R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə24/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   20   21   22   23   24   25   26   27   ...   131

1)  mülk  sahib  olunan,  üzərində  sərəncam  verilən  və  istifadə  edilən 
nemətdir;
2)  mülk,  həmin maddi nemətə sahibliyin özüdür;
3) mülk, sahibliyə təminat verən hakimiyyətdir.
Mülk  qruplaşmaların  primitiv  həyat  tərzindən  tədricən  sivilizasiyaya 
keçidi  nəticəsində  yaranır.  Sivilizasiya  miilksüz,  mülk  isə  sivilizasiyasız 
mövcud ola bilməz.
İbn  Iləldunun  siyasi-hüquqi  konsepsiyası  öz  mahiyyətinə  görə  ərob- 
miisəlman  sosial-siyasi  və  hüquqi  fikrinin  zirvəsidir.  O,  Yaxın  və  Orta 
Şərqin  ilk  sosioloqudur.  İbn Iləldunuı  yaratdığı  təlim yüksək zirvəyə mü­
səlman  siyasi-hüquqi  fikrinin  öz  inkişafından  dayandığı  bir  məqamda 
qalxmışdır.
Sosiologiyanın  baniləri  -   A.Kctlc,  O.Kont,  C.S.MiII,  II.Spenser 
və  hüquq  sosiologiyasının  təşəkkülündə  onların  rolu.  Sosiostatistik 
tədqiqatların  banisi  belçikalı  riyaziyyatçı  və  astronom,  professor  Adolf 
Kctlc  (1796-1874)  sosiologiyanın  əsaslarını  O.Kontla  paralel  şəkildə  ya­
ratmışdır.  Yeni  sosial  qcyri-mücərrəd  elmin  adlandırılması  üçün  hər  iki 
alim  «sosial  fizika»  terminindən  istifadə  etmişdir.  Lakin  A.Kctlcnin 
1835-ci  ildə  «Sosial  fizika  və  ya  insan  qabiliyyətlərinin  inkişafının  təd­
qiqi  Təcrübəsi»  adlı  əsəri  işıq üzü gördükdən  sonra,  O.Kont  1839-cıı  ildə 
son  dərəcə  həvəssiz olaraq  «sosial  fizika»  terminini  «sosiologiya»  termini 
ilə əvəz etdi.
A.Kctlc  1848-ci  ildə  nəşr  edilmiş  «Sosial  fizika»  və  «Sosial  sistem» 
əsərlərində  özünün  cəmiyyətin  öyrənilməsinə  sosioloji  yanaşmanın  tərəf­
darı  olması  haqqında  məlumat  verirdi.  Onun  öz  qarşısına  qoyduğu  məq­
səd  sosial  sistemin  qanunlarını  və  onları  statistik  olaraq  «saymaqdan» 
ibarət idi.  O yazırdı:  «Bu (cəmiyyət -  A.Q.) böyük bir bədəndir və öziinü- 
qoruma  prinsipləri  sayəsində  mövcuddur.  Onun  ö/,  fiziologiyası  vardır. 
Biz, nərdivanın  ən yüksək pilləsinə qalxaraq hər yerdə səma bədənini  ida­
rə  edən  qanunlar  kimi  möhkəm  qanunlar  tapırıq...  Bu  qanunlar...  bütöv­
lükdə  xüsusi  elmi  təşkil  edirlər  və  mən  onları  «sosial  fizika»  hesab 
edirəm».
A.Kctlcnin  fikrincə,  sosial  qanunlar  statistik  qanunlardır  və  onlar 
təsadüfi  böyük  saylarm  qanunları  vasitəsilə  təsvir  olunurlar.  A.Kctlc  sta­
tistik  metodlara  arxalanaraq  orta  (ortastatistik)  insan  adlanan  fərdi 
müəyyən  edirdi.  Onun  məlumatına  görə,  məsələn,  belçikalı  kişilərin  orta 
boyu  1  m 69 sm, qadınların boyu isə  1  m 58  sm-dir».
90
A.Kctlc  özünün  sosial-statistik  tədqiqatlarına  Brüssel  əhalisinin  do­
ğum  və  ölüm  qanunauyğunluqlarım  öyrənməkdən  başlamışdı.  Sonradan 
o,  elə  həmin  statistik  metoddan  ictimai  həyatın ən  müxtəlif sahələrinin,  o 
cümlədən  cinayətkarlığın  öyrənilməsi  üçün  istifadə  etmək  qərarına  gəl­
mişdir.
A.Kctlc  «sosial  fizika»da  cinayətkarlığa  dair  tədqiqatının  əsas 
nəticələrini  aşağıdakı  kimi  formula  etmişdi:  «Əslində  dəhşətli  dərəcədə 
səliqə  və  düzgünlüklə  ödənilən  büdcə  mövcuddur.  Bu,  həbsxanalar, 
hövzələr və cşafotlar büdcəsidir...  Neçə-neçə  insanın  ö/, əllərini  yaxınının 
qanma  boyadığını  qabaqcadan  gördüyümüzü  tam  əminliklə  söyləyə 
bilərik.  Biz  bunu  tam  dəqiqliyi  ilə  edə  bilərik.  Biz,  ölənlərin  və  doğum 
hallarının  sayını  da yaxın  il  üçün  qabaqcadan  müəyyənləşdirə  bilərik».
A.Kctlc  statistik  təhlillərə  arxalanaraq  cinayətkarlığın  sabit  statistik 
xarakteristikasını  müəyyən  edir və onu  «cinayətkarlığın  cədvəli» adlandı­
rırdı.  Belə  cədvəllər  əhalinin  müxtəlif yaş  qruplarının  cinayətə  «meylli- 
liyini»  göstərirlər.  Belə  ki,  Ketlenin  sözlərinə  görə,  əgər  25  yaşdan  30 
yaşadək  olan  bir  milyon  adam  40  yaşdan  50  yaşadək  olan  bir  milyon 
adama  nisbətən  iki  dəfə  artıq  cinayət  törətmişdirsə,  bu,  təsdiq  etməyə 
imkan  vcıir  ki,  «birincilərin  qətl  törətmək  mcyllil iy i  ikincilərə  nisbətən 
iki  dəfə  güclüdür».  Onlara  cinayətkarlığın  ümumi  qanunauyğunluqları 
sirayət  etmişdir:  «Cinayətə  mcyllilik  yetkinlik  yaşa  çatma  dərəcəsi  üzrə 
kifayət  qədər  sürətlə  artır,  sonradan  o,  öz.  maksimumuna  nail  olmaqla 
həyatın sonunadək  azalmaya  doğru gedir».
A.Kctlc  aşkar  etmişdir  ki,  insanın  cinayətə  «meyliliyi»  bir sıra  amil­
lərdən  -   fərdin  «bədəninin  təşkilindən»,  tərbiyəsindən,  həyal  şəraitindən 
və «azad  iradəsindən» asılıdır.
Cəmiyyət,  qanunverici  cinayətkarlıq  əleyhinə  nə  edə  bilər?  A.Kctlc 
hesab  edirdi  ki,  cinayətkarlıq  sosial,  statistik  hadisə  olduğuna  görə, 
onunla  mübarizəni  elə  tədbirlərlə  aparmaq  zəruridir  ki,  bu  tədbirlər  cə­
miyyətə,  adamların  sosial  həyat  şəraitinin  dəyişməsinə  təsir  göstərsin. 
«Həmçinin  də  qətl  və  intihar  salnaməsində  hər  il  təsadüf'olunan  kədərli 
nəticələri  dəyişdirməkdən  ötrü,  bizim  sosial  sistemimizi  idarə  edən  sə­
bəbləri dəyişdirmək heç  şübhəsiz ki, kifayət  edərdi».
Qanunverici  sosial  şəraiti  dəyişdinnəyə qadir olan  səviyyədə  qərarlar 
və  qanunlar qəbul  etmək  üçün  imkanlara  malikdir.  Lakin  bunun  üçün  o, 
«xalqın  mənəviyyatını,  ona  etibar  olunan  taleyini  dərindən  öyrənməli», 
aşağıdakı üç qüvvə arasında «müvazinəti» müəyyən etməlidir:
91


1) «xalqın mənəvi qüvvəsi»;
2) «ictimai rəyin qüvvəsi»;
3) «qanunların qüvvəsi».
J.J.Russonun  ardınca  A.Ketle  do  ictimai  rəyi  «dövlətin  əsil  konsti­
tusiyası»  adlandırır və  qeyd  edirdi  ki,  «...cinayətlərin  sayı  nəinki  şəxsiy­
yətin  mənəviyyatından  və  sosial  şəraitdən...,  həm  də  xalqların  mənəviy­
yatını  onların  tələbatları  ilə  həmahəng  edən,  etməli  olan  qanunlardan 
asılıdır.  Belə  ahəngdarlığın  olmaması,  hər şeydən  əvvəl  ictimai  iğtişaşlar 
doğurur».
Oqyüst  Kont  (1798-1857)  haqlı  olaraq  sosiologiyanın  banisi  hesab 
olunur.  Onun  həyatındakı  başlıca  əsəri  6  cildlik  «Pozitiv  fəlsəfə  kur- 
su»dur  (1830-1842).  Bu  əsərin  sonuncu  3  cildi  «sosial  fizika»nm  və  ya 
«sosiologiya»mn  ifadəsinə  həsr  edilmişdir.  O.Kontuk  digər  böyük  əsəri 
1851-1854-cü  illərdə yazdığı  «Pozitiv  siyasətin  sislcmi»dir.  O.Kont «hü­
quq  sosiologiyası» üzərində tədqiqatlar aparmasa da, onun  sosiologiyanın 
ümumi  əsasları  ilə  bağlı  müddəaları  hüquq  sosiologiyasının  təşəkkülü 
üçün  müəyyən  əhəmiyyət  kəsb  etmişdir.  O  özünün  ümumi  pozitivist 
mövqeyinə  əsaslanaraq  belə  hesab  edirdi  ki,  hüquqi  qanun  aprior  (təc­
rübədən  kənar)  anlayışlardan  deyil,  təcrübənin  özündən  doğmalıdır. 
«Şübhəsiz ki,  insanlıq öz davranış qaydalarını  əbədi  olaraq ancaq ximerik 
motivlərlə  əsaslandırmağa  məhkum  oluna  bilməz...»'  Qanunvericilik 
aktları  xalis  şəxsi  mənafeləri  deyil,  ictimai  mənafelərin  prioritetini  ifadə 
edirlər.  Qanunvericilik  cəmiyyətin  təkamülü  ilə  birlikdə  təkmilləşir. 
O.Kont  sosial  təkamüldə  prioriteti  «pozitiv»  təfəkkürün  təşəkkülünə  ve­
rirdi.  Məhz «pozitiv» təfəkkürün  təsir sferasının  genişlənməsi  cəmiyyətin 
tərəqqisini  təmin  etməli  idi.
O.Kontun  fikrincə,  hüquq  qaydası  təbii  sosial  qaydaya  əsaslanır: 
«Yeni  fəlsəfə  üçün  həm  sosial,  həm  də  bütün  digər  hadisələr  kimi,  süni 
qaydanın  hər yerdə  real  qanunların  məcmusu  ilə  şərtləşən  təbii  qaydada 
rahatlıq  tapması  zəruridir».2  «Qayda  və  tərəqqi»  O.Kontun  məşhur  de­
vizidir.  Qayda sosial tərəqqinin dəyişməz şərti,  tərəqqi  isə qaydanın  məq­
sədidir.  O.Kontun  bu  müddəası  əsasında  belə  nəticəyə  gəlmək  olar  ki, 
hüquqi  qanunlar  qayda  və  tərəqqinin  mexanizmlərindən  biri  kimi  çıxış 
edir.  «Şübhəsiz  ki,  insan  zəifliyi  nəticəsində  ən  düzünə  və  ən  təhlükəli
1  Конт  О.  Дух  позитивной  философии  //  Заподноевропсйская  социология  XIX  века. 
М„  1996,  с.  58.
2  Конт О.  Система  позитивной  политики // Yeno  orada,  s.  229.
92
hüquq pozuntularının qarşısının alınması üçün xalis  mənəvi  idarəetmədən 
başqa  yenə  də  sözün  xüsusi  mənasında  qanunlar  zəruri  olacaqdır».1 
O.Kont hüququn institutisional öyrənilməsinin zəminlərini ifadə etmişdir.
Çon  Stüart  Mili  (1006-1873)  ingilis  filosofu,  məntiqçisi,  iqtisadçısı, 
habelə  O.Kontun  ideyalarının  ilk  ardıcıllarından  biridir.  O.Kont  məhz 
Millin  sayəsində  İngiltərədə  məşhurlaşmışdır.  C.S.Milliıı  «Məntiqin  sis­
temi»  (1843),  «Azadlıq  haqqında»  (1859),  «Utilitarizm»  (1863)  kimi 
əsərləri öz müəllifinə böyük şöhrət qazandırmışdır.
C.S.Millin  təsəvvüründə  cəmiyyət  mürəkkəb  olan  vahid  «ictimai 
orqanizmdir».  «İctimai  həyatın  hər hansı  elementlərindən  birinə cüzi  gö­
rünən  şəkildə toxunan hər şey, onun vasitəsilə  ictimai  həyatın  bütün digər 
elementlərinə  də  toxunur...  Eyni  cəmiyyətin  hər  cür  başqa  həyati  faktı 
tərəfində  çox  və ya  az  təsiri  hiss  etməyən heç  bir  ictimai  hadisə  yoxdur." 
O, cəmiyyətin belə birliyini  «razılıq»,  «konsensus»  adlandırırdı.  Ç.S.Mill 
«ictimai  orqanizm»in  elementlərinə  idrakın  səviyyəsini,  cəmiyyətin  ağıl 
və  mənəvi  mədəniyyət  dərəcəsini,  cəmiyyətin  siniflərə  bölgüsünü,  cə­
miyyətin  zövqünü,  onun  estetik  inkişafının  xarakterini  və dərəcəsini,  ida­
rəçilik  formasını,  qanunları  və  adətləri  aid  edirdi.  Deməli,  hüquq  sosial 
konsensusun  bir  hissəsi,  adətlər  və  hüquqi  qanunlar  isə  «süni  sosial 
şərtlər»dir.  Bunlar  xalqın  milli  xarakteri,  rəyləri,  hissləri  və  mənəviyyatı 
ilə müəyyən edilirlər.3
C.S.Mili  cəmiyyətdə  möhkəm  və  sabit  hüquq  qaydasının  müəyyən 
edilməsi  üçün  zəruri  olan  üç  mühüm  amili  fərqləndirirdi.  Onlardan  bi­
rincisi  tərbiyə  sistemidir.  «İnsanda  vərdişlərin  tərbiyə  edilməsi  öz  şəxsi 
niyyətlərini  cəmiyyətin  məqsədlərinə tabe etdirmək qabiliyyətinin  tərbiyə 
olunmasıdır».4
İkincisi,  insanda  bu  və  ya  digər  formada  sadiqlik  və  ya  loyallıq 
hissinin  olması.  Cəmiyyətdə,  dövlətdə  müəyyən  edilən,  daimi  olan  və 
şübhə  doğurmayan  elə  bir  şey  olmalıdır  ki,  o,  ətrafda  baş  verənlərə  to­
xunulmayan yerdə olmaq hüququna malik olsun.
Üçüncüsü,  eyni  cəmiyyətin  və ya dövlətin  üzvləri  arasında «güclü və
Конт  О.  Обший  обзор  позитивизма  //  Заподноевропейская  социология  XIX  века. 
М.,  1996,  с. 149.
2  Милль  Дж.  С.  Система  логики  силлогической  и  индуктивной  И  Заподноевро­
пейская  социология  XIX  века.  М.,  1996, с.247.
3 Yena  orada,  s.  254.
4 Yens orada,  s.270.
93


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə