R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə72/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   68   69   70   71   72   73   74   75   ...   131

malaşır  (D.Bell).  Cəmiyyətin  bu  yeni  modelinin  adlandırılması  üçün  bir 
sıra başqa adlardan -  «texnotron  cəmiyyət»  (Zbiqnev  Ecezinski),  «üçün­
cü  dalğa»  (Elvin  Toffler),  «informasiya  cəmiyyəti»  (Yoneyi  Məsudi), 
«meqatrendlər»  (Çon  Nesbitta)  və  «postiqtisadi  cəmiyyət»  (Vladislav 
Inozemtsev) kimi adlardan  istifadə edilmişdir.  Belə cəmiyyətdə insanların 
böyük  əksəriyyəti  xidmətlər sferasında  iş  tapır.  Bundan  başqa,  mürəkkəb 
idarəetmə  sistemlərinə  kompüter  texnologiyasının  tətbiqi  iş  yerində  bir 
çox proseslərin avtomatlaşdırılmasına şərait yaradır.
Postiqtisadi  cəmiyyətdə  hüquq  dərin  transformasiyaya uğrayır ki, bu 
da  fikir plüralizminə  müxtəlif sosiomodəni  kontekstlərin təsirilə şərtləşir. 
Belə  ki, hüquq mədəni cəhətdən şərtləşdirilmiş diskursiv forma kimi başa 
düşülür.
M üasir  cəmiyyət.  «Müasir  cəmiyyət»  anlayışı  Avropa  mədəniyyə­
tində XVII-XVI1I yüzilliklərdə  formalaşmışdır.  XVIII  yüzilliyin sonunda 
«vətəndaş  cəmiyyəti»  anlayışı  meydana  gəlmişdir.  Vətəndaş  cəmiyyəti 
özündə  bütün  xalqın  əxlaqını  və  adətlərini,  əhalinin  öz  fəaliyyətini  və 
özünüidarəsini,  nəhayət,  siyasi  həyatda  sadə  adamların  dövlət  tərəfindən 
istiqamətləndirilməyən,  təbii  iştirakını  əks etdirirdi.
XVIII  yüzilliyin  sonundan,  məhz  Böyük  fransız  inqilabının  (1789- 
1794)  baş  verməsindən  sonra  Avropanın  siyasi  siması  dəyişdi,  «cəmiy­
yət»  sözü  daha  geniş  məna  kəsb  etməyə  başladı.  «Cəmiyyət»  anlayışının 
insanların  daha  geniş  dairəsinə  şamil  olunması  tədrici  və  kifayət  qədər 
ziddiyyətli  proses  olmuşdur.  I-Iələ  də  Avropanın  bir  sıra  ölkələrində  qa­
dınların  seçkilərdə  iştirak  etmək  hüququ  yoxdur.  Dünyanın  bir  çox  döv­
lətlərində minimum oturaqlıq senzi hələ də qorunmaqdadır.
276
Л  L T 1 N C 1   F Ə S İ L
HÜQUQ DÜŞÜNCƏSİ  VƏ HÜQUQ  MƏDƏNİYYƏTİ
1.  Hüquq  düşüncəsi anlayışı
Mənəvi  həyatın  mühüm  hadisələrindən  biri  olan  hüquq  ictimai  və 
fərdi  şüur  sferasına  mənsubdur.  O,  'nəm  də  mürəkkəb  sosial  hadisə  kimi 
insanların bu və ya digər münasibətini həmişə özünə cəlb edir.
Belə  münasibət  həm  miisbəl  (fərdin  hüququn  zəruriliyini  və dəyərini 
dərk  etməsi),  həm  də  mənfi  (fərdin  hüququ  faydasız  və  lazımsız  hesab 
etməsi)  ola  bilər.  İnsanlar  luiquqi  tənzimetmə  ilə  əhatə  olunan,  hüquq 
haqqında  təsəvvürlərlə  bağlı  olan  hər  şeyə  (qanunlara və  digər normativ- 
hüquqi  aktlara,  istintaq-məhkəmə,  prokurorluq  və  digər  hüquq-mühafizə 
orqanlarının  fəaliyyətinə,  hüququn  fəaliyyət  sferasında  cəmiyyət  üzvləri­
nin  davranışına)  öz  münasibətlərini  bu  və  ya  digər  formada  ifadə edirlər. 
İnsan  həm  keçmiş  və  müasiri  olduğu  dövrdə  mövcud olan,  həm  də  gələ­
cəkdə görmək  istədiyi hüquqa bir növ münasibətini bildirir.
Belə  münasibət  rasional,  obyekti  və  emosional,  eləcə  də  hisslər  və 
əhval-ruhiyyə  səviyyəsində  təzahür  elə  bilər.  Cəmiyyətdə  hüquqa  və  hü­
quqi  hadisələrə  bu  və  ya  digər  münasibət  bir  insanda  və  insan  qrupunda, 
insan  birliklərində  ifadə  oluna  bilər.  Hüquq  normasına,  normativ-hüquqi 
aktlara,  hüququ  tətbiqetmə  qərarlarına  və  digər  yuridik  fenomenlərə 
cəmiyyətdə  mövcud  olan  mədəniyyətin  özünəməxsus  nəzəri  və  təcrübi 
layihələri  kimi  baxıla  bilər.  Məhz  bu  nöqteyi-nəzərdən  hüquqi  fenomen­
lərin  malik  olduqları  adla  adlandırılmasmdan  ötrü  elm  üçtin  xüsusi  an­
layışlar potensialına malik olmaq zərurəti yaranır.
Müasir  hüquqşiinaslıqda  hüquqi  reallıqları  əks  etdirən  belə  anlayış­
lardan biri qismində hüquq düşüncəsi  kateqoriyası çıxış edir.
Dövlət və  hüquq  nəzəriyyəsinin  hüquq  düşüncəsinin  anlayışı,  mahiyyəti 
və  strukturu  kimi  anlayışlar  kateqoriyasını  tədqiq  etmək  artıq  bir  ənənəyə 
çevrilmişdir. Bir sıra ədəbiyyatlarda belə bir fikir də möv. cuddur ki, dövlət və 
hüquq nəzəriyyəsi  kimi  kifayət qədər dəqiq əlahiddələşdirilmiş elmi hissələrlə 
yanaşı, hüquq düşüncəsi nəzəriyyəsi də müstəqil əhəmiyyət kəsb edir.
Müasir  hüquqşünaslıqda  hüquq  düşüncəsi  nəzəriyyəsinə  və  ayn-ayn
277


Müasir  hüquqşünashqda  hüquq  düşüncəsi  nəzəriyyəsinə  və  ayrı-ayrı 
aktııa!  problemlərinə  həsr edilmiş çoxlu  tədqiqat  əsərləri1  yazılmışdır ki, on- 
uı  aidi  də  dərin  elmi- nəzəri  və  praktiki  əhəmiyyət  daşıyırlar.
i t  ər hüquq obyektiv reallıq  hesab  olunursa,  belə  halda  insanların  hü- 
0
',--  o-.'M'ıncəsi  adlanan hüquqa subyektiv reaksiyasının olduğunu da etiraf 
eri' чк  lazımdır.  Hüquq  düşüncəsi  hüququn  labüd  peykidir.  Bu  onunla 
v.vliəşir  ki,  hüquq  insanlar  arasındakı  münasibətlərin  iradə  və  şüurla  si- 
Lhlanmış tənzimləyicisidir.  Kifayət qədər aydındır ki, hüququn müəyyən 
edilməsi  prosesi, yəni hüquqyaradıcılıq  insanların şüurlu fəaliyyətilə bağ­
lıdır,  idrak  prosesidir  və  deməli,  hüquq  həmin  fəaliyyətin,  idrak  prose­
sinin  məhsuludur.  O da  aydındır ki,  hüququn  həyatda təcəssüm  olunması 
prosesi  insanların adətən, dərk edilən,  iradəvi  fəaliyyətidir.
Beləliklə,  hüquq düşüncəsi dedikdə,  insanların,  sosial  birliklərin qüv­
vədə  olan  və  ya  arzu  olunan  hüquqa  münasibətini  ifadə  edən  təsəv­
vürlərinin və hisslərinin məcmusu başa düşülür.
Məlum  olduğu  kimi,  şüur  istənilən  fəaliyyət  prosesində  yaranır və  hə­
min  fəaliyyətdə  təzahür  edir.  Hüququn  əsas  təyinatı  insan  fəaliyyətinin 
nəticələrindən  aydın  olur.  Bu  nöqteyi-nəzərdən  hüquq düşüncəsinin təyinatı 
və funksiyaları onun subyektlərinin fəaliyyətinin nəticələrindən bəlli olur.
Hüquq  düşüncəsi  ictimai  şüurun  formalarından  biridir.  İctimai  şüurun 
digər  formaları -  əxlaq,  din,  incəsənət,  elm,  fəlsəfə kimi,  hüquq düşüncəsi də 
gerçəkliyin  mənəvi  cəhətdən  dərk  edilməsinin  spesifik  üsulu  qismində  çıxış 
edir.  Mənəvi  mədəniyyətdə  hüquq  düşüncəsinə  nisbi  müstəqillik  xasdır.  Hü­
quqi  baxışlar,  ideyalar,  nəzəriyyələr,  hisslər sanki  iqtisadiyyatdan,  siyasətdən, 
dövlətdən  və hətta  pozitiv qanunvericilikdən asılı olmayan əlahiddələşdirilmiş 
həyat  yaşayırlar.  Əlbəttə,  pozitiv  qanunvericilikdə  baş  verən  dəyişikliklər 
hüquq  düşüncəsinin  inkişafı  üçün  müəyyən  parametrləri  əks  etdirir.  Lakin  o, 
heç  vaxt  hüquq  düşüncəsinin  əsas  mədəni-tarixi  mənasını  kökündən  dəyişə, 
onu «yenidən qura» bilmir.2
1  Mosolon, bax: Фабер И.Е. Правописание как форма общественного сознания. М..  1963: 
Лукашенко Е.А.  Социалистическое правосознание и законность.  М .  1973:  Козюбра Н.И. 
Социалистическое право и общественное сознание.  Киев,  1979; Остроумов Г.С. Правовые 
сознание действительности.  M ,  1989; Соколов Н.Я.  Профессиональное сознание юристов. 
М„  1988.
2  Теория  государства  и  права,  курс  лекций  /  Под  ред.Н.И.Матузова,  Н.И.Малько. 
М..  ЮРИСТЬ.  1999.  с.556.
278
Hüquq  düşüncəsi  fəlsəfi  nəzəriyyələrlə,  ideoloji  görüşlərlə  və  dini 
doktrinalarla  sıx  şəkildə  müşayiət  olunmuşdur.  Bəzi  mütəfəkkirlər  belə 
hesab edirdilər ki,  hüquq  normaları, onların  mütləqliyi və məcburiliyi yal­
nız insanların  şüurunda yaşayır və buna görə də hüquq psixoloji hadisədir 
(L.Petracitski).  Digərləri  qeyd  edirdilər  ki,  hüququn  zahiri  məcburiliyi 
insan  azadlıqlarının  tənzimlənməsinin  zahiri  vasitələrinin  eynidir (İ.Kant, 
K.Hegel).  Üçüncü  qisim  mütəfəkkirlərin  fikrincə,  hüququn  rolu  insanın 
təbii  hüquqlarını  rəsmiləşdirməkdən  və  onlara  təminat  verməkdən  iba­
rətdir  (Ş.Monteskye,  C.-C.Russo).  Nəhayət,  K.Marks  və  V.Lenin  belə 
hesab edirdi  ki, hüquq ictimai münasibətlərin sinfi tənzimləyicisidir.
Rus  hüquqşünası  İ.A.İlyin  hüquq  düşüncəsinə hüquqa, dövlətə və  ic­
timai  həyatın  bütün  təşkilinə  baxışların  məcmusu  kimi  baxırdı.  Məsələn, 
o, belə hesab edirdi  ki, dövlətdə idarəçilik forması, hər şeydən əvvəl, xal­
qın  «monarxiya  və respublika hüquq  düşüncəsilə müəyyən edilir.  Müəllif 
qeyd  edirdi  ki,  insan  hüquq  düşüncəsi  olmadan  öz  özbaşınalıqları  ilə 
yaşamalı və digərlərinin özbaşınalıqlarına dözməli olardı.1
Hüquq düşüncəsinin cəmiyyətin ictimai həyatının təşkilinə təsiri yüksək və 
kifayət  qədər  hiss  ediləndir.  Hüquq  düşüncəsinin  ictimai  münasibətlərə  təsir 
vasitələrindən  biri  kimi  hüquqi  tonzimetmə  mexanizminə  daxil  cdilmə-si  də 
bununla  izah  olunur.  Hüquqi  təıızimctmə  mexanizminin  tərkib  hissəsi  kimi, 
hüquq  düşüncəsinin  spesifik  cəhəti  ondan  ibarədir ki, onun  rolu  hüquqi  təsirin 
hansısa tək  bir  mərhələsilə  məhdudlaşmır.  O  bu  və ya  digər dərəcədə  hüquqi 
tənzimetmə mexanizminin  bütün elementlərində -  hüquq nonnalannda,  hüquq 
münasibətlərində və hüququ realizə aktlarında mövcud olur.
Hüquq  düşüncəsi  hüququn  realizəsi  mərhələsində,  yuridik  hüquq  və 
vəzifələrin  həyata  keçirilməsi  prosesində  daha  yetkin  rol  oynayır.  İnsan 
həyatın  aydın  şəkildə  nümayiş  etdirir  ki,  şüur,  fikir,  obraz,  iradə  səyləri 
həqiqətən  insanların  davranışını  idarə  edir,  həyati  fəaliyyətin  bütün  sfe­
ralarında, o cümlədən hüquqi sferada onların hərəkətlərini tənzimləyir.
Buna  görə  də  hüquq  düşüncəsi  son  dərəcə  müstəqil,  bütöv  və  hətta 
hüquqla  bir  sırada  dayana  bilən  hadisədir.  Məhz  bu  keyfiyyətləri  onun 
hüquq  nəzəriyyəsinin  xüsusi  obyekti  qismində  öyrənilməsini  tələb  edir. 
Hüquq  nəzəriyyəsi  məhz hüquq  düşüncəsi  vasitəsilə  hüququn  mahiyyəti, 
onun  genezisi,  bu  və  ya  digər  sivilizasiya  çərçivəsində  hüquqi  tənzi- 
metmənin  mədəni  spesifikliyi,  hüquqi  davranışın  deformasiyası,  cina­
yətkarlığın  mənbələri  və  səbəbləri  və  digər sosial patologiyalar kimi  gizli 
məsələlərə aydınlıq gətirmək imkanı  əldə edir.
Hüquq  düşüncəsinin  funksiyaları.  Bir  çox  müəlliflər tərəfindən  dəs-
1  Ильин  И.А.  О  монархии  // Вопросы  философии.  1991, 
j
4
» 
4,5.
279


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə