R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə76/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   72   73   74   75   76   77   78   79   ...   131

Lakin  bunun  üçün  qanunların  həyati  reallıqları  ədalət,  azadlıq  və  hu­
manizm nöqteyi-nəzərindən əks etdirmələri zəruridir.
3.  Hüquqi ideologiya və hüquqi psixologiya
Hüquq  düşüncəsinin  strukturunda  özünəməxsus  yeri  olan ən mühüm 
komponentlər  qismində  hüquqi  ideologiya  və  hüquqi  psixologiya  çıxış 
edir.
Şüurun  digər  sahələri  (siyasi,  mənəvi,  estetik  və  s.)  ilə  müqayisədə 
hüquq düşüncəsinin spesifikliyini  şüur və hüquqi nəticələr doğurmuş dav­
ranışla bağlı  həyəcan təşkil edir.  Mürəkkəb  strukturdan ibarət olan hüquq 
düşüncəsində  fərqləndirilməli  olan  rasional  komponentlərdən  biri  də 
hüquqi  ideologiyadır.  Bu  nöqteyi-nəzərdən  hüquqi  ideologiya özündə  cə­
miyyətdə  hüquq  və hüquqi  hadisələr haqqında  anlayışları  və  təsəvvürləri 
ehtiva edir.
Hüquqi  ideologiya  dedikdə,  hüquqi  reallığı  konseptual,  sistemləşdi­
rilmiş  şəkildə  əks  etdirən  və  qiymətləndirən  hüquqi  ideyaların,  nəzəriy­
yələrin  və görüşlərin məcmusu başa düşülür.
Hüquqi  ideologiya  sosial  siniflərin  və  müxtəlif qrupların,  əhali  təbə­
qəsinin  və  bütövlükdə  cəmiyyətin  hüquqi  prinsiplərinin,  habelə  tələb­
lərinin  elmi  ifadəsidir.  Hüquqi  ideologiya  nəzəri  şüurun  aşkar  olunması, 
sosial  kompromisə  nail  olmaq  vasitəsilə  müxtəlif  ictimai  mənafelərin 
əlaqələndirilməsi  və  razılaşdırılması  kimi  formalaşır.  Bu  halda o, özündə 
şəxsiyyətin  hüquq  və  azadlıqlarının  prioritetindən,  hakimiyyətin  bölgü­
sündən,  siyasi  plüralizmdən,  inzibati-amiranə  idarəetmənin antipodu olan 
məhkəmənin yüksək  rolundan  ibarət böyük  mənəvi  potensialı  ehtiva edir 
ki,  bu  da  ümumi  və  hüquq  mədəniyyəti  inkişaf  etmiş  ideoloji,  iqtisadi 
cəhətdən sağlam olan cəmiyyətə xasdır.
Hüquqi ideologiya hüququn ayrıca təzahürlərində (məsələn, bu və ya 
digər norma,  məhkəmə qərarları  növündə və s.) deyil, cəmiyyətin müstə­
qil elementi (ictimai-iqtisadi  formasiya,  mədəniyyət,  sivilizasiya) qismin­
də bütöv bir sosial institut kimi onun məqsədyönlü, bir qayda olaraq, elmi 
və ya fəlsəfi cəhətdən düşünülməsilə səciyyələndirilir.1 2
Hüquqi  ideologiya  hüquq  haqqında  həyati  cəhətdən  müdrikliyi  ilə 
seçilən mülahizələrin məcmusudur.  K.IIcgelin  «hüquq fəlsəfəsinin həmin
1 Теория государства  и  права.  Курс лекций / под рсд.Н.И.Матузова,  А.В.Малько.  М ., 
ЮРИСТЬ,  1999,  с.559.
292
həyati  müdrikliyin  ən  dəyərli  komponentlərindən  biri  hesab  etmək 
ədalətli  olardı.  «Hüquqi  ideologiyanın  hüquqi  tənzimetmodəki  rolu  kifa­
yət  qədər  aşkardır:  hüquqi  görüşlər,  nəzəriyyələr,  doktrinalar  əsasında 
hüquqyaradıcılıq  həyata  keçirilir;  rasional  komponentlər  hüququn  reali­
zəsi prosesində də əhəmiyyət kəsb edirlər».1
İdeologiya  sferasında  və  ideologiya  vasitəsilə,  hər  şeydən  əvvəl,  cə­
miyyətin  sosial  qruplarının,  xalqların,  dövlətin  və bütövlükdə  dünya  bir­
liyinin  tələbatları  və  maraqlı  öz  əksini  tapır.  Cəmiyyətin  hüquqi  ger­
çəkliyinin  ideoloji  cəhətdən  əks  olunmasında  fərdi  elementlərin  və  şəx­
siyyət elementlərinin  də özünəməxsus payı vardır.  Belə ki, bu və ya digər 
ideoloji  doktrina,  bir qayda olaraq, ayrı-ayrı  insanlar -   alimlər,  filosoflar, 
ictimai  və  siyasi  xadimlər  tərəfindən  işlənib  hazırlaşdırılır  və  formalaş­
dırılır,  sonradan  isə  bütün  bu  dəyərlər  çoxluğun,  o  cümlədən  də  konkret 
insanların malına çevrilir.
Hüquqi  ideologiya  mövcud  olan  və  ya  yaranan  hüquq  münasibətlə­
rini,  qanunçuluğu  və  hüquq  qaydasını  əsaslandırır və qiymətləndirir.  Hü­
quqi  ideologiyanın  işlənib  hazırlanmasında  cəmiyyət  həyalının  konkret- 
tarixi  şəraitini,  qüvvələrin  yerləşdirilməsini,  ictimai  şüurun  səviyyəsini, 
sosial  psixologiyanı,  həm  çoxluğun,  həm  də  azlığın  iradəsini  və  maraq­
larını  və  digər  amilləri  nəzərə  alan  hüquqşünaslar,  siyasətşünaslar  və 
iqtisadçılar iştirak edirlər.1
Hüquqi  ideologiyada  hüquq  elminin  özünəməxsus  xüsusi  çəkisi  var­
dır.  filmi  nəzəriyyə  cəmiyyətin  hüquqi  həyatının  inkişaf  strategiyasını 
müəyyən  edir,  müasir  hüquqi  situasiyanın  hərtərəfli  təhlilini  həyata 
keçirir,  filmi  doktrinalar  hüququn  mənbələri  qismində  çıxış  edə  bilərlər. 
Hüquq  nəzəriyyəsinin  mənimsənilməsi,  cəmiyyətin  həyatında  hüququn 
rolunun  rasional  cəhətdən  sərf-nəzər edilməsi  hüquqi  ideologiya ilə yana­
şı,  həmçinin  də  hüquqi  təhsilin,  hüquqi  peşəkarlığın  formalaşmasının 
mühüm və zəruri elementləridir.
Gerçəkliyin  hüquqi  cəhətdən  dərk  edilməsinin  üsulu  kimi  hüquqi 
ideologiyanın  nümunələrinə  G.Hcgclin  hüquq  fəlsəfəsi,  dövlət  və  hüqu­
qun  təbii  hüquq,  pozitivist,  marksist  doktrinası  xidmət  edə  bilər.  Belə 
nümunələrə  hüquq  düşüncəsinin  bir  sıra  müasir  konsepsiyalarını  da  aid
1  Теория  государства  и  права.  Учебник  /  под  ред.  В.М.Корсльского  и  В.Д.Псрсва- 
лова.  М.,  ИНФЛ-М-НОРМ А,  1997.  с.326.
2  Общая  теория  права  и  государства  /  под  ред.В.В.Лазарева.  М.,  ЮРИСТЬ,  1996, 
с.201.
293


etmək  olar.  Bundan  başqa,  hüquqi  ideologiyanın  daha çox tətbiq edildiyi 
sfera  insanların  fərdi  deyil,  təbii-kütləvi  münasibətləri  sferasıdır.  Bu  da 
kifayət  qədər  rəsmiləşdirilmiş,  institusiyalaşdırılmış  sosial  birliklərin  -  
siniflərin,  siyasi  partiyaların,  ictimai  hərəkatların,  dövlətin,  dövlətlərarası 
birliklərin  mənafelərinin  və  tələbatlarının  ifadə  olunmasına  istiqamətlən­
dirilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  bu,  hüquqi  psixologiya  üçün  də 
səciyyəvidir.
Molum  olduğu  kimi,  müasir  hakimiyyət  münasibətlərində  iştirak 
edən  bu  və  ya  digər  siyasi  təşkilatlar,  bir  qayda  olaraq,  hansısa  siyasi- 
hüquqi  ideologiya -  mühafizəkar,  liberal,  marksist, müsəlman, xristian və 
s.  əsasında  yaradılır.  Belə  halda  hüquqi  ideologiya  öz  əsas  təyinatını 
yerinə  yetirir.  O,  partiyanın,  hərəkatın,  bütövlükdə  insanların  siyasi  sis­
teminin  fəaliyyətinin  özünəməxsus  sosial  plan-proqramına  xidmət  edir, 
onların  müəyyən  sosial  və  siyasi-hüquqi  ideallara  nail  olmasına  imkan 
yaradır.
Azərbaycan  Respublikasında  hüquqi  dövlətin  formalaşması  tədrici, 
həm  do  son  dərəcə  mürəkkəb  bir  prosesdir.  Çünki  hüquqi  dövlət  demo­
kratiya,  insan  hüquqlarının  təmin  olunması,  humanist  və  ədalətli  hüquq 
qaydası  haqqında  həm ümumbəşəri,  həm  do  milli  təsəvvürlərə  uyğun  ol­
malıdır.  Bu  halda  dövlətin  hüquqi  doktrinası  Azərbaycan  dövlətçiliyinin 
inkişafı  istiqamətində  ideoloji  əsasa xidmət edir.
Demokratik,  dövlət-mədəni-tarixi  cəhətdən  əsaslandırılmış  dövlət- 
hüquqi  ideologiyanın  olması  istənilən  cəmiyyətin  fəaliyyətinin  mühüm 
şərtidir.  Artıq  XX yüzilliyin  90-cı  illərinin  ortalarından keçən  dövr ərzin­
də  əldə  olunan  təməlli  nəticələrdən  biri  ondan  ibarətdir  ki,  Azərbaycan 
Respublikası  aydın  və  düşünülmüş  milli  dövlət-hüquqi  ideologiya olma­
dan  yaşaya  bilməz.  Belə  bir  ideologiyanın  formalaşması  və  inkişafı 
hüquqi dövlət quruculuğunun da on mühüm şərtlərindən biridir.
Başqa  sözlə,  müasir  sivilizasiyalı  cəmiyyəti  siyasi-hüquqi  ideologi- 
yasız  düşünmək  mənasız  olardı.  Buna  ABŞ-ın  Konstitusiyası,  AFR-in 
Konstitusiyası,  İnsan və vətəndaş  hüquqlarının  1789-cu il  Fransız Bəyan­
naməsi  nümunə  ola  bilər.  Məhz  adları  çəkilən  siyasi-hüquqi  sənədlər 
Qərbdə  demokratiyanın  və  hüquq  sistemlərinin  bünövrəsini  qoymuş,  hə­
min bünövrənin əsasına xidmət etmişdir.
Artıq  keçid  dövriinti  başa  vurmuş  Azərbaycan  Respublikası  üçün 
hüquqi  ideologiya  xüsusi  əhəmiyyət  kəsb  edir.  Milli  hüquqi  ideologiya 
hər  bir  fərdə,  sosial  qruplara,  siyasi  partiyalara  və  ictimai  birliklərə  yeni
294
sosial-iqtisadi  və  siyasi  şəraitdə  bu  və  ya  digər  yönümü  seçməyə  imkan 
yaradır.  Heç  bir başqa proses,  hətta qüvvədə olan qanunvericiliyin müfəs­
səl  təbliğatı  hüquqi  ideologiyanın  etdiyi  edə,  onun  rolunu  əvəz  edə 
bilməz.  Konkret və  utilitar  proqramlardan,  şüurlardan,  plan və  vədlərdən 
fərqli  olaraq,  hüquqi  ideologiya  uzunmüddətli  proseslərə,  davranış  nor­
malarına  istiqamətləndirilir  ki,  bunun  da  sayəsində  sosial  və  yaradıcı 
məqsədlərin  uğurla həyata keçirilməsinə nail  olunur.
Hüquqi  ideologiya  hüquqi  biliklərin,  bütövlükdə  hüquq  mədəniy­
yətinin elə sintezidir ki,  o,  konseptual  şəkildə  təkcə mütəxəssislərin deyil, 
əhalinin  geniş  təbəqələrinin,  hər bir konkret  fərdin  həyati  fəaliyyətinə yol 
tapır,  cəmiyyətin  sosial-hiiquqi  həyatının  reallıqlarını  əks  etdirərək, 
mürəkkəb və ziddiyyətlər dolu dünyada onları  düzgün məcraya yönəldir.
Milli  hüquqi  doktrina  cəmiyyətin  hüquqi  şüur  səviyyəsinin  mühüm 
göstəricisidir.  O,  dünyanın  sivilizasiyalı  xalqlarının  inkişaf etmiş  hüquq 
ailəsinə  girişə  xidmət  edən  mühüm  modoni-Iuiquqi  dəyərləri  səciyyələn­
dirir,  Azərbaycan  Respublikasının  həmin  hüquq  ailəsində yerinin  mənəvi 
bə tarixi  potensialını müəyyən edir.
Bəs,  müasir  və  gənc  Azərbaycan  Respublikası  üçün  hansı  hüquqi 
ideologiya aktual ola bilər?
Azərbaycan  Respublikası  XX  yüzilliyin  90-cı  illərindən  öz.  milli  hü­
quq  nəzəriyyəsinə  malik  olmamış,  keçmiş  SSRİ-nin  tərkibində  70  il 
müddətində dövlət və hüququn marksist doktrinasına əsaslanmışdır.  Qeyd 
etmək  zəruridir  ki,  marksizmi-leninizm  ideologiyası  tarix  səhnəsini  tərk 
etsə  də,  dövlət  və  hüququn  K-.Marks  ve  F.Engels  tərəfindən  işlənib  ha­
zırlanmış  metodologiyası  indi  də  qorunub  saxlanılır  və  o,  gələcəkdə  də 
klassik  bir  nəzəriyyə  kimi  clrni  dəyərə  malik  tədqiqat  obyekti  olaraq  qa­
lacaqdır.  Nəzərə  almaq  lazımdır ki,  marksist  dövlət  və hüquq nəzəriyyəsi 
XX  yüzilliyin  50-ci  illərindən  başlayaraq  XX  yüzilliyin  80-ci  illərinin 
sonunadok  olan  dövrün  sosial-siyasi  və  hüquqi  proseslərinin  öyrənilməsi, 
təhlil  və  tədqiq  edilməsi  baxımından  təkcə  keçmiş  SSRİ  məkanı  üçün 
deyil,  bütün  dünya  üçün  əhəmiyyətə  malikdir.  Bir daha qeyd  edirik  ki,  o, 
yalnız klassik  bir nəzəriyyə kimi  müasir elmin  həmişə diqqət  mərkəzində 
olacaqdır.
Lakin  bu  gün  Azərbaycan  Respublikasında  dövlət və  hüquq  nəzəriy­
yəsinin,  onun  aktual  problemlərinin  tədqiqi  sahəsində demək  olar ki,  heç 
bir  təməlli  tədqiqata  təsadüf  olunmur.  Müasir  sosial-iqtisadi  və  siyasi- 
mədəni,  eləcə  də  əxlaqi-mənəvi  inkişaf özünün  yüksək  tərəqqi  yolunda
295


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə