R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə63/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   59   60   61   62   63   64   65   66   ...   131

ol aq o  vo  münasibətlərində  dəyişməz  qalmışlar.  Bu,  hər  şeydən  əvvəl, 
onunla  izah  edilir  ki,  hüquq  normalarının  vo  siyasi  normaların  genezisini 
vo varlığını  müəyyən edən yeganə mənbə mülkiyyət münasibətləridir.  Bu 
münasibətlər həm hüququn, həm də siyasətin məzmununu  şortləşdirir.  İn­
sanlar  arasında  hüquqi  vo  siyasi  əlaqələr  do  məhz  mülkiyyətlə  əlaqədar 
yaranır.  Siniflərin,  sosial  qrupların  və  fərdlorin  mənafeləri,  tələbatları 
mülkiyyətə münasibətdə daha parlaq təzahür edirlər.
Hüquq  norması  azadlığın  obyektiv  olaraq  şərtləşən  ölçüsünü  və  for­
masını  ifadə  edir.  Yuridik münasibətlərin hələ rüşcym halında olduğu za­
man  hüquq  artıq  azadlığın  ifadəsi  olur.  Molumdur  ki,  hüquq  normaları 
tarixi  inkişafın  müəyyən  mərhələsində  təşəkkül  tapırlar.  Məhz  bu  vaxt 
yeni  ictimai  münasibətlərin  yaranması  cəmiyyət  daxilində  mülkiyyətin 
yenidən bölgüsünə,  onun  cəmiyyətin böyük  olmayan  hissəsinin  (bir qrup 
azlığın)  əlində  comloşməsino  gətirib  çıxarır.  Bütün  bunlar  cəmiyyətin  si­
niflərə parçalanması,  xüsusi  mülkiyyətin  formalaşması  şəraitində  baş ve­
rir.  Siniflərin  istehsal  vasitələrinə  münasibətdə  müxtəlif sosial mövqeləri 
fordlərin  real  azadlıq  dərəcəsini  aşkarlayan  mülkiyyət  münasibətlərinin 
xarakterini  müəyyən  edir.  Bu,  fərdlorin  mülkiyyətlə  əlaqəsindən  irəli 
gəlir.
Mülkiyyət  münasibətlərinin  formalaşması  siyasi  münasibətlərin  tə­
şəkkül  tapmasından,  dövlətin  əmələ  gəlməsindən  ayrılmazdır.  Həmin 
münasibətlər  xüsusi  orqanların  və  institutların  timsalında  siyasi  hakimiy­
yətin  yaradılmasını  tələb  edir.  Məhz  həmin  xüsusi  orqanlar  və  institutlar 
qanunvericilik vasitəsilə hökmran  sinfin  mənafelərinə və hakim iradəsinə 
rəsmi, ümumi  vo «sivilizasiyalı» xarakter verir.
Mülkiyyət  münasibətləri  hüquq  münasibətlərinin  və  siyasi  mü­
nasibətlərin  əsasını  təşkil  edir,  çünki  mülkiyyətə  malik  olan  iqtisadi  cə­
hətdən  hökmran  qüvvə  siyasi  hakimiyyətə  do  malik  olur.  Mülkiyyət mü­
nasibətlərindən  doğan  hüquq normaları  dövlətin  qanunyaratma  fəaliyyəti 
nəticəsində  yuridik  və  siyasi  normalara  çevrilir,  siyasi  hakimiyyətə  mü­
nasibətdə  siniflərin,  təbəqələrin,  sosial  qrupların  və  siyasi  partiyaların 
münasibətlərini tənzim edən normalar qismində çıxış edirlər.
Hüquq və  siyasət  normativ  cəhətdən  strukturlaşdırılmışdır.  Hüququn 
normativ  təbiəti  heç  bir  şübhə  doğurmur.  Siyasi  normativliyin  hüquqda 
olduğu  kimi  formal  müəyyənlik  səviyyəsində  olmamasına  baxmayaraq, 
bütün  siyasi  sferanın  özü  də  normativləşdirilmişdir.  Siyasi  normalar heç 
də  həmişə  rəsmi  sənədlərdə  ehtiva  olunmurlar.  Onlar  siyasi  mütəfək­
240
kirlərin  və  liderlərin  siyasi  görüşlərində  və  ideyalarında,  onların  dövlət 
hakimiyyətinin  xarakteri  vo  strukturları,  onun  fəaliyyət  formaları  və 
metodları,  siniflər  vo  sosial  qruplar  arasında  hakimiyyətlə  bağlı  münasi­
bətlərin  tənzim  edilməsi  haqqındakı  təsəvvürlərində ehtiva  oluna  bilərlər. 
Siyasi  normalar  cəmiyyətin  kütləvi  ictimai  şüuruna,  sosial-psixoloji  əh­
val-ruhiyyəsinə daxil edilir.
Siyasi  şüur  sahəsində  siyasi  proseslərin,  siyasi  əlaqələrin  və  münasi­
bətlərin,  siyasi  sistemin  institutlaşmasının  həyata  keçirilməsinin  zərim 
şərti  qismində  çıxış  edən  ümumi  prinsiplər,  dəyər yöniimləri  və  normalar 
işlənib  hazırlanır.  Həmin  prinsiplər,  yönümlər  və  normalar,  hər  şeydən 
əvvəl,  sinfi  mənafelərin,  təbəqə  vo  qrup  mənafelərinin,  siyasi  reallığa 
münasibətlərin dərk edilməsi  vo ifadəsidir.
Mənafelər  öz  ətrafında  dəyər-normativ  yönümün  bütün  sistemini 
siyasi,  estetik  vo  dini  yönümü  qruplaşdırır.  Lakin  siyasi  normativ-dəvər 
sistemi  bu  mənafeləri  daha  mərkəzləşdirilmiş  şəkildə  ifadə  edir,  çünki  o, 
bilavasitə  siyasi  hakimiyyətlə  bağlı  olan  münasibətləri  tənzimləyir.  Bu 
münasibətlər  sinifli  cəmiyyətdə  insanların  bütün  həyati-fəaliyyət  sfera­
larında  siniflərin,  sosial  qrupların  və  fərdlorin  qarşılıqlı  fəaliyyətinin  xa­
rakterini  müəyyən edirlər.
Siyasi  normalar  öz  inkişaf dərəcəsinə  görə  siniflərin  və  qruplaşma­
ların  mənafe  və  tələbatlarının  on  fəal  ifadəçisi  olurlar.  Bu  isə  insanların 
davranışının  sosial  cəhətdən  tənzimlənməsində  iistün  rolunu,  onların  hü­
ququn,  mənəviyyatın  vo  incəsənətin  ictiırai  münasibətlərə  təsirinin  bütiin 
digər formalarını özlərinə tabe etmək səylərini müəyyən edir.
Burcua  inqilabları  dövründə  fərdlə  dövlət  arasında  sanki  vasitəçi  ro 
lunu oynayan siyasi partiyalar meydana gəlirlər.  Onlar öz məramnamə və 
proqramlarını  yaradır,  həmin  sənədlərdə  dövlət  hakimiyyətinə  təsirin 
gücləndirilməsinin  müxtəlif yollarını  müəyyən  edirlər.  Siyasi  hakimiyyə­
tə  (dövlət  hakimiyyətinə)  sahib  olmaq  həmin  partiyaların  başlıca  məq­
sədlərindən biri kimi çıxış edir.
Hüquq  normaları  ilə  siyasi  normalar  arasında  qarşılıqlı  münasibət 
formal  bərabərlik,  ədalət,  insan hüquqları  və hüquqi  dövlət  ideyaları  irəli 
sürən  burcua-dcmokratik  inqilabları  dövründə  dəyişir.  Hüququn  dövlət 
üzərində  prioriteti  prinsipi,  dövlətin  insan  hüquqları  üzərində  tam  ha­
kimiyyətinin məhdudlaşdırılması son dərəcə əhəmiyyət kəsb edən ümum 
bəşəri  dəyərdir.  Yeni  situasiyada  hüquq  normaları  siyasi  normalar qarşı­
sında  birincilik qazanır,  hüququn rolu  getdikcə tədricən  artmağa başlayır
241


Hüququn siyasət üzərində üstünlüyü normal  situasiyadır və belə üstünlük 
bütün sivilizasiyalı dövlətlər üçün səciyyəvi olmalıdır.
Siyasi  normaların  hüquq  normaları  qarşısında  birinciliyi  zorakılıq 
doğurur və totalitar rejimlər üçün zəmin yaradır.  Siyasətin, hüquq norma­
larının  hüquqi  dayağının  olmadığı  yerdə  totalitarizmin  yaranması  la­
büddür.  Totalitarizm  həm  də  o  yerdə  baş  qaldırır  ki,  hüquq  siyasi  ha­
kimiyyətin məhdudlaşdırıcısı  qismində  çıxış  etmir,  insan hüquqları  siyasi 
hakimiyyətin  həyata  keçirilməsinə  nəzarət  vasitəsi  olmaq  imkanından 
məhrum edilir.
Buna  görə  də  hüquq  normalarının  və  siyasi  normaların  qarşılıqlı 
əlaqəsi  bu  sosial  tənzimləmə  sferalarında  ümuminin  və  xüsusinin  mü­
cərrəd  təhlilindən  ibarət  deyil.  Hüquq  normalarının  və  siyasi  normaların 
qarşılıqlı  əlaqəsi  problemi  siyasi  rccimin  xarakteri  haqqında  məsələdir. 
Siyasi  recimin  mahiyyəti  isə  onun  cəmiyyətdə  hüquqi  başlanğıcların, 
prinsiplərin  və  hüquq  normalarının  hökmranlığını  tanıyıb-tanımaması  ilə 
müəyyən edilir.
Hüququn  siyasət  və  siyasi  hakimiyyət  üzərində  prioriteti  müasir mə­
dəniyyətin  sarsılmaz  prinsipidir.  L.Diigi  yazırdı:  «Hökmdarlar  üzərində 
yüksələn  və  onlar  iiçüı  mütləq  olanları  idaıo  edən  hüququn mövcudluğu 
zəruri  postulatdır.  Bütün  həndəsənin  Evklid  postulatında  rahatlıq  tapdığı 
kimi,  bütün  müasir  xalqların  həyatı  da  eynilə  hüquq  normaları  postu­
latında  rahatlıq  tapır.  İycrinqin  öyrətdiyi  kimi,  hüquq  qüvvələr  siyasəti 
deyil,  o,  dövlətin  işi  do  deyil.  Hüquq  dövlətdən  əvvəl  gəlir və  onun üzə­
rində  yüksəlir:  o,  dövlət  qüvvələrinin  sərhədidir və  dövlət  hüququn  xid­
mətində olmalı olan qüvvədən başqa bir şey deyildir».1
Hüquq  normalarından  fərqli  olaraq,  siyasi  nonnalarda  ideyaların və 
siyasi  proqramların  rəqabətinin  mövcud  olması  qaçılmazdır.  Siyasi  nor­
malar içərisində yüksək nüfuza, müxtəlif siyasi qrupların mənafe və məq­
səd  qarşıdurmalarının  qarşısını  almağa  qadir olan  normalar yoxdur.  Belə 
qüvvə  siyasi  normaların  xaricindədir  və  həmin  qüvvəni  təbii  olaraq 
hüquq, hüquqi prinsiplər və hüquq normaları təşkil edirlər.
Hüquq  və  əxlaq  normaları.  Sosial  tənzimetmə  sistemində  mühüm 
rol  hüquqa  və  əxlaqa  məxsusdur.  Bilavasitə  ictimai  münasibətlərdə  ya­
ranan  və  insanların  qarşılıqlı  fəaliyyətinin  spesifik  üsullarını  əks  etdirən 
hüquq və əxlaq normalarının təyinatı  siniflərin,  sosial qrupların,  fərdlərin
1  Дюги  Л.  Социальное  право,  индивидуальное  право  и  преобразование  государства. 
М .,  1909, С.В.
242
və bütövlükdə cəmiyyətin mənafelərini təmin edən  insanların davranışına 
məqsədyönlü  təsirdən  ibarətdir.  Bununla  yanaşı,  bu  «sosial  tənzimlə­
yicilərin  hər  biri  öz  spesifikliyinə  malikdir.  Hüquqda  və  əxlaqda  ümu­
minin  və  spesifikliyin  aşkar  olunması  onların  insan  şüuruna  və  davra­
nışına,  fərdlərin  qarşılıqlı  fəaliyyətinə  və bir-birinə  qarşılıqlı  təsir  göstər­
məsinə  təsiri  üsullarının  öyrənilməsi  iiçün  böyük  idrak  və  praktiki  əhə­
miyyəti vardır.
Hüququn  və  əxlaqın  qarşılıqlı  əlaqəsini,  sosial  tənzimləmənin  bu 
sistemlərində ümumi  və spesifik cəhətləri nəzərdən  keçirərkən hər şeydən 
əvvəl belə bir suala cavab  vermək zəruridir:  hüquq  və əxlaqın  ümumiliyi 
ictimai  münasibətlərin  xarakterindonmi  irəli  gəlir  və  ya  bu  sistemlərdən 
hər  biri  həmin  sferada  yaranan  sosial  normaların  spesifikliyini  müəyyən 
edən  öz  ictimai  münasibətlər sfresına malikdirmi?  Qoyulmuş  suala cavab 
hüququn və əxlaqın mahiyyətinin açılmasının zəruri  şərtidir.
Hüquq  normalarının  və  siyasi  normaların  qarşılıqlı  fəaliyyətinin  təh­
lili  zamanı  insanların  qarşılıqlı  fəaliyyətinin  hüquqi  formalarını  doğuran 
ictimai  münasibətlərinin  təbiəti,  yəni  onların  mülkiyyətə  və  siyasi  haki­
miyyətə  dair  sosial  əlaqələrinin  təbiəti  edildi.  Məhz  bu,  hüquq  normala­
rının  fəaliyyətinin  diapazonunun  genişliyini  müəyyən  edir.  İctimai 
münasibətlərin  nisbətən  böyük  olmayan  sferası  hüquqi  xarakteristikadan 
kənarda  qalır  və  onların  tənzimləyicisi  qismində  «xalis»  şəkildə  əxlaq 
normaları, dini normalar, qeyri-hüquqi adətlər və ənənələr çıxış edirlər.
Mülkiyyət və siyasi  hakimiyyət münasibətləri  sferasında yaranan  hü­
quq  normaları  onların  hüdudlarından  kənara  çıxmaq,  insanların  sosial 
qarşılıqlı  fəaliyyətinin  daha  gcııiş  sahələrini  əhatə  etmək  ənənəsinə  ma­
likdirlər.  Ona  görə  do  hüquq  normaları  ictimai  münasibətlərin  nisbətən 
böyük  olmayan  dairəsini  (dostluq,  qarşılıqlı  yardım,  sevgi,  əzabkeşlik 
münasibətləri)  «sərbəst»  buraxaraq,  insanların  praktiki  fəaliyyətinin  ən 
geniş  parametrlərində  fəaliyyət  göstərirlər.  Əxlaqi  tənzimləyicilərin  fəa­
liyyətini do məhz bəzən münasibətlərin bu dairəsinə şamil edirlər.
Belə mövqeyi  düzgün  hesab etmək olmaz, çünki əxlaq və bu sferanın 
hüdudlarından  kənardakı  münasibətlər  ən  geniş  fəaliyyət  meydanına  ma­
likdir.  Əxlaq  ivsanların  hərəkətlərində  ifadə  olunan,  onların  bir-birinə, 
cəmiyyətə,  müəyyən  sinfə,  dövlətə  və  müdafiə  olunan  şəxsi  əqidələrə, 
ənənələrə,  bütün  cəmiyyətin  ictimai  rəyinin  qüvvəsinə  münasibətini  tən­
zimləyən  görüşlərin,  normaların,  prinsiplərin  və  inamların  tarixən  müəy­
yən  edilmiş  sistemidir.  Belə  normaların,  inamların  kritcriyaları  qismində
243


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə