R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


Faktiki  təşəkkül  tapan  normalar



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə85/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   81   82   83   84   85   86   87   88   ...   131

Faktiki  təşəkkül  tapan  normalar  birliklərin  təbii-tarixi  inkişafı 
prosesində,  yaxud  hər  hansı  halların  axımının  təsiri  altında  təbii  yaranan 
qaydalardır.  Adət və ənənələr, əxlaq normaları və etiketlər belə normalara 
aiddir.  Bir  sıra  həyati  halların  təsiri  altında  müvəqqəti  qüvvədə  olan 
nonnalar  da  yaranırlar.  Belə  normalar  insanların  mənəviyyatında  ehtiva 
olunurlar.  İnsan  mənəviyyatında  belə  ehtiva  olunma  xoşagəlməz  halların 
permanent şəkildə təkrarlandığı hallarda baş verir.
Sosial  normaları  fərdlərin,  qrupların  və  sosial  birliklərin  davranış 
mexanizminin  qiymətləndirilməsi  və  tənziminə  görə  də  təsnifləşdirmək 
olar.  Belə halda aşağıdakı  sosial normalar fərqləndirilə bilər:
а) normalar -  ideallar;
б) normalar -  davranış nümunələri;
v) peşə normaları;
q) statistik normalar.1
Məlumdur  ki,  ideal  əlçatmazdır.  Lakin  onun  dəyəri  özünü  və  ya  öz 
fəaliyyətini  təkmilləşdirməyə  səy  göstərən  fordlor,  yaxud  qruplar  üçün 
yönüm,  mütləq  əhəmiyyət  nümunəsi  xassəsinə  malik  olmasından  iba­
rətdir.
İdealdan  fərqli  olaraq  nümunə  hansısa  məqsədə  nail  olmaq  üçün 
vasitə  rolunu  oynayır.  İnsan  cəmiyyətinə  davranışın çoxsaylı nümunələri 
məlumdur.  Belə  nümunələrdən  geri  çəkilmək  ətrafdakıların  mühakimə­
sinə  səbəb  olmur.  Məsələn,  orta  məktəbi  yaxşı  və  əla  qiymətlərlə bitirən 
məzunların  heç  də  hamısının  ali  məktəbə  daxil  ola  bilməməsi  cəmiy­
yətdə, yaxud ayrıca bir sosial birlikdə iradla qarşılanmır.
Peşə  normaları  həmkarlar  arasındakı  münasibətləri  tənzimləyir.  Bu 
normalar qulluq vəzifələrinin yerinə yetirilməsini xeyli asanlaşdırır.
Nəhayət,  statistik  normalar  — adamların,  hadisələrin  əksəriyyətinə 
xas  olan  hansısa  xassələri  ifadə  edirlər.2  Məsələn,  Azərbaycan  dünyada 
həm  də  uzunömürlülər  ölkəsi  kimi  tanınır.  Hər  bir  cəmiyyət  cinayət­
karlığın müəyyən kateqoriyasının statistik göstəricilərinə malik olur. Belə 
normalar heç kim tərəfindən yaradılmadığına görə,  onlar da faktiki təşək­
kül tapan normalar hesab olunurlar.
Sosial  normaların  əksəriyyəti  cəmiyyətin  fəaliyyətinin  obyektiv 
qanunauyğunluqlarının  insanların  şüurunda  və  hərəkətlərində  əks  olun­
1  Смирнова  Е.Э.,  Курилов  В.Ф .,  Матюшкина  М.Д.  Социальная  норма  и  возмож­
ности  се  измерения // Социологические исследования,  1999, № 1, с.97-98.
2 Y e n ə  orada,  s.98.
3 2 8
masının  nəticəsi  kimi  təşəkkül  tapırlar.  Nonnalar  fərdin  qrupa,  sosial 
birliyə daxil olmasını  asanlaşdırır,  insanların qarşılıqlı  fəaliyyətinə kömək 
edir  və  sosial  institutların  funksiyalarının  yerinə  yetirilməsinə  şərait 
yaradır.  Lakin  obyektiv  qanunauyğunluqların  əks  olunması  qeyri-adek­
vat,  təhrif edilmiş  şəkildə  və  ya  ümumiyyətlə,  ziddiyyətli  ola  bilər.  Belə 
halda,  müəyyən  edilmiş  norma  ləngidici  və  ya  pozucu  hərəkətə  çevrilir, 
yaranmış  situasiyadan  çıxmaq ııonnadan  yayınma  ilə  nəticələnir.  Zahirən 
elə  görünür  ki,  qüvvədə  olan  norma  qeyri-normal,  ondan  yayınma  isə 
normaldır.  Belə  proses  bəzən  qanunvcricinin  volyuntarizmi  nəticəsində 
baş  verir,  yəni  rəsmi  şəkildə  təsbit  edilmiş  normalar sistemin  fəaliyyətini 
pozurlar.  Buna keçən yüzilliyin  20-ci  illərində ABŞ-da,  80-ci  illərində isə 
keçmiş  SSRİ-də  antialkoqol  tədbirlərinin  həyata  keçirilməsilə  bağlı 
verilən  qanunvericilik  aktlarının  törətdikləri  fəsadları  misal  göstərmək 
olar.  Belə  ki,  həmin  normalar  ticarət  şəbəkəsinə  alkoqollu  içkilərin  gizli 
yolla  axımına  rəvac  vermiş  oldu,  kustar  üsulla  alkoqollu  içkilərin  hazır­
lanması  hətta  əvvəllər  alkoqola  meyli  olmayanların  adi  peşəsinə  (qazanc 
əldə  etmək  məqsədilə)  çevrildi.  Eynilə  də  XX  yüzilliyin  80-ci  və  90-cı 
illərində  bəzi  rusiyalı  nəzəriyyəçilərin  riişvətxorluğa  haqq  qazandırmaq 
və  onu  əlavə  xidmətlərə  görə  ödəniş  kimi  izah  etmək  cəhdləri 
korrupsiyanın daha geniş miqyas alması  ilə nəticələndi.
Qeyd etmək  lazımdır ki, mədəniyyətin digər elementləri kimi, cəmiy­
yətin  normaları  da  mühafizəkarlıq  ənənəsinə  malikdirlər.  Lakin  sosial 
sistemlər  həm  xarici,  həm  də  daxili  proseslərin  təsiri  altında  dəyişirlər. 
Belə  ki,  keçmişdə  sosial  münasibətləri  adekvat  şəkildə  əks  etdirən  nor­
malar  artıq  dəyişən  sistemin  tələbatlarına  cavab  vermirlər.  Belə  norma­
lardan  ancaq  yayınma  çətin  situasiyalardan  çıxmağa  imkan  verir.  Zaman 
keçdikcə yayınma normaya, norma isə yayınmaya çevrilir.
İndi  isə  bilavasitə  deviant  davranışın  təhlilinə  keçək.  Kütləvi  infor­
masiya  vasitələri  diqqəti,  hər  şeydən  əvvəl,  devinat  davranışın  ifrat  for­
malarına  -   qətlə,  zorlamaya,  fahişəliyə,  narkomanlığa,  özünüöldünnəyə 
(intihara),  iqtisadi  sahədə  törədilən  ayrı-ayrı  kateqoriya  sosial  təhlükəli 
əməllərə və  s.  yönəldirlər.  Lakin  dcviantlığın  diapazonu  sadalanan  mənfi 
hallar  nisbətən  daha  genişdir.  Diqqəti  ona  yönəltmək  lazımdır  ki, 
dcviantlıq  -  bu,  qiymotbndirici  anlayışdır.  Davranışın  bir  qisim  forma­
ları  qrup  və  ya  bütövlükdə  cəmiyyət  tərəfindən  bəyənilir,  əksinə,  digər 
formaları tənqid və ya məzəmmət edilir.
329


Cəmiyyət üzvlərinin «müsbət» və «mənfi» haqqında təsəvvürləri dai­
mi  kəmiyyət  həcminə  malik  deyillər.  Belə  kəmiyyət  həcmlər  həm 
zamana, həm də məkana görə dəyişirlər.
Zamana  görə  dəyişiklik  o  deməkdir  ki,  eyni  xəta  eyni  bir  xalq 
tərəfindən  bir  dövrdə  müsbət,  digər  dövrdə  isə  mənfi  hal  kimi  qiymət­
ləndirilə  bilər.  Məsələn,  1927-ci  ilədək  Azərbaycanda  qadım  evlənmək 
məqsədi  ilə  oğurlamaq  (qaçırtmaq)  sosial  təhlükəli  əməl  hesab  edil­
məmişdir.  Lakin  bunun  kütləviliyinin  qarşısım  almaq və belə  hərəkətlərə 
son  qoyulması  məqsədilə  Azərbaycan  SSR-in  1927-ci  ilin  redaksiyasında 
verilmiş  Cinayət  Məcəlləsinə  xüsusi  (189-cu  maddə)  norma  daxil  edil­
mişdir.  Yəni  əvvəllər  heç  də  mənfi  qarşılanmayan  qadın  oğurluğu,  artıq 
cinayət xarakterli  əməl kimi mənfi qiymətləndirilmişdir.
M əkana  görə  dəyişikliyi  mədəniyyət  kontekstində  nəzərdən  keçir­
mək zəruridir,
Fiziki  məkandakı  dəyişikliklər  xalqların  mədəniyyətində  mövcud 
olan  fərqlərə  aiddir.  Məsələn,  amerikalı  sosioloq  N.Smelzerin  təsdiq 
etdiyi  kimi,  kiçik  şəhər  olan  Kanzasda  fahişəlik  qeyri-leqal  və  deviant 
hesab  olunur.  O,  Rcno  şəhərində  qanuniloşdirilso  do,  lakin  bəyənilmir, 
Parisdə isə  leqaldır və tənqidə səbəb olmur.1
Sosial  məkanda  deviantlığın  qiymətləndirilməsindoki  fərqlər  eyni 
bir  cəmiyyəti  təşkil  edən  qrupların  və  təbəqələrin  mədəni  təsəvvürlərin- 
dəki  fərqlər  kimi  başa  düşülür.  Məsələn,  xırda  xuliqanlıq  yeniyetmələr 
mühitində  demək  olar  ki,  «əsil  kişilik»  nümunəsi  kimi  qiymətləndirilir, 
yaşlılar  isə  bu  barədə  tamamilə  başqa  fikirdə  olurlar.  Deməli,  norma  və 
dcviantlıq son dərəcə nisbi  hallardır.
Deviant  davranışın  səbəbləri  və  sosial  amilləri.  Ümumiləşdir­
mənin  on  yüksək  səviyyəsində,  yəni  sosial  sistemlər  səviyyəsində  bu 
məsələ  belə  aydınlaşdırılır  ki,  dcviantlıq  sosial  sistemin  xarici  mühitin 
dəyişikliklərinə  verilən  reaksiyadır  və  o,  xarici  mühitə  adaptasiya  üsulu 
qismində  çıxış  edir.  Lakin  normaların  pozuntusunun  fərdi  və  şəxsi 
motivlərinin  izahında belə müəyyənlik kifayət etmir.
Deviant davranışın  izahına ilk səylərdən biri  E.Dürkheym tərəfindən 
onun  anomiya  konsepsiyasında  göstərilmişdir.  Mütəfəkkir  anomiya  de­
dikdə,  fərdlərin  davranışının  dürüst  ziddiyyətsiz  tənziminin  olmadığı 
cəmiyyətin vəziyyətini  başa düşürdü.  Belə cəmiyyətdə köhnə normalar və
1 Смелзер  H.  Социология.  M.,  1994,  c.300.
330
dəyərlər  artıq real münasibətlərə uyğun  gəlmir, yəni normalar  isə hələ öz 
təsdiqi  tapmır.  O  yazırdı:  «İctimai  qarışıqlıq,  xəstə  böhran  nəticəsində 
onun  baş  verib-verməyəcəyi  məqamda  və  ya  əksinə,  əlverişli,  lakin 
həddən  ziyadə  gözlənilməz  sosial  dəyişikliklər  dövründə  cəmiyyət 
müvəqqəti  olaraq  insana  lazımi  təsir  göstərmək  iqtidarında  olmur...  Öz- 
özlərini təmsil edən sosial qüvvələr hələ müvazinət vəziyyətində olmur..., 
hər  cür  reqlamentləşdirmə  bir  müddət  yararsız  olur.  Nəyin  mümkünlü­
yünü  və  nəyin  qcyri-mümkünlüyiinü,  nəyiıı  ədalətli  və  nəyin  ədalətsiz 
olduğunu  heç  kəs  dəqiqliyi  ilə  bilmir.  Qanuni  və  həddən  artıq  olan 
tələblərlə  ümidlər  arasında  sərhədləri  göstərmək  lazım  olmadığına  görə, 
hamı  özünü hər şeyə iddia etməkdə haqlı  sayır».1
Beləliklə,  hamılıqla  qəbul  olunan  normaların  nüfuzunun  tərəddüd 
etdiyi vaxt anomiya vəziyyəti  deviant davranışın,  o cümlədən  cinayətlərin 
və  intiharların  müxtəlif  formalarının  səviyyəsinin  yüksəlməsinə  gətirib 
çıxarır.  Məsələn,  bu  halda  intiharların  artımı  insanın  öz  problemi  ilə 
«təkbətək»  qalması  ilə  bağlı  olur.  O,  yeni  şəraitə  uyğunlaşa  bilmir  və 
cəmiyyətdə əlaqəsini  itirir.
Anomiya  konsepsiyası  özünün  sonrakı  inkişafını  R.Mcrtonun  əsər­
lərində  tapmışdır.  Əgər  H.Diirkhcym  anomiyaya  qeyri-sabit  cəmiyyətin 
təzahürü  kimi  baxırdısa,  R.Merton  bu  anlayışı  sabit,  normal  fəaliyyət 
göstərən  cəmiyyətə  şamil  edirdi.  Onun  fikrincə,  anomiya  mədəniyyətin 
müəyyən  etdiyi  dəyərlərlə  (məqsədlərlə)  onlara  nail  olmanın  sosial  mü­
təşəkkil  vasitələri  arasındakı  sazişin  olmamasının  nəticəsidir.  Bu  zaman 
qanuni  vasitələrin  köməyilə  nail  olmaq  hamıya  müyəssər  olmur  və  o, 
fərdin  bu  və  ya  digər  qrupa  mənsubiyyətindən  asılıdır.  Məsələn,  ağır 
ixtisaslaşdırılmamış  əməklə  məşğul  və  cəmiyyətin  yoxsul  təbəqəsinə 
daxil  olan  şəxslər  qanuni  bank  əməliyyatlarının  köməyilə  öz  var-dövlət­
lərini  artıra  bilmirlər.  Buna  görə  do  ümuməhomiyyətli  dəyərə  -   maddi 
uğura  nail  olmaqdan  ötrü  sosial  cəhətdən  bəyənilməyən  vasitələrə  (mə­
sələn,  oğurluğa  və  s.)  müraciət  olunur.  Beləliklə,  fərd  cəmiyyətin  norma 
və dəyərlərinə adaptasiya olunur.
R.Merton adaptasiyanın beş növünün  -  konformizmin,  inovasiyanın, 
rituallığın,  retritizmin  və  qiyamın  adını  çəkir.  Adları  çəkilən  növlər 
içərisində  yalnız  konformizm  qeyri-deviant  forma  (fərd  cəmiyyətin  də­
yərlərinə  tərəfdar  çıxır  və  onlara  qanuni  vasitələrlə  nail  olur)  hesab  olu-
1 Дюркгсйм  Э.  Самоубийство.  СПб.,  1998,  c.394-395.
331


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə