R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə79/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   75   76   77   78   79   80   81   82   ...   131

3) 
normativ-hüquqi  aktların  bütün  sisteminin  inkişaf səviyyəsindən. 
Hüquq  mədəniyyətinin  qiymətləndirilməsi  üçün  əsasını  dövlətin  kon­
stitusiyası  təşkil  edən  qanunvericilik  sisteminin  çox  mühüm  əhəmiyyəti 
vardır.  İstənilən  hüquqi,  qanunqüvvoli  akt  legitim  olmalı,  yəni  ictimai 
şüurda  humanizm,  ədalət,  azadlıq  və  qanun  qarşısında  hamının  bərabər­
liyi haqqında hökmranlıq edən təsəvvürlərə cavab verməlidir.
Hüquq mədəniyyəti cəmiyyətin ümumi mədəniyyətinin digər sahə və 
sferaları  ilə -  siyasi,  mənəvi  (etik),  estetik və  dini  mədəniyyətlə qarşılıqlı 
əlaqədə  fəaliyyət  göstərir.  Bu  zaman  hüquq  mədəniyyətinin  spesifik 
məzmununda həm  həmin  cəmiyyətin  hakim mədəniyyətinə, həm də onun 
ayrı-ayıı  sahələrinə  xas  olan  cəhətlər  və  xüsusiyyətlər  təzahür  edir. 
Hüquq  mədəniyyətinin  bütün  elementləri  arasında  qarşılıqlı  uyğunluğun 
maksimum dərəcədə təmin olunması  cəmiyyətdə  qanunçuluğun və hüquq 
qaydasının möhkəmləndirilməsinin zəruri  şərtlərindən biridir.
Hüquq  mədəniyyətinin  strukturu  və  funksiyaları.  Hüquq  mədəniy­
yətinin  struktur  elementləri  qismində  hüquqi  gerçəkliyin  komponentləri, 
yəni  artıq  qeyd  edildiyi  kimi  hüquq  və  hüquq  düşüncəsi,  hüquq  müna­
sibətləri,  qanunçuluq  \ ə  hüquq  qaydası,  eləcə  də hüququn  subyektlərinin 
hüquqauyğun  davranışı  çıxış  edir.  Cəmiyyətin  hüquq  mədəniyyətinin 
strukturunu təşkil  edən  elementlər eyni  zamanda digər strukturlara da da­
xil  edilmişlər.  Bundan  başqa,  həmin elementlər bir neçə müxtəlif sistemin 
tərkib komponentləri  qismində çıxış edirlər.
Hüquq  mədəniyyətinin  strukturu  konkret-sosioloji  aspektdə  müvafiq 
surətdə özündə aşağıdakı  ən iri  elementləri  ehtiva edir:
1)  hüquq  -   bu,  dövlət  iradəsinin  daxil  edildiyi  qanunu  ifadə  edən 
normaların sistemidir;
2)  hüquq  müəssisələri  -   bu,  hüquqi  nəzarəti,  hüququn  realizəsini 
təmin edən  dövlət orqanlarının və ictimai təşkilatların sistemidir;
3)  hüquq  düşüncəsi  -   bu,  cəmiyyətin  bütün  hüquqi  gerçəkliyinin 
mənəvi cəhətdən əks olunması sistemidir;
4) hüquqi davranış, hüquqi fəaliyyət.1
Hüquq  mədəniyyətinin  işgüzar,  fəal  cəhəti  xüsusilə  diqqətəlayiqdir. 
Bu  zaman,  hər  şeydən  əvvəl,  fəaliyyətin  aşağıdakı  iki  sferasını  nəzərə 
almaq vacibdir:
1  Каминская  В .И .,  Ратинова  Л.Р.  П равосознание  как  элемент  правовой  культуры. 
Правовая  культура  и  вопросы  правового  воспитания.  М .,  1974,  с.42-43.
304
1) bilavasitə hüquqi  sfera ilə bağlı  olan  fəaliyyət;
2)  qcyri-hiiquqi  xarakterli,  lakin  hüququn  qüvvəsi  sferası  ilə  bağlı 
olan fəaliyyət.
Fəaliyyətin  birinci  sferasında  son  dərəcə  qeyri-ənənovi  baxışların 
təzahür  etməsinə  baxmayaraq,  onun  dərk  edilməsi  xüsusi  çətinliklər 
törətmir.  İkinci  fəaliyyət  sferası  haqqında  isə o  vaxt söhbət gedə  bilər ki, 
onun  məzmunu  hüquqi  ideyaları,  nəzəriyyələri,  qiymətləndirmələri,  hü­
quqi hissləri  əks etdirən  tədqiqatı əhatə etmiş olsun. Fəaliyyətin bu sferası 
hüquq  mədəniyyətinin  predmetinə  bilavasitə  daxil  olmasa  da,  lakin 
özünün ideya məzmunu  ilə onun məzmununu tamamlayır.
Hüquqi  sfera  ilə  bağlı  olan  fəaliyyət  hüquqşünaslıqda  və  hüquqi 
praktikada  kibernetikanın  müxtəlif  üsul  və  metodlarının  tətbiqinə  daha 
yaxındır.
Adları  çəkilən  elementlər  hüquq  mədəniyyətinin  məzmunu  ilə  tam 
üst-üstə düşmürlər  və  onlar yalnız  cəmiyyətin  hüquqi  inkişaf səviyyəsini 
səciyyələndirirlər.  Məzmunla  isə  sadəcə  olaraq  hüquq  düşüncəsi,  hüquq, 
qanunçuluq və s.  deyil,  həmçinin də onların  inkişaf xarakteri,  səmərəliliyi 
və dərəcəsi,  yəni  ictimai  prosesin  bu mərhələsinin onlara nə verdiyi  əhatə 
olunur.
Şəxsiyyətin  də  hüquq  mədəniyyətinin  strukturu  çoxşaxəlidir.  Burada 
söhbət strukturun  ifadə  formaları,  sosial  səviyyəsi  və  məzmunu  haqqında 
gedə  bilər.  Şəxsiyyətin  yuridik  vəzifəsi  aşağıdakı  üç  vəziyyətdə  ifadə 
olunur:
1) hüquqi-mədəni  yönümlərdo;
2) yönümlorin  realizə olunması  üzrə yaradıcılıq  fəaliyyətində;
3) realizənin nəticələrinin əldə olunmasında.
Fərdin  inkişafının  müəyyən  dərəcəsi  kimi,  insanın  hüquq  mədə­
niyyəti,  hər  şeydən  əvvəl,  onun  mütərəqqi  hüquqi  ideyaları  və  qanunları 
qavramaq  hazırlığında,  hüquqdan  istifadə  etmək  bacarığında  və  vər­
dişlərində,  eləcə  də  öz  hüquqi  biliklərini  qiymətləndirmədə  təzahür  edir. 
Şəxsiyyətin  mədəniyyəti  də  məhz  bu  mövqelərdən  hüquqi-mədəni 
yönümlorin olması  ilə  səciyyələndirilir.
Daha  sonra,  hüquq  mədəniyyəti  -   bu,  şəxsiyyətin  yaradıcılıq  fəaliy­
yətinin  müəyyən  xarakteri  və  səviyyəsidir.  Məhz  həmin  yaradıcılıq  fəa­
liyyəti  prosesində  o,  öz  hüquqi  biliklərini,  bacarığını  və  vərdişlərini  əldə 
edir,  yaxud  bunları  inkişaf  etdirir.  Nəhayət,  hüquq  mədəniyyəti  hüquq 
sferasında  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  qismində  çıxış  edir.  Həmin
305


hadisənin  mövcudluğunun bu  sonuncu  üsulu  onun  daxili  potensialı  kimi 
ifadə olunur.
Təklif  olunan  yanaşma  nəinki  nəzəri,  həmçinin  də  praktik  əhə­
miyyətə  malikdir.  Şəxsiyyətin  hüquq  mədəniyyətinin  real  vəziyyətinin 
təhlili  zamanı  onun  əhali  arasındakı  inkişaf  səviyyəsini  nəzərə  almağı 
zəruri  edir.  Belə  ki,  əgər  hüquq  mədəniyyətinə  yalnız  yuridik  potensial 
kimi  baxılarsa,  təkcə  onun gələcək  inkişaf perspektivləri  deyil,  artıq əldə 
olunmuş  sabitliyi  də  istər-istəməz  kənarda  qalacaqdır.  Perspektivlər 
hüquq mədəniyyəti sferasında yaradıcılıq fəaliyyəti ilə, sabitlik isə hüquqi 
yönümlərin  işlənib hazırlanması  ilə təmin edilir.
Şəxsiyyətin  hiiquq  mədəniyyətinin  qiymətləndirilməsi  zamanı  hü­
quqi  hadisələrin  dərk  edilməsi  səviyyəsini  və  dərinliyini,  belə  səviyyəyə 
və  dərinliyə  malik olmanın  vəziyyətini  nəzərə  almaq  vacibdir.  Bu  zaman 
hüquq  mədəniyyətinin  adi,  peşə  (xüsusi)  və  nəzəri  səviyyəsi  fərqləndi­
rilir.
Adi  səviyyə  insanların  hüquqi  hadisələrlə  toqquşduqları  zaman 
onların gündəlik həyat çərçivələri  ilə məhdudlaşır.  Mədəniyyətin bu növü 
sanki  hüquqi  hadisələrin  üst  hissəsində  «dayanır»  və  buna  görə  də  onun 
ümumiləşdirilməsi  elə  bir  dərinlik  tələb  etmir.  Belə  mədəniyyətin  kömə­
yilə  hüquqi  praktikanın  bütün  cəhətlərini  obyektiv  şəkildə  sərf-nəzər 
etmək və qiymətləndirmək olmaz.  Lakin  onu potensial  çatışmazlıq, yaxud 
ikinci dərəcəli  hal hesab etmək do  səhv  olardı.  Adi  hüquq mədəniyyətinin 
spesifikliyi  ondan  ibarətdir ki,  o,  nəzəri  ümumiloşdirməlor  səviyyəsindən 
qalxa  bilmir,  sağlam  fikir  mərhələsində  təzahür  edir,  insanlar  ondan 
yeridik  vəzifələrə  əməl  edildiyi  zaman  gündəlik  həyatlarında  fəal  surətdə 
istifadə edirlər.  Subyektiv hüquqlardan  istifadə olunması  da hüquqauyğun 
davranışın nəhəng kütləsindən  ibarətdir.
Peşə  (xüsusi)  səviyyəsi  xüsusi  olaraq  hüquqi  fəaliyyətlə məşğul  olan 
şəxslərdə  təşəkkül  tapır.  Hüquqi  anlayışlar  və  hadisələrlə  bilavasitə  gün­
dəlik  təmasda  olmaq  hüquqşünaslarda  peşə  hüquq  mədəniyyətini  forma­
laşdırır.  Hüquqşünaslara  hüquqi  problemləri,  vəzifələri,  məqsədlərini, 
eləcə  də  peşə  davranışı  qaydalarını  daha  yüksək  səviyyədə  bilmək  və 
dərk etmək xasdır.
Belə  hüquq  mədəniyyətinə  malik  olan  şəxsiyyətin  qüvvəsi  altında 
hüquqi  kateqoriyaların  mahiyyəti  və məzmununun  axtarışı  onun  elmi-nə­
zəri  fəaliyyətinə  uyğun  gəlir.  Məhz  bu  nöqteyi-nəzərdən  hüquq  mə­
dəniyyətinin nəzəri səviyyəsi ümumiyyətlə, hüquqi hadisələrin mahiyyəti,
306
xarakteri və qarşılıqlı mahiyyəti, hüquqi  tənzimetmənin  bütün mexanizmi 
haqqında  elmi  biliklərdən  ibarətdir.  Iltiquq  mədəniyyətinin  nəzəri  səviy­
yəsi  alim-filosofların,  sosioloqların,  hüquqşünasların  birgə  səyi  və  prak­
tiki işçilərin ictimai  təcrübəsi  ilə işlənib hazırlanır.
Ilüquq  mədəniyyətinin  adi,  peşə  (xüsusi)  və  nəzəri  səviyyəsi  bir- 
birilə sıx qarşılıqlı  əlaqədədir və onların biri digərini tamamlayır.
Hüquq  mədəniyyəti  real  həyatda  eyni  vaxtda  bir  neçə  spesifik 
funksiyanı yerinə yetirir.  Bunlara aşağıdakılar aid edilir:
1)  idrak-yenidən təşkilclmo funksiyası;
2) hüququ tənzimetmə funksiyası;
3) dəyər-normativ funksiyası;
4) hüququ sosiallaşdırıcı  funksiya;
5) proqnostik  funksiya.
İdrak-yenidən  təşkiletmə  funksiyası  hüquqi  dövlətin  və  vətəndaş  cə­
miyyətinin  formalaşması  üzrə nəzəri  və təşkilatı  fəaliyyətlə bağlıdır.  Hə­
min  funksiya  ictimai,  qrup  mənafelərinin  və  şəxsi  mənafelərin  razılaş- 
dırılmasına,  insanı  ictimai  inkişafın mərkəzində qoymağa,  sosial  ədalətin, 
siyasi  azadlığın  və  hərtərəfli  inkişafın  təmin  olunmasına  yardım 
göstərməyə xidmət edir.
Hüququ  tənzimetmə  funksiyası  hüquq  sisteminin  bütün  element­
lərinin,  sabit,  mütəşəkkil,  dinamik  və  səmərəli  fəaliyyətinin  təmin  olun­
masına  istiqamətləndirilmişdir.  Hüquq  mədəniyyəti  insanların  sosial  bir­
liyini  təmin  edə  bilər.  Bu  funksiya  hüquq  normaları  və  digər  sosial 
normalar vasitəsilə realizə olunur.
Ilüquq  mədəniyyətinin  dəyər-normativ  funksiyası  aksioloci  xarakte­
ristikalar  sisteminin  köməyilə  ifadə  olunur.  O,  fəaliyyətdə  olan  fərdi ərin 
şüurunda  və  insan  hərəkətlərində,  sosial  institutlarda  ifadə  olunmaqla 
dəyər  əhəmiyyəti  əldə  edən  müxtəlif faktlarda  təzahür  edir.  Burada  söh­
bət hüquqdakı  dəyərlər və bir dəyər kimi hüququn  özü haqqında gedir.
Hüququ  sosiallaşdırıcı  funksiya  şəxsiyyətin  hüquqi  keyfiyyətlə­
rinin  formalaşması  nöqteyi-nəzərindən  öyrənilə  bilər.  Sözsüz  ki,  bu 
prosesə cəmiyyətin  hüquqi gerçəkliyi  əhəmiyyətli  təsir göstərir.
Proqnostik  funksiya  hüquqyaradıcılığı  və  hüququn  realizəsini,  və­
təndaşların  hüquqauyğun  davranışının,  onların  sosial  fəallığının  təmin 
olunmasını  əhatə edir və  özündə bütün hüquq  sistemi üçün səciyyəvi  olan 
ənənələrin təhlilini ehtiva edir.
307


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə