R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə99/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   95   96   97   98   99   100   101   102   ...   131

mələrin  əxlaq  normalarına  zidd  olan  davranışım  -  toqquşmasını  başlıca 
səbəb  kimi  qiymətləndirmişlər.  Belə  növ  münaqişələrdən  çıxış yolu  tapa 
bilməyən gənclər deviasiyaya və delinkventliyə doğru «gedirlər».1
Göstərilənlərdən  savayı  göstərmək  zəruridir  ki,  millətlərarası  mü­
naqişələr və  müharibələr adətən,  cinayətkarlığın  artmasına  şərait yaradan 
situasiyaya  çevrilirlər.  Belə  münaqişə  və  müharibələr  nəticəsində  təca­
vüzə  məruz  qalmış  ərazilərin  nəzarətsiz  zonalara  çevrilməsi  xüsusən  də 
narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz  yetişdirilməsi, 
emalı, göndərilməsi və satışı üçün cinayətkarlara əlverişli imkan yaradır.
Kriminal sosial sfera cinayətkarlığın vəziyyətinə daim təsir göstərir. 
Bu təsir kriminal ocaqları həm fəallaşdıra,  həm də zəiflədə bilər.  Lakin o, 
heç  vaxt  həmişəlik  yox  olmur  və  istər-istəməz  cəmiyyət  daxilində 
qorunub saxlanılır.
Müasir  sivilizasiyanın  intensiv  inkişafı  cinayətlərin  və  cinayət­
karların  sayını  azaltmır.  Bu  daha  çox  onunla  müəyyən  olunur ki,  inkişaf 
total  modernləşmə  şəraitində  baş  verir.  Modernləşmə  nəticəsində texniki 
tərəqqi  dəyərlərin  ənənəvi  iyerarxiyasını  dağıdır,  normativ-dəyər  siste­
minə  mənfi  təsir göstərir,  keçmişin  bir çox mənəvi  və əxlaqi  dəyərlərinin 
üzərindən  xətt  çəkir.  Nəticədə  ənənələr  azadlığı  kütləvi  şüurdan  qeyri- 
normativ  məkana  çıxır.  Məhz  belə  vəziyyət  müasir  sivilizasiyalı  sistem­
lərin  elementlərinə  kriminal  görkəm  verir,  miqyaslı  kriminal  sosial  sfera 
haqqında danışmağa imkan yaradır.
Müasir sosiologiyada  mövcud  olan yanaşmaların müəllifləri cinayət­
karlığı  təbii  barbarlığın  rcliktli  təzahürlərinə,  dövlətəqədərki  qəbilə-icma 
atavizmlərinə aid edir və belə düşünürlər ki, cinayətkarlıq müasir şəraitdə 
tam bir sıra arxaik sosial strukturları yenidən canlandırır. Belə yanaşmaya 
uyğun  olaraq  sivilizasiyalı  cəmiyyət  daxilində  həmişə  şüurun  inkişafının 
on  erkən  və  on  primitiv  səviyyələrinin  tarixi  daşıyıcıları  olur.  Belə 
daşıyıcılar  sivilizasiyalı  mövcudatm  çoxsaylı  normativ  tələblərinə  zəif 
uyğunlaşır  və  barbar  tipli  sosial  strukturların  müvəqqəti  hökmranlığına 
aparan strategiyaya üstünlük verirlər.  Bunun özü də müəyyən mənada qa­
nunauyğun  haldır,  çünki  zəifləyən  sosiomədəni  inersiya  hələ  də  möv­
cuddur.
Dövlətəqədərki  qəbilə-icma  quruluşunun  qorunub  saxlanmış  relikt- 
ləri,  arxaik  psixologiyanın  stereotipləri  müasir  sivilizasiya  şəraitində
1  Ш оу  К.,  Маккей  Г.Д.  Теоретические  выводы  из  экономического  изучения  Чикаго 
//Социология  преступности.  М .,  1992, с.289-291.
382
cinayətkar  bandalar  (dəstələr)  və  mafıoz  klanlar  simasında  təzahür  edir. 
Belə  cinayətkar  qurumlar  ciddi  iyerarxiyalaşdırılmış  strukturlara  malik­
dirlər.  Belə banda və klanlarm başında lider-başçılar və onlara yaxınlaşan 
subliderlər  dayanırlar.  Onlardan  sonra  döyüşçülər  və  nəhayət,  muzdlular 
gəlir.
Cinayətkar  mühit  qədim  döyüşçü-barbarların  cəbbəxanasından  əxz 
etdikləri  nonna  və  dəyərləri  yenidən  canlandırmağa  böyük  cəhdlər  gös­
tərirlər.  Belə norma və dəyərlərə aşağıdakılar aid edilə bilər:
1) kobud  fiziki qüvvələrə r pərəstiş;
2) müasir silahlara əsil kişinin atributu kimi  münasibət göstərilməsi;
3)  təhlükəyə  məruz  qalmış  insanın  əzab-ağrılarına,  iztirablarına, 
yaxud  ona  işgəncələr  verilməsinə  və  onun  ölümünə  etinasız  münasibət 
göstərilməsi;
4)  sivil qaydalara əməl edənlərə, adi  vicdanlı  insanlara və xüsusən də 
əmək adamlarma rişxəndlə yanaşılması;
5)  oğurluq  və  talançılıq  qanununa  sədaqət  və  bu  qanundan  geri 
çəkilənlərə qarşı barışmazlıq, dözülməzlik nümayiş etdirilməsi.
Göstərilənlərlə yanaşı, cinayətkarın  bütövlükdə barbar dünyaya mən­
sub  olduğunu  düşünmək  əlbəttə  ki,  düzgün  olmazdı.  Ehtimal  etmək  olar 
ki,  ətrafında sivilizasiyalı,  mədəni məkanın  hər hansı  əlamətinin  olmadığı 
zaman  ibtidai  barbar  heç  vaxt  öldürməmiş,  dağıtmamış  və  ya  zorla- 
mamışdır.  Məhz bu məziyyətlərə  görə də  həmin cinayətkar  ibtidai barbar 
adlandırılır.  Müasir  cinayətkar  isə  heç  nəyə  məhəl  qoymadan  belə  bir 
məkanın  olduğu  zaman  amansızcasına  qətlə  yetirir  və  talan  edir.  Əgər 
qədim  barbar  əxlaqi-hüquqi  qadağanlardan  tamamilə  xəbərsiz  olduğuna 
görə  vurub-dağıdır  və  öldürürdüsə,  müasir  qanqster  həmin  qadağanları 
bilə-bilə,  onların  mövcudluğunu  görə-görə  öz  çirkin  niyyətlərini  və  pis 
əməllərini  icra edir.
Qeyd etmək lazımdır ki, müasir cinayətkar eyni  zamanda  iki  dünyaya 
-  barbar dünyasına və sivilizasiyalı dünyaya mənsubdur.  O özündə bu  iki 
başlhnğıcı  ehtiva  edir.  Lakin  bu  və  ya  digər  hallar  nəticəsində  müasir 
cinayətkar öz üzərində  arxaik  başlanğıclarla  hökmranlıq  etmək  imkanına 
malikdir.  Bu  isə  onu  kifayət  qədər  daha  təhlükəli  edir.  Belə  sosial 
təhlükəlilik  o  dərəcədə  yüksəkdir  ki,  müasir  cinayətkarı  hətta  öz  barbar 
sələfindən  fərqləndirir.  Çünki  müasir  cinayətkar  öz  məqsədlərinə  nail 
olmaq üçün mümkün  olan bütün  texniki  vasitələrdən,  elmi  tərəqqinin  əli 
çatdığı bütün nailiyyətlərindən  istifadə edir.
383


Cinayətkar  aləm  sosiallığm  xüsusi  formasıdır.  Bu  forma  daxilində 
«hər şeyə  icazə  verilir»,  yaxud  «hər nə  istəsəm,  onu  da  dərəm»  tezisləri 
yolverilməzdir.  Əksinə,  cinayətkar  aləmin  daxilində  sərt  normativlik 
hökmranlıq edir.  Bu hökmranlıq öz intizam vektorları  ilə nəinki onun da­
xilinə,  həm  də  xaricinə  istiqamətləndirilmişdir.  Cinayətkar  aləmin  daxili 
intizam  qaydaları  ciddi  müəyyən  edilmiş  göstərişlərə  əməl  etməyi  tələb 
edir.
Cinayətkarlığa  sivilizasiyanın  funksiyalarından  biri  kimi  baxmaq 
olar.  Sivilizasiyanın  yaşıdı  olan  cinayətkarlıq  özündə  məqsədyönlülüyün 
başlanğıcını  ehtiva  edir.  Sivilizasiyanın  birgəyaşayış  normalarına  açıqca 
ziddiyyətli  mövqe  nümayiş  etdirən  cinayətkarlıq  eyni  zamanda  da  sivil 
cəmiyyətin üstünlüklərini daha qabarıq edir.
Cinayətkarlığın  sivilizasiyalı  sistemin  daxilində  yerinə  yetirdiyi  bir 
neçə  sosial  funksiyalar  mövcuddur.  Həmin  sosial  funksiyalar  aşağı­
dakılardan ibarətdir.
Birincisi,  sosial  fəaliyyətin  növlərindən  biri  olan  cinayətlər  müəyyən 
kateqoriya  subyektlərə  öz  transqressiv  meyllərini  realizə  etməyə  imkan 
yaradır.  Sivilizasiya daxilində həmişə transqressiv meyllərin  -  səyahətlərin, 
idmanın, siyasətin, iqtisadi rəqabət sferasının, elmin, yaradıcılıq fəaliyyətinin 
müxtəlif formalarının müxtəlif təzahürləri üçün imkanlar mövcud olur. Lakin 
eyni  zamanda  transqressiv  ehtiyatlar  sferası  da  özünə  müvafiq yer tapır ki, 
subyektlər  fəaliyyət  növləri  dəstində  özləri  üçün  pozitiv,  yaradıcı  məşğu­
liyyət  növü  tapa  bilmirlər.  Bunun  da  nəticəsində  həmin  subyektlər əxlaqi- 
hüquqi dəyərlərin hüdudlarını aşaraq kriminal aləmə daxil olur, qanuna itaətli 
davranışdan hüquqazidd davranışa keçirlər.
İkincisi,  cinayətlər sivilizasiyanın  normativ-dəyərli  strukturunda öz­
lərinə  məxsus  möhkəmliyə,  davamlılığa  və  nisbi  sabitliyə  malikdirlər. 
Cinayətkarlıq sivilizasiyanı həmişə öz əsaslarını möhkəmləndirməklə, qa­
nunları  və  digər  normativ-hüquqi  aktları  təkmilləşdirməklə  məşğul 
olmağa məcbur edir.  Deməli, cinayətkarlıq  sivilizasiyaya münasibətdə bir 
növ  qayğıkeşlik nümayiş  etdirir ki,  bu  da  sivilizasiyalı  sistemin  cinayət­
karlıqla  mübarizədə  bütün  mümkün  profilaktiki  vasitələrdən  istifadə 
etməsini zəruri və labüd edir.
3 8 4
2.  Cinayətlərin sosioloji təhlilinin 
spesifikliyi
Müasir dünyanın  hüquqi  mənzərəsi  hüquqşünaslar tərəfindən  kifayət 
qədər ətraflı  öyrənilmiş  və təsvir edilmişdir.  Müxtəlif dünya dövlətlərinin 
yurispıudcnsiyasında  və  hüquq  elmində  qanunla  qadağan  olunan  əməl 
kimi  cinayətin  formal  tərifinə  təsadüf  etmək  olar.1  Lakin,  fikrimizcə, 
cinayətlərin  hüquqi  təhlili  artıq  indiki  mərhələdə  qənaətbəxş  hesab  oluna 
bilməz.
Müasir  dövrün  hüquqşünası  cinayətkar  davranışı  yalnız  konkret 
ölkənin  qüvvədə  olan  hüquq  sistemi,  qanunvericiliyi  çərçivəsində  göriiı. 
Məsələn,  müvafiq  əməlin  bir ölkədə  cinayət  hesab  olunmasını,  başqa  bir 
ölkədə  isə  kriminal  əməl  kimi  tovsif edilməməsini  yaranmış  indiki  situa­
siyada  izah  etmək  heç  do  asan  deyildir.  Belə  izahctmədə  cinayətlərin 
məzmunu  qanunvericiliyin  konkret-tarixi  sisteminin  tipi  və  forması 
arxasında «gizlənir».
Hüquqi  həyata  sosioloji  baxışların  özünəməxsusluğu  o  vaxt  təsdiq 
olunur  ki,  alimlər  hüquqi  materiyanın  kölgəli,  yəni  qanunla  tənzim  edil­
məyən  tərəfini  açırlar.  Bu  tələb  cinayətlərin  təhlilinə  də  aiddir.  Sosioloq 
cinayətin  obyektiv  təbiətini  dərk  etməkdən  ötrü  həmin  hadisəyə  rəsmi 
qanunvericilik nöqteyi-nəzərindən diqqət yetirir.  Məhz buna görə də cina­
yətin  genetik  başlanğıclarının  aşkar  edilməsi  üçün  ancaq  qanun  möv­
qeyində dayanmaq  azdır.  Buna  görə də  M.İ.Kovalyov,  fikrimizə haqlıdır. 
Müəllif qeyd  edir  ki,  cinayətin  mahiyyətini  hüquqdan  kənarda  axtarmaq 
lazımdır.2  Bu  mənada  qanunvcıicinin  çərçivəsindən  kənara  çıxmaq  bizi 
maraqlandıran  məsələni  sosial-fəlsəfi,  sosioloji  cəhətdən  əhatə  etməyi 
təmin edir.
Cinayət  fərdlərin  və  sosial  qrupların  fəallığının  ən  təhlükəli  qeyri- 
sabit  formalarından  biridir.  O,  tərəddüdlü  situasiyada  kobud  disbalans 
yaradır.  Cinayətin  törədilməsi  nəticəsində  tarazlıqlarda  qeyri-sabitlik  ya­
ranır. Cinayət demək olar ki, əksər hallarda konkret şəxslərə qarşı, onların 
həyat  və  sağlamlığı,  ləyaqəti,  mülkiyyəti,  bütövlükdə  sivilizasiyanın  və
Игнатев  А.Л .,  Кленов  В.К.  Учение  о  преступлении  в  теории  уголовного  права 
Японии // Советское государства  и  право.  1987,  № 11,  с.97.
2  Ковалев  М.И.  Понятие  преступления  в  советском  уголовном  праве.  Свердловск, 
1987, с. 158.
3 8 5


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə