qavraması prosesi başa düşülür. Müasir sosiologiya ədəbiyyatında şəxsiy
yətin sosiallaşması adı altında «fərdin cəmiyyətə, müxtəlif tipli sosial
biliklərə inteqrasiyası prosesi»1 nəzərdə tutulur.
Hüquqi sosiallaşma ümumi fərdi sosiallaşmanın tərkib hissəsi və
şəxsiyyətin universal sosiomədəni təcrübəyə uyğunlaşması, artıq yuxarıda
qeyd edildiyi kimi inteqrasiyasıdır.
Şəxsiyyətin hüquqi sosiallaşması, yəni onun cəmiyyətdə öz sosial
rolu və yerini bilməsi prosesi hüquq düşüncəsinin və hüquqi davranışın
təşəkkülündə mühüm rol oynayır. Hüquqi sosiallaşma sosiallaşmanın
vahid prosesi kimi çıxış edir. O, birliyin mədəniyyətini (normaları, də
yərləri, ideyaları, qaydaları, davranışı və dərketmə stereotiplərini) qavra
maqdan2 ibarət olan prosesdir.
Hüquqi sosiallaşma təkcə şəxsiyyətin inkişafı ilə deyil, həm də onun
mənəvi cəhətdən yctkinləşməsinə xidmət edən sosial reaksiyaların və
fəallıq formalarının püxtələşməsilə bağlıdır. E.Dürkhcym «sosiallaşma»
anlayışını kollektiv şüurun fəaliyyəti və hər şeydən əvvəl, sosial norma və
ənənələrin nəsildən-nəsilə ötürülməsi problemləri ilə əlaqələndirirdi.
M.Vebcr bu anlayış çərçivəsində assosiativ, əsasən könüllü sosiallaşmanı
və sosial həvəsləndirmə və məcburiyyətin köməyilə cəmiyyət tərəfindən
qəbul olunmuş normaların şəxsiyyətə tətbiqilə həyata keçirilən institu-
sional sosiallaşmanı fərqləndirirdi. T.Parsons sosiallaşmanı fərdin
funksional adaptasiyası prosesi kimi qiymətləndirirdi.
Sosiallaşma cəmiyyətdə öz strategiyaları ilə inkişaf edən fərdlərlə cə
miyyət tərəfindən qəbul olunan nonna və dəyərlər sistemləri arasında qar
şılıqlı fəaliyyət prosesidir. İnsan məhz bu proses gedişində onu əhatə edən
mühitin sosiomədəni elementlərini qəbul edir və qavrayır, əhəmiyyət kəsb
edən sosial amillərin təsiri altında onları öz şəxsiyyətinin strukturuna in
teqrasiya edir və beləliklə, yaşamalı olduğu sosial mühitə uyğunlaşır.
Sosiallaşma fərdə onun üçün zəruri olan sosiomədəni elementləri əl
də etməyə imkan verir. Əldə olunan belə elementlər fərdə, onu tərbiyə
etmiş cəmiyyətdə daha səmərəli fəaliyyət göstərməyə kömək edir. Bu
məqsədlə də fərd, o cümlədən mənsub olduğu sosial qmpa xas olan
müəyyən davranış qaydalarını öyrənməli, yaxşı mənimsəməli və onları öz
gündəlik həyatının vərdişlərinə çevirməlidir. Fərdin özünün mənsub
olduğu sosial qrupum üzvləri arasında daha rahat hiss etməsi üçün onun
1 V a h id o v F .Q ., A ğ a y ev T .B . G ö st.k ita b , s.60.
2 K asən ov V .V ., N eçip u rcn k o V .N . G ö st.k ita b , s.252.
3 2 0
həmin qrupa xas olan normaların, dəyərlərin, rəmzlərin, davranış mo
dellərinin, adət və ənənələrin, eləcə də ideologiyanın məcmusunu üzvi şə
kildə mənimsəməsi zəruridir.
Bundan başqa, sosiallaşma prosesində fərd sosial özünücyniləş-
dirməni həyata keçirir. Yəni o, mənsub olduğu qrupa və özgə qruplara öz
qrupunun dəyərlərinə, ənənələrinə və davranış modellərinə tərəfdar çıx
dığını və onları bəyəndiyini, əksinə, özgə qrupların dəyərlərinə, davranış
modellərinə və vərdişlərinə tərəfdar çıxmadığını nümayiş etdirmək
imkanı əldə edir. Lakin bu, heç də o demək deyildir ki, fərd mənsub
olduğu qrupun dəyərlərini müdafiə etməklə, özgə qrupların dəyərlərinə
qarşı hörmətsizlik nümayiş etdirir, yaxud onları pozmaq istiqamətində
fəaliyyət göstərir.
Deməli, sosiallaşma öz mahiyyəti etibarilə fərddə normativ düşümə
və davranış qabiliyyətinin inkişaf prosesidir. Fərd bu proses gedişində
davranışlarındakı özbaşınalıqlara son qoymaq, başqalarına hörmətli
münasibət göstərmək vərdişləri əldə edir. Əslində bu, fərddə əxlaqın
inkişafı və mənəviyyatın tədricən zənginləşməsi prosesidir.
Cəmiyyətdə mövcud olan sosiomədəni elementlərin qavranılması
prosesi erkən yaş mərhələlərində həyata keçirilir və bu, dini və əxlaqi
göstərişlərdə, tələblərdə və qadağanlarda ehtiva olunmuş sosial davra
nışın normativ modellərinin məzmununun ilkin mənimsənilməsi vasitə
silə baş verir. Belə qavramanın və ya mənimsəmənin digər istiqaməti
daha sonrakı yaş mərhələlərində təzahür edir. Bu özünü praktiki hüquq
münasibətlərində iştirak etmədə göstərir. Belə ki, fərddən öz təbii hüquq
və azadlıqlarını, sivil vərdişlərini müdafiə etmək bacarığı, eləcə də
normativ tələb və göstərişlərə, qadağanlara əməl etmək, başqa fərdlərin
hüquqlarına hörmətlə reaksiya vermək və s. tələb olunur.
Sosiallaşmanın özünəməxsus həyata keçirilməsi prosesi mövcuddur.
Sosioloqlardan R.Klutyc və A.Reno tərəfindən sosiallaşmanı həyata
keçirən dörd iyerarxik struktur fərqləndirilir. Bu strukturların təsiri bir-
birilə üst-üstə düşür. Həmin strukturlar aşağıdakılardan ibarətdir:
birincisi - mikrosistem; bu sistemin fəaliyyətində fərd bilavasitə iştirak
edir. Mikrosistemə ailə, məktəb, uşaq bağçası, dostların dairəsi aid edilir;
ikincisi - mezosietem; bu, mikrosistemlərin elementləri arasındakı
münasibətlərdən ibarət olan strukturdur. Ailə ilə məktəb arasındakı
münasibətlər buna misal ola bilər;
üçüncüsü - ekzosistem; bilavasitə həmin fərdə aid olmayan institut
321
lardan ibarət struktur. Bununla belə, həmin institutlar sosiallaşmada işti
rak edir, bəzən fərdə çox mühüm təsir göstərirlər. Məsələn, valideynlərin
işi, onların işgüzar dairələri, rəislər və tabelikdə olanlar və s. Valideyn
lərin öz aralarındakı münasibətlər adətən, uşaqda yaşlıların aləmi haq
qında təsəvvürlərin formalaşmasında mühüm rol oynayır;
dördüncüsü - makrosistem; bu, mədəni əhatə dairəsindən ibarət
olan strukturdur. Burada söhbət uşağa ancaq birbaşa təlqin edilən sosial
dəyərlər və ideologiyalar deyil, həm də birinci üç strukturun fəaliyyətinə
dolayısı ilə təsir göstərən sosial dəyərlər və ideologiyalar haqqında gedir.
Bu, bütövlükdə cəmiyyətin ideoloji qaydalarından, ideoloji xarakterli
uşaq və gənclər təşkilatlarından və s. ibarətdir.1
Ailə - bu, sosiallaşmanm ən mühüm institutlarından biri kimi ən
qədim sosial institutlardan hesab olunur. O, kişi ilə qadın arasında nikah
ittifaqıdır. Ailə valideynlərlə uşaqlar arasında qan qohumluğuna əsaslanır.
Deməli sosiologiya nöqteyi-nəzərindən ailə dedikdə, üzvləri bir-birilə
məişət birliyi, qarşılıqlı yardımla, əxlaqi və hüquqi məsuliyyətlə bağlı
olub nikaha və ya qan qohumluğuna əsaslanan kiçik qrupdur.
Lakin iqtisadçılar ailə anlayışına öz aspektlərini də əlavə edərək
ailəyə belə tərif verirlər. Ailə - bu eyni yaşayış sahəsində birgə yaşayan,
birgə təsərrüfat aparan və qohumluq, nikah, yaxud qəyyumluq münasi
bətlərində olan şəxslər qrupudur. Lakin qeyd etmək lazımdır ki, birgə
təsərrüfatın aparılması ailənin deyil, ev təsərrüfatının əlamətidir. Beləlik
lə, ailənin tərifində, əgər sosioloqlar başlıca diqqəti qohumluq əlamətinə
yetirirsə, iqtisadçılar təsərrüfat əlamətinə əsaslanırlar.
Ailə vital, sosial və mənəvi funksiyanı yerinə yetirir. Hər bir ailə
sosial mikroaləmdir. «Ailə sosiologiyası daha geniş problemlər dairəsinin
- sosiallaşmanm, təhsilin, siyasətin və hüququn, əməyin, mədəniyyətin və
s. öyrənilməsi predmetinə daxildir; o, sosial nəzarət və sosial nizamlılıq,
sosial mobillik, miqrasiya və demoqrafik dəyişikliklər proseslərini daha
mükəmməl başa düşməyə imkan verir. İstehsal və istehlakm əksər sfe
ralarında sosioloji tədqiqatlar ailəyə istinadsız mümkün deyildir».2
Uşaq məhz ailənin köməyilə cəmiyyətə qədəm qoyur, ictimai həyata
qovuşur. Ailə uşağa ad verir, onu öz nəslinə daxil edir və onu gələcəyin
bir neçə nəslinin törədicisinə çevirir. Deməli, fərdin ilkin sosial mahiyyəti
məhz ailədə formalaşır. Valideynlərin sosial vəziyyəti uşağın həyatının
1 Касянов B .B., Нечипуренко B.H. G ö st. k itab , s.252.
2 V a h id o v F .Q ., A ğ a y e v T.B. G ö st. kitab, s .2 8 I.
3 2 2
birinci iyinni ili ərzində onun sosial statusunu müəyyən edir. Valideyn
lərin harada və neçə yaşamaları uşağın böyüdüyü və inkişaf etdiyi sosial
konteksti konkretləşdirir. Valideynlərin peşəsi ailənin mədəni və təhsil
səviyyəsini müəyyən edir.
Məktəb mürəkkəb təşkilatdır. Keçmiş SSRİ-də məktəblər xalq
təsərrüfatının ayrılmaz bir hissəsini təşkil edirdi. Belə ki, məktəblər xalq
təsərrüfatının vahid kompleksinə daxil idi. Onlar plan üzrə fəaliyyət gös
tərir və öz işlərini dövlətin tədris planlarına uyğun şəkildə qururdular.
SSRİ-də təhsil institutu özündə aşağıdakı komponentləri ehtiva edirdi:
1) uşaq bağçaları və məktəbəqədər tərbiyə sisteminin inkişafı;
2) səkkizinci sinfədək ümumməcburi təhsil;
3) daha hazırlıqlı məktəblilər üçün ümumi orta təhsil, qalanlar üçün
isə texniki-peşə təhsili;
4) yaşlıların təhsilinin inkişaf etməmiş sistemi;
5) orta məktəb məzunlarının böyük olmayan qrupları üçün ali təhsil.1
XX yüzilliyin 90-cı illərindən sonra cəmiyyətdə baş vermiş də
yişikliklər məktəblərdən də yan keçmədi. Belə ki, aparılan islahatlar təh
sil sistemində də əsaslı yeniliklərə səbəb oldu. Hazırda məktəb sosial-
laşmanın agcntlorindon biri qismində çıxış edir və o, ailədən prinsipial
şəkildə fərqlənir. Bu fərq ondan ibarətdir ki, məktəb emosional neytral
mühitdir. Məktəb yalnız bir uşağa deyil, istənilən uşağa onun real key
fiyyətlərinə uyğun surətdə yanaşır. Yarışın, uğurların və ya uğursuzluq
ların nə olduğunu uşaq məhz məktəbdə öyrənir. Uşaq məktəbdə çətin
likləri aradan qaldırmağa alışır və ya çətinliklər qarşısında məğlubiyyətlə
barışmağın nə olduğunu tədricən anlamağa başlayır.
Sosiallaşmanm məhz məktəb dövrü uşaqda özünüdəıki və ö/.ünüqiy-
mətləndirmoni tərbiyə edir ki, bu da bir çox hallarda fərdi bütün həyatı
boyu müşayiət edir. Məsələn, orta məktəbdə yaxşı oxumuş adamlar
adətən, yüksək müsbət keyfiyyətlərini və özünəhönnət dərəcəsini qoru
yub saxlayırlar. Tohsildəki uğursuzluqlar adətən, qabiliyyətsizliklərin bü
töv bir kompleksini formalaşdırır. Məktəb daha geniş sosial bir sistemin
tərkib hissəsi olduğuna görə, o adətən, yüksək dəyərlərə malik üstün mə
dəni səviyyəni əks etdirdiyi kimi, uğursuzluqların da bütöv bir kom
pleksini əks etdirir.
Sosiallaşmanm daha bir agenti yaşıdların əhatəsidir. Uşaq ye-
1 Кризис институциональных систем: Бек, десятилетие, год / под рсд. Т.И.Зас-
лавской. М., Логос, 1999, с.331.
323
Dostları ilə paylaş: |