R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə93/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   89   90   91   92   93   94   95   96   ...   131

Sonralar  Qərbi  Avropanın  E.Ross,  R.Park,  A.Lapyer  kimi  sosio­
loqları  sosial  nəzarət  konseptinin  müxtəlif aspektləri  üzərində  işləmiş  və 
tədqiqatlar aparmışlar.
Sosial  nəzarət  dedikdə,  normativ  tənzimetmənin  praktiki-mənəvi 
vasitələrinin  köməyilə  sivilizasiyalı  sistemi nizamlı,  dinamik-müvazinətli 
vəziyyətdə saxlamaq üsulu başa düşülür.
İctimai  qaydanın  və  onun  xüsusi  mexanizmlərinin  qorunması  üçün 
hakimiyyət  səlahiyyətlərindən  istifadə  olunur.  Bu  zaman  sosial normalar, 
sanksiyalar  tətbiq  edilir  və  hakimiyyət  anlayışı  ön  plana  çəkilir.  Başqa 
sözlə,  cəmiyyət  üzvlərinin  fəaliyyətinə  dövlət  və  cəmiyyətin  özü 
tərəfindən nəzarət həyata keçirilir.
Fordlərin  və  bütövlükdə  cəmiyyətin  həyatına,  fəaliyyətinə  dövlət  və 
cəmiyyət  tərəfindən  nəzarətin  sosial  mexanikası  həyati  məqsədlərin 
reyestrlərinin  təkliflər  praktikası  və  həmin  məqsədlərə  nail  olunması 
vasitələrinin  köməyilə  həyata  keçirilir.  Sosial  davranışın  məqsədli  tən­
zimlənməsi  incə  və  zərif  xarakter  daşıyır,  eləcə  də  dəyər  yönümlorinin 
seçilməsində  sərbəst  və  azad  iradənin  maksimum  fəal  iştirakım  nəzərdə 
tutur.
İmkanların  gcnişliyinə  baxmayaraq,  azadlıq  vasitələrinin  seçimi  sfe­
rasında müəyyən normativ  məhdudiyyətlərin mövcudluğu da istisna olun­
mur.  Adətlərin,  ənənələrin,  dini  normaların,  əxlaq  normalarının,  hüquq 
normalarının  köməyilə  cəmiyyət  və  dövlət  qarşıda  duran  məqsədlər nail 
olmaq  üçün  insanların  istifadə  etdikləri  vasitələr sferasına nəzarəti  həyata 
keçirir.
Hüquq  sahəsində  sosial  nəzarətin  həyata  keçirilməsinə  hüquq- 
mühafizə  orqanlarının  fəaliyyəti  kömək  edir.  Məlumdur  ki,  hüquq- 
mühafizə  orqanlarının  fəaliyyəti  hüquq  normalarının  və  qanunların 
gündəlik  həyatda  realizə  olunmasına,  dövlətlə  şəxsiyyət  arasında  sivil 
münasibətlərin  təşkilinə  və  yaranmış  mübahisə  və  münaqişələrin  ədalət 
mühakiməsi  orqanlarının  bilavasitə  iştirakı  ilə  həllinə  istiqamətləndiril­
mişdir.
Hüquq sahəsində  sosial nəzarət hüququn tətbiq edilməsinin aşağıdakı 
iki əsas formasında çıxış edir:
1)  əməliyyat-icra  forması.  Bu,  dövlətin  səlahiyyətli  orqanlarının 
hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam olunması yolu 
ilə hüquqi göstərişlərin realizəsi üzrə fəaliyyətindən ibarətdir;
2)  hüquq-mühafizə  forması  -   dövlətin  səlahiyyətli  orqanlarının  hü­
3 5 8
quq qaydasının  və qanunçuluğunun qorunması  və  hüquq pozuntularından 
müdafiəsi üzrə fəaliyyətidir.
Beləliklə,  sosial  nəzarət  insanların  davranışının  təmin edilməsinə yö­
nələn normaların,  institutların və münasibətlərin  məcmusundan ibarətdir.
Sosial  nəzarət  cəmiyyətə  münasibətdə  aşağıdakı  iki  əsas  funksiyanı 
yerinə yetirir:
a) mühafizəcdici  funksiya;
b) səbitləşdirici  funksiya.
Mühafizəcdici  funksiya  dedikdə,  sivilizasiyalı  cəmiyyətdə  mövcud 
olan  dəyərlərin  və  şəxsiyyətin  varlığı  üçün  zəruri  olan  nemətlərin 
mühafizəsinə  yönəldilən  sosial  nəzarətin  təsirinin  əsas  istiqamətləri  başa 
düşülür.
Sabitləşdirici  funksiya  cəmiyyətdə  mövcud  olan  ictimai  münasi­
bətlərin möhkəmləndirilməsində  ifadə olunur,
Sosial  nəzarətin  hər  iki  funksiyası  bir-biri  ilə  sıx  bağlıdır,  bir-birini 
qarşılıqlı  surətdə  tamamlayır.  Bu əlaqəni  aydın  təsəvvür etmək  üçün  belə 
bir  sadə  misala  müraciət  edək.  Cəmiyyətdə  sosial  nəzarət  sistemi  vətən­
daşların  hüquqlarının  reallaşmasını  təmin  edirsə,  deməli,  onların  hüquq­
ları  qoıunur,  mühafizə edilir.  Hüquqların  qorunması  isə cəmiyyətin  sabit­
liyini  təmin  edən  çox  müluim  amillərdən  biridir.  Sabitlik  möhkəmlən­
dikcə,  hüquqlar  daha  da  dolğunlaşmaq,  real  məzmun  kəsb  etmək  imkanı 
qazanır.1
Hər  bir  sivilizasiyalı  cəmiyyətdə  fərdləriıı,  sosial  qrupların  və  bir­
liklərin  həyat  və  güzəranını  layiqincə  təşkil  edə  bilən  səmərəli  vasitələr 
fəaliyyət  göstərir.  Onları  bəzən  cəmiyyətin  səmərəli  təşkiledici  aləti  də 
adlandırırlar.  Sosial  nəzarət  də  məhz  belə,  özü  də  ən  səmərəli  alətlərdən 
biri  hesab  olunur.  Məhz  bu  ən  səmərəli  alətin  köməyilə  cəmiyyətin  qüd­
rətli  və  rəşadətli  institutları  sadə  insanların  həyat  və  fəaliyyətini  təşkil 
edirlər.
Sosial nəzarətin  alətləri, yaxud metodları, hər şeydən əvvəl, özlərinin 
müxtəliflikləri  ilə  diqqəti  cəlb  edirlər.  Onlar  istifadə  olunduqları  situasi­
yadan,  konkret  sosial  qrupun  xarakteri  və  məqsədlərindən  asılıdırlar. 
Onlar  münasibətlərin  təkbətək  aydınlaşdırılmasmdan  psixoloji  təzyiqə, 
fiziki  zorakılığa  və  iqtisadi  məcburiyyətədək  uzanıb  istiqamət  alırlar.  Bu 
prosesdə  sosial  nəzarət  mexanizmlərinin  arzu  olunmayan  şəxsi  kənar-
1 Vahidov F.Q., A ğayev T.B.  Göst.kitab,  s. 192.
359


laşdırması  vo  qalanlarının  loyallılığı  stimullaşdırması  vacib  olmur. 
«Təcrid  ctmə»yə,  hər  şeydən  əvvəl,  fərdin  özü deyil,  onun digər şəxslərə 
münasibətdə  hərəkətləri  və  söyləmələri  məruz  qalır.  Yəni  sosial  nəzarət 
mexanizmləri  fərdi  deyil,  onun  törətdiyi  xətaları  və  işlətdiyi  ifadələri 
qınaq obyektinə çevirir,  fərd özü  isə sanki  bütün bunlardan kənarda qalır.
Sosial  nəzarət  özündə  sosial  normalar,  sosial  göstərişlər  və  sank­
siyalar  kimi  anlayışları  ehtiva  edir.  Sosial  normalar  və  sosial  göstərişlər 
barəsində  əsərin  əvvəlki  fəsillərində  kifayət  qədər  məlumat  verildiyinə 
görə yalnız sanksiyalar üzərində dayanmağı  məqsədəuyğun hesab edirik.
Artıq  hamılıqla  qəbul  olunmuşdur  ki,  hüquq  heç  də  həmişə  mövcud 
olmamışdır.  O,  bəşəriyyətin  sivilizasiya  yolu  ilə  uzun  və  çətin  gedişinin 
nəticəsidir.  Hüququn konkret  olaraq  hansı  yüzillik və ya minllikdə əmələ 
gəldiyini  söyləmək  çox  çətindir.  Elmə  məlumdur  ki,  ibtidai  cəmiyyətdə 
hüquq  olmamışdır.  İbtidai  insanlar  vərdiş  etdikləri  adətlər  və  ənənələr 
əsasında  yaşamışlar.  Adətlərə  vərdişlər  əsasında  əməl  olunurdu.  Ənə­
nələrə  isə  ibtidai  insanlar  ictimai  məcburiyyət  sayəsində  əməl  edirdilər, 
Adətlər  və  ənənələr  sirli  ayinlər,  rituallar  vo  sohnəloşdirilmiş  tamaşalarla 
əhatə  olunmuşdu.  İbtidai  cəmiyyətdə  mövcud  olmuş  qaydalar  yazılı 
olmamışdır  və  şifahi  formada  nəsildon-nəslo  ötürülürdü.  Sonrakı 
dövrlərdə onların  bir qismi  sənədlərdə öz yazılı  əksini  tapmışdır. Deməli, 
sanksiya adlandırılan cəzalandırma vasitəsi  də olmamışdır.
İnsan  davranışında  hüququn  proobrazı  qadağanlar (tabu)  olmuşdur. 
Məsələn,  çoxaldılması  zəruri  olan  heyvanların  ovlanması,  yaxud qohum­
larla  çin-si  əlaqədə  olma,  dini  ayinləri  icra etməmə  və ya onların  icrasını 
pozma  və  s.  yasaq  edilmişdir.  Bununla belə,  insanların  həyatı  reqlament- 
ləşdirilmişdir.  Tədricən  dövlətin  və  hüququn  formalaşması  prosesində 
həmin  qaydalar  dövlətin  qüvvəsi  ilə  sanksiyalaşdırılmışdır.  Dövrümü- 
zədək  gəlib  çatan  ən  qədim  qanunlar Mesopotamiya qanunları  olmuşdur. 
Bu  qanunların  müəllifləri  c.ə.  yaşamış  Şumer  hökmdarları  olmuşdur. 
Onlar bazar qiymətlərini  məhz həmin  qanunların köməyilə tənzimləməyə 
səylər göstərmişlər.
Qanunlar  insanlar  arasında  ictimai  razılaşmanın,  sazişin  mühüm 
aləti  olmuşdur.  Hüquq  insanların  davranış  qaydaları  haqqında  müqa­
viləni təşkil etmişdir.  Qaydaların bir qismini insanın vəzifəsini (başqa cür 
deyil,  məhz  belə  hərəkət  etməli),  digər  qismi  isə  onun  hüququnu  (başqa 
cür  deyil,  belə  hərəkət  et)  təşkil  edirdi.  Vəzifə  hərəkət  sərbəstliyini
3 6 0
məhdudlaşdırır,  hüquq  isə  bu  sərbəstliyi  genişləndirirdi.  Özündə  azadlığı 
təcəssüm etdirən hüquq yalnız yeni  dövrün nailiyyətidir.
Beləliklə,  sanksiyalar  dedikdə,  təkcə  cəzalar  deyil,  həm  do  sosial 
normalara  əməl  olunmasına  kömək  edən  hovəslondinuəlor  başa  düşülür. 
Dəyərlərlə  yanaşı  onlar  insanların  normaları  yerinə yetirməyə  soy  göstər­
mələrinə  məsuldurlar.  Normalar  iki  tərəfdən  -   dəyərlər  vo  sanksiyalar 
tərəfindən müdafiə olunurlar.
Sosial  sanksiyalar  -  bu,  normaların  yerinə yetirilməsinə,  yəni  kon- 
formizmə,  onunla  razılığı,  cəzaya  və  ondan  yayınmaya  görə,  yəni  dc- 
viantlığa 
görə  mükafatlandırmanın  müfəssəl  sistemidir.  Konformizm 
hamılıqla  qəbul  olunmuş  qaydalarla  zahiri  razılaşmaqdan  ibarətdir.  Elə 
buna  görə  do  fərd  onunla  narazılığını  öz  daxilində  qoruya  bilər.  Mahiy­
yətinə  görə,  sosial  nəzarətin  məqsədlərindən  biri  konformizmə  nail 
olmaqdan  ibarətdir.
Sosial  sanksiyaların  aşağıdakı  4 tipi  fərqləndirilir:
a) pozitiv sanksiyalar;
b) neqativ sanksiyalar;
c) formal  sanksiyalar;
d) qeyri-formal sanksiyalar.
Formal  pozitiv  sanksiya  (Fəl)  dedikdə,  rəsmi  təşkilatlar  (hökumət, 
müəssisələr,  yaradıcılıq  ittifaqı)  tərəfindən  açıq  bəyənilmə  başa  düşülür. 
Bu,  hökumət  təltiflərində,  dövlət  mükafatlarının  və  təqaüdlərinin,  titul­
ların,  alimlik  dərəcələri  və  rütbələrinin  verilməsində,  abidələr  qoyul­
masında, fəxri  fərmanların verilməsində vo s.  ifadə olunur.
Qeyri-formal pozitiv sanksiya (Q  +)  -  bu, rəsmi  təşkilatlardan  gəl­
məyən  açıq  bəyənmədir.  Dostluq  tərifləri,  xoş  sözlər,  susmaqla  etiraf 
etmə,  alqışlar,  şərəf,  şöhrət,  liderlik  və  ya  ekspcrtlik  keyfiyyətlərini  tərif­
ləmə, təbəssüm ifadə etmə və s.  belə sanksiyalara aiddir.
Formal  neqativ  sanksiya  (F  -   )  dedikdə,  hüquqi  qanunlarla,  höku­
mət  fərmanları  ilə,  inzibati  təlimatlarla,  göstəriş  və  sərəncamlarla nəzərdə 
tutulan  cəzalar başa düşülür.  Mülki  hüquqlardan  məhrum  etmə,  həbsxana 
cəzası,  həbs  etmə,  işdən  və  ya  vəzifədən  çıxarma,  çərimə,  əmlak 
müsadirəsi, vəzifəni aşağı  salma,  ölüm  cəzası  vo s.  belə sanksiyalar hesab 
olunur.
Qeyri-formal  neqativ  sanksiya  (Q  - )   -   bu,  rəsmi  instansiyalarla 
nəzərdə  tutulmayan  cəzalardır.  Məzəmmət,  irad tutulması,  rişxənd,  xoşa­
gəlməz  zarafat,  mənfi  ləqəb,  etinasızlıq,  əl  verməkdən  və  ya  münasi­
361


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə