R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə92/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   88   89   90   91   92   93   94   95   ...   131

özü  üçün  həyat  tərzi  seçmək  hüququna  malikdir.  Lakin  ədliyyə  belə 
mülahizələri  məqsədəuyğun  hesab  etməmişdir.  Şübhəsiz  ki,  bu  zaman 
«cinayət faktının bir fakt olaraq qalması»  əsas götürülmüşdür.
Bununla  belə,  məhz  həmin  tezis  yuxarıda  adı  çəkilən  nəzəriyyə  ilə 
oxşar  olan  digər  bir  nəzəriyyənin  əsasını  təşkil  edir,  həmin  nəzəriyyəyə 
uyğun  olaraq  narkotik  vasitələrin  istehlakı,  sərxoşluq,  intihar  -  bütün bu 
sosial  təhlükəli  əməllər  hər  bir  subyektin  sırf  şəxsi  işi,  onun  mənəvi 
hüququdur.  Əlbəttə  ki,  hər  bir  insanın  həyat  şəraiti  rəngarəng  və  mürək­
kəb,  hətta  faciəli  ola  bilər.  Bu  nöqteyi-nəzərdən  isə  hər  cür  hərəkəti 
binnonalı  qiymətləndirmək  düzgün  olmazdı.  Lakin  adları  çəkilən  kri­
minal  əməllərə  bütövlükdə  diqqət yetirilərsə,  onları  əxlaqi  cəhətdən  haqq 
qazandırılan  hərəkətlər  kimi  qiymətləndirmək  məntiqsiz  olardı,  çünki 
onların  hər biri  sosial bəladır.  Sərxoşluğa və ya narkomanlığa aludə  olan, 
həyatdan  könüllü  (intihar  edən)  gedən  şəxslər  son  həddə  həyatın  çətin­
likləri  ilə  mübarizədə  öz  passivliklorini  nümayiş  etdirirlər.  Onlar  nəinki 
özlərini,  həmçinin  də  öz  yaxınlarını  və  doğmalarını  iztirablara  düçar 
edirlər.
XIX  yüzilliyin  sonu  və  XX  yüzilliyin  əvvəllərində  bir  sıra  ölkələrin 
cinayət  qanunvericiliyi  ilə  sərxoşluq,  narkotik  vasitələrin  istehlakı,  həm 
do  hüquqi  sanksiyalar  nəzərdə  tutulurdu.  İntihar  hallarında  özünüöldü- 
rənlərin  vəsiyyətini  hüquqi  alçaqlı  hesab  etmək,  dəfn  mərasiminin  dini 
ayinlərlə  icrasını  qadağan  saymaq  və hətta  intihara  sui-qəsdin baş  tutma­
dığı  halda  həbsxana  cəzası  kimi  sanksiyalar  tətbiq  etmək  təcrübəsindən 
istifadə edilmişdir.
Müasir  dünyada  hər  bir  insanın  şəxsi  həyat  və  sağlamlıq  hüququ 
tanınır,  bu  məsələyə  hətta  sosial  baxışlar  da  dəyişmişdir.  Lakin  ictimai 
əxlaq  yenə  də  əksər  hallarda  öz  həyatını  şüurlu  surətdə  məhv  edənləri 
mənfi  qiymətləndirir.  Bu  da  tamamilə  düzgündür,  çünki  insan  həyatı  və 
sağlamlığı  ən  dəyərli  nemət,  sərvətdir.  Hətta  son  dərəcə  konkret  mü­
rəkkəb situasiyada həyat və sağlamlıq bütün  mümkün vasitələrlə müdafiə 
edilməlidir.
Sosial  yayınmaların  «kompcnsasiyacdici»  əhəmiyyəti  adı  ilə  adlan­
dırılan  nəzəriyyə  də  mövcuddur.  Bu  nəzəriyyənin  mahiyyəti  ondan  iba­
rətdir ki,  sosial  cəhətdən  yayınma kimi  qiymətləndirilən davranış özündə 
guya  müxtəlif səbəblərə  görə  qanuni  şəkildə  həyata  keçirilməyən  və  bu 
nöqteyi-nəzərdən  də  obyektiv  surətdə  mövcud  olan  ictimai  tələbatları 
tamamlayan  (kompensasiya  edən)  faydalı  fəaliyyəti  əvəz  edir.  Belə
3 54
mübahisəli  izah  vəziyyətində,  məsələn,  əvvəllər  mövcud  olmuş  və  bəzi 
ölkələrdə  indi  də  mövcud  olan  «qara  bazamın  ticarət  sistemindəki  ça­
tışmazlıqları  tamamladığını  inkar etmək çətindir.
Görmək  çətin  deyildir  ki,  burada  sosial  yayınmaların  səbəbləri, 
funksiyaları  və  nəticələri  əvəz  olunmuş,  yekun  nəticədə  isə  prinsip  eti­
barilə  onların  sosial  rolu  təhrif edilmişdir.  Həqiqətən  do  sosial  cəhətdən 
yayman  davranışın  bəzi  formaları  mövcud  çatışmazlıq  və  çətinliklər 
əhatəsində  pisləşirlər.  Bəs  belə  olan  halda  onlar  nəyi  və  kimi  kompen­
sasiya  edirlər?  Onlar  qanuna  əməl  edən  vətəndaşlara  ancaq  ziyan  vurur, 
faydanı  isə  işbazlar,  rüşvətxorlar  və  kazinoçular  götürürlər.  Nəticədə  ic­
timai  funksiyaların  kompensasiya  edilməsi  deyil,  onların  daha  da  zəiflə­
məsi baş verir.
Dünyanın  müxtəlif  regionlarında  hələ  də  rasizmə,  separatçılığa  və 
özgə ərazilərinə təcavüzctmo  istiqamətində millətçiliyə,  uşaqlarla  ticarətə, 
köləliyə  və  uşaq,  qadın  əməyinin  istismarına  haqq  qazandırılması  cəhd­
lərinə  təsadüf  olunur.  Təcavüzkarlıq  siyasəti  nəticəsində  işğal  olunmuş 
ərazilərdən  narkobiznes  məqsədilə  istifadə  edilməsi  hallarına  beynəlxalq 
birlik aşkar surətdə göz yumur.
Şübhəsiz  ki,  bu  problemin  həllinə  BMT  kimi  universal  bir təşkilatın 
göz yumması  aşkardır.  Bu beynəlxalq təşkilatın öz  funksional  vəzifələrini 
layiqincə  yerinə  yetirməməsi  onda  zəruri  islahatların  aparılmasını  labüd 
edir.  BMT-nin  qəbul  etdiyi  qətnamələrin  icra  olunmaması  (çünki  bu 
qətnamələrin  heç  biri  icra  mexanizminə  malik  deyildir)  bir  sıra  döv­
lətlərin  haqlı  narazılıqları  ilə  müşayiət  olunur.  Belə  təsəvvür  yaranır  ki, 
BMT  bir  təşkilat  kimi  beynəlxalq  hüquq  normalarına  uyğun  fəaliyyət 
göstərmək  və beynəlxalq  hüququn  hamılıqla  qəbul  olunmuş  prinsiplərinə 
əməl  etmək  iqtidarında  deyildir.  Bu  zaman  təbii  sual  meydana  çıxır: 
göstərilən  vəziyyətdə  belə  bir  beynəlxalq  təşkilatın  mövcudluğuna  ehti­
yac  varmı? Cavab müsbət və mənfi  ola  bilər.  Əgər ehtiyac  varsa,  o  halda 
bəs nə üçün dünya birliyi bu təşkilatda islahatlar aparılmasını  tələb etmir? 
Əgər  ehtiyac  yoxdursa,  deməli,  onu  dünya  dövlətləri  üçün  faydalı 
beynəlxalq  təşkilat  hesab  etmək  heç  bir  məntiqə  sığmır.  Bir  daha  qeyd 
etmək zəruridir  ki,  BMT-nin  hazırkı  fəaliyyəti  müasir sivil  cəmiyyətlərin 
elementar normalarının  kobudcasına pozulmasına şərait yaradır.
Azərbaycan  Respublikasında  cinayətkarlığın  və  digər  hüquq  pozun­
tularının,  eləcə  də  müxtəlif  mənfi  sosial  hadisələrin  vurduğu  zərərin 
qiymətləndirilməsi  qanunvericilikdə  ifadə  olunan  rəsmi  dövlət  qiymət-
355


bndirməsinə  bu  və ya  digər  doıocədo  uyğundur.  Məsələn,  qətl,  zorlama, 
qəsdən  sağlamlığa  ağır  zərər  vurma,  soyğunçuluq,  quldurluq,  xuliqanlıq 
kimi  böyük  sosial  təhlükəli  cinayətkar  əməllərə,  yaxud  uşaq  oğurluğu, 
qadm  əməyinin  istismarı  və  s.  bu  kimi  kriminal  hadisələrə  dövlət  tərə­
findən  verilən  qiymətlə  vətəndaşların  təzahür  edən  barışmaz  reaksiyası 
arasında  elə  bir  köklü  fərqlər  müşahidə  olunmur.  Bir  sıra  fərqlər,  törə­
dilmiş  böyük  sosial  təhlükəli  kriminal  əməllərə  görə  vətəndaşların 
gözlədiklərindən daha yüngül cəzaların təyin edilməsilə bağlı  məsələlərdə 
nəzərə  çarpır.  Məsələn,  rüşvətxorluq,  korrupsiya  haqqında  söhbətlərin 
hələ  də  səngimədiyinə,  məhkəmə  orqanlarının  vətəndaşların  taleyinə  la­
qeyd  münasibət  göstərilməsinə  dair  kütləvi  informasiya  vasitələrində 
müntəzəm  olaraq  məlumatların  verilməsinə  baxmayaraq,  belə  şərait 
cəzalandırma  sisteminin  nisbi  zəifliyi  ictimaiyyəti  qane  etmir.  Vətən­
daşların  haqlı  narazılığına  səbəb  olan  hallardan  biri  do  məhkəmə  qə­
rarlarının vaxtında  icra olunmamasıdır.
Bununla  yanaşı,  vətəndaşların  vo  xüsusən  do  gənclərin  mənəvi,  hü­
quqi  şüurunun  inkişaf etdirilməsi,  mənfi  sosial davranışların  vurduğu real 
zərərin  əhalinin  diqqətinə çatdırılması, belə  zərərə qarşı dözülməzliyin və 
barışmazlığm  tərbiyə  edilməsi,  özünün  vo  cəmiyyətin  digər  üzvlərinin 
davranışına  məsuliyyətlə  yanaşma  hisslərinin  artırılması  zərurəti  həmişə 
diqqət  mərkəzində  olmalıdır.  Ancaq  belə  yanaşma  geniş  əhali  kütləsini 
cəmiyyət əleyhinə mənfi hallarla mübarizəyə səfərbər etmək, bunun üçün 
zəruri  olan  dövlət  tədbirlərini  və  sosial  tədbirləri  vaxtında  və  səmərəli 
həyata keçirmək imkanı yaradır.
3 56
DOQQUZUNCU  FƏSİL
SOSİAL NƏZARƏT
1.  Sosial nəzarət anlayışı
Cəmiyyətdə mövcud olan  və  fəaliyyət göstərən institutların möhkəm­
ləndirilməsində  sosial  nəzarət  mexanizmi  mühüm  rol  oynayır.  Sosial 
nəzarəti  cəmiyyət  institutlarının  mərkəzi  əsəb  sisteminə  bənzətmək  olar. 
Eyni  elementlər,  o  cümlədən  insanların  davranışında  təsbit  edilmiş  vo 
standartlaşdırılmış  davranış  qaydaları  və  normaları  sistemi  məhz  sosial 
instituta və sosial nəzarətə daxildir.
«Sosial  nəzarət»  sosiologiyada  hamılıqla  qəbul  olunan  mühüm 
anlayışlardan biridir. Özüntin qeyri-itaətkar üzvlərini  cilovlamaq üçün hər 
bir  sivilizasiyalı  cəmiyyət  onun  tətbiqinin  on  müxtəlif  vasitələrindən 
istifadə  edir.  Heç  bir  cəmiyyət  sosial  nəzarətsiz  ötüşə  bilməz.  Hətta 
adamların  təsadüfən  bir  araya  gəlmiş  kiçik  bir  qrupuna  öz  nəzarət  me­
xanizmlərini  işləyib hazırlamaq  lazım gəlir1.
Cəmiyyətdə  mövcud  olan  sosial  institutlarında  sosial  nəzarətin 
alətləri  qismində  çıxış  etmələri  təsadüfi  deyildir.  Çünki  institutların 
cəmiyyəti  normativ  tənzimləməsi  cəmiyyət  üzvlərinin  tabeliyini  (qanun­
lara)  və  intizaınlı  olmalarım  stimullaşdırır.  Məhz  buna  görə  də  institut 
davranış normaları  və nümunələrinin məcmusu kimi başa düşülür.
Sosial  nəzarət  mürəkkəb,  birmənalı  izah edilməyən ictimai hadisədir. 
Təsadüfi  deyildir  ki,  fəlsəfi-sosioloji  fikir  tarixində bu  problemə  müxtəlif 
cür yanaşılmışdır.  Bütün  görkəmli  sosioloqlar  bu  problemin  araşdırılma­
sına öz töhfəsini  verməyə səy göstərmiş,  maraqlı  mülahizələr söyləmişlər. 
Sosial  nəzarət  cəmiyyətin  fəaliyyətində,  inkişafında  mühüm  əhəmiyyət 
kəsb  edir,  insanın,  sosial  qrupların  davranışı,  həyat  tərzi  ilə  əlaqədar  ən 
müxtəlif prosesləri əhatə cdir.“
«Sosial  nəzarət»  anlayışından  konseptual  şəkildə  istifadə  etmək 
təşəbbüsü  fransız  sosioloqu  və  kriminoloqu  Qabricl  Tarda  (1843-1904) 
məxsusdur.  Q.Tard  sosial  nəzarəti  cinayətkarın  normal,  sağlam  mülki 
həyata qayıtmasının əsas  vasitəsi hesab etmişdir.
1  Vahidov  F.Q.,  A ğayev T.B.  Cost,  kitab,  s. 192.
3 5 7


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə