R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə94/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   90   91   92   93   94   95   96   97   ...   131

bətləri  saxlamaqdan  imtina  etmə,  şikayət,  ifşaedici  məqalə  və  e.  belə 
sanksiyalara aiddir.
P.L.Bergcrin  sosial  nəzarət  konsepsiyasına  uyğun  olaraq  insan  öz 
ətrafında baş verənlərin və sosial nəzarətin müxtəlif növlərindən, tiplərindən 
və formalarından  ibarət olanlann mərkəzində dayanır.1 İnsanı  əhatə edən hər 
bir dairə  yeni  nəzarət  sistemidir.  Dövlətin  qüdrətli  aparatından  ibarət  olan 
siyasi-hüquqi  sistem  on  böyük  dairədir.  Bu  sistem  qarşısında  hamı 
gücsüzdür. Bəs, insan özünü hansı şəraitdə güclü hesab edir?
Bu sualın  cavabını hər bir konkret halda yaranan  situasiya verə bilər. 
Əgər insan  sanksiyaları  bilavasitə özü tətbiq edirsə və onlar insanın özünə 
yönəlirsə, yaxud bu, onun daxilində baş verirsə, o, özünü güclü hesab edir 
və  nəzarətin  belə  formasını  özünənəzarət  kimi  dəyərləndirmək  lazımdır. 
Özünənozarət  hətta  daxili  nəzarət  deməkdir.  Bu  zaman  fərd  öz 
davranışının  ümumən  qəbul  olunmuş  normalarla  razılaşdıraraq,  onu 
müstəqil  surətdə tənzim edir,
Sosiallaşma  prosesində  normalar  o  dərəcədə  möhkəm  qavramlır  ki, 
insanlar  həmin  normaları  pozarkən  özünü  təqsirkar  hesab  edir, yaxud  ən 
azı  təəssüf  hicsi  keçirirlər.  Real  həyat  insanı  bəzən  elə  çıxılmaz  vəziy­
yətlərlə  qarşılaşdırır  ki,  fərd  hər  hansı  kənar  məzəmməti  hiss  etmədən 
belə,  özünü  istər-istəməz  təqsirləndirir.  Məsələn,  əxlaq  normalarının 
ziddinə  olaraq  insan  öz  dostunun  arvadını  sevir,  bunun  nəticəsində  o  öz 
arvadını  görmək  istəmir,  xoştaleyli  dostuna  həsəd  aparır  və  bəzən  hətta 
onun  ölümünü  arzulayır.  Belə  hallarda  insanda  adətən,  günahkarlıq hissi 
yaranır,  vicdanı  ona  rahatlıq  vermir,  nə  öz  arvadının,  nə  də  dostunun 
gözlərinin  içinə  dik  baxa  bilmir,  çünki  vicdanı  susur.  Ona  görə  də 
tərəddüd  etmədən  belə  bir  deyimi  bir  daha  təsdiq  etmək  olar:  «Vicdan 
qəlbin aynasıdır». Vicdan  -  bu, daxili nəzarətin təzahürüdür.
Özünənəzarotdən  fərqli  olaraq,  xarici  nəzarət  dedikdə,  ümumən 
qəbul olunmuş davranış normalarına və qanunlara əməl olunmasına təmi­
nat verən institutların və mexanizmlərin məcmusu başa düşülür.
Xarici nəzarətin aşağıdakı iki növü fərqləndirilir:
a) qeyri-formal (qmpdaxili) nəzarət;
b) formal (institusional) nəzarət.
Formal  nəzarət  rəsmi  hakimiyyət  orqanları  və  ya  administrasiya 
tərəfindən verilən dəstəyə, yaxud edilən tənqidə əsaslanır.
Бергер  П.А.  Приглашение  в  социологию:  Гуманистическая  перспектива.  М.,
Аспект Пресс,  1996,  с.73
362
Qeyri-formal,  nəzarət  isə  qohumlar,  dostlar,  həmkarlar,  tanışlar,  habelə 
ictimai rəy tərəfindən dəstəklənməyə və ya tonqidetməyə əsaslanır.
Qeyri-formal  nəzarəti  ailə,  qohumların  dairəsi,  dostlar  və  tanışlar  da 
yerinə  yetirə  bilərlər.  Bunları  qeyri-formal  nəzarətin  agentləri  adlan­
dırırlar.  Əgər  ailəyə  sosial  institut  qismində  baxılarsa,  o  halda  ailə  haq­
qında sosial nəzarət institutu  kimi danışmaq lazım gələcəkdir.
Formal  nəzarət  tarixən  qeyri-formal  nəzarətdən  sonra  yaranmışdır. 
Belə ki,  formal  nəzarətin  yaranması  mürəkkəb  cəmiyyətlərin  və  dövlətlə­
rin,  o  cümlədən  Qədim  Şərq  imperiyalarının  əmələ  gəlinəsi  dövrünə  tə­
sadüf edir.
Lakin  inkişaf etmiş  müasir  cəmiyyətlərdə  formal  nəzarətin  əhəmiy­
yəti  sürətlə  artmaqdadır.  Bəs  bu,  nə  ilə  əlaqədardır?  Belə  cəmiyyətlərin 
real  həyat  gerçəklikləri  göstərir  ki,  mürəkkəb  cəmiyyətdə,  xüsusilə  də 
çoxmilyonlu dövlətlərdə qaydanı və sabitliyi qorumaq daha çətindir. Qey­
ri-formal  nəzarət  kiçik  sosial  qrupla  məhdudlaşır.  Böyük  insan  qrup­
larında  isə  qeyri-formal  nəzarət  səmərəli  deyildir.  Buna  görə  də  qeyri- 
formal  nəzarəti  bəzən  lokal  (yerli)  nəzarət  adlandırırlar.  Əksinə,  formal 
nəzarət  ölkənin  bütün  ərazisində  qüvvədə  olur.  Buna  görə  də  o,  qlobal 
nəzarət hesab olunur.
Qlobal  nəzarəti  xüsusi adamlar 
formal  nəzarətin  agentləri həyata 
keçirirlər.  Məmin  agentlər  xüsusi  təhsil  görən  və  nəzarət  funksiyalarını 
yerinə yetirdiklərinə görə əmək  haqqı  alan  adamlardır.  Bu  adamlar  sosial 
statusların  və rolların daşıyıcılarıdır.  Bunlara hakimlər,  polis əməkdaşları, 
həkim-psixiatorlar,  sosial  sferaların  işçiləri,  eləcə də zəruri  olan  hallar da 
həmin nəzarəti öz vəzifəsi kimi qəbul edən  ilahiyyatçılar aiddir.
Əgər ənənəvi  cəmiyyətdə sosial nəzarət yazılmamış  qaydalara  və qa­
nunlara  əsaslanırdısa,  müasir dövrdə  belə  nəzarətin  əsasını  yazılı  norma­
lar  -   təlimatlar,  fərmanlar,  hökumət qərarları,  qanunlar təşkil  edir.  Məhz 
bütün bunların sayəsində sosial nəzarət institusional dəstək qazanmışdır.
Formal  nəzarəti  müasir cəmiyyətin  məhkəmələr, təhsil, ordu,  istehsa­
lat,  kütləvi  informasiya  vasitələri,  siyasi  partiyalar,  ictimai  birliklər  və  hö­
kumət  kimi  institutları  həyata  keçirir.  Bu  nöqteyi-nəzərdən  məktəb  imtahan 
qiymətləri  sayəsində  nəzarət  edir.  Hökumət  həmin  funksiyanı  vergi  sistemi 
və  əhaliyə  sosial  yardım  göstərilməsi  vasitəsilə  yerinə  yetirir.  Dövlət  isə 
sosial nəzarət proseslərini polisin, gizli xidmətin, radio, televiziya və mətbuat 
orqanlarının dövlət kanalları vasitəsi  ilə həyata keçirir.
363


Tətbiq  edilən  sanksiyalardan  asılı  olaraq,  sosial  nəzarətin  aşağıdakı 
nəzarət metodları fərqləndirilir:
a) sərt metodlar;
b) yüngül metodlar;
v) birbaşa (düzünə) metodlar;
q) dolayı (yanakı) metodlar.
Yuxarıda  göstərilən  metodları  bir-birindən  sanksiyaların  tipinə  görə 
fərqləndirmək  mümkün  olsa  da,  onların  hamısı  öz  məzmununa görə  bir- 
birinə  oxşardır.  Sosial  nəzarətin  aşağıdakı  dörd  metodu  bir-birilə  kəsişə 
bilər:
1)  kütləvi  informasiya vasitələri  dolayı-yüngül nəzarət alətlərinə aid 
edilir;
2)  siyasi  repressiyalar,  reketlik,  mütəşəkkil  cinayətkarlıq  birbaşa- 
sərt nəzarətin alətlərinə daxildir;
3)  konstitusiyanın  və  cinayət  məcəlləsinin  qüvvəsi  birbaşa-yüngül 
nəzarət alətlərinə aiddir;
4)  beynəlxalq  birliyin  iqtisadi  sanksiyaları  dolayı-sərt  nəzarət 
alətlərinə daxil  edilir.
Müasir  sosiologiyada  nəzarət  bəzən  idarəetmə  ilə  eyniləşdirilir.  Nə­
zarətin  və  idarəetmənin bir çox cəhətlərinə görə oxşar olmalarına baxma­
yaraq,  onların  fərqləndirilməsi  zəruridir.  Məsələn,  ana  və  ata  uşağın  ona 
moktəb-də  verilən  ev  tapşırığını  neçə  yerinə  yetirməsinə  nəzarət  edir. 
Valideynlər idarə etmirlər,  onlar məhz prosesə nəzarət edirlər, belə ki, ev 
tapşırığının  məqsəd  və  vəzifələrini  onlar  deyil,  müəllim  müəyyən 
etmişdir. Valideynlər isə ancaq cv tapşırığının yerinə yetirilməsi prosesini 
izləyir, uşağın bununla bağlı davranışına nəzarət edirlər.
İstehsalatda  da  vəziyyət  bir  növ  eynilə  belədir.  Sex  rəisi  tapşırığın 
məqsəd  və  vəzifələrini  işçinin  qarşısına  qoyur,  onun  yerinə  yetirilməsi 
müddətlərini  və  yekun  nəticəni  müəyyən  edir,  sex  ustalanndan  isə 
verilmiş  iş  tapşırığının  yerinə  yetirilməsi  prosesinə  nəzarət  etmələrini 
xahiş edir,
Daha  bir  misala  müraciət  edək.  Polis  idarəsinin  rəisi  başlanmış  ci­
nayət  işinin  ibtidai  araşdırılması  (ibtidai  istintaq)  ilə əlaqədar müstəntiqə 
konkret  tapşırıq  və  tövsiyələrini  (işi  tam,  obyektiv  və  hərtərəfli  araş­
dırmaq,  obyektiv  olmaq,  subyektivizmə  yol  verməmək  haqqında)  verir, 
istintaq  şöbəsinin  rəisinə isə ibtidai  araşdırmanın gedişinə nəzarət etməyi 
tövsiyə edir, zərurət yarandıqda müstəntiqə məsləhətlər verməyi tapşırır.
364
Beləliklə,  idarəetmə  anlayışı  ilə  müqayisədə,  nəzarət  anlayışı  daha 
məhdud  dairəyə  malikdir.  Nəzarət  idarəetmədən  doğur.  Yəni  əgər  ida­
rəetmə  yoxdursa,  deməli,  nəzarət  haqqında  da  söhbət  gedə  bilməz. 
Əlbəttə  ki,  burada  söhbət yuxarıda  göstərilən misallar ətrafındakı  nəzarət 
barəsində gedir.
Yuxarıda qeyd olunanlarla yanaşı, nəzarət və idarəetmə bir sıra oxşar 
cəhətlərə  də  malikdirlər.  Nəzarət  və  idarəetmə  ilk  növbədə  miqyası  ilə 
səciyyələndirilir.  Yəni  nəzarətin  məhdud,  idarəetmənin  isə  daha  geniş 
anlayışlar olub-olmamasından asılı olmayaraq, onlar üçün miqyasın kiçik, 
yaxud  böyüklüyünün  əhəmiyyəti  yoxdur.  Məsələn,  dövlət  başçısı  (prezi­
dent,  baş  nazir,  federal  kansler,  monarx,  kral)  bütün  ölkəni  həm  idarə, 
həm  də  ona  nəzarət  edir.  Belə  fəaliyyət  bəzi  ölkələrdə  kollegial  şəkildə 
həyata keçirilir.
İdarəetmə  ilə  nəzarət  arasında  başlıca  fərq  ondan  ibarətdir  ki,  idarə­
etməyə stil,  nəzarətə isə ancaq metodlar xasdır.  Sosial nəzarətin  metodları 
ümumi və müfəssəl ola bilərlər.
Əgər  hər  hansı  rəhbər  işçi  (sex  rəisi,  taqım  komandiri,  sahə  müvək­
kili  və s.)  tabeliyində olan  şəxsə müəyyən  tapşırıq  verirsə və  onun  yerinə 
yetirilməsi  gedişinə  nəzarət  etmirsə,  bu  halda  ümumi  nəzarət  mövcud 
olur.
Əgər  hər  hansı  rəhbər  işçi  tapşırıq  verdiyi  şəxsin  hər  bir  hərəkətinə 
müdaxilə  edir,  əlavə  göstərişlər  verir  və  ya  tapşırıqla  bağlı  nəyisə  dəyiş­
dirirsə, o bu zaman  müfəssəl  nəzarətdən  istifadə edir.
İrimiqyaslı  sosial  sistemlərdə  nəzarətin  aşağıdakı  səbəblərindən 
istifadə olunur:
1) axtarış büroları;
2) detektiv agentlikləri;
3) polis məntəqələri;
4) nəzarətçiləri xidməti;
5) həbsxana nəzarətçiləri;
6) mühafizə qoşunları;
7) məhkəmələr;
8) senzura.
Ümumi  nəzarət  prosesində  yekun  nəticədən  savayı  heç  nə  güdül­
mür.  Müəllim  antik  dövrün  mütəfəkkirləri  haqqında  inşa  yazmaq  tap­
şırığını  verir.  O,  həftənin  sonunda  inşanın  yerinə yetirilməsi  keyfiyyətini 
yoxlayır və onu müvafiq qiymətlə qiymətləndirir. Bu zaman inşanın hansı
365


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə