R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə64/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   60   61   62   63   64   65   66   67   ...   131

xeyir,  şər,  şəıof,  alicənablıq,  intizara,  vicdan  kateqoriyaları  çıxış  edirlər. 
Bütün ictimai  münasibətlərin,  insanların hərəkətlərinin interpretasiyası və 
qiyməti belə mövqelərdən verilir.
Əxlaq  normalarının  nisbi  müstəqil  fəaliyyət  meydanını  fərqləndi­
rərkən  onların  mühüm xassəsini  -  universallığını,  ictimai  münasibətlərin 
ən müxtəlif sferalarına, o cümlədən, iqtisadi,  siyasi münasibətlər və əmək 
münasibətləri  sferasına nüfuz etmək qabiliyyətini unutmaq olmaz. «Bu da 
aydındır,  belə  ki,  əxlaq normaları  xeyir,  şər,  vicdan,  borc,  ləyaqət,  şəxsi 
məsuliyyət  kateqoriyasına  və  s.  kateqoriyalara  istiqamətləndirilmişdir».1 
Həmin  kateqoriyalar  bu  və  ya  digər  interpretasiya  prosesində  insanların 
bütün  sfcralardakı  fəaliyyətində  davranışının  qiymətləndirilməsi  kriteri- 
yaları qismində çıxış edirlər.
Beləliklə,  həm  hüquq,  həm  do  əxlaq  ictimai  həyatın  on  müxtəlif 
sahələrinə  nüfuz  etmək  qabiliyyətinə  malikdir.  Nə  hüquq,  nə  də  əxlaq 
sosial  münasibətlərin predmetli  əlahiddə sferası  ilə məhdudlaşmırlar.  Hü­
quq və  əxlaq insanların  sosial  qarşılıqlı  fəaliyyətinin  on geniş sahələrində 
onların  davranışı  ilə  bağlıdır.  Bunu,  həm  do  əxlaqın  «universallığını», 
onun hər yerdəki  «varlığını»,  «nüfuzetmə»2 xarakterini nəzərə alaraq belə 
nəticəyə  gəlmək  olar  ki,  hüququ  və  əxlaqı  onların  fəaliyyətini»  predmet 
sferaları  üzrə  fərqləndirmək  olmaz.  Hüquq  və  əxlaq  sosial  əlaqələrin 
vahid  «meydanında»  fəaliyyət  göstərirlər.  Hüquq  normaları  ilə  əxlaq 
normalarının sıx qarşılıqlı  fəaliyyəti do məhz buradan meydana gəlir.
Hüququn  və  əxlaqın birliyi  nəinki  onların  fəaliyyət  sferasının vahid­
liyi  ilə,  sosial  təyinatlarının  ümumiliyi  ilə,  həm  də  onların  struktur  xa­
rakteristikası  ilə  müəyyən  edilir.  Hüquqi  və  oxlaqi  sistemlər  çoxşaxəli 
təsisatlardır.  Buna görə də onların  sosial fəaliyyəti onlara daxil  olan bütün 
elementlərin  -   ictimai  münasibətlərin,  ictimai  şüurun,  normaların  birli­
yində aşkar olunur.
Hüquqi  və  oxlaqi  sistemin  bütün  elementləri  nə  mərhələlərlə,  nə  do 
ardıcıllaqla  yaranmır.  Onların  əmələ  gəlməsi  prosesi  fəaliyyətin,  şüurun 
dialcktikasını,  «ünsiyyətin  bir  sıra  formaları  ilə  bağlı»  təkrarlığın  qa­
nunauyğunluqlarını  nəzərdə  tutur.  Ona  görə  də  hüquqi  sistemdə  hüquq 
münasibətlərini,  hüquq  düşüncəsini,  hüquq  normalarını,  əxlaqi  sistemdə 
isə  mənəviyyat  münasibətlərini,  əxlaqi  şüuru,  mənəvi  normaları  fərqlən­
dirərkən  biz,  hər bir  sistemin  daxili  elementlərinin  qarşılıqlı  fəaliyyətinin
1 Дробницкий  О.Г.  Понятие морали:  Историко-критический  очерк.  М.,  1974,  с.283.
2 Y enə orada,  с.229.
244
mürəkkəb  dialcktikasını  tərəddüd  etmədən  nəzərə  almalıyıq.  Hüquq 
düşüncəsi  və  hüquq  normaları,  mənəvi  şüur və  mənəvi  normalar bu  tən­
zimləyicilərdən hər biri üçün spesifik olan vasitələrin  müxtəlif cəhətlərini 
əks  etdirərək,  ictimai  münasibətlərin  vahid  meydanında  fəaliyyət  gös­
tərirlər.
Əxlaqi  sistemdə mənəvi  şüuru  əxlaq normalarından  ayırmaq  son də­
rəcə  çətindir,  çünki  əxlaq  institutlaşdırılmamış  sistemdir.  O,  xüsusi  «nor- 
mamüəyyəncdici  instansiyaya»,  ixtisaslaşdırılmış rəsmi  ifadə  formalarına 
malik  deyildir.  Əxlaq  normaları  əxlaqi  dildə  şəxsiyyətlə  dövlət  arasında, 
habelə  fərdlər  arasındakı  münasibətlərdə  ziddiyyətlərin  aradan  qaldırıl­
masına yönələn tələblər, göstərişlər halında təzahür edirlər. Konkret-tarixi 
şəraitdən asılı  olaraq onlar ən  müxtəlif ifadə  formasına  malik ola bilərlər. 
Belə formaya dini  hökmləri və müəyyən adətləri,  ənənələri, ayinləri və şi­
fahi vəsiyyətləri,  əfsanələri, atalar sözlərini və məsəllərini aid etmək olar.
Fikrimizcə,  hüquqi  görüşlərin və  hüquq normalarının  fərqləndirilmə­
sini  də  sadə  formulaya  miıncər  etmək  olmaz.  Hüquqi  görüşlər  dövlətin 
verdiyi  və ya sanksiyalaşdııdığı normalardan əvvəl yaranmışdır.  Ona görə 
də  hüquqi  şüuru  və  qanunvericilik  göstərişlərini  asanlıqla  fərqləndirmək 
olar.  Lakin hüquq norması  və hüquq düşüncəsi prinsipi, mühakimə, dəyər 
yönümü  müxtəlif  sosial-iqtisadi  formasiyalarda  heç  də  asanlıqla  fərq­
ləndirilmirlər.
Hüquq  və  əxlaq  sosial  tənzimləyicilər  kimi  fərdin  azad  iradəsi  və 
onun  öz  hərəkətlərinə  görə  məsuliyyət  problemləri  ilə  bağlıdırlar.  Hüquq 
və  əxlaq  insanın  dəyər  yönümiinün  mühüm  elementləri  kimi,  əgər  insan 
azad  iradəyə  malik  olmasaydı,  nə  yaranmaz,  nə  də  mövcud  olmazdılar. 
Hüquq və  əxlaq  insana  ictimai  münasibətlərin  mürəkkəb  və  dəyişkən  alə­
minə  adaptasiya  olunmaqda  kömək  edərək,  onun  zəkasına  və  iradəsinə 
nüfuz  edirlər.  Hüquq  və  əxlaq  fərdin  azad  iradəsinə  həmişə  nüfuz  edir. 
Bununla  yanaşı,  onlar  şəxsiyyətin  azad  davranışının  sərhədlərini  müəy­
yən  edərək,  həmin  azadlığın  «ölçüsü»  qismində  çıxış  edirlər.  Lakin  bu 
birlikdə  artıq hüququn  və  əxlaqın  spesifikliyini  müəyyən  edən  xassə  var­
dır.  Hüquq  bu  zaman  azadlığın  konkret-tarixi  cəhətdən  şərtləşdirilmiş 
formal  ölçüsü  qismində  çıxış  edir.  Hüquq  öz  mahiyyətinə  və  deməli,  öz 
anlayışına görə, real  münasibətlərdə azadlığın tarixən müəyyən  və obyek­
tiv surətdə şərtləşdirilmiş  forması, bu azadlığın ölçüsü,  formal  azadlığıdır.
Hüquq  öz  təbiəti  sayəsində  insanın  davranışının  daxili  motivlərinə 
münasibətdə  neytral  mövqedə  qalaraq,  onun  zahiri  hərəkət  azadlığını
245


özündə  əks  etdirir.  Əxlaq  isə  nəinki  zahiri  azadlığın  sərhədlərini  müəy­
yənləşdirir,  eyni  zamanda  da  şəxsiyyətin  daxilən  özünümüəyyənliyini 
tələb edir.  Bu mənada əxlaq azadlığın formal müəyyənedicisi deyildir.
Hüquqi və mənəvi sferalarda azadlığın xarakter fərqi hüquqi və mənəvi 
məsuliyyətin xarakterindəki  fərqi də müəyyən edir.  Hüquqi və oxlaqi  məsu­
liyyətdə mövcud olan fərqlər motivləşdirmənin xarakterində təzahür edir.
Yuxarıda  ifadə  olunanlardan  göründüyü kimi, hüquq və  əxlaq  sosial 
tənzimləyicilər  kimi  çoxlu  ümumi  cəhətlərə  malikdirlər.  Həmin  ümumi 
cəhətlər  onların  qüvvə  sferasında  və  fəaliyyət  təyinatında,  eyni  struktur 
elementlərinə  malik  olmalarında,  azadlıq  və  məsuliyyət  kateqoriyasında 
təzahür  edir.  Bunlarla  yanaşı,  hüquqi  və  mənəvi  tənzimləyicilər  öz  spe­
sifikliklərinə də malikdirlər.
Hüququn  spesifikliyi  formal  bərabərliyi  ifadə  etməsində  və  dövlətlə 
əlaqəsində  təzahür  edir.  Hüquq normaları  bilavasitə  ictimai  münasibətlərdə 
yaranırlar, lakin onlar institusiyalaşdmlmış xarakterini, «sivilizasiyalı» ifadə­
sini  dövlətin  qanunvericiliyində  əldə  edirlər.  Hüququn  institusiyalaşdmlmış 
xarakteri onu əxlaq normalarından fərqləndirən mühüm əlamətdir.
İnsanların  həyati  fəaliyyəti  prosesində  əmələ  gələn  əxlaq  normaları 
xüsusi  «qanunmüəyyəncdici  instansiya»ya  malik  deyillər.  Sosial-nor­
mativ təcrübənin translyasiyası  insanların şoxsiyyotlorarası və kütləvi qar­
şılıqlı  fəaliyyəti  gedişində  həyata  keçirilir.  İnstitusiyalaşdmlmış  tənzim­
ləyicilər  sistemlərində  müəssisələrin  yerinə  yetirdiyi  sosial  nəzarət də bu 
qayda ilə həyata keçirilir.
Hüququn  dövlətlə  həm  genezisdə,  həm  də  varlıqdakı  əlaqəsi  hüqu­
qun  ən  mühüm  əlamətidir.  Bu  əlamət  hüququn  spesifikliyini  müəyyən 
edir  və  onu  əxlaqdan  fərqləndirməyə  imkan  verir.  Hüquq  və  dövlət 
hökmran  sinfin mənafelərinin  müdafiəsinin  obyektiv  tələbatlarına  cavab­
dır.  Əxlaq  sosial  tənzimetmənin  daha  qədim  formasıdır və  o,  hələ  sinifli 
cəmiyyətə qədərki dövrdə mövcud olmuşdur.
Hüquqi  və  əxlaqi  sanksiyaları  fərqləndirərkən  bu  sosial  tənzimlə­
yicilərin  fəaliyyət göstərdikləri  konkret-tarixi  şəraiti  nəzərə almaq  lazım­
dır.  Əxlaqi  sanksiyalarla müqayisədə hüquqi  sanksiyaların böyük sərtliyi 
bütün  dövrlərdə  və  bütün  cəmiyyətlərdə  mövcud  olmuş  universal  fərq 
deyildir.  Hüquqi  sanksiyalar kimi  əxlaqi  sanksiyaların  da sərtlik dərəcəsi 
ayrı-ayrı  xalqlarda  müxtəlif  dövrlərdə  müxtəlif  cür  olmuşdur.  Bundan 
başqa,  əxlaqi  qadağanlar  bəzən  hüquqi  qadağanlara  çevrilmiş,  hüquqi 
qadağanlar isə oxlaqi qadağanlarla əvəz olunmuşdur.
246
Hüquqi  sanksiyaların  spesifikliyi  onların  sərtliyindən  və  formal 
müəyyənliyindən  deyil,  təminat  üsullarından  ibarətdir.  Belə təminat  üsul­
ları hüquq normalarına  əməl  etməyə  qadir olan  vasitə və  institutların  xü­
susi dəstinə malik dövlətlə sıx bağlıdır.
Hüquqdan  fərqli olaraq,  əxlaq başqa «miidafiəcdici» mexanizmə ma­
likdir.  İctimai  rəyin gücü,  sosial-psixoloji  stereotiplər,  ənənələr və insan­
ların mənəvi-praktiki həyatındakı vərdişlər həmin mexanizmə aid edilir.
Hüququn və əxlaqın  sıx qarşılıqlı əlaqəsi, onların bir sıra xassələrinin 
eynicinsli  olması  mühüm  nəticələr çıxarmağa  əsas  verir.  Belə  nəticələrin 
başlıca  olanlarından  biri  hüququn  əxlaqi  cəhətdən  ölçülməsi  zərurətidir. 
Hüquq  və  əxlaq  normalarının  sıx  əlaqəsi  əxlaqın  hüququn  dəyər  kri- 
tcriyası  qismində  çıxış  etməsində  daha  inandırıcı  şəkildə  təzahür  edir. 
Əxlaq  kateqoriyaları  vasitəsilə  hüquq  sistemlərinin  qiymətləndirilinəsi 
hüququn  on  mühüm  akscoloci  kritcriyalarından  biridir.  Mənəvi  normalar 
hüququn  formalaşmasının  və  sosial  fəaliyyətinin  bütün  mərhələlərinə  və 
hüquq  normalarının  əxlaq  kateqoriyaları  vasitəsilə  qiymətləndirilməsinə 
daxil  edilmişdir.  «Hüququn  mənəvi  cəhətdən  ölçülməsi»  hüquq  sistem­
lərinin tokmilloşdirilmosinin mühüm amilidir.
Hüquq və din. Hüququn  və dinin qarşılıqlı  əlaqəsi sosial  normaların 
təşəkkül  tapması  yolunu,  dinin  qadağanların,  icazələrin,  göstərişlərin 
formalaşmasına dinin  böyük  təsirini  və bunun  nəticəsində onların  hüquqi 
xarakter əldə  etməsini  daha  aydın  aşkar edir.  Belə  qarşılıqlı  əlaqə  əsasını 
bu  və ya digər dini  sistemin  təşkil etdiyi  sivilizasiyaların  əlamətlərini  üzə 
çıxarır.  «Sivilizasiyanın  dini  və  fəlsəfi  əsasları  hüquqi  başlanğıcların 
müəyyən  olunmasına təsir göstərin).1  Bundan  başqa,  dini  və  fəlsəfi  əsas­
lar  sosial  normalara,  bəşəriyyətin  bütün  mədəniyyətinin  normativ 
kəsiklərinə təsir göstərir.
Cəmiyyətin inkişafının erkən mərhələlərində «hüquq norması başlan­
ğıcda dini  normalardan  ayrılmaz və  onlarla  sıx  əlaqədə  olmuşdur.  Hüqu­
qun ən qədim normaları  eyni  zamanda  da dini  qanunlar olmuşlar.  İnkişa­
fın  yalnız  sonrakı  inkişaf dövrlərində  hüquq  normaları  xalis  dini  norma­
lardan  ayrılmışdır».2  Hüquq  normalarının  dini  normalardan  ayrılması  o 
vaxt  baş  vermişdir  ki,  «cinayət  və  günah»  bir-birindən  fərqləndirilməyə 
başlamışdır. Bu fərqlər sonralar Roma hüququnda aydınlaşdırılmışdır.3
1 Хлебникова H. Право и государство в их обоюдных отношениях. Варшава,  1874, с.75.
2 Вундт В. О развитии этических  воззрений.  М.,  1986,  с.20.
3  Yenə orada.
2 47


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə