R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə91/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   87   88   89   90   91   92   93   94   ...   131

- maliyyo vo kredit-bank sahəsində törədilən cinayətlər;
- yüksək texnologiyalar sahəsində törədilən cinayətlər;
- dövlət quruluşu əleyhinə yönəlmiş cinayətlər».1
Məlumdur  ki,  cinayətkarlıq,  xüsusən  də  mütəşəkkil  cinayətkarlıq və 
cinayətkar  birliklər  tərəfindən  törədilən  sosial  təhlükəli  əməllər  böyük 
sosial-iqtisadi  vo  digər  maddi  zərərlərin  meydana  çıxmasına  səbəb  olur. 
İqtisadi  cinayətkarlığın  vurduğu  ziyanın  miqdarı  ildən-ilə  artır  və  bu 
ziyan hər il bir neçə milyard dollarlarla hesablanır.
İqtisadi  fəaliyyət  sahəsindəki  cinayətlər...  qanuni  sahibkarlıq  fəaliy­
yətinin  müdafiəsinə,  əmtəə-pul  sistemində  dövlət  inhisarının,  əmtəə  və 
xidmət  istehlakçılarının  hüquqlarının  qorunmasına,  Azərbaycan  Respub­
likasında  müəyyən  edilmiş  gömrük  və  vergi  münasibətlərinin  müdafiə­
sinə  yönəldilmişdir.  Bazar  münasibətlərinə  keçid  zamanı  iqtisadi  müna­
sibətlərdə  köklü  dəyişikliklər,  sahibkarlıq  imkanlarının  və  mülkiyyətin 
formalarının  əhəmiyyətli  dərəcədə  genişlənməsi  nəzərə  alınmaqla,2 
qüvvədə  olan  cinayət  qanunvericiliyində  iqtisadi  münasibətlər  sahəsində 
törədilən  sosial  təhlükəli  əməllərə  qarşı  mübarizə  məqsədilə  xüsusi 
normalar nəzərdə tutulmuşdur.
Sorxoşiuğun  və  alkoqolizmin  sosial-iqtisadi  nəticələri  də  son  dərəcə 
ağırdır. Təcrübə göstərir ki, bilavasitə alkoqolizmdən hər il minlərlə insan 
dünyasını  dəyişir  vo  dəhşətlisi  budur  ki,  sərxoşluqla  məşğul  olanlar  içə­
risində  gənclər  və  orta  nəslin  nümayəndələri  çoxluq  təşkil  edirlər. 
Yetkinlik yaşma çatmayanların  sərxoşluğa cəlb olunması  da həll  edilməli 
olan əsas problemlərdən biridir.
«Narkotik  vasitələrin  və  psixotrop  maddələrin  və  prekursorların 
qanunsuz dövriyyəsi  ilə mübarizə haqqında» Azərbaycan Respublikasının 
18  iyun  1999-cu  il  tarixli  Qanununun  1-ci  maddəsinə  uyğun  olaraq 
narkomanlıq  dedikdə,  xroniki  intoksikasiya  doğuran,  narkotik  vasitələrin 
və  psixotrop  maddələrin  sui-istifadəsi  nəticəsində  yaranmış  narkotik  va­
sitələrdən  vo psixotrop  maddələrdən psixi  və ya fiziki  asılılıqla  müşayiət 
olunan xəstəlik vəziyyəti başa düşülür.
Məlum  olduğu  kimi,  iyerarxiya  strukturunun mövcudluğunu  idarəet- 
məsiz  təsəvvür  etmək  qeyri-mümkündür.  İdarəetmənin  inteqral  xarakte­
ristikası  sinergiyanın  səmərəliliyinin  əmələ  gəlməsidir.  Sinergiyanın
1  B eynəlxalq sənədlər  toplusu.  IV  cild,  B akı,  “Q a n u n ”, s .74-75.
2  A ğayev  İ.B .  A zərbaycan  R esp ub likasın ın  cin a y ət  hüququ.  Ü m u m i  v ə   xüsusi 
hissələr:  D ərslik .  Bakı,  “N u rla n ”,  2010,  s.587.
3 50
səmərəliliyi  hər hansı  sosial  təşkilat  iştirakçılarının  fərdi  səylərinin  əlavə 
enerjisinin  artması  deməkdir.1 Məhz  bunun  sayəsində  narkomanlıq  geniş 
miqyas  alır. Narkotiklərin qeyri-qanuni  dövriyyəsi  isə bu prosesi  daha da 
gücləndirir.
XX  əsrin  ortalarından  başlayaraq  dünyanın  siyasi  xəritəsində  baş 
vermiş  dəyişikliklər,  xüsusilə  do  ikinci  dünya  müharibəsindən  sonrakı 
dövrdə soyuq müharibəyə  son  qoyulması,  istər transmilli,  istərsə də  milli 
cinayətkarlıq, eləcə də cinayətlərin yeni təhlükəli, daha qəddar növlərinin 
meydana  gəlməsi  müasir  dövr  üçün  başlıca  təhlükələrdən  birinə  çevril­
mişdir.  Narkotik vasitələrin  və psixotrop maddələrin qanunsuz dövriyyəsi 
ilə  əlaqədar  cinayətlər,  xüsusilə  narkomaniya  müasir  dövrün  ictimai 
təhlükəli əməlləri içərisində özünün xüsusi çəkisi  ilə fərqlənir.2
Bir  daha  aydın  olur  ki,  cinayətkarlığın  müasir  vəziyyətinə,  struktu­
runa  vo  dinamikasına  sosial  yayınmalar  da  özünün  müəyyən  təsirini 
göstərir.  Təsadüfi  deyildir  ki,  sosial  yayınmalar  ilk  növbədə  bütövlükdə 
cəmiyyətə son dərəcə ciddi  ziyan vururlar.  Xüsusilə də hər hansı  dövlətin 
və  müasir  sivil  cəmiyyətin  keçid  dövrünü  yaşadığı  müddət  ərzində 
alkoqolizmin,  narkomanlığın, dələduzluğun,  soyğunçuluğun,  quldurluğun 
və s.  cinayətlərin  sayı  durmadan  artır.  Kriminogcn  vəziyyətin  mürəkkəb­
ləşməsi  nəticəsində,  yeni  iqtisadi  münasibətlərə  keçid  və  uyğunlaşma 
şəraitində  iqtisadi  cinayətkarlığın  və  eləcə  də  narkobiznesin  miqyası  ge­
nişlənir.  Zəhmətsiz  gəlirlər  əldə  etməyə  meyllilik  rüşvətxorluğun,  kor­
rupsiyanın,  bürokratçılığın,  qulluq  mövqeyindən  sui-istifadə  hallarının 
çoxalmasına səbəb olur.
Sosial  normalardan  yayınma  ilə  bağlı  mənfi  davranışın  digər  növləri 
-əxlaqsızlıq,  dini  fanatizm,  irqi  dözülmozlik  təzahürləri  və  s.  də çoxsaylı 
mənfi  nəticələrin  meydana  çıxmasına  gətirib  çıxarır.  Belə  mənfi  dav­
ranışların  iqtisadi,  sosial  və  mənəvi  zərəri  son  dərəcə  böyük  və  bəzən 
aradan  qaldırılmaz  olur.  Hələ də dünyada  mövcud  olan  köləlik,  qadın  və 
uşaq  əməyinin  istismarı,  irqi  ayrıseçkilik  (apartheid),  soyqırım,  bey­
nəlxalq  terrorçuluq,  milli  zəmində  baş  verən  işğalçılıq  və  təcavüzkarlıq 
hərəkətləri  kimi  hadisələr bunlarsız da artıq bir sıra qlobal  problemlərdən 
yorulmuş  insanlığa  böyük  zərər  vurur.  Bəzi  dövlətlərin  separatçı  qüvvo-
1  Социология.  Основы  общ ей  теории  /   П од  ред.Осипова  Г.В.,  Москвичсва  Л.Н.  М., 
1996, с.268.
2  Z a h id o v   B.S.  N ark otizm   vo  narkobiznes:  m übarizənin  aktual  problem ləri  (cin ayət 
v ə  krim inoloji aspektlər).  B akı,  B D U ,  2004,  s.5 0 I.
351


lorinin tozyiqi altında həmin  dövlətlərin yeritdiyi düşünülməmiş işğalçılıq 
siyasəti  (məsələn,  Azərbaycanın  əzəli  torpaqlarına  göz  dikmiş  Ermə­
nistanın  ölkəmizə  qarşı  xaincəsinə  həyata  keçirdiyi  işğalçılıq  siyasəti) 
beynəlxalq  hüquq  normalarının  və  prinsiplərinin  kobudcasına  pozulması 
ilə nəticələnir.  Lakin bu, məsələnin yalnız bir  -  görünən tərəfidir.
Lakin  problemin  digər  -   görünməyən,  insanı  heyrətləndirən  və  çox 
zaman dərindən  hiddətləndirən  və  qəzəbləndirən  tərəfi ondan  ibarətdir ki, 
beynəlxalq birlik,  xüsusən do dünyanın Rusiya Federasiyası, ABŞ, Alma­
niya,  Fransa,  İngiltərə və s.  bu kimi  fövqəlgüco malik dövlətləri buna göz 
yumur.  Yəqin ki  bu dövlətlərə üçüncü dünya müharibəsi dünyanı yenidən 
bölüşdürmək  üçün  sərfəli  görünür.  Çünki  ikinci  dünya  müharibəsi 
ərəfəsində  də  analoji  vəziyyət  yaranmışdı.  Doğrudur,  dövr  həmin  dövr 
olmasa  da,  lakin  adları  çəkilən  ölkələrin  rəhbərləri  və  siyasətçiləri  öz 
aşkar  laqeydlikləri  ilə  bunu  nümayiş  etdirirlər.  XX  yüzilliyin  40-cı  il­
lərinə  doğru  Polşanın  faşist  Almaniyası  tərəfindən  iki  həftə  ərzində  işğal 
olunması  Avropa dövlətlərinin  (SSRİ  do  daxil  olmaqla)  vicdanını vaxtın­
da oyatmadı.  Nəticə isə artıq bütün bəşəriyyətə molumdur.
İndi  isə  dünyanın  «başbilən»  dövlətləri  Ermənistan  kimi  (Azərbay­
canın  qədim  tarixi  torpaqları  hesabına  özünə  qondanna  dövlət  yaratmış 
və  xroniki  torpaq  xəstəliyinə  tutulmuş  bir  saxtakar  qurumun)  separatçı, 
terrorçu  bir cılız  ölkənin  xəstə  təxəyyülə  malik oyuncaq  siyasətinin sanki 
«mərhəmətli  havadarlarına»çcvrilmişlor.  Məhz  buna görə  sadalanan döv­
lətlərin  bilavasitə özlərinin  sağlam  düşüncəli  siyasətinə inanmaq çətindir. 
Fikrimizco,  Ermənistan azğınları  nə qədər ki,  Rusiya, ABŞ, Fransa, AFA, 
Böyük  Britaniya  və  başqa  iri  dövlətlərlə  torpaq,  ərazi  davasına  qalx­
mayıb,  bu  ölkələrin  rəhbərləri  və  siyasi  dairələri  qəflət yuxusundan ayıl­
mayacaqlar.
Nə  qədər  acı  və  ədalətsiz,  eləcə  də  bu  əsərin  müəllifinin  əqidəsinə 
tamamilə  yad  olsa  da,  erməni  separatçılarının  Rusiyaya,  ABŞ-a  və 
Fransaya qarşı  ərazi  iddialarına düşmələri  arzuolunandır.  Bəlkə bu zaman 
Amerika və Avropanın  fövqəlgücləri  ermənilərin  mənfur simasını tanımış 
olardılar.  Heç  bir  siyasətşünas,  təcrübəli  dövlət  xadimi  və  ya  ictimai  xa­
dim (əzabkeş erməni  imici yaradan  Ermənistanın  fitnəkarlığına uymamaq 
şərtilə)  təminat  verə  bilməz  ki,  əgər  bir  gün  ABŞ-ın,  Fransanın  və  Ru­
siyanın başı üzərini məhv olmaq təhlükəsi alarsa, Ermənistan separatçıları 
bu  dövlətlərə  və  başqalarına  qarşı  ərazi  iddiası  irəli  sürməyəcək.  Erməni 
separatçıları  və  terrorçu  daşnakları  hətta  indinin  özündə  Armavirdən
3 5 2
İrəvanadək  olan  ərazilərin  «Böyük  Ermənistan»  əraziləri  olduğunu 
həyasızcasına iddia edərək,  Rusiya kimi  dövlətə ultimativ  şəkildə barmaq 
silkələyirlər.  Rusiyanın  qorbaçovları  cirinovskilori  və  digər  bu  kiıııi 
siyasətbazları isə hələ do sanki «qış yuxusu»ndadırlar.
Erməni  separatçılarına olan  «sevgiləri»  müqabilində  istər Rusiyanın, 
istərsə  do  adları  çəkilən  digər  dövlətlərin  elə  əbədi  yuxuya  dalmaları 
məsləhətdir.  Çünki  təsadüfən  diksinib  ayılsalar,  aşotlar,  vartanlar,  vaz- 
genlər  və  başqa  əzabkeş  yanlar  bu  «ülvi  sevgidən»  məhrum  ola  bilərlər. 
Axı,  «insaf  dinin  yarısıdır»  deyiblər.  Son  demə,  Tanrının  «ən  gözəl 
yaranmışları»  olan  bu  ermənilərin  işi,  gücü  və  peşəsi  dünyanın  bütün 
xalqlarına «öz dərin sevgisini  əta etməkdən ibarət olub».
Əlbəttə  ki,  bütün  bu  yuxarıda  göstərilənlər  nəticəsində  Azərbaycan 
cəmiyyətinə  vurulmuş  maddi  və  mənəvi  zərəri  aradan  qaldırmaq  ölkəyə 
heç  do  asan  başa  gəlməyəcək.  Lakin  on  əsas  olanlardan  biri  tarixin  dərs­
lərindən  ibrət  götürməkdir,  Erməni  xislətinə  bir  daha  uymamaq 
cəmiyyətimiz  üçün  on  önəmli  olanlardan  biridir.  Çünki  ermənilərin  dav­
ranışı  və  hərəkətləri  mənfidən  do  mənfidir.  Onların  bu  davranışı  bütün 
ümumbəşəri  dəyərlərə  ziddir  və  o,  insanlığın  bilavasitə  zərərinə  yönəl­
dilmişdir,
Cəmiyyətə  mənfi  davranışla,  normadan  sosial  yayınma  ilə  vurulan 
obyektiv  zərər  və  həmin  zərərin  vətəndaşların  özləri  tərəfindən  obyektiv 
qiymətləndirilməsi  heç  də həmişə və  tam dərəcədə  üst-üstə  düşmür.  Belə 
uyğunsuzluq, o cümlədən onunla əlaqədardır ki, cəmiyyətdə mövcud olan 
mənəvi  prinsiplərin  ləngər  vurması  ilə  yanaşı,  müxtəlif cinayətkar  hərə­
kətlərin  və  digər  hüquq  pozuntularının  -   narkomanlığın,  fahişəliyin, 
pornoqrafik  hərəkətlərin  yayılması,  intiharların  və  digər  bu  kimi  hadisə­
lərin  sayının  artması  da  müşahidə  olunur.  ABŞ-da  və  digər  dövlətlərdə 
«qurbansız  cinayətlər»  (narkotik  vasitələrin  istehlakı,  pornoqrafiya,  fahi- 
şəlik,  qumar  oyunları,  homoseksualizm  və  s.)  adlandırılan  nəzəriyyə 
mövcuddur.  Həmin  nəzəriyyə  adları  çəkilən  əməllərin,  ümumiyyətlə, 
cinayət  qanunvericiliyindən  çıxarılmasını  məqbul  sayır.  Bununla  belə, 
sözsüz ki,  burada qurbanlar vardır.  Belə hərəkətlərə  və ya  fəaliyyətə cəlb 
olunan  insanları,  onların  ailələrini  və  uşaqlarını,  eləcə  də  yaxın  və  doğ­
malarım  qurbanlar  hesab  etmək  olar.  Bir  sıra  kriminoloqların  ədliyyəni 
belə  hadisələrlə  mübarizədən  «azad  etməyə»  doğru  yönələn  təklifləri 
özünü doğrultmamışdır.  Kriminoloqların  mülahizəsinə görə,  hər bir insan
353


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə