R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə74/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   70   71   72   73   74   75   76   77   ...   131

5) 
subycktdo,  onu  hüquq  normalarını  pozmağa  təhrik  edən  xarici 
təsirlərə  və  daxili  niyyətlərə  qarşı  dayanmağa  imkan  verən  kifayət  qədər 
güclü iradənin olması.
Sabit  sivilizasiyalı  hüquq  qaydası  təkcə  yalnız  xarici  məcburiyyət 
vasitəsilə  qoruna bilməz.  Vətəndaşların yetkin  hüquq düşüncəsi  onun  da­
ha  etibarlı  dayağı  ola bilər.  Ona görə  də  sivil  dövlətlər vətəndaşların  zən­
gin  məııəviyyatlı  şəxsiyyətlər  kimi  inkişafı,  onların  hüquq  və  azadlıqla­
rının  müdafiəsi  və  mühafizəsi  üçün  zəruri  olan  şəraitin  yaradılmasında 
çox  maraqlıdırlar.  Öz  növbəsində  inkişaf etmiş  hüquq düşüncəsinə  malik 
şəxsiyyət  də  öz  hüquq  və  azadlıqlarına  özünün  dövlətə  sivil  münasibə­
tinin  zəruri  şərti  kimi  baxmağa,  qarşılıqlı  hörmətin  və  qarşılıqlı  məsu­
liyyətin daşıyıcısı olmağa meylli olur.
Hüquq  düşüncəsinin  fəaliyyətində  biliklərin  rolu.  Hüquqa,  etibarlı 
əsasların  imperativlərinə  arxalana  bilən  belə  əsasların  olması  çox  vacib­
dir.  Cəmiyyət  və dövlət,  hüquq və qanun  fərdin  qarşılıqlı  fəallıq nümayiş 
etdirməsində,  onun  xeyir və  ədalət  istiqamətində  hərəkət etmək  istəyinin, 
iradəsinin  və  hisslərinin  olmasında  maraqlıdır.  Bunun  üçün  şəxsiyyətin 
zəruri hüquqi biliklərə yiyələnməsi çox vacib şərtlərdən biridir.
Siyasi  və  hüquqi  təlimlər  tarixinin  aktual  problemlərinin  tədqiqi 
təcrübəsi  göstərir  ki,  yalnız  xeyirxahlıqlardan,  qanunlara  itaətlikdən  və 
ədalətdən  xəbərdar  olan  fərdlər  xeyirxah,  qanuna  itaətli  və  ədalətli  ola 
bi lorlar.  Əksinə, belə etik-siyasi  və hüquqi kateqoriyalar haqqında heç bir 
təsəvvürə  malik  olmayanlar  cinayət  və  müxtəlif  hüquq  pozuntuları  tö­
rətməyə həmişə meyl edirlər.
Həyatın  danılmaz  faktlarından  biridir  ki,  xeyrin  və  ədalətin  mahiy­
yətini dərk edənlərlə müqayisədə, bunları  bilməyənlər içərisində şər daha 
tez-tez peyda  olur.  Qanundan  adətən,  onu  bilməyənlər qorxur,  onun  yal­
nız  cəzalandırma  vasitəsi  olduğunu  düşünürlər.  Əksinə,  qanunların  məna 
və  mahiyyətini  yaxşı  dərk  edənlər  onlara  hörmətlə  yanaşır,  öz  fəaliyyət 
yollarını onların tələbləri çərçivəsində müəyyən edirlər.
Dərindən  düşünən  hər bir fərd  əxlaqda  və hüquqda,  ayrı-ayrı  qanun­
larda  ehtiva  olunan  tələblərin  mahiyyətini  bilmək,  öyrənmək  tələbatını 
həmişə  və  hər  məqamda  hiss  edir.  Belə  mənəvi  keyfiyyətə  malik  olan 
fərdlər  qanunların  həqiqiliyi  və  etibarlılıq  dərəcəsi  haqqında  təsəvvür­
lərini  günbəgün  artırmağa meylli olurlar.  Belə keyfiyyətdən uzaq olan və 
qanunların  göstərişlərinə  laqeydliklə  yanaşanlar  isə  bu  barədə  ümumiy­
yətlə eşitmək istəmir, yaxud qanunlara olan nifrətlərini gizlədə bilmirlər.
284
Hüququn  və  qanunun  mahiyyətini  dərk  edənlər  üçün  hüquq  norma­
ları  və  hüquqi  qanunlar  əyilməzdir.  Qanun  belə  fərd lorin  nəzərində  qo­
ruyucu  və mühafizəedici  vasitədir.  Belə  fərdlər adətən,  hüquq  və  qanunla 
bağlı  bildiklərini  başqaları  ilə  bölüşməyə  həmişə  hazır  olur,  qanunlara 
hörmətlə  yanaşmağı  və  onların  tələblərinə  əməl  etməyi  otrafdakılara  təl­
qin etməyə çalışırlar.
2.  Müasir  hüquq düşüncəsinin vəziyyəti
Müasir  hüquq  düşüncəsinin  vəziyyəti  postsovet  cəmiyyətində  baş 
vermiş  ümumi  böhranlı  hadisələrlə,  əvvəlki  baxışların,  ideya  və  təsəv­
vürlərin  yenidən  qiymətləndirilməsilə  şərtləşir.  SSRİ-nin  süqut  etdiyi  ilk 
illərdə  bir  tərəfdən  hüquqi  sosial  dövlətin  tezliklə  qurulacağına,  insanı 
həm  özbaşınalıqlardan  və  qanunsuzluqlaıdan,  həm  də  kriminal  struktur­
ların bürokrat!ığmdan qorumağa qadir olan güclü hüquqi sistemin  yaradı­
lacağına inam azalmış,  digər tərəfdən hüquq düşüncəsinə inkişaf etməmiş 
«vəhşi»  bazar  ideologiyası  böyük təsir göstərmişdir.  Bununla yanaşı  o da 
molumdur  ki,  sivilizasiyalı  sərbəst  bazar  cəmiyyəti  üçün  fərdi  hüquq 
düşüncəsinin  inkişafı,  hüququn  rolu  haqqında  yetkin  düşüncə  tərzinin 
olması  həmişə zəruri olmuşdur.
Hüquq  düşüncəsindəki  böhran  bütövlükdə  hüquqi  sferada  yaranmış 
vəziyyətlə,  konstitusiya  normaları  ilə  real  münasibətlər arasında  mövcud 
olan  mühüm  fərqlərlə,  dəqiq  və  uğurlu  fəaliyyət  göstərən  hüquqyara- 
dıcılıq  prosesinin  olmaması  ilə,  qanunvericilik  aktlarının  qiymətlən­
dirilməsinin obyektiv kritcriyalarımn çatışmazlığı  və ya heç olmaması  ilə, 
dövlət  orqanlarının  və  vəzifəli  şəxslərin  fəaliyyətinin  səmərəsizliyi  ilə 
başı olmuşdur.
Hər bir sivil cəmiyyətdə və dövlətdə hüquqi  sistemin konsepsiyasının 
işlənib hazırlanması  gedişində  irəli  sürülən hər hansı  müddəa  ilk  növbədə 
özünün  birinciliyi  və  ya  başlıca  olması  ilə  diqqəti  cəlb  etmişdir.  Belə 
konsepsiyaların  müəllifləri  taleyüklü  problemlərin  həllinə  yönələn  prin­
sipləri  işləyib  hazırlayarkən  onların  hansının  birinci,  ikinci  və ya  üçüncü 
olmasını deyil, istisnasız olaraq hamısının cynipilləli  olduğunu həmişə ön 
plana çəkmişlər.
Belə  ki,  keçid  dövründə  hər  bir  dövlət  üçün  aşağıdakı  bir  sıra  məq­
sədlərə nail  olunması  ilkin vəzifə kimi müəyyən olunmuşdur:
285


1)  insanın,  vətəndaşın  konstitusiya  hüquq  vo  azadlıqlarının  hüquqi 
müdafiəsi  vo  mühafizəsi  mexanizmlərinin,  habelə  digər  işlək üsul  və  va­
sitələrinin  yaradılması,  eləcə  do  bu  mcxanizmlorin,  üsul  və  vasitələrin 
təkmilləşdirilməsi yollarının müəyyən edilməsi;
2)  yeni  hüquq  sisteminin  və  qanunvericilik  sisteminin  yaradılması 
əsasında  qanunvericilik  aktlarının,  qanunqüvvəli  aktların  vo  digər  nor­
mativ-hüquqi  aktların  sistemləşdirilməsi  vo  dövrün  tələblərinə  cavab  ve­
rən səviyyədə müntəzəm olaraq təkmilləşdirilməsi;
3) vətəndaş cəmiyyətinin və dövlətçiliyin başlanğıclarının möhkələn- 
dirilməsi  vo  bu  istiqamətdə  dövlətin  hüquq  siyasətinin  başlıca  prinsip­
lərinin müəyyən edilməsi, həmin prinsiplərin hüquqi dövlət quruculuğuna 
nail olunması məqsədlərinə yönəldilməsi;
4)  sosial-iqtisadi  islahatların  həyata  keçirilməsinin  hüquqi  cəhətdən 
təmin  edilməsi,  bu  islahatlar  əsasında  sərbəst  bazar  iqtisadiyyatının  for­
malaşması  vo  həmin  iqtisadiyyatın  inkişaf etdirilməsinin  on  optimal  va­
riantlarının axtarılması;
5) hüququ totbiqetmo mexanizmlərinin vo təcrübəsinin və qanunların 
icrasına  nəzarətin  gücləndirilməsi  vo  təkmilləşdirilməsi,  eləcə  do  nor­
mativ-hüquqi  aktların realizəsi üsullarının möhkəmləndirilməsi;
6)  cəmiyyət  üzvlərinin  hüquq  düşüncəsinin  və  hüquq  mədəniyyəti 
səviyyəsinin  yüksəldilməsi,  habelə  hüquqi  biliklərin  yayılması  vo  təbliği 
vasitələrinin  gücləndirilməsi;
7)  istintaq,  təhqiqat,  məhkəmə  və  prokurorluq  orqanlarının,  eləcə  də 
digər  hüquq-mühafizə  orqanlarının  əməli  fəaliyyətində  təhriflərin  və  hər 
cür  deformasiyaların  qarşısının  alınması  məqsədilə  hüquqi  nihilizm  təza­
hürlərinin  aradan  qaldırılması,  cəmiyyətin  hüquqi  reallıq  və  gerçəkliklə­
rinin  əhalinin  diqqətinə  çatdırılması  istiqamətində  işlərin  yaxşılaşdırıl­
ması,  ali  təhsil  ocaqlarında  hüquqi  biliklərin  tədrisi  şəbəkəsinin  daha  da 
genişləndirilməsi və s.
Tarixi  inkişaf  təcrübəsi  şəhadət  verir  ki,  vətəndaş  cəmiyyətinin  və 
hüquqi  dövlətin  formalaşmasının  on  mühüm  şərti  insan,  vətəndaş  hüquq 
və  azadlıqlarının  etibarlı  müdafiəsi  və  mühafizəsidir.  Bu  fəaliyyət  istiqa­
mətini dürüst müəyyən etmək dövlətin qarşısında duran mühüm vəzifədir. 
Onun həyata keçirilməsi  və uğurlu nəticələrə nail olunması  dövlətin yerit­
diyi  siyasətdən xeyli  asılıdır.  Bir sözlə,  insan,  vətəndaş hüquq və azadlıq­
larının  müdafiəsi  vo  mühafizəsi  fəaliyyət  istiqaməti  dövlət  siyasətinin  on 
mühüm komponentlərindən biri olmalıdır.
286
Molumdur  ki,  sərbəst  bazar  iqtisadiyyatına  keçid  vətəndaşların  var­
lılara və yoxsullara sərt diferensiasiyası  ilə müşayiət olunur.  Belə diferen­
siasiya isə əksər hallarda  yoxsulların  sayının  daha da çoxalmasına  gəlirib 
çıxarır.  Buna  görə  do  əhalinin  sosial  cəhətdən  müdafiəsiz  təbəqəsinin 
mükəmməl  dövlət  proqramının  olması  vacibdir.  Burada  söhbət  dövlətin 
insana  münasibətdə  öz  üzərinə  düşən  vəzifə  vo  öhdəliklərini  real  şəkildə 
yerinə  yetirməsi  haqqında  gedir.  Dövlətlərin  bu  vəzifəsi  beynəlxalq 
sənədlərdə də öz ifadəsini tapmışdır.  Məsələn,  «İnsan hüquqları haqqında 
ümumi  Bəyannamə»nin  22-ci  maddəsində  deyilir  ki,  «hər  bir  insanın 
cəmiyyətin  bir  üzvü  kimi  sosial  təminat  və  ləyaqətin  qorunması  üçün 
zəruri  tədbirlərin  həyata  keçirilməsindən  ötrü  hüquqi,  iqtisadi,  sosial  vo 
mədəni  sahələrdə  milli  səylər vo beynəlxalq  əməkdaşlıq  vasitəsilə  və  hər 
bir  dövlətin  quruluşuna  və  ehtiyatlarına  uyqun  olaraq  şəxsiyyətinin  azad 
şəkildə inkişaf etdirilməsi  hüququ vardır».  Təbii  olaraq, həyatda ən zəruri 
olanlardan  məhrum  olan  insan  nə  dövlətin  siyasətini  müdafiə  edə,  nə  də 
onun qanunlarını  müsbət qiymətləndirə bilməz.
Bu  nöqteyi-nəzərdən  praktikada  belə  bir  konstitusiya  müddəasım 
realizə  etmək  zəruridir  ki,  dövlətin,  onun  hər  bir  orqanının  və  vəzifəli 
şəxsinin  fəaliyyəti  insanın  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  ma­
raqlarına  tabe  edilməlidir.  Bunun  üçün  insan  hüquq  və  azadlıqlarının 
müdafiəsinin  hüquqi  mexanizmlərinin  ümumi  bir  sisteminin  yaradılması 
tələb  olunur.  Eləcə  də  müdafiənin  ənənəvi  məhkəmə  və  inzibati  forma­
larının  təkmilləşdirilməsi  ilə  yanaşı,  yeni,  qeyri-ənənovi  formalarının  iş­
lənib  hazırlanması  vacibdir.  O  cümlədən  vətəndaşların  ərizə  və  şikayət­
lərinə  baxılması  müddətləri  və prosedurlarının  sadələşdirilməsi,  müəyyən 
bir  fəaliyyətlə  bağlı  vətəndaşlar  tərəfindən  təqdim  edilməli  olan  sənəd­
lərin  sayı  azaldılması,  lazımi  instansiyalarda  vətəndaşların  qəbul  saat­
larının  vaxtının  uzadılması  vo qəbul  günlərinin  sayının  çoxaldı İması  və s. 
daha  məqsədəuyğun  olardı.  Ümumiyyətlə  isə,  Böyük  Britaniyanın  təcrü­
bəsində olduğu  kimi,  vətəndaşların  ərizə  və  şikayətlərinə,  digər  müraciət 
və  təkliflərinə  baxılması  ilə  əlaqədar  vahid  mərkəzləşdirilmiş  orqanın 
yaradılması ölkəmiz üçün də yaxşı nümunə ola bilər.
SSRİ-nin  süqutundan  sonra  bir  sıra  postsovet  respublikalarında,  o 
cümlədən Azərbaycanda qaçqınlar və məcburi  köçkünlər problemi  kəskin 
xarakter almışdır.  Bu,  xüsusi  aktuallıq  kəsb  edən  problemdir.  Onların  hü­
quqi  vo  qanuni  statusunu  müəyyən  edən müvafiq  normativ  aktların  qəbul 
edilməsi  və  təxirəsalınmaz  icraya  yönəldilməsi  günün  vacib  məsələlə­
rindən biridir.
287


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə