R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə16/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   12   13   14   15   16   17   18   19   ...   131

aşkar  etməyə  imkan  verir.  Şəxsi  müraciət  və  ya  şikayətlərin  təhlili  təd­
qiqatçını  canlı  hüquq  münasibətləri  sferasına  salır,  cəmiyyətdə  şəxsiyyə­
tin  hüquqlarının  nə  dərəcədə  mühafizə  olunmasını,  hüquq  qaydasına  və 
qanunçuluğa necə əməl edilməsini  və s.  hüquqi problemləri dərk etməkdə 
ona əlverişli imkan yaradır.
Başqa  bir  mühüm  məqam  qanunvericilik  aktlarının  və  digər  nor­
mativ-hüquqi  aktların təhlil  edilməsidir.  Mətnin özünün tədqiq edilməsilə 
yanaşı,  əhalinin  qəbul  edilməli  olan  qanunlara  qəzet  və jurnallarda  təsa­
düf  olunan  cavab  reaksiyasının  öyrənilməsi  son  dərəcə  məhsuldar  olur. 
Məsələn,  son  illərdə  Azərbaycanda  əhalinin  bu  sahədə  fəallığında yüksə­
liş  hiss  olunur.  Qanunların  qəbuluna  əhali  tərəfindən  belə  cavab  reaksi­
yası  eyni  zamanda  da  siyasi  fəallığın  artması  deməkdir.  Bu  da  təsadüfi 
deyildir.  Belə  ki,  Azərbaycan  Respublikasının  son  on  il  ərzində  əldə 
etdiyi  sosial-iqtisadi  nailiyyətlər  əhali  arasında  böyük  ruh  yüksəkliyi  və 
nikbinlik,  uğurlu  gələcəyə  dərin  inam  yaratmışdır.  Azərbaycan  Respub­
likası  indi dünyanın inkişaf edən ölkələrindən birinə çevrilməkdədir.
Tarixin  səhnəsindən  getmiş və ya yox olmuş  cəmiyyətlərə aid mətnli 
sənədlərin  təhlilinə  dövrümiizədək  gəlib  çatmış  materiallar  əsasında nail 
olunur.  Belə  sənədlərin  öyrənilməsi  prosesində  təhlil  metodunun  tətbiqi 
təbii  olaraq  bizə  gəlib  çatmış  şəhadətlərin  nədən  ibarət  olmasından  ası­
lıdır.  Həmin  mətnli  sənədlər  arasında  elələri  vardır  ki,  onlardan  hüquq, 
hüquq  münasibətləri,  bu  sənədlərin  mənsub  olduğu  cəmiyyətlərin  özü  və 
strukturları  haqqında  çıxarışlar  etmək  qeyri-mümkündür.  Tarixçi  arxeo­
loqlar tərəfindən  böyük səylərin göstərilməsinə baxmayaraq, yazılı  tarixə- 
qədorki  insanlıq  haqqında  bizə praktiki olaraq heç nə məlum deyil.
Yazılı  tarixi  abidələrin  tədqiqi  və  öyrənilməsi  zamanı  iki  əsas  mə­
qama  xüsusi  diqqət  yetirilir.  Bu  nöqteyi-nəzərdən  də  belə  yazılı  abidə­
lərin  iki  tipi fərqləndirilir:
1) yazılı tarixi abidələrə dair birbaşa məlumatlar;
2) yazılı tarixi  abidələrə dair dolayı  məlumatlar.
Birinci  halda  yazılı  tarixi  abidələrə  dair  məlumatlar  dövrümüzədək 
gəlib  çatmış  sənədin  bilavasitə  öz  orijinal,  yaxud  nə  vaxtsa  üzü  köçürül­
müş  mətnindən  götürülür.  Qeyd  etmək  lazımdır  ki,  belə  abidələrdən  bə­
zən  məlumatı  tam  şəkildə  almaq  mümkün  olmur.  Çünki  belə  sənədlərdə 
mətnlərin  bir qismi  ya  silinmiş  halda  olur,  ya  da  onun  üzünün  natamam 
köçürülməsi  aşkar olunur.  Bunu  həmin  sənədin  tam  mətni  ilə bağlı  tarixi 
faktlar əsasında müəyyən etmək olur.
58
İkinci  halda  isə  məlumatlar üçüncü  şəxs,  məsələn,  salnaməçi,  tarixçi 
və  ya  şair-mütəfəkkir,  filosof tərəfindən  təqdim  olunur.  Məsələn,  qədim 
azərbaycanlılar,  onların  məskunlaşdığı  ərazilər və  coğrafi  məkanlar  haq­
qında  biz  məlumatları  tarixin  atası  adlandırılan  Herodotun  «Tarix»  əsə­
rindən  əldə  edirik.  Yaxud  Posidoni  qədim  frakiyalılar,  Homer  qədim  yu­
nanlar, Tasit qədim gcrmanlar haqqında ilk  məlumatları verir.
Tarixi  tədqiqatlar  təcrübəsi  göstərir  ki,  çoxsaylı yazılı  tarixi  abidələr 
müxtəlif səbəblər üzündən  itib-batmış,  yaxud  onların  xeyli  hissəsi  müəy­
yən  şəraitdə  məhv  edilmişdir.  Məsələn,  tarixi  şəhadətlərə  görə,  Azər­
baycanın möhtəşəm  sosial-siyasi  və  hüquqi  abidəsi  olan «Avesta» Make­
doniyalı  İsgəndərin  yürüşü  zamanı  yandırılmışdır.  İtaliyada  XI1I-X1V 
yüzilliklərdə -- İntibah dövründə antik cəmiyyətin mədəniyyətinin və elmi 
fikrinin  araşdırılması  prosesində  binaların  zirzəmilərində  qalaqlanmış 
yüzlərlə,  hətta  minlərlə yazılı  abidələri  xilas  etmək  mümkün  olmamışdır. 
Bununla  belə, müasir dövr keçmişin  bir çox  yazılı  abidələrini  hələ də qo­
ruyub  saxlamaqdadır  və  onlar  bu  giinkii  elmin  inkişaf etdirilməsi  baxı­
mından son dərəcə dəyərli materiallardır.
Qədim  Misirdə  fironların  hökmranlıq  etdiyi  dövrlərdə  yazılı  mətn­
lərin  sayı  az  olsa  da,  Ptolemeylər  Misirində  və  sonrakı  yüzilliklərdə  Qə­
dim  Misir  cəmiyyəti,  onun  strukturu,  qanunvericilik  sistemi  və  hüquq 
münasibətləri  haqqında  geniş  məlumatlar  verən  çoxsaylı  sənədlər  aşkar 
edilmişdir.
Qədim  yəhudilərin  hüququ,  cəmiyyətdə  mövcud  olan  ictimai  müna­
sibətlər  və  hüquq  münasibətləri  haqqında  məlumatları  Əhdi-Otiqdən, 
habelə müəllifi  Musa peyğəmbər hesab olunan  «Bcşkitab»dan  əldə etmək 
mümkündür.  Bu  qədim  abidədə  diqqəti  cəlb  edən  mühiim  tarixi  faktlar­
dan  biri  dövlətin  mənşəyinə  dair  müqavilə  nəzəriyyəsinin  ilkin  rtişeym- 
lərinə təsadüf olunmasıdır.  «Babilistan gcramikası»nda («Talmud»da) ve­
rilən  məlumatda  deyilir:  «Yəhudi  xalqı  başda  Musa  peyğəmbər  olmaqla 
öz İsrail  dövlətini yaratmaq  üçün  Allahla müqavilə bağladılar».
Əsasını  qedlər təlimindən  götürən Qədim  Hindistanda mövcud  olmuş 
hüquq  və  hüquq  qaydaları  haqqında  ətraflı  məlumatları  «Manu  Qanun- 
ları»nı təhlil etməklə əldə etmək mümkündür.  Bundan başqa, şah Çandra- 
quptanın  hakimiyyəti  dövründə  onun  müşaviri  tərəfindən  yazılması  ehti­
mal  olunan  mühüm siyasi-hüquqi  abidə olan  «Arthaşastra»  vasitəsilə  biz, 
qədim  hind cəmiyyətində dövləti  idarəetməyə dair hüquqi  mexanizmlərlə 
tanış  olmaq  imkanı  əldə  edirik.  «Arthaşastra»  qədim  sanskritdo  «İdarə-
59


etmə  haqqında  elm»  mənasını  verir.  Qədim  Hindistan  cəmiyyətində  hü­
quq qaydalarından bəhs edən  ən mühüm  abidə  isə «Dharmaşastra» hesab 
olunur və həmin abidə hüquq haqqında materiallarla xeyli zəngindir.
Qədim  Roma  dünya  hüquq  elminə  «XII  Cədvəl  Qanunları»  kimi 
hüquqi  abidə  vermişdir.  Tədqiqatçılar  məhz  Bu  Cədvəli  ilk  yazılı  sis­
temləşdirilmiş  qanunvericilik  aktı  -   məcəllə  hesab  edirlər.  «XII  Cədvəl 
Qanunları»  qədim  romalılann  hüquqi  terminologiyanı,  hüquqi  texnikanı 
mükəmməl  şəkildə  işləyib  hazırlamaları  haqqında  bizə  zəngin  material 
verir.  Cədvəl mühüm tarixi-hüquqi əhəmiyyəti həm də ondan ibarətdir ki, 
o, özündə mülki və cinayət mühakimə icraatının həyata keçirilməsinə dair 
qiymətli materialı özündə ehtiva edir.
Qərbi  Avropa  qədim  hüquqla  bağlı  insanlıq  üçün  heç  bir  miras 
qoymamışdır.  İrlandlarm  və  skandinaviyalılann  bəzi  qanunvericilik  akt­
ları  istisna  olmaqla,  Qərbi  Avropanın  nə  qalliyalılar,  nə  də  qədim  ger- 
manlar  haqqında  bizə  onların  hüquqa  dair  görüşləri  haqqında  məlumat 
verə  bilən  elə  bir  yazılı  abidəsi  yoxdur.  Əgər  insanlıq  tarixində  ilk  par­
lamentin  yaranması  XX  yüzilliyin  əvvəllərinədək  Avropanın  adına  çıxa­
rılırdısa,  S.N.Kramerin  Qədim  Şumerlə  bağlı  tədqiqatları  bunu  alt-üst 
etdi.  Məlum  oldu  ki,  ilk  siyasi  yığıncağın,  rəsmi  qanunlar qəbul  edən tə­
sisatın -  parlamentin vətəni məhz Qədim Şərq -  Şumerdir.
Tarixdə ilk məlum «parlament harada çağırılmışdır?» Əlbəttə, güman 
edildiyinin  əksinə,  nə  Qərbdə,  nə  də  Avropada  «demokratik»  Yunanıs­
tanda  və  Roma  respublikasında  siyasi  məclislər  çox  sonralar  meydana 
gəlmişdir.  Təəccüblü  olsa  da,  bizim  çox  qədim  parlament  Asiyanın  indi 
Yaxın  Şərq  adlanan  hissəsində  -   hər  cür  müstəbidin  və  qaniçən  hökm­
darın  keçmiş  vətəni,  belə siyasi  məclisin mövcudluğu  barədə təsəvvür ala 
bilməyən  bir  yerdə  çağırılmışdır.  О,  е.э.  III  minillikdə  qədimdən  Şumer 
adlandırılan  və  Fars  körfəzindən  şimalda  Dəclə  və  Fərat  çaylarının  ara­
sında yerləşən ölkədə çağırılmışdır.1
Qeyd  etmək  lazımdır  ki,  bir  yazılı  tarixi  sənədlər  sayına  görə  deyil, 
mətnin  məzmunundakı məlumatın  əhəmiyyətinə,  elmə verdiyi qiymətli  töh­
fəyə  görə qiymətləndirilir.  Bəzi  salnamələrin  və yazılı  sənədlərin  dövrümü- 
zədək gəlib çatmasına  müəyyən  ərazinin  ,  bütöv bir regionun coğrafi  iqlimi 
də təsir göstərmişdir. Müəyyən təsadüfi hallar da bir çox məlumatların aşkar 
olunmasına  yardım  etmişdir.  Məsələn,  əlifbanın  Kiçik  Asiyada  kəşf olun­
1  Kramer C.H. Tarix  Şumerdə başlanır.  Bakı.  2009,  s.44.
60
ması  təsadüf nəticəsində  müəyyən  edilmişdir.  Papirusları  mühafizə  etməyə, 
yaxud  Mesopotamiyanın  gil  lövhələrinin  möhkəmliyinin  qorunub  saxlan­
masına Qədim Şərqin quru iqliminin mühüm təsiri olmuşdur. Qədim Şumer- 
akkadık,  ellinist və  Roma  hüququnun  varlığı  haqqında  bir  çox  məlumatlar 
tədqiqatçılara məhz həmin materiallardan məlum olmuşdur.
3. 
Sorgu.  Sorğu  nədir?  Sorğu  mədəniyyəti  veriləcək  sualların  qa­
baqcadan  düzgün  formalaşdırılması  və yerləşdirilməsindən  (onların  ardı­
cıllığının)  müəyyən  edilməsindən  ibarətdir.  Sorğu  aparılması  üçün  sual­
lardan yalnız sosioloq-tədqiqatçılar istifadə etmirlər.  Sualların elmi  qoyu­
luşu  haqqında  ilk dəfə  qədim  yunan  filosofu  Sokrat  mülahizə  yürütmüş­
dür.  Afinanın  küçələrini  gəzib-dolaşan  filosof özünün  bic  və  məharətli 
paradokslan ilə çox hallarda bəzən, hətta heyrətləndirmişdir.
Hazırda sorğu  metodundan  geniş  istifadə olunur.  Bu metoddan  daha 
çox  (sosioloqlarla  yanaşı)  həmçinin jurnalistlər,  həkimlər,  müəlliflər  və 
istintaq-məhkəmə  orqanlarının  vəzifəli  şəxsləri  (hakimlər,  müstəntiqlər) 
istifadə edirlər.
Bəs o halda sosioloji sorğu digər sorğulardan nə ilə fərqlənir?
Birinci  fərqləndirici  cəhət  sorğuda  iştirak  edənlərin,  yəni  rəvi  soru- 
sulanların savıdır.  Yuxarıda adı çəkilən mütəxəssislər (məsələn, müstən­
tiq,  həkim),  bir  qayda  olaraq,  bir  şəxsi  sorğu-sual  edirlər.  Sosioloq-təd­
qiqatçı  isə  yüzlərlə,  bəzən  minlərlə  insanın  rəyini  öyrənir və yalnız  bun­
dan  sonra  əldə  olunan  informasiyaları  ümumiləşdirərək  nəticə  çıxarır. 
Deməli, çoxsaylı insanlarla sorğu aparan sosioloqu şəxsi  rəydən daha çox 
ictimai  rəy  maraqlandırır.  Nəticədə  sosioloq  reallığın  orta  hədd mənzərə­
sini  əldə  edir.  Məhz  buna  görə  də  sosioloji  anketdə  respondentin  soya­
dının,  adının  və  atasının  adının  göstərilməsi  tələb  olunmur.  Sosioloji  an­
ket anonim  səciyyə  daşıyır.  Beləliklə,  sosioloq  statistik  informasiyanı  əl­
də etməklə şəxsiyyətin sosial tipini  aşkar edir.
İkinci  fərqləndirici  cəhət  ctibarlıalıa  və  obyektivlikdir.  Bu,  birinci 
fərqləndirici cəhətlə sıx bağlıdır.  Sosioloq yüzlərlə və minlərlə insanın rəyini 
öyrənməklə  riyazi  məlumatları  tədqiq  etmək  imkanı  əldə  edir.  O,  müxtəlif 
rəyləri  ortaq  məxrəcə  gətirməklə,  nəticədə  jurnalistə  nisbətən  daha  çox 
etibarlı  informasiya əldə edir.  Bu zaman bütün elmi-metodiki tələblərə ciddi 
əməl edildikdə, sorğunu obyektiv adlandırmaq mümkün olur.
Dünyada  hələ  heç  kəs  belə  bir  üsul  ixtira  etməmişdir  ki,  bir-biri  ilə 
birləşə  bilməyən  odu  və  suyu,  buzu  və  alovu  qovuşdura  bilsin.  Elmi 
idrakın bu möcüzəsini riyazi statistika yaradır.
61


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə