R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə80/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   76   77   78   79   80   81   82   83   ...   131

Beləliklo,  hüquq  mədəniyyətinin  təhlili  əvvəlcə  hüquqi  dəyərləri, 
idealları  və  nümunələri  fərqləndirmək  və  təsvir  etmək,  sonra  isə  onları 
işlərin real vəziyyəti nöqteyi-nəzərindən qiymətləndirmək üçün zəruridir.
Tarix  şəhadət  verir ki, hüquq və  hüquq  qaydası  haqqımda görüşlərin 
yayılması  üzrə  xüsusi  fəaliyyət,  demək  olar  ki,  bütün  dövlətlərdə  həyata 
keçirilir.  Bunun  üçün  dövlətin  sərəncamında  olan  bütün  vasitələrdən  -  
ədəbiyyatdan,  incəsənətdən,  məktəbdən,  məsciddən,  kilsədən,  mətbuat­
dan,  radio  və  televiziyadan,  eləcə  də  xüsusi  hüquqi  tədris  müəssisələ­
rindən  istifadə  olunur.  Buna  görə  də  hüquq  tərbiyəsi  istənilən  dövlətin 
ideoloji  funksiyasının mühüm tərkib elementi qismində çıxış edir
Dövlətin  inkişaf  və  təkmilləşməsi  dərəcəsinə  uyğun  olaraq  həmin 
funksiyanın  həyata  keçirilməsinin  daha  işgüzar  üsulları  və  formaları 
axtarılır,  dövlət fəaliyyətinin  müstəqil  növü  kimi hüquq tərbiyəsi  daha də 
olahiddoloşdirilir  və  ixtisaslaşdırılır.  Kütlənin  və  ayrı-ayrı  vətəndaşların 
şüuruna  təsirin  məzmunu  və  taktikası,  obyektlər,  forma  və  üsulları  də­
yişsə  də,  onun  hüquq  və  hüquq  düşüncəsi,  onun  mənası,  dəyəri  və  funk­
siyaları  haqqında  təsəvvürlər halında mahiyyəti  sabit  olaraq  (ilk növbədə 
inkişaf etmiş dövlətlərdə) qalır.
Hüquq  tərbiyəsi,  hər  şeydən  əvvəl,  dövlətin,  orqanlarının  və  bu 
orqanların  qulluqçularının,  ictimai  birliklərin  və müxtəlif sosial qrupların 
hüquqi  şüurun  və  hüquq  mədəniyyətinin  formalaşması  və  yüksəldilməsi 
üzrə məqsədyönlü müntəzəm  fəaliyyətidir.
Hüquq  tərbiyəsi  nisbi  müstəqil  məqsədlərə,  onlara  nail  olunmasının 
spesifik  metodlarına  və  təşkilati  formalarına  malikdir.  Hüquq  tərbiyəsi 
çoxməqsədli fəaliyyətdir və o, stratcci, uzunmüddətli, taktiki, yaxın, ümu­
mi  və  xüsusi  məqsədlər nəzərdə  tutur.  Məqsədlər  subyektin  və  tərbiyəvi 
təsir obyektinin spesifikliyi nəzərə alınmaqla konkretləşdirilə bilər.
Hüquq  tərbiyəsi  vasitələrinə  hüquqi  təbliğat,  hüquq  təlimi,  yuridik 
praktika  və  özünütərbiyə  aiddir.  Göstərilən  bütün  vasitələrin  tətbiqi 
əsasını hüquqi informasiyanın həyata keçirilməsi, eləcə də hüquq və onun 
realizə  olunması  təcrübəsi  haqqında  informasiyadan  istifadə  olunması 
təşkil edir.
Burada  «hüquqi  minimum»  problemi  xüsusi  yer  tutur.  «Hüquqi 
minimum»  problemi  dedikdə,  hüquqi  biliyin  mütləq  səviyyəsi  nəzərdə 
tutulur.  Belə  ki,  cəmiyyətin  hər bir yaşlı  üzvü  öz  sosial  statusundan  asılı 
olmayaraq,  hüquqa  dair  biliklərin  on  azı  minimum  həddinə  malik  ol­
308
malıdır. Lakin bu  işin özünün səviyyəsi cəmiyyətin inkişafının tələblərinə 
və lazımi standartlara cavab verir.
Azərbaycan  Respublikasında  bu  problemi  həll  etməli  olan  dövlət 
orqanlarının  dürüst  dairəsi  müəyyən  edilməmişdir  və  əgər  belə  orqanlar 
mövcuddursa,  onların  fəaliyyəti  nəzərə  çarpmır.  Aydın  şəkildə  görünür 
ki,  ictimai  birliklər  bu  fəaliyyətə  zəif cəlb  olunurlar.  Bu  isə  hüquq  tər­
biyəsi  sisteminin  təbii  surətdə  zəifləməsinə  və  dağılmasına  səbəb  ola 
bilər.
İnformasiya vasitələrinin  fəaliyyəti  şəhadət  verir ki,  hazırda  praktiki 
olaraq  qüvvədə  olan  qanunvericiliyin  (onun  ayrı-ayrı  sferalarının)  ardıcıl 
təbliğatı  aparılmır.  Ayrı-ayrı  hüquqi-tərbiyəcdici  tədbirlərin  aparılması 
sistemsiz,  qanunçııluğun  və  hüquq  qaydasının  vəziyyəti,  kriminogen  si­
tuasiya  və  eləcə  də  əhalinin  bu  və  ya  digər  hüquqi  biliklərə  olan  tələ­
batları nəzərə alınmadan həyata keçirilir.
Kütləvi  informasiya  vasitələri,  bəzi  dövlət  xadimləri  və  ictimai 
xadimlər özlərinin  açıq  çıxışlarında  bəzən  qanunçuluğun  pozulması  fakt­
larına  barışdırıcı  mövqe  nümayiş  etdirir.  Azərbaycan  Respublikasında 
mütəşəkkil  cinayətkarlığın  olmamasından,  korrupsiya  əleyhinə  qətiyyətli 
mübarizə aparılmasından sanki  «təsəlli» tapırlar.
Bütün  bu  göstərilənləri  söyləməkdən  məqsəd  budur  ki,  ölkədə  an- 
tisosial  hadisələrə dözülməz  münasibət  konsepsiyasının  formalaşdışlması 
bu günün təxirəsalınmaz vəzifələrindən biri  olmalıdır.
309


Y E D D İ N C İ   F ƏS İ I .
HÜQUQİ  DAVRANIŞ VƏ DEVİANT DAVRANIŞ
1.  Hüquqi davranış:  sosioloji xüsusiyyətləri
Hüquqi  davranış  hüquq  düşüncəsi  və  hüquq  mədəniyyətilə sıx bağlı 
olan hadisədir.  Bu bağlılıq qarşılıqlı  olduğuna görə xüsusən hüquq düşün­
cəsi  və  ya  hüquq  mədəniyyəti  şəxsiyyətin  hərəkətlərinə  bilavasitə  gös­
tərir,  onun  hərəkətlərini ya hüquqauyğun,  ya da  hüquqazidd  məcraya yö­
nəldir.  Məhz  insanların  davranışı  əsasında  onların  hüququ  ictimai 
münasibətlərin  tənzimləyicisi  kimi  mənimsəmə  və  dərketmə  səviyyəsi 
haqqında mülahizə yürütmək olar.
Bununla  yanaşı,  hüquq  düşüncəsi  ilə  hüquqi  davranış  arasında  düz- 
xətli,  sərt uyğunluq  mövcud deyil.  Adamların real hərəkətləri, xətaları hü­
quq  normalarının  tələblərinə  münasibətdə  davranışın  müxtəlif  variant­
larını  nümayiş  etdirir.1 Məsələn,  hüquq  normalarının  tələblərini  bilək,  öz 
hərəkətlərinin  nəticələrini  dərk  edən  fərd  (sosial  subyekt)  bu  normalara 
əməl  etməyə,  yaxud  hüquq  normaları  barəsində  zəruri  təsəvvürlərə malik 
olmayan  və  müvafiq  surətdə  törətdiyi  xətanın  hansı  mənfi  nəticələrə 
səbəb  ola  biləcəyini  kifayət  qədər  anlaya  bilməyən  insan  həmin  norma­
ların  tələblərinə  əməl  edə bilər.  Bir  sözlə,  hüquq  düşüncəsi,  yaxud hüquq 
mədəniyyəti  hüquqauyğun  və  ya  hüquqazidd  hərəkətlərin  mütləq  göstə­
ricisi, onların etalonu qismində çıxış etməyə bilər.
Hüquqi  davranış  özündə  normativ  davranışın  elementlərini  ehtiva 
edir.  Ona  görə  də normativ davranış  dedikdə,  adətən,  sosial  subyektin bu 
və  ya  digər  normaya  uyğun  olan  istənilən  davranışı  başa  düşülür.  Nor­
mativ  davranış  ən  müxtəlif normalar (əxlaqi,  dini,  etik,  estetik, hüquqi  və 
s.)  çərçivəsində  təzahür  edə  bilər.  Bu  nöqteyi-nəzərdən  də  bir  davranış 
aktı  müəyyən  norma baxımından  normativ, digər normaya görə isə qeyri- 
normativ  ola  bilər,  filə  buna  görə  də  normativ  davranışın  səbəbləri  və 
motivləri  son dərəcə müxtəlif ola bilər.  Qeyd etmək zəruridir ki, səbəb və 
motivlərindən  asılı  olmayaraq,  müvafiq  normanın  tələblərinə  uyğun olan 
davranış hər bir halda normativ davranış kimi qiymətləndirilir.
Юридическая  социология:  Учебник.  M .,  Н ОРМ Л-ИНФ РА, 2000,  с. 156.
310
Normativ  davranışın  bu  göstərilən  xüsusiyyətlərilə  əlaqədar  olaraq 
aşağıdakı  iki  məsələ meydana çıxır:
1) normativ davranışın sosial və  fərdi mənası nədən  ibarətdir?
2) cəmiyyətdə insanların normativ davranışına necə nail olunur?
Normativ  davranışın  sosial  mənası  dedikdə,  təbiət  obyektlərinə,
eləcə  də  insanların  qarşılıqlı  ictimai  münasibətlərində özünü artıq təcrübədə 
doğrultmuş  və  faydalı  texniki  və  ya  sosial  tərəqqiyə  qısa  yolla  aparan  ən 
rasional  üsul  və  metodlara  təsir  göstərmək  üçün  istifadədə  insan  fəallığının 
təşkili  və qaydaya  salınması  başa düşülür.  Bu, normativ davranışın  əsas hə­
yati -  sosial və eləcə də fərdi əhəmiyyətini əks etdirən amildir.
Normativ  davranış  normanın  növündən  (dini  norma,  əxlaq  norması, 
sosial,  texniki,  korporativ  norma),  öz  mənşəyindən,  göstərişlərinin  haki- 
miyyətlilik  dərəcəsindən  və  sosial  nəzarət  xarakterindən  asılı  olaraq 
fərqləndirilə bilər.
N ormanın  növünə  görə  fərqləndirilən  normativ  davranış  davranışın 
sosial  cəhətdən  qiymətləndirilməsinin  xarakterini  müəyyən  edir.  Belə 
fərqləndirmə prosesində davranış  texniki  (texniki  normaya uyğun  olaraq) 
cəhətdən  qüsursuz  və  ya  qüsurlu,  əxlaqi  cəhətdən  əxlaqi  və  ya  qeyri-əx- 
laqi, hərəkətlərin  xarakterinə müvafiqlik  dərəcəsindən  asılı  olaraq  (hüquq 
normasına  uyğun  olaraq)  hüquqauyğun  və  ya  hüquqazidd  davranış  kimi 
qiymətləndirilir.
Mənşəyinə,  göstərişlərinin  hakimiyyətinik  dərəcəsinə  və  sosial 
nəzarət  xarakterinə  görə  normativ  davranış  normaları  da  özlərinə  məx­
sus  səciyyəvi  cəhətləri  əsasında  fərqləndirilirlər.  Məsələn,  hüquq  norma­
ları  üçün  sosial-sinfi  məzmun,  dövlət-hakimiyyət,  rəsmi  xarakter,  yüksək 
müəyyənlik  dərəcəsi,  ifadə  olunma  formasının  spesifikliyi  və  hamının 
(bütün  əhalinin)  diqqətinə  çatdırılması,  ümumməcburilik,  real  həyata 
keçirilmə təminatı  səciyyəvidir.
Əməl  olunan  və  ya  pozulan  texniki  normalardan  fərqli  olaraq  (tex­
niki  normaların  pozulması  zamanı  arzu  olunan  fiziki,  bioloji  və  s.  nəti­
cələrə sadəcə olaraq nail olunmur), hüquq normalarının pozulduğu hər bir 
halda  nəinki  fiziki,  həm  də  sosial  nəticələr  meydana  çıxır.  Bu  nöqteyi- 
nəzərdən hüquq normaları  əxlaq normalarından da fərqlənir.  Belə ki, əgər 
əxlaq  normasının  pozulması  dövlət  tərəfindən  sanksiyalaşdırılmamış  ic­
timai  məzəmmətə,  sosial  qınağa,  yaxud  müəyyən  ictimai  rəyin  yaran­
masına  səbəb  olursa,  hüquq  normasının  pozulması  dövlət  tərəfindən
311


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə