R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə84/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   80   81   82   83   84   85   86   87   ...   131

niyetməlik  yaşına  yaxınlaşdıqca  valideynlərin  və  müəllimlərin  təsiri  də 
tədricən  zəifləməyə  başlayır.  Belə  ki,  yeniyetmə  bu  dövrdə  artıq  öz 
həmyaşıdlarının küllü təsirini hiss  etməyə başlayır və o,  əksər hallarda öz 
həmyaşıdlarına  bənzəməyə  çalışır.  Həmyaşıdların  əhatəsi,  güclü  təsiri 
bəzən  yeniyetməyə  öz  uğursuzluqlarını  unutmağa  kömək  edir,  Hətta  o, 
valideynlər  tərəfindən  diqqəti  də  nəzərə  almır.  Ona  görə  də  pis  ailə 
mühitindən  çıxan  yeniyetmələr  öz  həmyaşıdlarının  əhatəsində  daha  çox 
olmağa xüsusi üstünlük verirlər.  Fərd məhz öz həmyaşıdlarının mühitində 
münaqişəli  situasiyaların  həllini  tapmağı  öyrənir.  Ford  məhz  öz  həm­
yaşıdları  arasında ya lider olur,  ya ortabab,  ya da autsayder sayılır.  Başqa 
sözlə o, mənsub olduğu yaş qrupunda öz yerini tapmağa cəhd göstərir.
Müəyyən  yaş  qrupunda  mövcud  olan  münasibətlər  də  uşağa  özünü 
daha  yaxşı  tanımağa,  öz  qabiliyyətinə  bələd  olmağa,  öz  şəxsiyyətinin 
güclü  və  zəif cəhətlərini  bilməyə  imkan  verir.  Həmyaşıdlar  qrupu  erkən 
uşaqlıq  dövründə  əldə  olunmuş  ailə  dəyər  təsəvvürlərini  korrektə  edir. 
Qrup,  bir qayda olaraq,  insana onun öz nəslinin dəyərlərini öyrədir və ey­
ni zamanda da «oğullar və atalar miinaqişosi»ni  doğurmaqla valideynlərlə 
uşaqlar arasında qarşıdurma yaradır.  Həmyaşıdlar qrupu  üzvlərinin  sosial 
vəziyyətindoki  fərqləri  müşahidə  edən  uşaq  özünün  şəxsi  sosial  vəziy­
yətini öyrənir.
Sosiallaşmanın  agentləri  içərisində  kütləvi  informasiya  vasitələ­
rinin  və  ilk  növbədə  televiziyanın  da  adını  çəkmək  lazımdır.  Kütləvi 
informasiya vasitələrinin  əhalinin bütün qruplarına  və xüsusilə də uşaqla­
ra  və  yeniyetmələrə  təsiri  son  dərəcə  böyükdür.  Çoxsaylı  filmlər  və 
xüsusən  do  seriallar  uşaqlarda  və  yeniyetmələrdə  davranış  stereotiplərini 
çox  fəallıqla  formalaşdırır.  Belə  ki,  uşaqlar  və  yeniyetmələr  həmin  ste­
reotipləri  nə  ailədə,  nə  də  həmyaşıdlarının  əhatəsində  görə  bilmirlər.  Bu 
ilk  növbədə  dəbdəbəli  və  varlı,  toy-bayramlı  «közəl  həyat»  səhnələrinə 
aiddir.  Bununla yanaşı,  bəzən zorakılıq səhnələri do uşaq və yeniyetmələr 
də  az  reaksiyaya  səbəb  olmur.  Televiziyalarda  döyüş  filmlərinin  tez-tez 
nümayiş etdirilməsi və bundan əvvəl belə filmlərin xüsusi cəlbedici kadr­
larının  dəfələrlə  reklam  olunması  yeniyetmələrdə  böyük  həvəs  oyadır və 
onlar həmin filmlərin nümayişini  səbirsizliklə gözləyirlər.
Sənaye  cəhətdən  inkişaf  etmiş  müasir  cəmiyyətlərdə  iş  (əmək) 
sosiallaşmanın  mühüm amillərindən  biri qismində çıxış edir.  Fərdin yaşlı 
insanlar  aləminə  sosial  inteqrasiyasını  məhz  iş  təmin  edir.  Lakin  əməyin 
ideologiyasının  formalaşması  çox  qədimlərə  aiddir.  Bu,  xeyli  dərəcədə
324
valideynlərin  peşəsi  ilə  şərtləşir.  Məsələn,  hüquqşünasın  oğlu  və  ya  qızı 
mühəndisin  oğlu  və  ya  qızı  ilə  müqayisədə  sosial  münasibətlər  aləminə 
tamam  başqa  nəzərlərlə  baxır.  Bundan  başqa,  bir  çox  insanlar  hələ 
uşaqlıqdan  əmək  münasibətləri  aləminə  qoşularaq  pul  qazanmağa  baş­
layır.  Özünü  erkən  yaşlardan  belə  əməyə  alışdıran  insanlar  sənəti  və  ya 
peşəni  öz  həyatının  mənası  hesab  edir,  əsil  yaşamağın  mənasını  və 
dəyərini işləməkdə və yaşamaq üçün pul qazanmaqda görür.
Peşə  bir  çox  insanlar  üçün  özüniicyniləşdirmənin  başlıca  vasitəsidir. 
Danılmaz  həqiqətdir  ki,  iş  insana  öz  yerini  tapmaqda  və  sosial  sistemdə 
öz  mövqeyini  müəyyən  ötməkdə  kömək  edir.  Faydalı  əmək  insanı  bər­
kidir və onu dözümlü  edir.  «İş  insanın  cövhəridir»,  «işləməyən dişləməz» 
və s. bu kimi cl  məsəlləri bu giin də dillər əzbəridir.
Ford  məhz  əmək  vasitəsilə  işveronlərlə  və  həmkarları  ilə  ünsiyyət 
təcrübəsi qazanır. Faydalı əməkdə və həmkarların əhatəsində tədricən püxtə­
ləşmə adətə,  fərdin  bütün gələcək  həyat yolunu müəyyən  edir.  İş  prosesində 
müəyyən  əmək  fəaliyyətinin  yerinə  yetirilməsi  məqsədilə  qəbul  olunmuş 
qaydalar və  dəyərlərlə  tanışlıq  fərd  üçün  həyati  vərdişə  çevrilir.  Ford  məhz 
əməyin  sayəsində  sosial  cəhətdən  əhəmiyyətli  bir  varlıq  kimi  yüksəlir, 
ictimai  faydalı iş onda özünə inamı artırır və daha da gücləndirir.
Sosiallaşmanın  on  mühüm  nəticələrindən  biri  fərd  üzərində  sosial 
nəzarətin  müəyyən  edilməsidir.  Fərdin  davranışının  tənzimlənməsi  onun 
inteqrasiya  olunduğu  qrupa  tabe  olmasına  yardım  göstərir.  Belə  tabelik 
qrup  tərəfindən  düşünülmüş  şəkildə  formalaşdırılmış  davranış  normala­
rında, göstərişlərdə  və  tələblərdə  ifadə olunur.  Bu prosesdə  sosial-nəzarəti 
həmin norma  və göstərişlərə düzgün  əməl  olunması tələb edir.
Siyasi  və  hüquqi  tərbiyə  fərdin  sosiallaşması  sisteminin  mühüm 
ayrılmaz tərkib hissəsidir.  Hüquqi tərbiyə  məqsədyönlü hüquqi  təbliğatın, 
hüquqi  maarifləndirmənin  və  təhsilin  aparılması  yolu  ilə  həyata keçirilir. 
Şəxsiyyətin  inkişaf səviyyəsi,  o  cümlədən  hüquq  mədəniyyəti  səviyyəsi 
hüquqi tərbiyənin  keyfiyyətindən xeyli asılıdır.  Şübhəsiz ki, hüquqi  bilik­
lərin  qavranılması  üçün  şəxsi  səylər,  yəni  özünütərbiyo  də  zəruridir. 
Elmdə  uzun  müddət  hüquqi  tərbiyə  haqqında  belə  bir  təsəvvür  mövcud 
idi ki, hüquqi  tərbiyəyə hüquqi biliklərin  qazanılması  prosesində nail  olu­
nur.  Hüquq  haqqında  biliklərin  çoxluğu  guya  hüquqi  tərbiyənin  başlıca 
amilidir.  Belə  yanaşmanın  çatışmazlığı  və  qüsuru  ondan  ibarətdir  ki, 
burada  ümumi  mədəniyyətin  və  hüquq  mədəniyyətinin  formalaşmasına 
lazımi diqqət yetirilmir.
325


Hüquq  mədəniyyəti  vətəndaşların  siyasi  və  hüquqi  şüurunun  inki­
şafına  yönəldilmişdir.  O,  insana  dərhal  aşağıdakı  bir  neçə  istiqamətdə 
təsir göstərir.
Birincisi,  hüquq mədəniyyəti  forddə müəyyən  sosial rolları oynamaq 
qabiliyyətini  formalaşdıraraq,  onun  sosiallaşmasına,  cəmiyyətdə  qəbul 
olunmuş davranış nümunələrinə uyğunlaşmasına yardım göstərir.
İkincisi,  hüquq  mədəniyyəti  sayəsində  təzahür  edən  sosiallaşma 
insanı  bir  şəxsiyyət  kimi  formalaşdırır  və  onu  cəmiyyətdəki  real  həyata 
uyğunlaşdırır.
Üçüncüsü,  hüquq  mədəniyyəti  fərd  tərəfindən  dəyərlərin  müəyyən 
sisteminin müəyyənləşdirilməsinə təsir göstərir.
Dördüncüsü, hüquq mədəniyyətinin təsirinin  istiqaməti hüquqi dav­
ranış  vərdişləri  və stereotiplərinin  işlənib hazırlanmasında təzahür edir.
Artıq  qeyd  edildiyi  kimi,  hüquqi  sosiallaşma  şəxsiyyətin  normativ, 
hüquqauyğun  davranış  standartlarını  qavrama  prosesidir.  Hüquqi  sosial­
laşma  ümumi  sosiallaşmanm  nüvəsində həyata keçirilsə  də,  o  öz spesifik 
xüsusiyyətlərinə malikdir.  Belə ki,  hüquqi  sosiallaşma tarixən şərtləşdiril- 
miş  xarakterə  malikdir.  Məlum  olduğu  kimi,  hər  bir  konkret  cəmiyyətə 
özünün  dövlət  quruluşu  tipi,  hüquq  haqqında  öz  təsəvvürləri,  fərdlərin 
cəmiyyət  işlərində  iştirakının  özünəməxsus  qayda  və üsulları  (metodları) 
xasdır.  Hüquqi  sosiallaşma  fərd  tərəfindən  həmin  cəmiyyətdə  sosial 
mövcud olmanın bu norma qaydalarının qavranılmasından ibarətdir.
Hüquqi sosiallaşmanm aşağıdakı üç növünü fərqləndirmək olar:
1)  öyrətmək vasitəsilə  sosiallaşma;
2) təcrübənin verilməsi yolu ilə  sosiallaşma;
3) rəmzi sosiallaşma.
Öyrətmə  vasitəsilə  hüquqi  sosiallaşma  dedikdə,  elementar  hüquqi 
biliklərin  əldə  olunması  və  müvafiq  hüquq  normalarının  qavranılması 
(mənimsənilməsi) başa düşülür.
Təcrübənin  verilməsi  yolu  ilə  hüquqi  sosiallaşma  fərdin  öz  səhv­
lərini  və  öz  təcrübəsindən  irəli  gələn  hadisələri,  habelə  onu  əhatə  edən 
insanların həyat təcrübəsini  sərf-nəzər etməsi,  fikir süzgəcindən keçirməli 
nəticəsində baş verir.
Rəmzi  sosiallaşma  (hüquqi  sosiallaşma)  insanın  dövlət,  hüquq,  nor­
ma, ölkə, millət və s.  haqqında öz mücərrəd təsəvvürlərinə əsaslanır. Belə 
təsəvvürlər  hər  bir  ayrıca  fərddə  özünəməxsus  məzmun  və  məna  ça- 
larlarına malik ota bilər.
3 2 6
İndiki  nəslin  hüquqi  sosiallaşması  prosesini  həyata  keçirən  əsas 
institutlara  ailə,  vətəndaş  cəmiyyəti  və  dövlət  aiddir.  Bu  sosial  institutlar 
hüquqi  sosiallaşmanm pozitiv (müsbət)  formalarını  təşkil  edirlər.  Belə ki, 
həmin institutlar fərdin hüquqi sosiallaşmasının başlıca həlqələridir.
Hüquqi  sosiallaşmanm  pozitiv  formaları  ilə  yanaşı,  mənfi,  pis  və 
pozucu  formalar da mövcuddur.  Belə  formalar nəticəsində fərd  tərəfindən 
adətən  və  əsasən  mənfi  sosial  təcrübənin  qavranılması  baş  verir.  Son 
nəticədə  cəmiyyətə  (yaşlı  nəslin  sıralarına)  qanuna  itaətli olmayan  fərdlər 
və kriminal davranışa meylli  olan subyektlər daxil olurlar.
Sağlam  sosial  münasibətlərin  mövcud  olmadığı  ailələr,  qeyri-htiquqi 
dövlət  institutları  və  normal  mühitin  olmadığı  müəyyən  sosial  əhatə 
dairələri  hüquqi  sosiallaşmanm  xoşagəlməz  formalarının  mövcudluğunun 
əsas təqsirkarları hesab olunurlar.
3.  Deviant davranışın  ümumi səciyyəsi
Deviant  davranış  dedikdə,  hər  hansı  normadan  yayınmada  ifadə 
olunan  davranış  tərzi  başa  düşülür.  Dcviantlığın  (devinat  davranışın) 
məzmunu  haqqında  danışmaq  üçün  norma  və  onun  mahiyyəti  barəsində 
heç olmasa ümumi təsəvvürə malik olaq zəruridir.
Məlumdur ki,  norma  bir anlayış  kimi  müxtəlif elmlər  tərəfindən  nə­
zərdən  keçirilir.  Norma  anlayışına  hər bir  elmin  özünəməxsus  yanaşması 
mövcuddur.  Müasir  sosiologiyada  (o  cümlədən  hüquq  sosiologiyasında) 
norma anlayışı  mərkəzi  anlayışlardan biridir.
Sosiologiya  elmində  sosial  norma  dedikdə,  insanların,  sosial  qrup­
ların  və  sosial  təşkilatların  həmin  konkret  cəmiyyətdə  yol  verilən  (icazə 
verilən  və  ya  məcburi  olan)  davranışının,  fəaliyyətinin  tarixən  təşəkkül 
tapmış həddi, ölçüsü və interval]  başa düşülür.1
Normaların  formalaşması  subyekti  nöqteyi-nəzərindən  onları  rəsmi 
müəyyən edilən və faktiki təşəkkül  tapan normalara bölmək otar.
Rəsmi  müəyyən  edilən  normalar  dedikdə,  qanunverici  və ya  digər 
səlahiyyətli  şəxslər  tərəfindən  yaradılan  normalar  başa  düşülür.  Burada 
normayaratma  yuridik  qanunlar  külliyyatında,  inzibati  aktlarda,  vəzifə 
təlimatlarında, idarə,  müəssisə və təşkilatların daxili  qaydalarında,  ictimai 
təşkilatların nizamnamələrində və s.  təcəssüm olunur.
Гилинский  Я.И.  Социология  девиантного  поведения  как  специальная  социо­
логическая теория // Социалистическая  исследования,  1991, №  4,  с .74.
3 27


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə