R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə95/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   91   92   93   94   95   96   97   98   ...   131

ədəbiyyatlardan  istifadə  və  ya  hansı  mənbələrə  istinad  etməklə  yerinə 
yetirilməsi  müəllimi  maraqlandırmır.  Müəllim  bu  zaman  öz  şagirdlərinə 
tam sərbəstlik verir.
Lakin  müəllim  başqa  cür  də  davrana  bilər.  Məsələn,  o,  tapşırığın 
müddətlərini,  həcmini  müəyyən  edə,  bundan  başqa,  istifadə  edilməli  zə­
ruri  ədəbiyyatları  göstərə,  plan tərtib olunmasını  tələb edə bilər. Bunlarla 
yanaşı,  müəllim  işin  təhvil  verilməsinin  konkret  vaxtını  müəyyənləşdirə 
bilər  və  xəbərdarlıq edə bilər ki, əgər iş vaxtında  təhvil  verilməsə,  həmin 
şagird  qeyri-məqbul  qiymət  alacaqdır.  Bununla  da  o,  prosesin  bütün 
gedişinə  nəzarət  etmiş  olur.  Burada  hərəkət  sərbəstliyi  son  dərəcə  az 
olduğuna görə, həmin nəzarət müfəssəl nəzarət adlandırılır.
Sosial  nəzarət  hər bir  cəmiyyətin  həyatında  dövlət  tərəfindən  həyata 
keçirilən  funksiyaların  bilavasitə  ictimai  həyata  aid  hissəsinin  ayrılmaz 
tərkib  hissəsi  qismində  çıxış  edir.  Sivil  cəmiyyətləri  sosial  nəzarətsiz  tə­
səvvür  etmək  çətindir.  Məhz  nəzarətin  olduğu  yerdə  çatışmazlıqlar  vax­
tında  aradan  qaldırılır,  meydana  çıxmaq  imkanı  olan  halların  qarşısı 
alınır. Nəzarətsiz sosial həyat kompassız gəmini xatırladır.
2.  Sosial nəzarətin formaları
Tanzimetmənin  normativ  metodu  və  ictimai  münasibətlərin  etibarlı 
mühafizəsi  təkcə  sosial  nəzarət  mexanizmlərinin  mövcudluğu  və 
fəaliyyətilə  kifayətlənmir.  İstər normativ tənzimetmə,  istərsə də mühafizə 
bu  fəaliyyət  sahəsinə  sistemli  yanaşmanı,  eləcə  də  zəruri  olan  tədbirlərin 
kompleks şəkildə həyata keçirilməsini labüd edir.
Artıq  yuxarıda  deyildiyi  kimi,  sosial  nəzarət  özündə  institusinal, 
dəyər və  davranış  aspektlərini  ehtiva edir.  Belə  ki,  sosial nəzarət fərdlərə 
münasibətdə,  kiçik  sosial  qruplarda,  böyük  insan  birliklərində,  siniflərdə 
və bütövlükdə cəmiyyət miqyasında realizə olunur.
Bundan  başqa,  həmçinin  də  qeyd  olundu  ki,  sosial  nəzarətin  əsasını 
din,  əxlaq,  hüquq,  estetika  və  s.  sferaların  normalar  və  dəyərlər  sistemi 
təşkil edir.  Yəni sosial nəzarət normativ tanzimetmənin nəhəng bir poten­
sialına  söykənir.  Belə  ki,  sosial  normalar  və  dəyərlər  sosial  nəzarətin  ən 
mühüm və zəruri  komponentləri qismində çıxış edirlər.  Bunlar elə norma 
və  dəyərlərdir  ki,  onları  davranış  qaydaları  nümunələrinin  işlənib  hazır­
lanması prosesində etalonlar qismində qəbul etmək mümkündür. Məhz bu
3 66
xüsusiyyətlərinə  görə  də  söhbətin  sosial  nəzarət  haqqında  getdiyi  zaman 
həmin  norma  və  dəyərlərə  bir  qədər  başqa  nöqteyi-nəzərdən  (pozitivi 
mənada) yanaşılır.
Sosial  normalar  və  dəyərlər  insan  davranışında  hamılıqla  qəbul 
olunmuş  standartlardan  yol  verilən  yayınmaların  hüdudlarını  müəyyən 
edirlər.  Onlar  əxlaqi,  hüquqi  və  digər  sanksiyaların  tətbiq  edilməsi  üçün 
əsas  rolunu  oynayır  və  cəmiyyətdə  sabitliyin  möhkəmlənməsinə  xidmət 
etməklə, sosiallaşmanın intensivliyini daha da artırırlar.
Sosial  nəzarət  hər  bir  sinifli  cəmiyyətdə  ziddiyyətli  xarakterə  malik 
olur.  Çünki  müxtəlif sosial  qrupların,  birliklərin  və  siniflərin  maraqlarını 
əks  etdirən  bir  çox  davranış  normaları  bir-birilə  üst-üstə  düşmür,  bəzi 
məqamlarda isə onların bir qismi digər qismi rədd edir. Cəmiyyətin bütün 
sosial  təbəqələrinin  köklü  maraqlarının  üst-üstə  düşdüyü  cəmiyyətin 
mövcudluğunu təsəvvür etmək çətindir.
Sivil  cəmiyyətlərdə  müxtəlif təbəqələrin  davranışının  ümumi  qayda­
larının,  əxlaq  normalarının,  eləcə  də  sosial  nəzarətin  dövlət  və  ictimai 
institutlarının  bütöv  bir  sisteminin  formalaşmasına  baxmayaraq,  cəmiy­
yətin  müxtəlif  sosial  qrupları  arasında  bəzi  ziddiyyətlər  az  və  ya  çox 
dərəcədə  qalmaqda  davam  edir.  Bütün  bunların  təsiri  altında  insanların 
davranışına sosial-psixoloji  təsirin qüdrətli  vasitəsi  olan cynicinsli  ictimai 
rəy formalaşır.
Sosial  nəzarət  formaları  müxtəlif  səviyyələrdə  həmişə  müxtəlif 
olmuşdur  Artıq  qeyd  olunduğu  kimi,  bütövlükdə  cəmiyyət  səviyyəsində 
həm  formal,  həm  də  qeyri-formal  sosial  nəzarət  fəaliyyət  göstərir.  Bu 
barədə  əvvəlki  paraqrafda  ətraflı  danışıldığına  görə,  başlığa  diqqətin 
sosial  nəzarətlə  bağlı  ədliyyə  sisteminin  fəaliyyətinə  yönəldilməsini 
məqsədəuyğun hesab edirik.
Molum  olduğu  kimi,  hər  bir  ölkənin,  o  cümlədən  Azərbaycan  Res­
publikasının  ədliyyə sistemi  dövlətin  ən  mütəşəkkil aparatlarından biridir. 
Ədliyyə  sistemi  konstitusiyaya,  konstitusiya  qanunlarına,  digər qanunlara 
və  hüquq  normalarına  ciddi  əməl  olunmasını  rəhbər  tutaraq  cəmiyyətin 
qanunvericilik  iradəsinin  təcəssümüdür.  İnkişaf etmiş  hər bir  cəmiyyətdə 
ədliyyə  sistemi  sosial  nəzarətin  hüquq  qaydasına  və  qanunçuluğa  əməl 
olunmasını təmin edən hissəsinin mərkəzində dayanır.
Ədliyyə  sistemi  tərəfindən  həyata  keçirilən  sosial  nəzarət  özünə­
məxsus  mühüm  xüsusiyyətlərə  malikdir.  Həmin  xüsusiyyətlər  bir  tərəf­
dən  bu  sistemin  məqsədləri  ilə,  digər  tərəfdən  isə  onun  təşkili  və  cə-
3 67


miyyotdəki  fəaliyyətilə  müəyyən  edilir.  Qeyd  etmək  lazımdır ki,  ədliyyə 
sistemi  öz  fəaliyyətinin  spesifikliyi  ilə  seçilən  qüdrətli  sistemlərdən 
biridir.  Ədliyyə  sistemini  səciyyələndirən bir sıra spesifiklikləri nəzərdən 
keçirək.
Əvvələn,  ədliyyə sisteminin  və onun ayrı-ayrı orqanlarının fəaliyyəti 
dövlət  vəzifələrinin  həyata  keçirilməsilə  bilavasitə  bağıdır  və  həmin 
fəaliyyət  dövlət  fəaliyyətinin  ayrılmaz  tərkib  hissəsidir.  Ədliyyə  siste­
minin  fəaliyyətinin məzmunu qanunla ciddi reqlamentloşdirilmişdir.
İkincisi,  dövlətin  məcburiyyət  tədbirlərini  yalnız  bu  sistem  tətbiq 
etməyə  haqlıdır.  Bu  nöqteyi-nəzərdən  həmin  sistemin  əsas  həlqəsi  olan 
ədalət  mühakiməsi orqanlarının  rolunu qeyd etmək  zəruridir.  Ədalət mü­
hakiməsi  məhkəmə  orqanları  vasitəsilə həyata  keçirilir.  Azərbaycan  Res­
publikası  Konstitusiyasının  125-ci  maddəsinin  1-ci  hissəsinə  əsasən- 
«Azərbaycan  Respublikasında  məhkəmə  hakimiyyətini  ədalət  mühaki­
məsi  yolu  ilə  yalnız  məhkəmələr  həyata  keçirirlər».  Ölkədə  hüquq  qay­
dası  və  qanunçuluq  rejiminin  qorunmasının  on  optimal  şərti  də  məhz 
bundan ibarətdir.
Üçüncüsü,  inkişaf etmiş  cəmiyyətlərdə  ədliyyə  sistemi  xalqın  nəza­
rəti  altında  fəaliyyət  göstərir.  Ədliyyə  sistemi  ictimai  mənafelərin  reali­
zəsi  məsələlərilə  birbaşa  əlaqədar  olduğuna  görə,  onun  fəaliyyətində 
ictimaiyyətin iştirak qaçılmazdır.
Ədliyyə sisteminin orqanları  və onların vəzifəli şəxslər öz səlahiyyət­
lərinə  uyğun  olaraq  hüquqauyğun  davranışın  sabitliyini  təmin  edən 
fəaliyyəti  həyata  keçirirlər  ki,  bu  da  cəmiyyətdə  ictimai  münasibətlərin 
möhkəmlən  dirilməsində  və  mühafizəsində  son  dərəcə  mühüm  rol  oy­
nayır.
3.  Sosial nəzarətin  mərhələləri
Normativ davranış  sferası  ilə bağlı  sosial  nəzarətin mahiyyəti  və mə­
nası  fərdlərin  və  sosial qrupların  lazımi  davranışının təmin  edil-məsindən 
ibarət  olduğuna  görə,  normaların  müəyyən  edilməsinin  so-sial  nəzarətin 
həyata  keçirilməsindən  əvvəl  gəlməsi  təbiidir.  Lakin  norma  davranışın 
mücərrəd  qaydasıdır  və  onun  üçün  icra  şəxsləndirilməlidir  (təşxis  edil­
məlidir).
Bu  şəxsləndirmə  (təşxis  etmə)  sosial  nəzarətin  hüquqi  davranış 
sferasında ilk  -  birinci mərhələsi hesab olunur.
3 68
Hüquqi davranış sferasında sosial nəzarətin birinci  mərhələsi  konkret 
sosial  subyektə  hüquqlar  verilməsindən,  yaxud  onun  üzərinə  müəyyən 
vəzifələrin  qoyulmasından  ibarətdir.  Sosial  subyekt  məhz  bu  mərhələdə 
müəyyən  ictimai  münasibətlər dairəsinə  daxil  olur.  Eyni  zamanda  da  so­
sial subyekt zəruri  hüquq münasibətlərinin  iştirakçısı olur.  Bu hüquq mü­
nasibətləri  konstitusiya,  mülki,  ailə,  əmək,  maliyyə,  inzibati  və  s.  hüquq 
münasibətlərindən ibarət ola bilər.
Sosial  subyekt  ona  verilən  hüquqlara  və  üzərinə  qoyulan  vəzifələrə 
uyğun  olaraq  bu  və  ya  digər  hüquqauyğun  hərəkətlər  (yaxud  belə  hərə­
kətləri  etməkdən  çəkinir)  edir,  yaxud  davranış  normasını  pozaraq  hü­
quqazidd  xəta  törədir.  Buna  görə  də  sosial  nəzarətin  ikinci  mərhələsi 
sosial  (hüquq  normalarından)  normalardan  yayınmaların  qarşısının  alın­
masından ibarətdir.
Bununla  əlaqədar  olaraq  hələ  keçən  yüzilliyin  80-ci  illərinin  hüquq 
ədəbiyyatında  haqlı  olaraq  qeyd  olunurdu  ki,  hüquqi  davranış  cfcrasında 
sosial  nəzarətin  həyata  keçirilməsi  həmişə  ictimai  pozuntuların  ele­
mentlərinin, onları doğuran səbəblərin və şəraitin aradan qaldırılmasını  və 
neytrallaşdırılmasını  nəzərdə  tutmuşdur.  Buna  isə  şübhəsiz  ki,  həm  ümu­
mi, həm do fərdi  xarakterli profilaktiki  tədbirlərin həyata keçirilməsi yolu 
ilə nail olunmuşdur.
Hüquqi davranış  sferasında sosial nəzarətin  üçüncü  mərhələsi sosial 
normadan yayınmanın baş verdiyi  halda zəruri olur.  O, hüquq pozuntuları 
və digər xətalar  faktının  aşkar olunmasından  və qeyri-hüquqi  hərəkətlərə 
yol  vermiş subyektlərin müəyyən  edilməsindən ibarətdir.  Bir sözlə,  sosial 
nəzarətin  üçüncü  mərhələsi  hüquq  pozuntularının  və  digər  hüquqazidd 
xətaların  törədildiyi  və ya baş verdiyi zaman  meydana çıxır.
Hüquqi davranış  sferasında  sosial  nəzarətin  dördüncü mərhələsi  törə­
dilmiş  hüquq  pozuntusunun  təhlilindən  və  onun  qiymətləndirilməsindən 
ibarətdir.  Qeyd  etmək  lazımdır  ki,  sosial  nəzarətin  bu  mərhələsi  zamana 
görə  bəzi  digər,  məsələn,  hüquq  pozuntularının  qarşısının  alınması 
mərhələsini  (ikinci  mərhələni)  qabaqlaya  bilər.  Hüquqauyğun  davranış 
zamanı  (yəni  hər  hansı  hüquq  pozuntusunun  və  ya  başqa  xətanın  törə­
dilmədiyi  vaxt)  sosial  nəzarət  üç  mərhələ  ilə  məhdudlaşa  bilər.  Bu  üç 
mərhələ  subyektin  hüquq  münasibətlərinə  daxil  olması,  onun  hərəkət­
lərinin  qiymətləndirilməsi  və  ictimai  faydalı  nəticələrə  nail  olunduğu 
halda, həvəsləndirmə mərhələsini  əhatə edə bilər.
Nəhayət,  hüquqi  davranış  sferasında  sosial  nəzarətin  sonuncu  -
369


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə