R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə46/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   42   43   44   45   46   47   48   49   ...   131

nan,  homin  cəmiyyətdəki  nüfuzlu  sosial  qüvvələrin  mənafelərindən  asılı 
olan dövlət iradəsilə qabaqcandan müəyyən edilir.
Hüququn  adamların  davranışına  təsiri  üsullarının  müəyyən  edil­
məsinə  hələ  antik  dövrdə  səylər  göstərilmişdir.  Roma  hüquqşünası  Mo- 
destin  yazırdı:  «Hüququn  hərəkət  (qüvvəsi)  hökm,  qadağan,  həll  etmək­
dən, cəzalandırmaqdan ibarətdir».1
İslamın  hüquqi  fikrində  hüquqi  qiymətləndirmələrindən  asılı  olaraq 
insan  hərəkətləri  məcburi,  tövsiyə  olunan,  icazə  verilən,  qadağan  olu­
nan və bəyənilməyən hərəkətlərə bölgüsü*
 2 qəbul  olunmuşdur.
Beləliklə,  hüquq  normaları  iradovi  hərəkətləri  qiymətləndirir  (qada­
ğan  edir,  göstəriş  verir,  icazə  verir)  və  ictimai  münasibətləri  bu  üsulla 
tənzimləyir.
Hegel  fəlsəfəsinin  təsiri  altında  olan  XIX  yüzilliyin  bəzi  filosof və 
hüquqşünasları  təsdiq  edirdilər  ki,  hüquq  normaları  artıq  ictimai  müna­
sibətlərin  özündə  ehtiva  olunurlar  və  qanunvericiliyə  yalnız  onları  aşkar 
etmək  və  onları  normativ-hüquqi  aktlarda  təsbit  etmək  qalır.  Bu  müd­
dəanı  ilk  dəfə  formula  edənlərdən  biri  Hcnrix  Dıenburq yazırdı:  «Həyati 
münasibətlər öz ölçüsünü və öz qaydasını öz-özündə ehtiva edir».3
2.  Cəmiyyətin və hüququn qarşılıqlı münasibəti
Cəmiyyətin  və  hüququn  qarşılıqlı  münasibətinə  adətən,  hüququn 
mənşəyi,  onun  tipologiyası  və cəmiyyətin  həyatında  və  inkişafındakı  rolu 
ilə bağlı problemlərlə birlikdə baxılır.
Son illərdə hüququn mənşəyinə dair bir sıra əsərlər nəşr edilmişdir.
Həmin  əsərlərdə  hüququn  əmələ  gəlməsinin  sosial  səbəbləri  yeni 
mövqelərdən və müxtəlif nöqteyi-nəzərlərlə aydınlaşdırılır.4
Tarix elmində cəmiyyətin tarixinə sivilizasiyalı  və formasiyalı yanaş­
manın  üstünlükləri  və  çatışmazlıqları  haqqında  diskussiyalar  bu  gün  də
Дигесты  Юстиниана.  M.,  1984,  c.32.
2  Литология  мировой  правовой  мысли:  В  5-ти  томах,  т.1,  Античность.  Восточные 
цивилизации.  М.,  1999,  с.677.
3  Клейнер  Г.  От природы  к  природе  права.  М ,   1988,  с.229.
4  Рулан  Норбер.  Юридическая  антология.  М.,  1999;  К атал и н а  Т.В.  П роисхождение 
государства  и  права.  Современные  трактовки  и  новые  подходы.  М .,  1999;  Мальцев 
Г.В.  Пять лекций  о  происхождении  и  ранних  формах  нрава  и  государства.  М.,  2000.
174
davam  etməkdədir.'  Həmin  diskussiyalar  və  onların  nəticələri  hüquqşii- 
naslıq  üçün  mühüm  olsa  da,  müoyyəncdici  əhəmiyyət  kəsb  etmirlər.  Mə­
sələ  burasındadır  ki,  cəmiyyətin  tarixinə  nə  sivilizasiyalı,  nə  də  formasi- 
yalı  yanaşma  cəmiyyətin  və  hüququn»  qarşılıqlı  münasibətini  açmaq 
iqtidarında  deyildir.  Çünki  hüquqa  formasiyalı  yanaşma  nöqteyi-nəzərin­
dən  hüquq  ancaq  cəmiyyətin  iqtisadi  təbiətini  əks  etdirən  fenomen  kimi 
çıxış  edir.  Sivilizasiyalı  yanaşma  isə  hüquqda  ancaq  inkişafın  müvafiq 
dövründə cəmiyyətin  mədəniyyətinin qeyri-müəyyən hissəsini  görür.
Cəmiyyətin  və  hüququn  qarşılıqlı  real  münasibətinin  aşkar  edilməsi 
üçün  tarixə  və müasirliyə sosiomədəni  yanaşma  daha perspektivlidir.  Be­
lə  yanaşma  sosiumun  sistemli  nəzərdən  keçirilməsinə  və  təhlilinə  əsas­
lanır.  Yəni  ictimai  həyatın  dəyərli-mənalı  sferaları  kimi  ictimai  müna­
sibətlər,  təsisatlar,  təşkilatlar,  fəaliyyətlər,  hərəkatlar  və  mədəniyyətlər 
ardıcıllıqla  nəzərdən  keçirilir,  inkişafın  müasir  görüntüləri  ilə  qarşılıqlı 
müqayisədə təhlil edilir.
Hüquq  ictimai  həyatın  hər  iki  sferasında  kök  salmış  sosiomədəni 
hadisədir  (institusiyadır).  Mədəni  sferaya  hüququn  dərk  edilməsi,  onun 
nüfuzu,  hüquq  normalarının  rəsmi  elan  olunması,  onların  formulələriniıı 
razılaşdırılması  və  dəqiqləşdirilməsi,  hüquq  düşüncəsi,  hüququn  əxlaqla, 
dinlə,  cəmiyyətin  ideologiyası  ilə  əlaqəsi  və  s.  aid  edilir.  Sosiumun  üzvi 
hissəsini  hüququn  hüquq  münasibətlərində,  hüquq  qaydasında,  hüquqi 
təsisatlarda  və onların praktiki  fəaliyyətin realizə olunması təşkil edir.
Hüququn  sosial  və  ınədəni  sfera  ilə  qırılmaz  bağlılığı  hələ  onun 
cəmiyyətin  sosial  strukturuna  və  dinamikasına  təsir  dərəcəsi  haqqında 
məsələni  həll  etmir.  İstənilən  institusiya  (ideya,  cəmiyyətdə  kök  salmış, 
ictimai münasibətlərdə və təsisatlarda öz təcəssümünü  tapmış təsəvvürlər) 
sosiomədəni  səciyyə  daşısa  da,  onların  heç  də  hamısı  ictimai  həyata  qa­
barıq  şəkildə  təsir  göstərmirlər.  Bu  təsir  institusiyanın  əsasında  dayanan 
əsas  ideyanın  məzmunu  ilə,  onun  cəmiyyətin  mənəvi  ələmində  təcəssüm 
olunması dərəcəsilə müəyyən edilir.
Hüquq  normalarının  məzmununun  müəyyən  edilməsinin  qanunve- 
ricinin  iradəsindən  asılı  olması  halı  həmişə  belə  bir  illüziya doğurmuşdur 
ki,  o,  ictimai  quruculuğu  və  dövlət  quruculuğunu  müəyyən  etməyə 
qadirdir.  «Ağıllı  qanunun»  qüvvəsinə  inam  Maarifçilik  dövründə  (XVIII 
yüzillik)  xüsusilə  geniş  yayılmışdı.  İnqilab  dövründə  Fransanın  dörd
1  M əsələn,  bax:  Новая  и  новейшая  история.  2000,  № 5,  с.70-75,  78-79.
175


konstitusiyasının  bir-birinin  ardınca  iflasa  uğraması  nəinki  irticaçılar  və 
mühafizəkarlar  üçün  inqilabi  dəyişikliklər  əleyhinə  bəhanəyə  çevrildi, 
həm  də  filosof  və  hüquqşünasların  hüququn  cəmiyyət  həyatında  rolu 
haqqında  düşüncələrinin  predmeti  oldu.  «Hüquqşünasların  tarixi  mək- 
təbi»nin  (Hüqo,  Savini,  Puxta)  hüququn  daxili  səbəblərdən  törəyən  in­
kişafı  haqqında müddəaları  həmin  düşüncələrin  ən  əhəmiyyətli nəticələri 
idi.  Tarixi  məktəbin  hüquqşünasları  təsdiq  edirdilər  ki,  hüququn  tarixi 
bütünlüklə  cəmiyyətin,  millətlərin  və  xalqların  tarixi  ilə  qabaqcadan 
müəyyən  edilmişdir.  Bu  cəhətdən  K.Marks  və  F.Engels daha qabağa get­
mişdi.  E.Maıks  inandırıcı  şəkildə  əmin  edərək yazırdı:  «Həm siyasi, həm 
də  mülki  qanunvericilik  iqtisadi  münasibətlərin  tələblərini  ancaq  ifadə 
edir, protokollaşdııır.  Hüquq yalnız  faktın rəsmi  tanınmasıdır».'  Marks vo 
Engels yazırdı:  «Unutmaq  olmaz  ki,  din  kimi,  hüququn  da özünün  dəqiq 
tarixi yoxdur.1
 2
İqtisadi  bazis  üzərində  hüquqi  üstqurumun  bir hissəsi  kimi  hüququn 
iqtisadi  şərtliliyi  haqqında  təsəvvürlərin  bir  sıra  dövlətlərdə  tərəfdarları 
çox  olmasa  da,  az  da  deyildi.  Tarixin  müxtəlif dövrlərinə  aid  bir  sıra ta­
rixi  faktlarla  təsdiq  edilən  iqtisadi  determinizmin  nüfuzu  hüquqa  ictimai 
həyatın  digər  amillərinə  tabe  olan  dərəcəli  hadisə  kimi  baxışları  doğur­
muşdu.  Hətta  marksizmin  ortodoksal  tərəfdarları  olan  alimlər  hüquqa 
olan belə baxışları bəzən çətinliklə aradan qaldıra bilirdilər.
H.C.Berman yazır:  «Bu gün, artıq  Karl  Marksdan  demək olar ki,  yüz 
əlli  il,  Maks  Veberdon  demək  olar  ki,  yüz  il  sonra  hüququn  sosial  nəzə­
riyyəsinin  birinci  vəzifəsi  hüququn  səbəblərinin  həddən  artıq  sadələş­
dirilmiş  konsepsiyalarından  yan  keçməkdən  ibarətdir.  Filosofların  mate­
rializm  vo  idealizm  haqqında  nə  deyib-demomosindon  asılı  olmayaraq, 
tarixi  nöqteyi-nəzərdən  fakt  budur  ki,  Hegel  şüurun  varlığı  müəyyən 
etdiyini  düşünərkən  səhv  etmişdir,  varlığın  şüuru  müəyyən  etdiyi  təsdiq­
ləyən  Marks  haqlı  olmuşdur.  Tarixdə,  real  həyatda  onlardan  heç  biri 
digərini  «müəyyən»  etmir,  onlar  adətən,  birlikdə  addımlayırlar.  Lakin, 
əgər  bu  belə  deyildirsə,  o  halda  onlar  növbə  ilə  həlledici  rol  oynayırlar. 
Hüququn  sosial  nəzəriyyəsi  öz  tədqiqatlarında  və  hüquqa  verdiyi  tərifdə 
ruhun  və  materiyanın,  ideya  vo  təcrübənin  qarşılıqlı  hərəkətinə  üstünlük 
verməlidir».3
1  Маркс  К.,  Энгельс  Ф.  Соч.,  т.4,  с. 112,  115.
2  Y enə orada, t.3, с.64.
3  Берман  Гаральд Дж. Западная традиция права: эпоза формирования.  M.,  1998, с.57.
176
Cəmiyyətin  vo  hüququn  qarşılıqlı  münasibəti  ondan  ibarətdir  ki, 
qüvvədə olan hüquq cəmiyyətin varlığı və şüurunun bir hissəsidir.  I lüquq 
ictimai  həyat  tərzinin  təsərrüfatın  aparılması,  əmək  bölgüsü,  mövsümi 
işlər,  ailə  qurmaq  və nəsillərin  dəyişməsi,  ictimai  şüur  forması,  təbiət  və 
ictimai  həyat  hadisələrinin  izah  olunması,  hökmran  etiqad  vo  s.  bu  kimi 
elementidir.  Cəmiyyət  vo  hüquq  bir-birilə  üzvü  surətdə bağlıdır.  Cəmiy­
yət  heç  də  hər cür  hüququ  özününkü  hesab  etmir.  Bir  cəmiyyətdə  hüqu­
qun  səmərəli  olan  bir  sıra  norma  və  institutları  başqa  bir cəmiyyətdə  qə­
bul  edilməyə  bilər.  Eyni  zamanda  da  bəzi  ictimai  münasibətlər  və  təsi­
satlar hüquqi tənzimetmə olmadan mövcud ola bilməzlər.
Cəmiyyət və hüquq öz inkişafında  iki  mərhələdən keçmişdir:
1)  cəmiyyət üzvlərinin  qeyri-hüquq  bərabərliyinə  əsaslanan  silki  (və 
ya kasta) cəmiyyət mərhələsi;
2)  cəmiyyət  üzvlərinin  hüquq  bərabərliyinə  əsaslanan  vətəndaş  cə­
miyyəti mərhələsi.
Dövlət-təşkilati  cəmiyyətdən  əvvəl  ibtidai  cəmiyyət  mövcud  olmuş­
dur.  İbtidai  cəmiyyət  qanqohumluğu  əlaqələrinə  əsaslanırdı.  Bu  cəmiy­
yətdə  birgə  əmək,  birgə  sahiblik  və  birgə  istehlak  hökm  sürürdü.  İsteh­
salın  inkişafı  vo əmək bölgüsü  mülkiyyətin  müxtəlif formalarını  yaratmış, 
cəmiyyət  siniflərə,  kastalara,  təbəqələrə  bölünmüş  vo  bütün  bunlar  tədri­
cən  dövlətin  və  hüququn  əmələ  gəlməsini  şərtləşdirmişdir.  Cəmiyyətin 
sonrakı  inkişafı  dövlət  vo  hüquqla,  sosial  strukturlarla,  müxtəlif  cəmiy­
yətlərin  iqtisadi,  mədəni  və  hüquqi  əsasları  ilə  sıx  qarşılıqlı  əlaqədə 
davam etmişdir.
Tarixən  mövcud  olan  cəmiyyətlərin  spesifikliyi  ilə  əlaqədar  hüquq 
sistemlərinin  xüsusiyyətləri  əsasında  hüquq  tarixi  aşağıdakı  iki  böyük 
dövrə bölünür.
Hüququn birinci  tarixi  tipi silki  hüquq  olmuşdur.  Bu, hüquq-imtiyaz 
idi.  Hüquq-imtiyaz  müxtəlif təbəqələr üçün  fərqli  məzmuna  malik  idi.  O, 
bəzən  eyni  bir  təbəqə  daxilindəki  ayrı-ayrı  qruplar  üçün  müxtəlif' məz­
muna malik olması  ilə seçilmişdir.
Hüququn  ikinci  tarixi  tipi  burjua  vətəndaş  cəmiyyətinin  formal 
(mücərrəd bərabər)  hüququ  olmuşdur.  Bu, ümumi  bərabərlik,  formal  hü­
quqlar vo  mücərrəd  azadlıqlar  hüququ  idi.  O,  silki  hüquqdan  keyfiyyətcə 
fərqlənirdi.
XX  yüzillikdə  hüququn  üçüncü  tarixi  tipi  kimi  sosial  hüquq  tipi  irəli 
sürülmüşdür.  Sosial  hüquq  ümumbəşəri  dəyərləri  bərabər  hüquqla  qoru­
177


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə