R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə98/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   94   95   96   97   98   99   100   101   ...   131

antropologizmini ciddi tənqidə məruz qoyaraq, yenə də bioloji və fizioloji 
amillərin  cinayətkarlığa  təsirini  istisna  etməmişlər.  Lakin  bioloji  və 
fizioloji amillər burada sosioloji amillərlə birgə götürülmüşdür.
Cinayətlərin  sosial  təbiəti  konsepsiyasının  tərəfdarları  cinayətkar­
lığın  təzahürünü  və  inkişafını  həyatın  sosial  şərtləri  ilə  əlaqələndirirlər. 
Həmin şərtlərə aşağıdakılar aid edilir:
1) cəmiyyətin  sosial institutlarının fəaliyyət səviyyəsi;
2) cəmiyyətdə fərdlərin özünürealizəsi üçün imkanların olması;
3)  qarşıda  duran  məqsədlərə  nail  olunması  üçün  mədəni  sərvətlərin 
və ictimai rifahın mümkünlüyü problemi;
4) siyasi  azadlıqların inkişafı;
5)  insanların tərbiyələndirilməsinin təmin edilməsi.
Məsələn,  F.List  cinayətkarlığın  inkişafının  əsas  sosial  şərtlərinə 
kasıblığı  və  yoxsulluğu  aid  edirdi.  Buna  görə  də  o,  cinayətkarlıqla  mü­
barizənin  əsas  istiqaməti  qismində  iqtisadi  qeyri-bərabərliyin  ləğv 
edilməsi  və zəhmətkeşlərin  vəziyyətinin  yaxşılaşdırılması zərurətini qeyd 
edirdi.  İ.Tcylor,  P.Uolton  və  C.Yanq  cinayətkarlığın  əsas  səbəbini  bur­
juaziya  quruluşunda  görürdü.  Onların  fikrincə,  bu  quruluşda  insanlann 
istismarı,  təcavüzkar  müharibələr,  qətllər  cinayət  hesab  olunmur,  başlıca 
diqqət yalnız  soyğunçuluqlara,  quldurluqlara və  oğurluqlara verilir ki, bu 
da  onların  nöqtcyi-nəzərincə  sadəcə  olaraq  «sistem  əleyhinə  qiyam»dan 
ibarətdir.
E.Dürkhcym  qeyd  edirdi  ki,  cinayətkarlıq  -   bu,  cəmiyyəti  səciyyə­
ləndirən  amillərdən  biridir,  çünki  bu  və  ya  digər  növdən  olan  cinayət­
karlığı doğuran mənbələr daim cəmiyyətdə mövcud olur.  O yazırdı:  «Mü­
qəddəslərin  icmasını  -   nümunəvi  fərdlərin  monastırını  təsəvvür  edir, 
Sözün  xüsusi  mənasında  bu  cəmiyyətə  cinayətlər məlum  deyil,  lakin  adi 
şəraitdə adi cinayətlərin səbəb olduğu münaqişələr burada da eyni cür baş 
verir».1  Hər  bir  cəmiyyət  öz  cinayətlərinin  tiplərini  doğurur.  E.Dürk- 
heymin  fikrinə,  cinayətkarlıq  sosial  həyatın  əsas  şərtlərilə  möhkəm 
bağlıdır.
E.Ferri  cinayətkarlığı  qeyri-normal  bioloji  və  sosial  hadisə  kimi 
müəyyən  edirdi:  «...Bizim  nəzəriyyəmizə  uyğun  olaraq  cinayət müstəsna 
bioloji  hadisə  deyil,  həmçinin  də  müstəsna  dərəcədə  fiziki  və  sosial 
mühitin məhsulu  deyildir,  lakin hər cür cinayət necə  olursa-olsun...  sosial
1 Дюркгейм  Э.  Норма  и  патология,  с.  41-42.
378
qeyri-normallıq kimi  fərdin  həm daimi  və ya müvəqqəti,  anadangəlmə və 
ya  sonradan  əldə  olunan  üzvi  quruluşunun,  həm  do  molum  zamanda  və 
məlum  zamanda  həmin  insanın  hərəkətlərinin  müəyyənləşdirilmosindo 
iştirak  edən  xarici  fiziki  və  sosial  halların  məhsuludur.  ...Cinayət  həm 
bioloji, həm do fıziki-sosial  baxımdan mürəkkəb mənşəyə malikdir».1
Cinayətkarlığın  sosial  səbəblərini  tədqiq  ödən  növbəti  konsepsiya  -  
bu  anomiya  konsepsiyasıdır.  E.Dürkhcym  anomiyanı  köhnə  normaların 
və  dəyərlərin  artıq  qüvvəsini  itirdiyi,  yeni  normaların  isə  hələ  öz 
inkişafını  əldə  etmədiyi  vaxt  keçid  və  böhranlı  dövrlər  üçün  səciyyəvi 
olan  dəyər-normativ  vakumunun  vəziyyəti  kimi  müəyyən  edirdi.  Məsə­
lən,  o,  əməyin  anomik (qeyri-normal)  bölgüsünü təhlil  edərək  qeyd edirdi 
ki,  belə  situasiya  sənaye  böhranlarının  doğurduğu  funksiyaların  inteq­
rasiyasının olmaması  (və ya  kifayət qədər olmaması),  faydasız vəzifələrin 
sayının həddən artıq çox olması  ilə xarakterizə edilir ki, bu da cəmiyyətdə 
funksional  müvazinət  pozuntusu  yaradır,  qarşıdurmalara,  münaqişələrə, 
qiyamlara  və  s.  aparıb  çıxarır.  E.Dürkhcymin  fikrincə,  sosial  anomiya  - 
bu,  sosial  qeyri-sabitlik  vəziyyəti,  cəmiyyətin  sosial  əlaqələrinin  və 
normativ sisteminin dağılması  və ya zəifləməsidir.2 3
R.Merton  sosial  anomiya  konsepsiyasını  inkişaf  etdirərək  onu  cə­
miyyətin  mədəni  sərvətləri  ilə  müxtəlif  sosial  qruplar  üçün  onlara  nail 
olunmasının  sanksiyalaşdırılmış  institut  imkanları  arasında  balansın  po­
zulması  kimi  izah  edirdi  ki,  bu  da sosial  sistemdə gərginliyin  daimi  ami­
lidir.  O  qeyd  edirdi  ki,  hər  bir  sosial  qrup  özünün  arzu  olunan  məqsədlə 
şkalasını  mütləq  şəkildə  əlaqələndirir.  Bu  arzu  olunan  məqsədlər  şkalası 
həmin  məqsədlərə  nail  olmanın  mümkün  və  tələb  olunan  əxlaqi  və 
institusional  tənzimetmosinə malikdir.  Ayrı-ayrı şəxslərə neft şirkətlərinin 
səhmləri  ilə qanunsuz əməliyyatlar, oğurluq, dələduzluq kimi  arzu olunan 
məqsədlərə  nail  olmaq  üçün  daha  səmərəli  görünən  bir  çox  üsullar  icazə 
verilən  davranışın  institut  sferasından  çıxarılmışdır.  Əlverişli  vasitələrin 
seçimi  isə  institut  normaları  ilə  məhdudlaşdırılmışdır.'1  R.Mcrton  belə 
hesab  edirdi  ki,  yaranmış  bu  situasiya  məhz  məqsədlərə  və  onlara  nail 
olma  vasitələrinin  seçiminə  verilən  fərqli  əhəmiyyət  nəticəsində  hüqu­
qazidd  və  antisosial  davranış  doğura  bilər.  O  yazırdı:  «Bu  sonuncular 
(yəni  vasitələr  -   A.Q.)  son  həddə  məqsədlərə  son  dərəcə  diqqət  nəticə­
'  Ферри  Э.  Уголовная  социология,  с. 112-119.
2 Дюркгейм  Э.  О разделении  общ ественного труда.  Одесса,  1990,  с.293-294.
3  М ертон  Р.  Социальная структура  и  аномия //Рубеж,  1992,  №  2,  с.90.
379


sində  o  qədər  pozula  bilər  ki,  davranış  üsullarının  seçimi  ancaq  texniki 
mülahizələr üzündən məhdudlaşa bilər».1 E.Meyonun mövqeyi də analoji 
xarakter  daşıyır.  O  təsdiq  edirdi  ki,  var-dövlətə  nail  olma  vasitələri  ilə 
birləşməsiz  var-dövlətin  özünün  sosial  hərəkətin  rəmzinə  çevrildiyi  vaxt 
söhbət  sosial  anomiya  haqqında  gedir,  çünki  pula nail olma  vasitələri  ilə 
əlaqədən  kənar  onun  uğuruna  nail  olma  məqsədi  sosial  anomiyanı 
doğuran elementlərdən biridir.
Əgər  E.Dürkheym  anomiyanın  sosial-iqtisadi  aspektini  fərqlən­
dirirdisə, R.Merton belə fərqləndirmədə əsas diqqəti anomiyanın sosial və 
sosial-psixoloji  aspektinə  yetirirdi.  R.Merton  amerikan  cəmiyyətini 
tədqiq  edərək  belə  nəticəyə  gəlirdi  ki,  «yayınan  davranışa  təhrik»  aşağı 
təbəqə  nümayəndələrində  daha  güclüdür.  R.Merton  bunun  səbəblərini 
aşağıdakılarda görürdü:
1) aşağı  təbəqəyə mənsub olan adamların peşə imkanlarının əl əməyi 
ilə və az dərəcədə də «ağ yaxahqlılar»ın işi ilə məhdudlaşması;
2)  uğur  qazanma  standartlarına  nail  olmaq  imkanı  nöqteyi-nəzərin­
dən  ixtisaslaşmamış  azgəlirli  əmək adamlarının yüksək gəlirli  mütəşəkkil 
şərlə və rekct cinayətkarlığı  ilə rəqabət aparmasının mürəkkəb olması.2
R.Mcrtonun  fikrincə,  cəmiyyətin  belə  təbəqələri  üçün  zənginliyə, 
uğura  və  cəmiyyətdə  mövqeyə  nail  olmaq  naminə  müxtəlif yollardan  və 
vasitələrdən,  o  cümlədən  qanunsuz  və  cinayətkar  üsullardan  istifadə  et­
məsi  tez-tez  davranışdan  yayınmaya  aparıb  çıxarır.  Lakin  aşağı  gəlirlər, 
kasıblıq  və  hətta  yoxsulluq  cəmiyyətin  aşağı  təbəqəsinə  xas  olan  amillər 
kimi, cinayətkarlığın yalnız səbəbləridir.
Beləliklə,  R.Merton  belə  bir nəticə  çıxarırdı  ki,  cəmiyyətin  aşağı tə­
bəqəsində  cinayətkarlıq  «normal  adamların  qeyri-normal  şəraitə  reak­
siyası»  kimi  yarana  bilər.  Biznesmenlər  təbəqəsi  nümunəsində  «ağ 
yaxalıqlılar»  mühitində  cinayətkarlığı  təhlil  edən  R.Merton  qeyd  edirdi 
ki,  onların  arasında  cinayətlərin  ən  geniş  yayılmış  növü  dələduzluqdur. 
E.Birsa  və  R.Mertonun  fikrincə,  «anomik  cəmiyyət»də  dələduzluğun 
çiçəklənməsi  vətəndaşların,  hüquq-mühafizə  orqanlarının,  məhkəmə  sis­
teminin kifayət qədər dözümlü olması sayəsində mümkündür. Xüsusən də 
varlılar və ya  «hörmətli  adamlar»  təbəqəsindən  olan dələduzların açıq və 
şəxsən  mühakimə  olunması  onların  dələduzluqdan  birdəfəlik  imtina
1 М ертон P.  Социальная структура  и аномия //Рубеж,  1992, №  2, с.90-91
2  М ертон  Р.  Социальная  структура  и  аномия  //  Социалистические  исследования, 
1992, № 3 , с. 108.
3 8 0
etməyə  məcbur  edərdi.  Cəmiyyətin  yuxan  təbəqələri  üçün  «onların 
mənəvi  işgüzar cəhdlərinin  mənəviyyatsız realizə təcrübəsi  ilə»  qarşılıqlı 
əlaqəsi  səciyyəvidir.  R.Mcrton  R.Bcronsa  istinad  edərək  belə  nəticəyə 
gəlirdi  ki,  iri  amerikan  varlılarının  tarixi  son  dörəcə  şübhəli  olan 
innovasiyalarla ağzınadək doludur. Bu təbəqədə cinayətkarlığı açmaq çox 
mürəkkəbdir,  çünki  «cəmiyyətin  çox  hörmətli  üzvləri  yalan  ifadənin  və 
aldatmanın  köməyilə  cəzadan  çox  tez-tez  yaxa  qurtarırlar».1  Beləliklə, 
müxtəlif  sosial  təbəqələrdə  və  qruplarda  cinayətkarlığın  təhlilinə  difc- 
rensiallaşdırılmış  yanaşma  deviant  və  delinkvent  davranışın  sosiolo­
giyasının tədqiqində istiqamətlərdən biridir.
Yuxanda  adlan  çəkilən  istiqamətlərdən  başqa,  cinayətkarlığın 
sosiologiyasında  fərdin  cinayətkar  mühitlə  diferensial  assosiasiyası 
(əlaqəsi)  nəzəriyyəsini  də  fərqləndirmək  olar.  Bu,  E.Satcrlcndin  adı  ilə 
bağlı  olan  nəzəriyyədir.  Fərd  cinayətkar  qrupun  üzvləri  ilə  qarşılıqlı 
hərəkət  edərək  hüquq  normalarına  və  qanuna mənfi  münasibəti  qavrayır, 
özü  üçün  cinayətkar  davranış  motivləri  müəyyən  edir,  cinayətlərin 
törədilməsi  texnikasını  mənimsəyir,  qrup  və  fərdi  özünümüdafiə  forma­
ları ilə bağlı vərdişlər əldə edir.
Fikrimizcə,  cinayətkarlığın  sosiologiyasında  konfliktoloji  nəzəriyyə 
də  az  əhəmiyyət  kəsb  etmir.  Sosial  münaqişələr  insanların  cinayətkar 
davranışının  mənbəyi  qismində  çıxış  edə  bilərlər.  Məhz  bunun  fonunda 
deviantlıq  və  dclinkvcntlik  inkişaf edir.  Sosial  münaqişələr  konkret cina­
yətlərin  istintaqında  vektor  rolunu  da  oynaya  bilərlər.  Məsələn,  T.Scllin 
belə  hesab  edir  ki,  iki  və ya  daha  çox  mədəniyyətin  məcəllələri  arasında 
münaqişə  adətən,  hüquq  normalarının,  adətlərin  və  ənənələrin,  davranış 
qaydalarının  pozuntusuna  gətirib  çıxarır.  Belə  növ  münaqişələr  aldat­
maların,  zorakılıqların,  intiqam  zəminində  qətllərin,  korrupsiyanın  və  s. 
əsasım təşkil edə bilər.2
Çikaqo  sosial  ekologiya  məktəbinin  nümayəndələri  (R.Park,  K.Şou,
Q.Makkey  və  başqaları)  münaqişələrin  cinayətkarlığa  təsiri  ənənələrini 
aşkar  etmişlər:  «Daim  münaqişə  aparan  qruplarda  və  ya  rayonlarda 
(«sosial  cəhətdən  qeyri-sabit  rayonlar»)  cinayətkarlıq  adi  qruplara  və 
rayonlara  nisbətən  xeyli  yüksək  səviyyədədir».  Onlar  yetkinlik  yaşına 
çatmayanlar  arasında  cinayətkarlığın  səbəblərini  tədqiq  edərkən  yeniyet-
1  М ертон  P.  Социальная  структура  и  аномия  //  Социалистические  исследования, 
1992, № 3 , с. 105-107.
2 Селлин Т.  Конфликт норм поведения // Социология  преступности.  М .,  1992, с.282.
381


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə