R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə101/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   97   98   99   100   101   102   103   104   ...   131

fəli  şəxsi  üst-iisto  düşmosi  onu  göstərir  ki,  faktiki  cinayətlər,  hər  şeydən 
əvvəl,  vəzifəli  şəxslərlə  icraçılar  (yaxud  vəzifəli  şəxslər)  arasında  qeyri- 
formal  münasibətlər  əsasında  da  yarana  bilərlər.  Məhz  qeyri-formal  mü­
nasibətlər  belə  fərdlərə  yeni  funksiyalar,  xassələr  verir,  bununla  da 
onların «xüsusi sosiallığını»  formalaşdırır.
Rəhbər-dominatların  «xüsusi  sosiallığı»  özü  haqqında  onların  aşa­
ğıdakı «faktiki cinayotlor»i törətdikləri zaman şəhadət verir:
a) anonim zorakılıq;
b) repressiya;
c) «kölgəli iqtisadiyyat»da zorakılıq;
d) adamların zorakılıqla köçürülməsi.
Adları  çəkilən  qruplardan  bəzisinin  daha  ətraflı  xarakteristikasını 
verək.  Əgər  hakim,  prokuror  və  ya  müstəntiq  öz  mülahizəsinə  görə 
himayəçiləri olan cinayətkarları məsuliyyətdən azad edirsə, yaxud onların 
məsuliyyətini  (cəzasını)  yüngülləşdirirsə,  deməli  o,  anonim  zorakılıq 
törətmiş  olur.  Məcmu  cinayətkar  nəticə,  o  cümlədən  hüquq-mühafizə 
orqanları  işçilərinin  belə  fəaliyyəti  zəhmətkeş  təbəqələrdən  olan  fərdlərin 
cinayətkarlıqla  əhatə  olunmasının  artması  ənənəsinin  sərtliklə  təsbit  edil­
məsidir.  Müxtəlif ölkələrdə  məhkum  olunanların  80  faizini  fəhlələr,  icra­
çılar  (cinayətlərin  icraçıları)  təşkil  edirlər.1  Deputatın  statusu  haqqında 
qanunla  manipulyasiyanın  bütün  hallarını  anonim  zorakılıq  faktlarına aid 
etmək  zəruridir,  çünki  deputat  öz  toxunulmazlıq  hüququndan  istifadə 
etməklə  həmişə  cinayət  məsuliyyətin  yaxa  qurtarmağa  cəhd  göstərir. 
Psixi  və  fiziki  zorakılıq  -   azadlıqdan  məhrumetmə  yerlərində  rəhbər- 
drminatlar  tərəfindən  tətbiq  edilən  işgəncələrin  qanunla  tənzim  edilmə­
diyi  hallarda da anonim zorakılıq  mövcud  olur.  Belə zorakılıqdan  orduda 
əsgərlərə qarşı da istifadə olunur.
Repressiyalar  da  «faktiki  cinayətlər»  kimi  izah  olunmalıdır.  Repres­
siya  konkret  şəxslərin  hərəkət  üsullarını  aşkar  edir.  Repressiyalar yüksək 
vəzifəli  rəhbərlərin  özbaşınalıqları  üçün  səciyyəvidir  və  bəzən  onların 
şəxsi hökmranlığının dövlətin niifuzu altında ört-basdır edilməsinin təsdiq
1  Лскмас  Ч.  Уровни  социального  предупреждения  преступности  //  Вопросы  борьбы 
с  преступностью.  Материалы  М еждународного  конгресса  криминологов.  14-15  мая 
1987,  с.88;  Беляев  С.С.  П реступность  в  США.  Анализ  уголовной  статистики 
//Государство и право,  1997, №   5.
3 9 0
olunması  metodlarından  birinə  xidmət  edir.  Xalqın  rəhbər olan  inamı  elə 
səviyyəyə qalxır ki, repressiyalar hətta xalqın  gözündə «xalqın rəhbəri»nə 
haqq  qazandırır,  cəzalandırılan  təqsirsiz  insanlar  isə,  əksinə,  xalq  düş­
məninə çevrilir.
Dövlət  hakimiyyəti  mərkəzləşdirilmiş,  rəsmiləşdirilmiş  və  mütəşək­
kil  zorakılıqdır.  Repressiyalarda  bu  dərəcədə  mərkəzləşdirilmiş  və 
mütəşəkkil  zorakılıq yoxdur və ola da bilməz.  Əksinə,  repressiv  zorakılıq 
həmişə  gizlədilir,  pərdə  arxasında  saxlanılır,  yurisprudensiyada  qüvvədə 
olan demokratik  məhkəmənin  himayəsindən  konarlaşdırılır və on  faciəlisi 
odur  ki,  repressiyalar  bəzən  hüquqşünas-peşəkarlar  deyil,  təsadüfi 
seçilmiş adamlar tərəfindən həyata keçirilir.
M.Şrcydcr  şəhadət  verirdi  ki,  İ.V.Stalin  öz  teleqramında  Mərkəzi 
Komitənin xüsusi  səlahiyyətli  şəxslərinin, vilayət icraiyyə komitə sədrlərinin 
vilayət partiya komitələrinin  birinci  katibi olan şəxslərin  -  məhkəmə orqan­
larından  və ədalət  mühakiməsindən  tamamilə  uzaq  olan  adamların  daxil  ol­
duğu  «xüsusi  üçlüklər»in  yaradılmasını  tələb  edirdi.  Məhz  bu  «xüsusi 
üçlüklər»  Stalinin  əmri  ilə məhkəməsiz və istintaqsız öz mülahizələrinə görə 
və özbaşına surətdə məhv  olunması  zəruri  olan  təqsirsiz  şəxslərin  kvotasım 
müəyyən  etmək  hüququna  malik  idilər.1  İnsanların  geniş  kütləsinə  isə  bu 
hərəkətlər  qanunçuluğun  və  hüquq  qaydasının  bütün  tələblərinə  əməl 
olunduğu ədalət kimi ötürülür, yaxud təlqin olunurdu.
«Faktiki  cinayətlər»  kimi  repressiyaların  aşağıdakı  ümumi  əla­
mətlərini  fərqləndirmək olar:
1)  qurbanların  təqsirsiz!iyi  (təqsirsizlik  prczumpsiyası  prinsipinin 
kobudcasına pozulması);
2)  yalan  xəbərçiliklər,  özbaşına-gizli  göstərişlər  əsasında  insanlara 
amansızcasına divan tutulması;
3)  demokratik  yolla  qəbul  olunmuş  qanunla  nəzərdə  tutulmayan 
xüsusi cəzavcrici  qrupların təşkil edilməsi;
4)  repressiya  edilmiş  məhbusların  saxlanması  üçün  xüsusi  rejimin 
yaradılması;
5)  repressiya  edilmiş  şəxslər  barəsində  fiziki  işgəncələrin,  divan 
tutmanın xüsusi amansızlığı;
6)  repressiya  edilməyə  namizəd  olan  şəxslər  kifayət  qədər  ytiksok
1  Ш рейдер  M.  Иваново,  1937  год:  из  записок  чскиста-опрсративника  //  Московские 
новости.  1988,  27  ноября.
391


vəzifədə  olan  fərdi  dövlət  rəhbəri  üçün  həmişə  açıq  və  ya  potensial 
təhlükə olur;
7) repressiyaya məruz qalmış şəxslərin reabilitasiyasının gizliliyi;1
8)  repressiya  edilmiş  şəxslərin  taleyini  ifadə  edən  sənədlərin 
gizlədilməsi (və ya olmaması);
9)  repressiyaların  təqsirkarlarının  hüquqi  cəhətdən  indifferentliliyi, 
yəni onlara haqq qazandırılması.
Rhtimal  ki, repressiyanı  faktiki  siyasi  cinayətlər kimi  tövsif etmək daha 
düzgün  olardı,  ona  görə  ki,  repressiyalar  hökmran  siyasi  ideologiyanın 
nüfuzu  arxasında  gizlədilir,  oıılara  praktiki  siyasətin  stereotipləri  vasitəsilə 
haqq  qazandırılır.  Bundan  başqa,  repressiyalar  əsasən  tanınmış  siyasi 
xadimlərin  subyektiv  özbaşınalığı  əsasında  həyata  keçirilir.  V.V.Luneyev 
haqlı  olaraq qeyd edir ki,  sanki onunla əlaqədar cinayət hesab olunmurlar ki
guya  siyasi  motivasiyalar  kriminallaşdırıla  bilməzlər.2  Repressiyalar motiv­
lərə  görə  deyil,  subyektlərinə,  nəticələrinə,  törədilməsi  üsullarına  və  hüquqi 
cəzadan  qaçmaq  imkanlarına  görə  faktiki  siyasi  cinayətlərdir.  Bu  zaman 
onları hüquqi siyasi cinayətlərlə səhv salmaq olmaz.
Faktiki  cinayətlərin  digər  növü  -   kölgəli  iqtisadiyyatda  zorakılıq 
haqqında  da  bir  neçə  söz  deməyi  məqsədəuyğun  sayırıq.  Kölgəli  iqti­
sadiyyat  dedikdə,  hər  şeydən  əvvəl,  tamah  cinayətləri  və  ilk  növbədə 
iqtisadi  cinayətlər  nəzərdə  tutulur.  Qanunla  qadağan  olunmuş  istehsalat 
fəaliyyəti  sahələrini,  formalarını  kölgəli  iqtisadiyyat  adlandırırlar.  Nəha­
yət,  kölgəli  iqtisadiyyat  saxta  iqtisadiyyatdır.  Belə  saxtakarlıq  rəqəmlərin 
şişirdilməsində,  hesabatların  təhrif  olunmasında,  müəyyən  edilmiş 
normalardan  yayınmalarda  və  zəhmətsiz  gəlir  əldə  etməyə  imkan  verən 
digər iqtisadi  fəaliyyət formalarında təzahür edir.3
Yuxanda  qeyd olunanlardan  aydın  olur ki,  həmin  mülahizələrdə bizi 
maraqlandıran  hadisənin  kriminal-hüquqi  izahı verilmişdir. Hüquq elmin­
də  mahiyyətinə  görə  belə  bir  yalan  stereotip  təsdiqlənmişdir  ki,  həmin
1  Лунсев  В.В.  Политическая  преступность  //  Государство  и  право,  1994,  № 7,  с.  109. 
-   M tiollif qeyd  edir  ki,  1992-ci  ilədək  repressiya  edilm iş  şəxslərin  taleyi  qapalı  və  gizli 
idarə aktlarında  həll  edilirdi.
2 Лунесв В.В.  Политическая  преступность// Государство и право,  1997,  с.  107-108.
3  Корякина  Т.  Теневая  экономика  в  СС СР  //Вопросы   экономики,  1991,  №3;  Глин­
кина  С.  Теневая  экономика  в  современной  России  //С вободная  мысль,  1995,  №3; 
Исправников  В.О.  «Теневая»  экономика  и  перспективы  образования  среднего  клас­
са // Общественные  науки и  современность,  1998, №   6.
3 9 2
stereotipə  uyğun  olaraq  kölgəli  iqtisadiyyat  iqtisadi  sahədə  cinayətlərlə, 
təsərrüfat  cinayətləri  ilə  eyniləşdirilir  və  bunun  da  nəticəsində  onun 
həqiqi  məzmununun  öyrənilməsinə  aparan  yollar  keçilməz  olmuşdur. 
Bununla  vanaşı,  məsələnin  mahiyyəti  həm  də  ondan  ibarətdir  ki,  kölgəli 
iqtisadiyyat  qeyri-hüquqi  təbiətə  malikdir.1  Kölgəli  iqtisadiyyatla  başı 
əməllər də faktiki cinayətlər kateqoriyasına daxildir.
Sosiologiyanın,  sosial  fəlsəfənin  kölgəli  iqtisadiyyata  marağı  bu 
saxta  iqtisadi  fəaliyyət  forması  daşıyıcılarının  xalis  hüquqi  təhlilə  aparıb 
çıxarması  ilə  bağlıdır.  Kölgəli  iqtisadiyyatın  fərqləndirici  xüsusiyyəti  isə 
ondan  ibarətdir  ki,  o,  yetkin  iqtisadi  kateqoriyalarla  deyil,  əmtəələrlə, 
əməklə  və  mükafatlandırma  ilə  əlaqədar  iradi  səhmlərlə  iş  birliyi  qurur. 
Onun  əsasını  ilk  növbədə  hər  şeyi  mənimsəyə  bilən  rəhbər-dominatlarla 
total mənimsəmə qanunu təşkil edir.
Müəlliflərin  mövqeyi  ondan  ibarətdir  ki,  kölgəli  iqtisadiyyat  -  bu, 
iqtisadiyyat deyil,  insanlar tərəfindən yaradılan maddi nemətlərin və digər 
yaşayış  vasitələrinin  onlardan  götürülməsi,  yaxud  gizli  yolla  mənimsə­
nilməsidir.  Bütün  bunlar  isə  insana  gözlənilmədən,  qəflətən  maddi  ziyan 
vurur,  qanuni  iqtisadi  fəaliyyət  sferalarını  iflic  vəziyyətinə  salır  və  son 
həddə  cəmiyyətin  və  dövlətin  iqtisadi  qüdrətinin  zəifləməsinə  aparıb  çı­
xarır.  Kölgəli  iqtisadiyyat  fəaliyyətinin  daşıyıcılarını  cəmiyyətin  ehti­
yacları  maraq-andırmır  və  deməli,  ıəhbər-dominatlar  üçün  öz  kriminal 
əməlləri  müqabilində qanunla təqib də mövcud deyildir.
Aşağıdakı  faktiki  cinayətlər  qrupunu  fərqləndirmək  olar  ki,  ıəhbər- 
dominatlar məhz həmin cinayətlərin köməyilə iqtisadi qüvvə toplayırlar:
1) dövlət mülkiyyətinin  israf (müxtəlif miqdarlarda) olunması;
2)  hüquqi  təqibə  səbəb  olmayan  torpaqların  (ictimai,  dövlət  torpaq 
sahələrinin və s.) mənimsənilməsi, bağışlanması və ya ələ keçirilməsi;
3) qida məhsullarının  və digər həyati-yaşayış  vasitələrinin  mütomadi 
surətdə  (bəzən  xüsusi  olaraq  işlənib  hazırlanmış  «məcburi  tədbir» 
sisteminin köməyilə) götürülməsi;
4)  süni  çatışmazlıqlar  yaradılması,  ilk  zərurət  predmetlərinin  qiy­
mətlərinin özbaşına qaldırılması;
5)  süni  aclıq  (ərzaq  mallarının  kəskin  çatışmazlığının)  yaradılması, 
əmək haqqının  özbaşına olaraq  aşağı  səviyyədə  saxlanması,  habelə  əmək 
haqlarının verilməsinin uzun müddətə bilə-bilə gccikdirilməsi və s.
1  Нестеров  Л.,  Вакурин  Л.  Криминализация  экономики  и  проблемы  безопасности 
/Вопросы экономики,  1995, К°1.
3 9 3


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə