1) cinayət (müxtəlif kateqoriyalardan olan sosial təhlükəli əməllər);
2) «qurbanların olmadığı» kriminal əməllər;
3) qüvvədə olan normalara zidd olmayan yayınmalar.
Qətllər, qarətlər (oğurluqlar), zorlama, terrorçuluq, narkomanlıq, nar
kobiznes, iqtisadi sahədə törədilən müxtəlif növ kriminal əməllər deviant
davranışın ifrat formalarıdır. Cinayət hüququ elmində onların hər biri
haqqında xüsusi danışılır. Kriminologiya elmi isə belə kriminal əməllərin
baş verməsi şəraiti və səbəbləri barəsində ətraflı şəkildə bəhs edir.
«Qurbanların olmadığı» kriminal əməllər (cinayətlər) xüsusi kate
qoriyanı təşkil edir. Bu o deməkdir ki, insanların deviant davranışının be
lə neqativ formaları mənfi nəticələrin meydana çıxması ilə müşayiət
olunmur. Yəni hərəkətlərin bilavasitə subyektləri onların mənfi nəticə
lərini hiss etmirlər. Məsələn, narkotik vasitələr və ya psixotrop maddələr
istehlak edən şəxslər bu hərəkətlərindən bilavasitə özləri zərər görür və
ziyan çəkirlər. Belə ki, narkomanlıq bilavasitə şəxsiyyətin özünü məhv
edir, onun həyatını dağıdır. Sərxoşluq, fahişəlik, seksual pozğunluq və s.
bu kimi deviant davranışlar da subyektlərin özlərinə qarşı çevrilmiş hə
rəkətlərə aiddir. Belə davranışın səbəblərini təkcə tərbiyə sferasında
deyil, həm də fərdi əhatə edən mühitdə axtarmaq zəruridir.
Qeyd etmək zəruridir ki, Azərbaycan cəmiyyəti sərxoşluğun nisbə
tən (məsələn, Müstəqil Dövlətlər Birliyi məkanına daxil olan Rusiya
Federasiyası, Belorus və Ukrayna kimi ölkələrlə müqayisədə) az yayıldığı
ölkələrdən biridir. Ona görə də Azərbaycanda sərxoşluğa qarşı mübarizə
daha çox spirtli içkilərin istehlakının daha da azaldılması istiqamətində
aparılır. Azərbaycan müsəlman ölkəsi olduğuna görə, yeniyetmələrə və
gənclərə spirtli içkilərə aludə olmamaq on erkən vaxtlardan hələ ailədən
təlqin edilir, sonrakı yaş dövrlərində isə bu istiqamətdə orta və ali
məktəblərdə lazımi tərbiyə işləri aparılır.
Narkotik vasitələr və ya psixotron maddələr on qədim dövrlərdən
istehlak edilməyə başlamışdır. Qeyd etmək lazımdır ki, «Azərbaycanda
ümumi narkosituasiya artan xətt müstəvisindədir. Narkotiklordən istifadə
edənlərin sayının tədricən artması (buna əcnəbi vətəndaşlar arasında daha
çox təsadüf olunur - A.Q.) istər-istəməz narkotik vasitələrin və psixotrop
maddələrin istehsalının, hazırlanmasının, daşınmasının, emalının, satı
şının və istehlakının genişlənməsinə şərait yaradır. Ölkədə narkotiklərə
qarşı mübarizə vahid dövlət siyasəti əsasında və hüquqi vasitələrin, eləcə
3 3 4
də profilaktiki tədbirlərin tətbiqi şəraitində aparılsa da, görülən işlər hələ
ki, istənilən müsbət nəticəni vermir. Deməli bu, narkotiklərə... qarşı mü
barizənin hüquqi vasitələrinin kifayət qədər geniş olmaması ilə əlaqə
dardır. Bu, məsələnin ancaq bir tərəfidir. Problemin digər tərəfi obyektiv
reallığın və həyati gerçəkliklərin obyektiv və düzgün qiymətləndiril
məsindən ibarətdir»1
Azərbaycan cəmiyyətinin ictimai həyat reallıqları subyektiv və
obyektiv səbəblər üzündən öz mənfi və müsbət cəhətləri ilə nəzər-diqqə
timizdə nə qədər qabarıq olsa da, bu amillər narkotiklərlə aludəçiliyə,
yaxud onunla mübarizənin zəifliyinə haqq qazandıra bilməz. Hər hansı
dövlət daxilində narkotiklərə qarşı milli mübarizə fərdi və xüsusi deyil,
ümumi mənafelər, xalqın və cəmiyyətin mənafeləri naminə aparılır.
Doğrudur, bu mübarizə prosesinə ölkədaxili sosial-iqtisadi və sosial-
siyasi vəziyyət öz təsirini göstərməyə bilməz. Lakin həmin təsir bilavasitə
mübarizə əzmini qırmağa yönəldilməməli, əksinə, onun daha da güclən
dirilməsi məqsədlərinə xidmət ötməlidir. Deyildiyi kimi, «təsir əks təsirə
bərabərdir» və bərabər də olmalıdır.2 3
Müasir şəraitdə fahişəliyin nisbətən artması fikrimizco, ilk növbədə
sərbəst bazar iqtisadiyyatının təbiətindən irəli gələn amillərdən biridir.
Elə bir vəziyyət yaranmışdır ki, əvvəlki iş yerlərini ilinniş qadınların
hazırkı şəraitdə «özünü satmaq»dan savayı çarəsi qalmamışdır.’ Qa
dınların xeyli hissəsinin təhsil ala bilməməsi, peşəyə yiyələnmək üçiin
lazımi iş şəraitinin və peşə təhsili sahələrinin iflic vəziyyətə düşməsi belə
bir mənzərənin yaranmasına gətirib çıxarmışdır. Fahişəliklə demək olar
ki, gənc qadın və qızlar məşğul olurlar. Ölkənin ucqar bölgələrindən
şəhərə gələn gənc qadın və qızlar məhz ilkin ehtiyaclarını (pul, mənzil,
geyim və s.) ödəməkdən ötrü belə əxlaqsız yolu seçir və ona görə də ilk
növbədə maddi cəhətdən imkanlı kişilərin diqqətini cəlb etməyə çalışırlar.
Qüvvədə olan normalara zidd olmayan yayınmalar dedikdə,
«ədəbli» davranış çərçivəsində, lakin «zərərli», «qəribə»« «faydasız», bir
sözlə, «qeyri normal» səviyyədə təzahür edən davranış formaları başa
düşülür.
1 Z a h id o v B.S. N a rk o lizn ı
vd
narkobiznes: m übarizonin aktual problem ləri (cinayot-
h ü q u q i və krim inoloji aspektlər). B akı, B D U , 2004, s.97.
2 Z a h id o v B.S. N ark otizm vo narkobiznes: m übarizonin aktual problem ləri (cinayət-
hü qu qi vo krim inoloji aspektlər). B akı, B D U , 2004, s. 97-98.
3 Ю ридическая социология: Учебник. M., НОРМЛ-ИНФРЛ, 2000, с. 183.
335
Belə davranış formalarına aşağıdakılar aid oluna bilər:
- qumar oyunları;
- autizm;
- narsist davranış (öz-özünə vurğunluq);
- fanatizm;
- özünüöldiirmə (intihar).
Suisid (intihar) istisna olmaqla, belə deviant davranışlann vurduğu zərər
dolayı yolla meydana çıxır. Məsələn, əgər kart oyunlarında ortaya pul və ya
digər xidmətlər qoyulmursa, yaxud belə oyunlar heç bir şərt olma dan
aparılırsa, bu, qumar kimi qiymətləndirilmir. Lakin bununla belə, kart oyun
ları, ümumiyyətlə, cəmiyyət tərəfindən heç do həmişə müsbət qarşılanmır və
şəxsiyyəti inkişafdan saxlayan amillərdən biri hesab olunur.
Qumar oyunları şəxsiyyətin real gerçəkliklərin dairəsindən kənara
çıxması formasıdır. Qumar oyunları həmişə ehtirasla əhatə olunur və
həmin ehtiras böyük hesabla süni surətdə meydana çıxır. Belə oyunlara
aludə olan insanlar ətraflarında nəyin baş verdiyini tamamilə unudur, bü
tün diqqətini nə qədər pul əldə edəcəyinə yönəldir. Xüsusən də yetkinlik
yaşma çatmayan şəxslər belə hallarda öz həmyaşıdlarının varlığım
yaddan çıxarır, üstünlük əldə etdikdə «sevinir» və daha da ürəklənir,
uduzmağa doğru getdiyini hiss etdikdə isə bir tərəfdən təəssüf hissləri ke
çirir, digər tərəfdən uduzduqlarını geri qaytarmağa (sanki intiqam
almağa) can atır və buna görə də düşdüyü dairəni tərk etmək istəmir.
Amerikalı sosioloq D.Bell hələ keçən yüzilliyin 60-cı illərində ya
zırdı ki, «müəyyən tip qumar oyunları bəzi insanlar üçün bioloji tələbatı
xatırladır, çünki oyunlar onların arzularına reallıq verir».1 Məhz buna
görə də belə qəbildən olan insanları heç bir sağlam fikirli və saf
düşüncəli, nəsihətamiz mülahizələr tutduqları yoldan çəkindirə bilmir.
Autizm dedikdə, insanın cəmiyyətlə və müəyyən sosial qrup və ya
birliklə əlaqələrinin çotinləşməsi, onun öz sosial ətrafından kənar düş
məsi, son dərəcə özünəqapanması (özünütocrid etmə) başa düşülür. Belə
davranış bir sıra hallarda sosiallaşma problemləri ilə bağlı olur. Şəxsiyyət
sanki başqaları ilə öz arasında distansiya saxlamaq, son həddə isə onu
əhatə edən reallıqlardan uzaq olmaq, uzaqlaşmaq məcburiyyətində qalır.
Belə ki, bu zaman insan öz qapalı aləmində, tam təklikdə öz fanta
ziyalarını qurur və bununla da həyatım kompensasiya edir.
1 Белл Д. Преступление как американский образ жизни // Социология преступности.
М., 1966, с.275.
3 3 6
Autist davranışın sosial səbəbini insanların nüfuz codvəlindəki dife
rensiasiya faktı təşkil edir, Əgər fərd uğur rəmzlərinin əldə edilməsində
onu əhatə edənlərdən geri qalırsa, o, ya özünə bərabər olan fərdləri tapır
və onlarla ünsiyyət saxlayır, ya da özü üçün lazım bildiyi təklik aləmini
seçir və öz-özünə qapanır (əlbəttə ki, biz burada autizmin psixoloji sə
bəblərini nəzərdə tutmuruq).
Narsist davranış
- bu, başqalarının diqqətini nümayişkaranə
şəkildə özünə, öz vücuduna cəlb etməkdir. Fərd bu zaman öz davranışını
ətrafdakıları şok vəziyyətinə sala biləcək həddə çatdırmağa cəhd göstərir.
Məsələn, belə deviant davranışın daşıyıcısı olan fərdlər, tutaq ki,
yığıncaqlarda ancaq sensasiya doğuran mülahizələr söyləyir, öz populist
çıxışları ilə hamının diqqətini özünə cəlb etməyə çalışır.
Narsist davranışın formalaşmasının əsas mənbələri həm yaşlıların
ailədə öz yeganə uşaqlarına hərtərəfli, bəzən də hətta yersiz olan ifrat
dərəcədə nəvazişli diqqətindən, həm də insanın müəyyən mürəkkəb
situasiyaya düşdüyü vaxt üzləşdiyi şəxsi çətinliklərindən ibarətdir. Belə
davranışın daşıyıcısı olan fərd əksər hallarda öz yerini bilmir və elə zənn
edir ki, o, hər hansı şəraitdə öz qeyri-adiliyi ilə hansısa müsbət bir gedişi
nümayiş etdirə bilər. Narsist davranışdan irəli gələn sosial zərər o zaman
təzahür edir ki, həmin davranışın daşıyıcısı sosial iyerarxiyada xüsusi bir
yörə, yaxud mövqeyə son dərəcə iddialı olduğunu nümayiş etdirir.
Fanatizm dedikdə, hansısa ideyanı, yaxud doktrinanı kor-koranə
şəkildə dəstəkləmək başa düşülür. Fanatizm şəxsiyyətin təsəvvürlərinin
birtərəfli olmasının nəticəsidir. O bəzən ağlasığmaz nəticələrə do gətirib
çıxarır. Fanatizmin daşıyıcısı həm böyük qələbələr əldə edə, həm do
öldürücü məğlubiyyətə düçar ola bilər. Fanatiklər öz ideallar qismində
təsəvvür etdikləri məqsədlərinə çatmaq üçün istənilən vasitələrə ol atır,
bu idealları reallaşdırmaqdan ötrü məqbul hesab etdikləri prinsipləri sanki
dəlicəsinə həyata keçirməyə cəhd göstərirlər.
İntiharın da üzərində qısa şəkildə do olsa, dayanmaq lazımdır.
Suisidinın (intiharın) ətraflı təhlili E.Dürkhcym tərəfindən verilmişdir.
Sosioloq-alim statistikanın məlumatlarına arxalanaraq, cəmiyyətin səadət
tərəqqisini kəmiyyətcə dəyişdirməyə soy göstərmişdir. Fransız sosioloqu
qeyd edirdi ki, özünüöldürmə iztirabların nəticəsidir. İztirab və xoşbəxtlik
bir-birinin inkarı olan və proporsional şəkildə təzahür edən vəziyyətdir.
Floyatdan könüllü olaraq nə qədər çox insan gedirsə, cəmiyyətdə iztirab
lar da bir o qədər çox olur. Deməli, bu həm də xoşbəxtliyin azlığıdır.
337
Dostları ilə paylaş: |