yətkarlığın əsil səbəblərini ancaq bu yolla aşkar etmək olar. Onlar cina
yətkarların səkkiz tipini fərqləndirirdi: peşəkar, əmlak, seksual, təsadüfi,
primitiv reaksiya verən, qərəzli (əmin olan), xuliqanlıq edən, işləmək
istəməyən cinayətkarlar. Onların fikrincə, bu cinayətkarların şəxsiyyəti
nin xüsusiyyətlərini elmlərin kompleksi ilə - biologiya, psixologiya və
psixiatriya vasitəsilə öyrənmək lazımdır.
ABŞ-da hüquqi psixologiya ənənəvi olaraq kriminalistika ilə sıx
bağlı idi. Bu sahədəki tədqiqatlar universitetlərdə cəmləşdirilmişdi. Lakin
həmin tədqiqatlara rəhbərlik federal Ədliyyə Nazirliyi tərəfindən həyata
keçirilirdi. ABŞ-ın penitcnsiaı-psixoloji tədqiqatlarında cəmiyyətdə sosial
konform davranışın öyrənilməsi metodikası intensiv surətdə işlənib ha
zırlanırdı.
İtaliyada məhkəmə psixologiyası ənənəvi olaraq klinik istiqamətə
yönəldilmişdi. Fransada məhkəmə psixologiyası sosial-psixoloji və sosio
loji istiqamətdə tədqiq edilirdi. Belçika və Fransada azyaşlıların cinayət
karlığının öyrənilməsi mərkəzi fəaliyyət göstərirdi. Yaponiyada cinayət
karlığın tədqiqi əsasən psixiatriyaya istiqamətləndirilmişdi.
Mənfi-deviant davranışın əsas səbəblərindən biri sosial-konform dav
ranışın müntəzəm və məqsədyönlü öyrədilməsinin (bu problemlər
nəzarət
nəzəriyyəsi daxilində Albet Reys, Ayvcn Nayom, Martin Qould və baş
qaları tərəfindən işlənib hazırlanmışdır) olmaması hesab olunur. Bu nəzə
riyyə nümayəndələrinin fikrincə, hətta vulqar təfəkkür və özünüdəyər-
ləndinnənin aşağı səviyyəsi kriminogen amillər ola bilərlər.
Stiqmatlaşdırma (damğalarım) nəzəriyyəsinin nümayəndələri hesab
edirlər ki, şəxsiyyətin kriminal dcviantlığı zahirən yapışdırılmış yarlığın
şəxsiyyətin daxili özünüdoyorlondirməsilə üst-üstə düşdükdə də güclənir.
İnteraksiya (digər şəxsin rolunu qəbul etmə əsasında təzahür edən şəxs-
lərarası qarşılıqlı fəaliyyət) kriminal-psixoloji nəzəriyyədə ayrıca fərdin
hərəkətlərinə ictimai reaksiyanın əhəmiyyəti problemi (Q.Bckkcr, N.Xris-
ti və başqaları) işlənib hazırlanmışdır.
Yuxarıda göstərilən nəzəriyyələrin ümumi çatışmazlığı onların
fraqmentli olması, onlarda zəruri sislcmliliyin olmaması və insan davra
nışının təhlilinə kompleks yanaşmanın olmamasıdır.
Hüquqi psixologiya sahəsində müasir dövrün ən iri əsərlərinin müəl
lifləri R.Luvaj (Psixologiya və cinayətkarlıq, Ilamburq, 1956), Q.Tox
(hüquqi və kriminal psixologiya, Nyu-York, 1961), N.Conston (Cəzanın
və islaholmanın psixologiyası, London, 1970), D.Abıahamsen (Kriminal
100
psixologiya, Nyu-York, 1967), Q.Tosb (Cinayətkarlığın psixologiyası və
cinayət ədalət mühakiməsi, Nyu-Yoık, 1979) və başqalarıdır. Bu əsər
lərdə fransız sosioloqları olan Qabricl 'fardın və Fmil Dürkhcymin sosial-
psixoloji və kıiminoloji ideyalarından geniş istifadə edilmişdir.
Göründüyü kimi, müasir sosial psixologiyanın səlahiyyətlərinə hüqu
qi psixologiya problcmatikası daxildir ki, bu da sosial fəlsəfə və hüquq
sosiologiyası sferasında şəxsiyyətin fəlsəfi izahında əks olunmaya bil
məz.
Em pirik sosiologiyanın təşəkkülü. Psixoloji sosiologiyanın (sosial
psixologiyanın) formalaşmasından əvvəl idrakın eksperimental metod
larına arxalanan empirik psixologiyanın bərqərar olması mərhələsi
olmuşdur.
Empirik psixologiyanın inkişafı empirik sosiologiyanın inkişafını sti
mullaşdırmış və empirik tədqiqatların eksperiment kimi miihüm bir me
todu təşəkkül tapmışdır. Sosial elmlərdə eksperiment ideyası addımbaad-
dım öz ətrafına daha çox tərəfdarlar toplamışdır. Sosiologiya sahəsində
isə ilk həqiqi elmi sosial eksperimcntatorlardan biri kimi amerikalı sosio
loq Uilyam Ayzek Tomasın (1863-1X47) və onun həmkarı Florian Vitold
Znanetskinin (1882-1958) adını çəkmək lazımdır. F.Xnanctski əslən Pol
şalıdır və 1941-ci ildə ABŞ vətəndaşlığını qəbul etmişdir.1
Bu sosioloqlar 1918-1920-ci illərdə apardıqları eksperimental tədqi
qatlarını «Polşa kəndlisi Avropada və Amerikada» kitabında təsvir etmiş
lər. Onlar cksperimcntal-sosioloji metodlar əsasında, belə metodlardan
geniş istifadə etməklə polyak cmiqrantlarmdan olan çoxlu ailələrin, on
ların qohumlarının həyalını öyrənmiş, cmiqrantların ruhi aləmindəki də
yişikliklərin səbəblərini və xarakterini izləmiş, onların dəyər yönümlərini
müşahidə etmiş, yeni sosial şəraitə düşıniiş insanın həmin şəraitə uyğun
laşması mexanizminin mahiyyətinə nüfuz etmişlər.
Göründüyü kimi, eksperiment metodu qismində istifadə olunan em
pirik sosiologiya nisbətən yaxın keçmişə aid olan hadisədir.2
Sosiologiyanın nüvəsində fövqəladə mühüm eksperimental tədqiqat
amerikalı sosioloq, industrial (sənaye sosiologiyası) sosiologiyanın
1 Томас У., Знанепкий Ф. М ст д о л ш ичеекме чамегки // В кн.: Американская социа
листическая мысль. МГУ, 1994, с..135-357.
2 Кэмпбелл Д. Модели эксперимента в социальной психологии и прикладных ис
следованиях. М., Прогресс, 1980: Рывкина Р.Б., Винокур Л.Б. Социальный экспе
римент. Новосибирск, «Паука», 1968.
101