R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə88/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   84   85   86   87   88   89   90   91   ...   131

Müsbət dcviantlıq. Şəxsiyyətin dahilik kimi xassəsi həmişə böyük maraq 
doğurmuşdur.  Məlumdur  ki,  müstəqil  yaradıcılıqla,  hər  şeydən  əvvəl,  bədii 
yaradıcılıqla  milyonlarla,  peşə  yaradıcılığı  ilə  isə  minlərlə  insan məşğul  olur. 
Lakin  öz  sahəsində  ustalıq,  mahirlik  zirvəsinə  heç  də  hamı  nail  ola  bilmir. 
Həmin  zirvəni  azsaylı  insanlar  fəth  edirlər.  Ona  görə  də  uğur  zirvəsinə 
yüksəlməyə xüsusi istedadı və qabiliyyəti olan insanlar nail olurlar.
Xüsusi  istedada  və  qabiliyyətə  malik  olan  insanlar  öz  həyatını 
adətən,  ya  incəsənətə,  ya  elmə,  ya  da  ixtiraçılığa  həsr  edirlər.  Yaradıcı 
şəxsiyyətlərin  bədii  və  ya  elmi  əsərlərindən,  onların  ixtiralarından yalnız 
müvafiq  sferanın,  yaxud  qrupun  maraqlı  hissələri  deyil,  bütün  cəmiyyət 
faydalanır,  müvafiq  sahəyə meyli  olan  fərdlor isə həmin  əsərlərdən və ya 
kəşflərdən xüsusi zövq alırlar.
Lakin  istedadlı  insanların  həyat  tərzi  bəzən  ətrafdakılar üçün  tam və 
ya  qismən  anlaşılmaz,  hətta  tapmacalı  olur.  Belə  anlaşılmazlıq  başlıca 
olaraq  həmin  görkəmli  şəxsiyyətlərin  ya  ailə  qurmamağından,  ya  ailə 
səadətindən  imtina  etməsindən,  ya  kündəlik  həyatda  insanın  ruhunu  ox­
şayan müxtəlif gözəllikləri öz yaxınlarına buraxmamaqlarından irəli gəlir. 
Dahi  və  istedadlı  adamların  digər  bir  qismi  isə,  əksinə,  son  dərəcə hirsli 
və  ya  əsəbi,  hər  bir  xırdalığa  yaxından  fikir  və  reaksiya  verən,  bəzi 
hallarda hətta israfçı olurlar.
Yaradıcı  zəkalı  adamların  deviantlığı,  onların  bədii  və ya elmi yara­
dıcılıq  irsi  fərdlərə  özünü  və  ətraf aləmi  daha  yaxından dərk etməyə, hə­
yatdan  zövq  almağa  kömək  edir.  Elmi  kəşflər,  ixtiralar  insan  cəmiy­
yətinin  ən  müxtəlif  sahələrinin  sosial  tərəqqisinə  geniş  imkanlar  açır. 
Yaradıcı  insanların  yaradıcılığından  təkcə  mənsub  olduğu  xalqın  və 
cəmiyyətin deyil, bütün insanlığın  nümayəndələri  faydalanır.
Müsbət  deviantlığın  göstəricilərindən  biri  olan  prinsipiallıq  situasi­
yadan asılı olaraq, öz maraqlarını  kifayət qədər oyilməzliklə, dönməzliklə 
qorumaqdan  ibarətdir.  Cəmiyyətdə  hökmran  fikir və rəylərlə,  mövqelərlə 
münaqişəyə daxil  olanların  sayı  heç  də  az  deyildir.  Başqa  sözlə, fərdlərin 
əksəriyyəti  konformist  olaraq  qalır.  Deməli,  prinsipiallıq,  hər  şeydən 
əvvəl öz şəxsi  əqidəsindən  və məsləkindən dönməyənlərin,  öz məsləki və 
mövqeyi uğrunda fəallıq göstərənlərin müsbət deviantlığıdır.
Prinsipial  insanlar  ya  mənsub  olduğu  sosial  qrupda,  ya  da  fəaliyyət 
göstərdiyi  kollektivdə  tez-tez  əlverişsiz  situasiyalara  düşür,  hətta  qınaq 
obyektinə  də  çevrilirlər.  Lakin  sosial  tədqiqatlar  və  həyat  təcrübəsi
3 3 8
göstərir  ki,  sosial  strukturların  tənəzzülə  uğramasının  səbəblərindən  biri 
prinsipial fərdlərin faktiki deviant davranışının olmamasıdır.
Fövqəlintcllcktuallıq  da  müsbət  deviantlığa  xas  olan  keyfiyyətdir. 
Belə  keyfiyyətə  adətən,  öz  siması  və  davranışı  ilə  ekitet  və  əxlaq  eta­
lonunu  təcəssüm  etdirən  adamlar  malik  olurlar.  Belə  adamlar  həmişə 
nəzakətli  və  alicənab,  sərhesab və tədbirli  olurlar.  Onlar hərəkət  manera­
larına görə mülayim, güzəştə getməyə meylli və öz iradələrini zorla qəbul 
etdirməyən  olurlar.  Bu  keyfiyyətlərə  malik  olan  adamların  səliqəli  və 
intizamlı  olmaları  onlardan  nəyə görəsə  şübhələnməyi  istisna edir.  Onları 
etinasızlıqda  təqsirləndirmək  çətindir.  Onların  davranışı  ətrafdakılar tərə­
findən  bəyənilsə  də,  bu,  başqaları  üçün  heç  do  nümunə  ola  bilməz.  Gö­
ründüyü  kimi,  belə  insanların  fövqolintellcktuallığı  onların  şəxsi  tale­
lərinin  və  həyat  tərzinin  xüsusiyyətlərində  do  təzahür  edir.  Elə  buradaca 
«hamı  onlar  kimi  ola  bilməz»  tezisi,  fikrimizcə,  yerinə  düşür.  Yəni 
fövqolintellektuallıq  birindən  digərinə  süni  yolla ötürülə,  yaxud  hər hansı 
bir  yazının  surəti  kimi  çıxarıla  bilməz.  Fövqəlintcllcktuallığın  müsbət 
keyfiyyət  göstəricilərini  başqaları  üçün  örnək  qismində  də  qəbul  etmək 
düzgün  olmazdı.  Belə  müsbət  keyfiyyətlərdən  faydalanmağın  düzgün 
variantlarından  biri  həmin  keyfiyyətləri  obyektiv qiymətləndirməkdən  və 
onlardan doğru nəticələr çıxarmaqdan ibarətdir.
Deviant  davranışın  mənfi  və  müsbət  deviantlığa  bölgüsü  nisbi 
xarakter  daşıyır.  Deviant  davranışın  bəzi  növlərini  ictimai  fayda  və  ya 
zərər  nöqteyi-nəzərindən  birmənalı  qiymətləndirmək  son  dərəcə  mürək­
kəbdir.  Məsələn,  Avropanın  bir  sıra  dövlətlərində  yayılmaqda  olan  cy- 
nicinslilərin  nikahı  sivil  cəmiyyətlər  tərəfindən  həmişə  deviant  hərəkət 
hesab  olunacaqdır.  Onun  mənfi  aspekti  tamamilə  açıq-aşkardır.  Belə  ki, 
eynicinsli  cütlük  nəsil  artırmaqdan  əbədi  məhrumdur.  Digər tərəfdən  isə 
o, insanların taleyini şikəst edir, cəmiyyətin haqlı hiddətinə səbəb olur.
339


S Ə K K İ Z İ N C İ   F Ə S İ L
SOSİAL YAYINMA
1.  Sosial yayınmanın anlayışı və əlamətləri
Sosial  yayınma  -   bu,  mövcud  sosial  normalardan  geri  çəkilmə, 
onların  göstərişlərini  və  tələblərini  pozmaq,  onlara  əməl  etməmək  de­
məkdir.  «Yayınma»  anlayışı  yalnız  «norma»  anlayışı  ilə  bağlı  məna  da- 
şıyır.
Norma  və  yayınma  cüt  kateqoriyalardır.  Normanın  və  yayınmalann 
(normadan  yayınmanın)  əlaqəsi,  müəyyən  birlik  çərçivəsində  onların 
əksliyi  sosial yayınmaların öz-özlüyündə, pozulması barədə söhbət gedən 
normalardan  təcrid  edilmiş  halda  müəyyənləşdirilməsinin  və  tədqiqinin 
qeyri-mümkünlüyü  haqqında  şəhadət  verir.  Norma  və  yayınma  həmişə 
bir-birini  tamamlayır.  Norma yayınmasız,  yayınma  isə  normasız mövcud 
ola bilməz.
Sosial  yayınmaların  təbiətinin  və  səbəblərinin  açılması  üçün,  hər 
şeydən  əvvəl  ona  əsaslanmaq  lazımdır  ki,  sosial  normalar  kimi  yayın­
malar  da  insanların  cəmiyyətdə  təşəkkül  tapan  münasibətlərinin  ifa­
dəsidir.  Sosial  norma  və  sosial  yayınmalar  fərdlorin,  sosial  qrupların, 
siniflərin  və  digər  sosial  birliklərin  sosial  əhəmiyyətli  davranışının  eyni 
cəhətinin iki qütbüdür.
Normativ  davranış  (yəni  nonnaya  uyğun  olan  davranış),  eləcə  də 
sosial  yayınma  (bu  normanı  pozma)  davranışın  yeganə,  o  cümlədən 
ictimai əhəmiyyətə malik növləri  deyillər.  Bir çox xətalar normalarla əha­
tə  olunmur  və  bununla  da  normalardan  yayınmalar  qismində  çıxış 
etmirlər.  Çünki  belə yayınmalar sadəcə  olaraq  konkret normalarla tənzim 
olunmayan  münasibətlər  sferasında  olurlar.  Bədii  və  ya  elmi  yaradıcılıq 
sferasını buna misal göstərmək kifayətdir.
Sosial  yayınmalar  sosial  normaların  özləri  qədər  müxtəlifdirlər. 
Bundan  başqa,  yayınmaların  müxtəlifliyi  normaların  müxtəlifliyini  üstə­
ləyir.  Norma  tipik,  ondan  yayınmalar  isə  son  dərəcə  fərdiləşdirilmiş  ola 
bilər.  Bir  insanın  əxlaqsız  hərəkəti  digər  şəxsin  hərəkətindən  tamamilə 
fərqli  ola  bilər.  Əlamətləri  cinayət  qanununda  dürüst  ehtiva  olunmuş 
cinayətlər də onları törətmiş  insanlar kimi müxtəlifdirlər.
340
Sosial  normalar  nəinki  fərdi,  həm  də  kollektiv  fəaliyyət  formalarını 
təsvir edir.  Onlar özlərində təkcə ölkodaxili münasibətləri deyil,  həmçinin 
də  dövlətlərarası  münasibətləri  ehtiva  edirlər.  Belə  hallarda  sosial 
yayınmaların  miqyasları  əhəmiyyətli  dərəcədə  artır,  onların  müxtəlif 
təzahürləri  daha  da  genişlənir  və  təhlükəlilik  yüksəlir.  Məsələn,  hər  bir 
hüquqazidd beynəlxalq  fəaliyyət  minlərlə  və milyonlarla  insanın  taleyinə 
toxunur.  Yayınan  davranışın  müxtəlif  növlərinin  xüsusiyyətləri  onların 
siyasi, sosial, milli, psixoloji  məzmunu və istiqaməti ilə müəyyən olunur.
Böyük  müxtəlifliklərinə  baxmayaraq,  sosial  yayınmalar  hər  bir 
cəmiyyətdə  mühüm  ümumi  cəhətlərə  malikdirlər.  Məhz  həmin  ümumi 
cəhətlər  bürokratçılıq,  narkomanlıq,  intihar  və  s.  bu  kimi  müxtəlif 
kriminal hadisələrə vahid məcmuda baxmağa imkan  verir.
Sosial  yayınmaların  ümumi  cəhətləri  onların  tarixi  mənşəyindən  və 
mövcud  olma  səbəblərindən,  eləcə də  cəmiyyət  üçün  müsbət və ya mənfi 
hallar doğura bilən sosial nəticələrindən ibarətdir.
Normadan  yayınma,  hər  şeydən  əvvəl,  ona  görə  sosial  yayınma 
adlanır ki,  normanın  özü  sosialdır.  Yəni  sosial  yayınma  bilavasitə  sosial 
norma ilə barlıdır, onunla sıx  qarşılıqlı əlaqədədir.
Özünəməxsus  müxtəliflikləri  nöqteyi-nəzərindən  sosial  normalardan 
yayınmalar bir sıra  ümumi səbəblərə də  malikdirlər.  Bu ümumi  səbəblər 
onların  varlığını  müdafiə  edir,  bəzən  səviyyəsini  artırır  və  yayılmasına 
şərait  yaradırlar.  Bütün  bıı  səbəblərin  özünün  konkret  təzahüründə  müx­
təlif,  bəzən  isə  müxtəlif  ictimai-iqtisadi  formasiyalarda  bir-birinə  zidd 
olsalar  da,  onlar  öz  mahiyyətinə  görə  ictimai  inkişafın  obyektiv  və 
subyektiv ziddiyyətlərinə apaı ıb çıxarırlar.  Bu da şəxsiyyətin ətraf sosial 
mühitlə  qarşılıqlı  fəaliyyətini  pozur,  fərdlorin  mövcud  normativ  sistemlə 
razılaşdırılmamış  davranış  formalarına  (və  ya  sosial  qrupların  fəaliy­
yətinə) gətirib çıxarır.
Belə vəziyyətdə eyni  bir ziddiyyət həm sosial cəhətdən  arzuolunmaz, 
eyni  zamanda  da  sosial  cəhətdən  bəyənilən  davranış  formasının  əsasına 
xidmət  edə  bilər.  Məsələn,  cinayətkarlıq,  narkomanlıq,  oğurluq,  quldur­
luq,  xuliqanlıq  və  s.  arzuolunmaz,  idrak  fəallığı,  yaradıcılıq  və ya  məişət 
fəallıq»i  isə  bəyənilən  davranış  formalarıdır.  Başqa  sözlə,  sosial  yayın­
maların  əsas  səbəbi  normativ  sistemin  tələbləri  ilə  hərəkətdə,  fəaliyyətdə 
olan  subyektlərin  mənafeləri  arasında  mövcud  olan  ziddiyyətdir.  Bu 
ziddiyyət isə öz əsasına görə sosial səciyyə daşıyır.
Bütün  mənfi  sosial  yayınmaların  nəticələrinin  mahiyyəti  normativ
341


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə