R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə83/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   79   80   81   82   83   84   85   86   ...   131

qavraması prosesi başa düşülür. Müasir sosiologiya ədəbiyyatında şəxsiy­
yətin  sosiallaşması  adı  altında  «fərdin  cəmiyyətə,  müxtəlif  tipli  sosial 
biliklərə inteqrasiyası prosesi»1 nəzərdə tutulur.
Hüquqi  sosiallaşma  ümumi  fərdi  sosiallaşmanın  tərkib  hissəsi  və 
şəxsiyyətin universal sosiomədəni təcrübəyə uyğunlaşması, artıq yuxarıda 
qeyd edildiyi kimi inteqrasiyasıdır.
Şəxsiyyətin  hüquqi  sosiallaşması,  yəni  onun  cəmiyyətdə  öz  sosial 
rolu  və  yerini  bilməsi  prosesi  hüquq  düşüncəsinin  və  hüquqi  davranışın 
təşəkkülündə  mühüm  rol  oynayır.  Hüquqi  sosiallaşma  sosiallaşmanın 
vahid  prosesi  kimi  çıxış  edir.  O,  birliyin  mədəniyyətini  (normaları,  də­
yərləri,  ideyaları,  qaydaları,  davranışı  və  dərketmə  stereotiplərini)  qavra­
maqdan2 ibarət olan prosesdir.
Hüquqi  sosiallaşma  təkcə  şəxsiyyətin inkişafı ilə deyil,  həm də onun 
mənəvi  cəhətdən  yctkinləşməsinə  xidmət  edən  sosial  reaksiyaların  və 
fəallıq  formalarının  püxtələşməsilə  bağlıdır.  E.Dürkhcym  «sosiallaşma» 
anlayışını kollektiv şüurun fəaliyyəti və hər şeydən əvvəl, sosial norma və 
ənənələrin  nəsildən-nəsilə  ötürülməsi  problemləri  ilə  əlaqələndirirdi. 
M.Vebcr bu  anlayış  çərçivəsində  assosiativ,  əsasən könüllü sosiallaşmanı 
və  sosial  həvəsləndirmə  və  məcburiyyətin  köməyilə  cəmiyyət  tərəfindən 
qəbul  olunmuş  normaların  şəxsiyyətə  tətbiqilə  həyata  keçirilən  institu- 
sional  sosiallaşmanı  fərqləndirirdi.  T.Parsons  sosiallaşmanı  fərdin 
funksional adaptasiyası prosesi  kimi qiymətləndirirdi.
Sosiallaşma  cəmiyyətdə  öz  strategiyaları  ilə  inkişaf edən  fərdlərlə  cə­
miyyət  tərəfindən  qəbul  olunan  nonna  və  dəyərlər  sistemləri  arasında  qar­
şılıqlı  fəaliyyət  prosesidir.  İnsan  məhz  bu  proses  gedişində onu  əhatə  edən 
mühitin  sosiomədəni  elementlərini  qəbul  edir  və  qavrayır,  əhəmiyyət  kəsb 
edən  sosial  amillərin  təsiri  altında  onları  öz  şəxsiyyətinin  strukturuna  in­
teqrasiya edir və beləliklə, yaşamalı olduğu sosial mühitə uyğunlaşır.
Sosiallaşma  fərdə onun  üçün  zəruri  olan  sosiomədəni  elementləri  əl­
də  etməyə  imkan  verir.  Əldə  olunan  belə  elementlər  fərdə,  onu  tərbiyə 
etmiş  cəmiyyətdə  daha  səmərəli  fəaliyyət  göstərməyə  kömək  edir.  Bu 
məqsədlə  də  fərd,  o  cümlədən  mənsub  olduğu  sosial  qmpa  xas  olan 
müəyyən davranış qaydalarını öyrənməli, yaxşı  mənimsəməli və onları öz 
gündəlik  həyatının  vərdişlərinə  çevirməlidir.  Fərdin  özünün  mənsub 
olduğu  sosial  qrupum  üzvləri  arasında  daha rahat  hiss  etməsi  üçün  onun
1 V a h id o v   F .Q .,  A ğ a y ev  T .B .  G ö st.k ita b ,  s.60.
2 K asən ov V .V .,  N eçip u rcn k o V .N .  G ö st.k ita b ,  s.252.
3 2 0
həmin  qrupa  xas  olan  normaların,  dəyərlərin,  rəmzlərin,  davranış  mo­
dellərinin, adət və ənənələrin, eləcə də ideologiyanın məcmusunu üzvi şə­
kildə mənimsəməsi zəruridir.
Bundan  başqa,  sosiallaşma  prosesində  fərd  sosial  özünücyniləş- 
dirməni həyata keçirir.  Yəni  o, mənsub olduğu qrupa və özgə qruplara öz 
qrupunun  dəyərlərinə,  ənənələrinə  və  davranış  modellərinə  tərəfdar  çıx­
dığını  və  onları bəyəndiyini,  əksinə,  özgə  qrupların  dəyərlərinə,  davranış 
modellərinə  və  vərdişlərinə  tərəfdar  çıxmadığını  nümayiş  etdirmək 
imkanı  əldə  edir.  Lakin  bu,  heç  də  o  demək  deyildir  ki,  fərd  mənsub 
olduğu  qrupun  dəyərlərini  müdafiə  etməklə,  özgə  qrupların  dəyərlərinə 
qarşı  hörmətsizlik  nümayiş  etdirir,  yaxud  onları  pozmaq  istiqamətində 
fəaliyyət göstərir.
Deməli,  sosiallaşma  öz  mahiyyəti  etibarilə  fərddə  normativ  düşümə 
və  davranış  qabiliyyətinin  inkişaf  prosesidir.  Fərd  bu  proses  gedişində 
davranışlarındakı  özbaşınalıqlara  son  qoymaq,  başqalarına  hörmətli 
münasibət  göstərmək  vərdişləri  əldə  edir.  Əslində  bu,  fərddə  əxlaqın 
inkişafı və mənəviyyatın tədricən zənginləşməsi prosesidir.
Cəmiyyətdə  mövcud  olan  sosiomədəni  elementlərin  qavranılması 
prosesi  erkən  yaş  mərhələlərində  həyata  keçirilir  və  bu,  dini  və  əxlaqi 
göstərişlərdə,  tələblərdə  və  qadağanlarda  ehtiva  olunmuş  sosial  davra­
nışın  normativ  modellərinin  məzmununun  ilkin  mənimsənilməsi  vasitə­
silə  baş  verir.  Belə  qavramanın  və  ya  mənimsəmənin  digər  istiqaməti 
daha  sonrakı  yaş  mərhələlərində  təzahür  edir.  Bu  özünü  praktiki  hüquq 
münasibətlərində  iştirak  etmədə  göstərir.  Belə  ki,  fərddən  öz təbii  hüquq 
və  azadlıqlarını,  sivil  vərdişlərini  müdafiə  etmək  bacarığı,  eləcə  də 
normativ  tələb  və  göstərişlərə,  qadağanlara  əməl  etmək,  başqa  fərdlərin 
hüquqlarına hörmətlə reaksiya vermək və s. tələb olunur.
Sosiallaşmanın  özünəməxsus  həyata  keçirilməsi  prosesi  mövcuddur. 
Sosioloqlardan  R.Klutyc  və  A.Reno  tərəfindən  sosiallaşmanı  həyata 
keçirən  dörd  iyerarxik  struktur  fərqləndirilir.  Bu  strukturların  təsiri  bir- 
birilə üst-üstə düşür.  Həmin strukturlar aşağıdakılardan ibarətdir:
birincisi  -  mikrosistem; bu sistemin  fəaliyyətində  fərd  bilavasitə iştirak 
edir. Mikrosistemə ailə, məktəb, uşaq bağçası, dostların dairəsi aid edilir;
ikincisi  -   mezosietem;  bu,  mikrosistemlərin  elementləri  arasındakı 
münasibətlərdən  ibarət  olan  strukturdur.  Ailə  ilə  məktəb  arasındakı 
münasibətlər buna misal ola bilər;
üçüncüsü  -  ekzosistem; bilavasitə həmin fərdə aid olmayan  institut­
321


lardan  ibarət  struktur.  Bununla  belə,  həmin  institutlar  sosiallaşmada  işti­
rak  edir,  bəzən  fərdə çox  mühüm təsir göstərirlər.  Məsələn,  valideynlərin 
işi,  onların  işgüzar  dairələri,  rəislər  və  tabelikdə  olanlar  və  s.  Valideyn­
lərin  öz  aralarındakı  münasibətlər  adətən,  uşaqda  yaşlıların  aləmi  haq­
qında təsəvvürlərin formalaşmasında mühüm rol oynayır;
dördüncüsü  -   makrosistem;  bu,  mədəni  əhatə  dairəsindən  ibarət 
olan  strukturdur.  Burada  söhbət  uşağa  ancaq  birbaşa  təlqin  edilən  sosial 
dəyərlər və  ideologiyalar deyil,  həm  də  birinci  üç  strukturun  fəaliyyətinə 
dolayısı  ilə təsir göstərən  sosial  dəyərlər və ideologiyalar haqqında gedir. 
Bu,  bütövlükdə  cəmiyyətin  ideoloji  qaydalarından,  ideoloji  xarakterli 
uşaq və gənclər təşkilatlarından və s. ibarətdir.1
Ailə  -   bu,  sosiallaşmanm  ən  mühüm  institutlarından  biri  kimi  ən 
qədim  sosial  institutlardan  hesab  olunur.  O,  kişi  ilə  qadın  arasında nikah 
ittifaqıdır. Ailə valideynlərlə uşaqlar arasında qan qohumluğuna əsaslanır. 
Deməli  sosiologiya  nöqteyi-nəzərindən  ailə  dedikdə,  üzvləri  bir-birilə 
məişət  birliyi,  qarşılıqlı  yardımla,  əxlaqi  və  hüquqi  məsuliyyətlə  bağlı 
olub nikaha və ya qan qohumluğuna əsaslanan kiçik qrupdur.
Lakin  iqtisadçılar  ailə  anlayışına  öz  aspektlərini  də  əlavə  edərək 
ailəyə  belə tərif verirlər.  Ailə  -  bu eyni  yaşayış  sahəsində  birgə yaşayan, 
birgə  təsərrüfat  aparan  və  qohumluq,  nikah,  yaxud  qəyyumluq  münasi­
bətlərində  olan  şəxslər  qrupudur.  Lakin  qeyd  etmək  lazımdır  ki,  birgə 
təsərrüfatın  aparılması  ailənin  deyil,  ev  təsərrüfatının  əlamətidir.  Beləlik­
lə,  ailənin  tərifində,  əgər  sosioloqlar başlıca  diqqəti  qohumluq  əlamətinə 
yetirirsə, iqtisadçılar təsərrüfat əlamətinə əsaslanırlar.
Ailə  vital,  sosial  və  mənəvi  funksiyanı  yerinə  yetirir.  Hər  bir  ailə 
sosial mikroaləmdir.  «Ailə sosiologiyası daha geniş problemlər dairəsinin 
-  sosiallaşmanm, təhsilin, siyasətin və hüququn, əməyin, mədəniyyətin və 
s.  öyrənilməsi  predmetinə  daxildir;  o,  sosial  nəzarət  və sosial nizamlılıq, 
sosial  mobillik,  miqrasiya  və  demoqrafik  dəyişikliklər  proseslərini  daha 
mükəmməl  başa  düşməyə  imkan  verir.  İstehsal  və  istehlakm  əksər  sfe­
ralarında sosioloji tədqiqatlar ailəyə istinadsız mümkün deyildir».2
Uşaq məhz ailənin köməyilə cəmiyyətə  qədəm  qoyur,  ictimai həyata 
qovuşur.  Ailə  uşağa ad  verir,  onu  öz  nəslinə  daxil  edir  və  onu  gələcəyin 
bir neçə nəslinin törədicisinə çevirir.  Deməli,  fərdin ilkin sosial mahiyyəti 
məhz  ailədə  formalaşır.  Valideynlərin  sosial  vəziyyəti  uşağın  həyatının
1 Касянов B .B., Нечипуренко B.H.  G ö st.  k itab ,  s.252.
2 V a h id o v  F .Q .,  A ğ a y e v  T.B.  G ö st.  kitab,  s .2 8 I.
3 2 2
birinci  iyinni  ili  ərzində  onun  sosial  statusunu  müəyyən  edir.  Valideyn­
lərin  harada  və  neçə  yaşamaları  uşağın  böyüdüyü  və  inkişaf etdiyi  sosial 
konteksti  konkretləşdirir.  Valideynlərin  peşəsi  ailənin  mədəni  və  təhsil 
səviyyəsini müəyyən edir.
Məktəb  mürəkkəb  təşkilatdır.  Keçmiş  SSRİ-də  məktəblər  xalq 
təsərrüfatının  ayrılmaz  bir hissəsini  təşkil  edirdi.  Belə ki,  məktəblər  xalq 
təsərrüfatının vahid  kompleksinə  daxil  idi.  Onlar plan  üzrə fəaliyyət gös­
tərir  və  öz  işlərini  dövlətin  tədris  planlarına  uyğun  şəkildə  qururdular. 
SSRİ-də təhsil institutu özündə aşağıdakı komponentləri ehtiva edirdi:
1) uşaq bağçaları və məktəbəqədər tərbiyə sisteminin inkişafı;
2) səkkizinci sinfədək ümumməcburi təhsil;
3)  daha  hazırlıqlı  məktəblilər  üçün  ümumi  orta  təhsil,  qalanlar  üçün 
isə texniki-peşə təhsili;
4) yaşlıların təhsilinin inkişaf etməmiş sistemi;
5) orta məktəb məzunlarının böyük olmayan qrupları üçün ali təhsil.1
XX  yüzilliyin  90-cı  illərindən  sonra  cəmiyyətdə  baş  vermiş  də­
yişikliklər məktəblərdən də yan  keçmədi.  Belə ki,  aparılan  islahatlar təh­
sil  sistemində  də  əsaslı  yeniliklərə  səbəb  oldu.  Hazırda  məktəb  sosial- 
laşmanın  agcntlorindon  biri  qismində  çıxış  edir  və  o,  ailədən  prinsipial 
şəkildə  fərqlənir.  Bu  fərq  ondan  ibarətdir  ki,  məktəb  emosional  neytral 
mühitdir.  Məktəb  yalnız  bir  uşağa  deyil,  istənilən  uşağa  onun  real  key­
fiyyətlərinə  uyğun  surətdə  yanaşır.  Yarışın,  uğurların  və  ya  uğursuzluq­
ların  nə  olduğunu  uşaq  məhz  məktəbdə  öyrənir.  Uşaq  məktəbdə  çətin­
likləri  aradan qaldırmağa alışır və ya çətinliklər qarşısında məğlubiyyətlə 
barışmağın nə olduğunu tədricən anlamağa başlayır.
Sosiallaşmanm  məhz məktəb dövrü uşaqda özünüdəıki və ö/.ünüqiy- 
mətləndirmoni  tərbiyə  edir  ki,  bu  da  bir  çox  hallarda  fərdi  bütün  həyatı 
boyu  müşayiət  edir.  Məsələn,  orta  məktəbdə  yaxşı  oxumuş  adamlar 
adətən,  yüksək  müsbət  keyfiyyətlərini  və  özünəhönnət  dərəcəsini  qoru­
yub saxlayırlar.  Tohsildəki  uğursuzluqlar adətən, qabiliyyətsizliklərin bü­
töv bir kompleksini  formalaşdırır.  Məktəb  daha  geniş  sosial  bir  sistemin 
tərkib  hissəsi  olduğuna görə,  o  adətən, yüksək dəyərlərə  malik  üstün  mə­
dəni  səviyyəni  əks  etdirdiyi  kimi,  uğursuzluqların  da  bütöv  bir  kom­
pleksini əks etdirir.
Sosiallaşmanm  daha  bir  agenti  yaşıdların  əhatəsidir.  Uşaq  ye-
1  Кризис  институциональных  систем:  Бек,  десятилетие,  год  /   под  рсд.  Т.И.Зас- 
лавской.  М., Логос,  1999,  с.331.
323


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə