla  hüquq  normaları,  dəyərlərlə  fikirlər  arasında  baş  verən  proses­
lərin  tədqiqilə  məşğuldur.  Hüququn  sosial  məkanda  və  tarixi  dövrdə  in­
kişaf  edən  və  fəaliyyət  göstərən,  həm  cəmiyyətin  tarixi  tipindən,  onun 
coğrafi  mövqeyindən,  həm  do  ictimai  və  fərdi  şüurun  inkişaf  səviyyə­
sindən  asılı  olan  mürəkkəb  dinamik  sistem  kimi  başa  düşülməsi  htiquq 
sosiologiyasının  spesifik  cəhətidir.  Hüquq  sosiologiyası  hüququn  öz baş­
lanğıcını  cəmiyyətdən  götürdüyünü  əsas  kimi  qəbul  edir.  Hüquq  cə­
miyyətin  yetirməsi  olduğuna  görə,  bütün  hüquqi  fenomenlər  sosial  feno­
menlərdən  ibarətdir.  Lakin  əksinə,  hər  cür  sosial  fenomen  hüquqi  fe­
nomen hesab oluna bilməz.1
Molumdur  ki,  insan  cəmiyyətində  qeyri-hüquqi  fenomenlər  do  möv­
cuddur.  Belə  qeyri-hüquqi  fenomenlər  adətən,  davranış  hadisələri  qis­
mində  qiymətləndirilir.  Belə  hadisələr  adətlərlə  (hüquqi  adətlər,  adət hü­
quq  normaları)  əlaqələndirilir.  Ona  gərə  do  cəmiyyətdə  baş  verən  hadi­
sələrin  hansının  hüquqi,  hansının  isə  davranış  hadisəsi  olduğunu  fərq­
ləndirmək  vacibdir.  Məsələn,  gəmi  kapitanının  batmaqda  olan  gəmini
1 Касьянов  В.В.,  Нечипуренко  B.H.  Социология  права.  Ростов-на-Дону, 2001, с. 10.
38
hamıdan  əvvəl  tərk  etməsi,  yaxud  həkimin  xəstəyə  kömək  göstərməməsi 
və  s.  bu  kimi  hərəkətlər  hüquqi  (ictimai  təhlükəli  əməldir)  hadisədir. 
Nəqliyyatın  intensiv  hərəkət  etdiyi  yolda  piyadanın  yolu  piyadalar  üçün 
nəzərdə  tutulmuş  xətdən  və  ya  xüsusi  keçiddən  keçməməsi,  yaxud  sürü­
cünün  avtomobili  idarə  etdiyi  zaman  mühafizə  kəmərini  taxmaması  dav­
ranış hadisəsidir.
Hüquqi  hadisə  törədilmiş  hərəkətin  ictimai  təhlükəlilik dərəcəsindən 
asılı  olaraq  zəruri  dövlət  məcburiyyət  tədbirinin  (sanksiyanın)  tətbiqilə 
nəticələnir.  Belə hüququ  tətbiqetmə dövlətin  buna  müvəkkil edilmiş  səla­
hiyyətli orqanları tərəfindən  həyata keçirilir.  Davranış hadisəsi  isə ictimai 
təhlükəliliyə  malik  olmadığı  üçün  əksər  hallarda  (buna  zərurət  yaran­
dıqda) məzəmmət və ya ictimai qınaqla nəticələnir.
Deməli, sosiologiyanın predmeti  ilə hüquqşünaslığın predmeti  ...qismən 
üst-üstə düşür. Bununla belə,  istər sosiologiyanın, istərsə də hüquqşünaslığın 
predmetinin hər birinin öz spesifikliyi  vardır. Nəticədə sosiologiyaya və eyni 
zamanda (hüquqla tənzimləndiyindən) hüquq elmlərinin obyektinə daxil olan 
ictimai  münasibətlər  müxtəlif  cür,  fərqli  aspektlər  və  üst-üstə  düşməyən 
mövqelərdən  öyrənilir.  Hüquq  elmini  ilk  növbədə  müvafiq  ictimai  müna­
sibətin hüquqi  forması, onun subyektlərinin hüquq və vəzifələrinin məzmunu 
maraqlandırır.  Sosiologiya  isə  bu  və  ya  digər  ictimai  hadisənin  sosial  mən­
şəyini,  sosial  yerini  və  sosial  funksiyalarını  aydınlaşdırır.  Hüquqşünas  ailə- 
nikah  münasibətlərini  səciyyələndirərkən  əsas  diqqəti  ər-arvadın  hüquqi 
vəziyyətinə,  uşaqların  hüquq  və  vəzifələrinə verir.  Sosioloqu isə ilk növbədə 
ailə  üzvlərinin  faktiki  qarşılıqlı  münasibətləri,  yəni  onların  bir-birinə  qarşı 
rəğbət  və  ya  nifrəti,  qarşılıqlı  dəyərləndirmələri,  ...insanların  davranışındakı 
müxtəlif təzahürləri maraqlandırır.'
Hüququn  məzmunu,  son  dərəcə  mürəkkəb  və  çoxölçülüdür.  Buna 
görə  də  hüquqa  ən  müxtəlif aspektlərdən  baxıla  bilər.  Həmin  aspektlərə 
aşağıdakıları  aid etmək olar:
1)  metafizika 
-   hüququn  transtsendent  ilk  başlanğıc  varlıqla 
bağlılığım  nəzərə alan aspekt;
2)  kosmoqoniya  -   hüququ  dünyəvi  qaydanın  universal  qanunlarına 
müneor edən aspekt;
3)  naturalizm  -   hiiququ,  daxilində  cəmiyyətin,  insanın  və  hüquqi 
reallığın mövcud olduğu təbii  aləmdən asılılıqda təhlil edən aspekt;
1 Vahidov F.Q., Ağayev T.B.  Sosiologiya:  Dərs vasaiti.  Bakı, “Toknur”, 2008, s.264-265.
39


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə