işgüzar əlaqə prinsipinin olmasıdır». Söhbət «eyni idaroetmə altında
yaşayanlar arasındakı həmrəylik» hissləri haqqında gedir.
Herbert Spenser (1820-1903) ingilis filosofu və sosioloqu, poziti-
vizmiıı və təkamülçiilüyün tərəfdarı, sosiologiyada üzvi məktəbin bani
lərindən biridir. O, 1876-1896-cı illərdə yazdığı «Sosiologiyanın əsaslan»
əsərində cəmiyyəti canlı bioloji orqanizmə bənzədir.
II.Spenser üçün cəmiyyət fərdlərin məcmusudur.1 Cəmiyyət onu
təşkil edən fərdlər tərəfindən yaradılır və onun «təbiəti» fərdlərin
«təbiəti» ilə müəyyən edilir.2
Il.Spcııscrin fikrincə, cəmiyyət təkmilləşir, inkişaf edir, «ictimai
artım» bioloji orqanizmlərin böyüməsinə bənzəyir. Cəmiyyətin «artımı»
prosesində ictimai cəmiyyətin düzümünün mürəkkəbliyinin artması» baş
verir. İctimai orqanizmin inkişafının tərkib hissəsini cəmiyyətin sistemini
«idarə edənlərin» - hakimiyyətin, məhkəmənin, qanunvericilik orqanları
nın funksional cəhətdən fərqləndirilməsi təşkil edir.
Cəmiyyətin üzvi birliyinin pozulması və onun ayrı-ayrı elementləri
nin öz funksiyalarını lazımi qaydada yerinə yetirmək iqtidarında olma
ması «bütün bədənin məhvinə» gətirib çıxarır, çünki sosial orqanizmin
hissələri arasındakı qarşılıqlı asılılıq onun fərqləndirici xüsusiyyətini təş
kil edir. «İstehsalla məşğul olan adamlar sinfi..., hakimiyyətə nəzarət
edən hökumət, məhkəmə, polis tezliklə öz fəaliyyətini dayandırır, qay
danı müdafiə etmək qabiliyyətini itirir».3
Liberalizmin tərəfdarı olan «II.Spenser cəmiyyətdə özünütənzim-
ləyici başlanğıcların inkişaf etdirilməsi zərurəti, fərdlərin azadlığı, habelə
təhltikəliliklərin və dövlətin cəmiyyətə vura bildiyi «zəror»in mümkün
lüyü haqqında çox yazmışdır.
O, «Qatıunvcriciləıin günahı» (onun «Şəxsiyyət dövlət əleyhinə»
əsərinin hissələrindən biri) oçerkində qanunvcricilərin peşəkar hazırlığı
haqqında məsələ qoyurdu. H.Spenser hüquqi qanunların ayrı-ayrı və
təndaşların mənafelərinə necə əhəmiyyətli ziyan vurması ilə bağlı çox
saylı misallar gətirərək qeyd edirdi ki, «qanunvcricilərin törədə bildiyi
şərə görə məsuliyyəti biz böyük iltifatla müəyyən edirik. Qəbul etdikləri
1 Спенсер Г. Основная социология // Заподносвропсиская социология XIX века. М.,
1996, с.279.
2 С пенсер Г. Автобиография. С П б., 1914, т.2, с.227.
3 С пенсер Г. Основная социология, с. 284.
94
qanunlarla törədikləri şərə görə onları müzakirə etmək belə, bizim
ağlımıza gəlmir».1
H.Spenserin fikrincə, sivilizasiyanın bütün nailiyyətlərinə görə biz
fərdlərin azad yaradıcılığına və fəaliyyətinə borcluyuq. «Ilətta hökumətin
öz məmurlarına sərəncam verdiyi və öz qanunlarını buraxdığı dil - bu,
meydana gəlməsinə görə onun heç də qanunvcriciyə deyil, öz şəxsi məq
sədlərini güdən adamların ünsiyyət prosesinin inkişafına borclu olduğu
alətdir».2
Il.Spcnser belə hesab edirdi ki, keyfiyyətsiz qanunların qəbul edil
məsinin başlıca səbəbi qanunvcricinin cəmiyyəti «testin bir parçası» kimi
təsəvvür etməsindən ibarətdir.
Fransız kriminalisti Qabricl Tardın psixoloji sosiologiyası.
Psixoloji sosiologiya da üzvi sosiologiya ilə yanaşı məlum populyarlığa
malik olmuşdur. Bu məktəbin aparıcı nümayəndələrindən biri fransız
kriminalisti və sosioloqu Qabricl Tard (1843-1904) hesab olunur. O,
«Təqlid etmə qanunları», «Sosial məntiq», «Sosial ctiidlər» və s. kimi
kitabların müəllifidir.
Q.Tard 1893-1896-cı illərdə Ədliyyə Nazirliyində şöbəyə başçılıq
etmiş, sonralar isə tədrislə məşğul olmuşdur. O, 1900-cü ildən de Frans
Kollecinin yeni fəlsəfə professoru olub. Tardın qələminə fəlsəfə və hüquq
sosiologiyasına dair bir sıra əsərlər məxsusdur.
Q.Tard sosiologiya ilə yaxından məşğul olan ilk fransız hüquqşünas
larından biridir, Qeyd etmək lazımdır ki, sosiologiya hiiquqşünaslığı
köhnəlmiş metafizik elm və hətta ilahiyyatın bir hissəsi hesab edərək, onu
əvvəllər qətiyyətlə rədd etmişdir. Buna onu da əlavə elmək lazımdır ki,
sosiologiyanın xüsusi sahələrinin ayrılması Kontun niyyətinə daxil
deyildi. Sosioloqların yurisprudensiyaya nifrətini XII yüzillikdə fransız
həmrəylik məktəbinin nümayəndələri (L.Burjua, L.Dügi, M.Oriu və
başqaları) aradan qaldırmağa cəhd göstərmişlər.3 Həmrəylik məktəbinin
sosial-hüquqi nəzəriyyəsi belə bir ideyaya əsaslanırdı ki, cəmiyyəti dövlət
idarə
etməli deyil, cəmiyyətin özü özünüidarə ilə məşğul olmalıdır.
Q.Tardtk əsərlərinə qayıdaraq göstərmək zəruridir ki, psixoloji sosio-
1 Спенсер Г. Грехи законодателей // Социалистическое исследование. 1992, № 2,
с. 129-136.
2 Yena orada, с. 135.
3 Луковская Д.И. Социалистическое направление во французской теории права.
ЛГУ, 1972, с. 128.
95
logiya ideyalarına uyğun olaraq cəmiyyət bir-birini doğuran varlıqların
toplumundan ibarətdir. Təqlid etmə - bu, insanları cəmiyyətdə birləşdirən
və insan həyatı faktlarına sosial məna verən psixoloji prosesdir. Beləliklə,
sosiologiya insanların psixi qarşılıqlı fəaliyyət
proseslərinin öyrənilməsilə
məşğul olan kollektiv psixologiyadır ki, bunun da başında təqlid dayanır.
Ona görə də cəmiyyət kollektiv təqlidlərin sistemi kimi müəyyən edilir.
Sosial təqlidin özü isə sosial hipnotizmin bir növüdür. Tardm sözlərinə
görə, cəmiyyətdə hər bir insan özünəməxsus somnabuldur.1
Sosial psixologiya və kriminalistika. Sosial-psixoloji ideya və
anlayışlar bir vaxtlar müxtəlif fəlsəfi təlimlər, eləcə do konkret elmlər
(antropologiya, etnoqrafiya, kriminologiya, psixologiya və sosiologiya)
daxilində tədqiq edilmişlər. Təsadüfi deyildir ki, sosial psixologiyanın
metodoloji statusunun nədən ibarət olması haqqında indiyədək diskussi
yalar davam etməkdədir.2
Məlum olduğu kimi, sosial psixologiya xiisusi fənn qismində 1908-ci
ildə meydana gəlmişdir. Sosial psixologiyanın meydana gəlməsi ingilis
psixoloqu U.Makduqallın (1871-1938) və amerikalı sosioloq E.O.Rossun
(1866-1951) əsərlərinin işıq üzü görməsilə eyni vaxta təsadüf edir. Bu
müəlliflərin kitablarının adında «sosial psixologiya» termini ehtiva olu
nurdu. Birinci Dünya müharibəsindən sonra ABŞ-da eksperimental fənn
kimi sosial psixologiyanın fəal tədqiqinə başlanmışdır. Eksperimental
tədqiqatların pozitivist fəlsəfənin metodoloji ənənələri ilə həyata keçiril
diyinə görə, əsas üsul laborato eksperimenti olmuşdur. Təhlillər kəmiyyət
metodu əsasında aparılırdı. Başlıca öyrənmə obyekti kiçik sosial qruplar
idi. Bu, sosial-psixoloji tədqiqatın xüsusi «Amerika» standartını doğur
muşdu. Sonradan həmin standart Avropa alimləri tərəfindən (T.Tccfcl,
S.Moskovisi) tənqidə məruz qoyulmuşdur. Çünki bu standart «sosial kon
teksti» təcrid edir, elmin nəzəri və dünyagörüşü prinsiplərini kifayət
qədər qiymətləndirmirdi.
Sosial psixologiya öz inkişafına görə yuridik psixologiyaya çox
borcdur. Yuridik psixologiyanın da kökləri tarixin çox da uzaq olmayan
dərinliklərinə aparıb çıxarır. Xatırladaq ki, 1764-cü ildə italyan hüquq-
1
Somnabulizm (lat.zomnus - yuxu +- ambularc - yerimək, sayıqlamaq) - yuxu zamanı
şüursuz, zahiran qaydaya salınmış hərəkətlərin (yerimək, predmetləri yerləşdirmək, otağı
səliq əyə salmaq və s.) yerinə yetirilm əsilə xarakterizə olunan özünəm əxsus şüur poz
ğunluğu.
2 Зелинский Л.Ф. Криминальная психология. К., Юринком Интер, 1999, с.240.
96
ştinas Cczarc Bckkariyanın (1738-1794) kiçik bir risaləsi çapdan çıxdı.
Bekkarinın ideyaları cinayət ədliyyəsi təcrübəsində sanki çevriliş etdi. O.
dolaşıq və son dərəcə mürəkkəb olan cinayət qanunlarını, gi/.li həyata
keçirilən cinayət mühakimə icraatını və cəzaların lıaqq qazandırılmayan
sərtliyini (o dövrdə hələ bəzi ölkələrdə cadugərləri tonqalda yandırır, hər
yeri ordalidən - cəzanın miistəsııa dərəcədə amansız tətbiqi üsullarından,
müxtəlif işgəncələrdən istifadə olunurdu) inandırıcı bir tənqidə məruz
qoydu. İtalyan hüquqşünası ilk dəfə olanıq belə bir ideyanı elan etdi:
cəzanın səmərəliliyi onıın amansızlığından deyil, icranın dönməzliyindən
və tezliyindən asılıdır; nə qədər ki, məhkəmə insan haqqında ittiham hök
mü çıxarmamışdır, o, təqsirsiz hesab olunmalıdır. Bckkariyanın fəlsəfi-
hüquqi ideologiyası Avropada geniş yayıldı. Təklif edilən humanist prin
siplər əsasında təkcə İtaliyada deyil, bir sııa başqa ölkələrdə də müha
kimə icraatının və həbsxana siyasətinin yenidən təşkilinə başlanıldı. Bır
sıra ölkələrdə cins əlamətinə görə məhbusların ayrıca saxlanmasına baş
lanıldı, saxlama rejimi ilə bağlı məhbusların yaşına diqqət yetirilməyə
başlandı, məhsuldar əmək fəaliyyəti üçün şərait yaradıldı. Bununla ya
naşı, nəinki mühakimə icraatının hıımanistloşdirilməsı və həbsxanada
saxlama şəraitiniıı yaxşılaşdırılması üçün zəminlər yaradıldı, həm də in
san şəxsiyyətinin psixoloji keyfiyyətləri nəzərə alınmaqla, onunla hu
manist roftaretmənin əsaslan tədricən müəyyən edilməyə başladı.
Maarifçilərin hüquq fəlsəfəsi elaıı edirdi ki, hüquq özündə həm qada
ğaları, həm də icazələri ehtiva elməlidir. İnsan şəxsiyyətinin ayrılma/
təbii hüquqları tanınmalıdır. Olbəttə, şəxsiyyət dövlət qarşısında müəyyən
məsuliyyət daşıyır. Lakin eyni dərəcədə dövlət də şəxsiyyət qarşısında
məsuldur. Yeni dövrün hüquqi dünyagörüşünün inqilabiləşdirilmiş prin
siplərindən biri şəxsiyyətin inkişafının, insan davranışı muxtariyyətinin
təminat prinsipi idi.
Fransanın Təsisedici Məclisi tərəfindən 1791-ci ildə qəbul olunmuş
Cinayət Məcəlləsi cinayət-hüquqi dünyagörüşün aşağıdakı əsas prinsip
lərini elan edirdi:
1) yalnız qanunla nəzərdə tutulan əməllər cinayət hesab oluna bilər;
2) cəza dönməz və cinayətə uyğun olmalıdır.
Mühakimə icraatının ittiham forması çəkişmə forması ilə əvə/ edildi.
Toqsirsizlik prczumpsiyası elan olundu. Hüquq münasibətləri iştirakçıla
rının yuridik bərabərliyi öz təsdiqini tapdı. Aııdlılar məhkəməsi təsis edil
di. Formal sübutlar nəzəriyyəsi ləğv edildi. Andlı hakimlər və hakimlər
97