R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə107/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   103   104   105   106   107   108   109   110   ...   131

edirdi.  Belo  əlamətlərə  həmçinin  qısaboyluluq,  əllərin  həddən  ziyadə 
uzun olması  aid edilir.
C.Lombrozo  daxili  aləmin quruluşunun  rasional-motivasiya və emo- 
sional-etik  cəhətdən  inkişafdan  qalmasım,  icazə  verilənlə  icazə  verilmə­
yən  arasında  fərqin  qəbul  olunmamasını,  mənəvi  cəhətdən  hissiyyat- 
sızlığı,  dərin  narahatlıqlar  keçirməyin,  vicdanın  və  peşmançılıq  qabiliy­
yətinin  olmamasını  psixoloji  mənada  kriminogen  subyektiv  amillərə  aid 
edirdi.
Maddi  ehtiyacın,  sosial təminatsızlığın insanları  cinayətkar yola sövq 
etdiyini  haqlı  olaraq  qeyd  edən  C.Lombrozo  yazırdı:  «Qidalanmanın 
kifayət  qədər  olmaması  oğurluğa  təhrik  edir...»,  yaxud  «...pulsuzluq... 
qətllərin  sayını  artırır...».1  Mütəfəkkir  təhsilin  aşağı  səviyyədə  olmasının 
və  ya  heç  olmamasının  da  cinayətlərin  növünə  təsir göstərməsi  haqqında 
danışır  və  bu  zaman  Fransada  cinayətlərin  növlərinə  dair  statistik 
məlumatlara  arxalanırdı.2  Onun  gəldiyi  nəticə  bundan  ibarət  idi  ki, 
«cinayətkarlığın  on  kobud  və  sərt  forması  savadsızlar  arasında  üstünlük 
təşkil  edir.  Cinayətkarlığın  daha  yüngül  formasına  isə  savadlılar arasında 
təsadüf olunur».3
Cinayətlərin  sərt  bioloji  dcterminatlığı  konsepsiyası  və  anadangəlmə 
cinayətkarların  mövcudluğu  C.Lombrozonu  sivilizasiyalı  ədalət  müha­
kiməsinin  loqsirsizlik  prczumpsiyası  kimi  mühüm  amilinə  mənfi  müna­
sibət  bəsləməyə,  cəzanın  on  radikal  vasitəsi  olan  ölüm  cəzasına  tərəfdar 
çıxmağa  məcbur  etdi.  Ölüm  cəzası  onun  nəzərində  təbii  hadisə  idi.  Belə 
bir  cəza  cinayət  törədən  insanlara  təbiətin  özü  tərəfindən  tövsiyə 
olunmuşdur.  Onun  fikrincə,  məhz  ölüm  cəzası  normal  həyata  uyğunlaş- 
mayanların hamısını məhv edir.
C.Lombrozo  belə  hesab  edirdi  ki,  cəmiyyətin  özü  də  onun  normativ 
tələblərinə  adaptasiya  olmaq  qabiliyyətindən  imtina  edən  fərdlərdən 
dönmədən  xilas  olmalıdır.  O,  ölüm  cəzasına  maksimum  vahimələndirmə 
vasitəsi  kimi  yanaşaraq,  onu  nadir hallarda  tətbiq  edilən  cəza  forması,  yəni 
müstəsna  cəza  hesab  etməyi  məsləhət  bilmirdi.  C.Lombrozoya  görə  o,  nə 
qədər tez-tez tətbiq olunarsa, onun sosial rolu bir qədər səmərəli olar.
C.Lombrozonun  nəzəriyyəsində  cinayətləri  doğuran  səbəblər  aşağı­
dakı üç qrupa bölünür:
1  Л ом брозо  Ч.  Преступление.  M.,  1994,  c.77-78.
2  Ю ридическая  социология:  Учебник.  M .,  НОРМЛ-ИНФРА,  2 000,  c.280.
3  Л ом брозо  Ч.  Преступление.  М.,  1994,  с. 105.
4 1 4
1)  antropoloji  səbəblər  (somatik-fizioloji  xüsusiyyətlər,  psixi  və 
mental anomaliyalar, normalardan şəxsi yayınmalar);
2)  fiziki  səbəblər  (xarici  təbii  mühitin,  yəni  iqlimin,  sutkanın  vaxtı­
nın,  ilin vaxtının, havanın temperaturunun və s.  təsiri);
3)  sosial  səbəblər  (xarici  sosial  mühitin  -   əhalinin  sıxlığının,  əxlaq 
normalarının  vəziyyətinin,  ictimai  rəyin,  hüquq  qaydasının,  iqtisadi  və 
siyasi münasibətlərin təsiri).
Qeyd  etmək  zəruridir  ki,  hələ  C.Lombrozonun  sağlığında  onun  yu­
xarıda  təhlil  edilən  nəzəri  mülahizə  və  nəticələri  bir  çox  müasirləri  tə­
rəfindən  qəbul  olunmamışdır.  Pozğun  meyllərin  genetik  vərosəliyi  haq­
qında  ideya,  ümumiyyətlə  kəskin  tənqid  edilmiş  və  belə  hesab  olun­
muşdur  ki,  əgər  cinayətkarlığın  səbəbləri  bir  təbii-varislikdən  asılı  olar­
dısa,  bəşəriyyət  cinayətkarlığın  kökünü  çoxdan  bəri  kəsmiş  olardı.  Lakin 
mütəfəkkirin  opponcntləri  onun  sonradan  psixiatriya  və kriminalistikanın 
zənginləşməsinə  və  inkişafına  müstəsna  dərəcədə  müsbət  təsirini  əks 
etdirən  ağıllı  və  maraqlı  ideyalarını  görə  bilməmiş,  yaxud  görmək 
istəməmişlər.  Bu  isə ədalətsizlik  idi.  Müasir dünyanın  hüquq  ictimaiyyəti 
C.Lombrozonu  cinayətkarın  şəxsiyyətinin  ilk  dəfə  empirik  təhlilini  verən 
ciddi  alim-mütəfəkkir kimi tanıyır.
2.  Kriminal şəxsiyyətin  sosioloji və sosial-psixoloji  təhlili
Kriminal  şəxsiyyətin  təhlilinə  sosioloji  yanaşma  onun  bioloji  və  ya 
psixoloji  xüsusiyyətlərinin  tədqiqi  ilə  məhdudlaşmır,  onu  sosial  amillərlə 
qarşılıqlı  əlaqədə  götürür.  Məhz  bu,  kriminal  şəxsiyyətin  sosioloji  təh­
lilinin  mahiyyətini təşkil  edir.
Kriminal  şəxsiyyətin  təhlilinə  sosioloji  yanaşmanın  tarixi  öz  kökləri 
ilə  insan  təbiətinin  və  sosial  mühitin,  şəxsiyyətin  həyatındakı  xarici 
halların  fəlsəfi  anlamına  aparıb  çıxarır.1  Cinayətkar  şəxsiyyətin  sosioloji 
təhlili  XIX  əsrin  sonunda  yayılmağa  başlamışdır.  Fransız  kriminalisti  və 
sosioloqu  Qabricl  Targ  onun  banisi  hesab  olunur.  Q.Targ  cinayətkar dav­
ranışın  əsas  səbəbini  ictimai  amillərdə,  adamların  həyat  şəraitində  gö­
rürdü.  Müasir  filosof  və  psixoloq  Erix  Fromm  insan  zorakılığının  tip­
lərinin  təsnifləşdirilməsini  təklif  etmişdir.2  Həmin  təsnifat  üzərində
1  Юридическая социология:  Учебник.  M.,  НОРМ А-ИНФРА,  2000,  с.285.
2 Касянов В .В.,  Нсчипуренко  В.Н.  Göst.kitab,  s.312.
4 1 5


aşağıda  dayancağıq.  İndi  isə  şəxsiyyətin  təbiətilə  bağlı  tarixi  mülahizələr 
qısa ckskurs etməyi məqsədəuyğun hesab edirik.
Orta  əsr filosofları  şəxsiyyət və  onun  təbiəti  haqqında mülahizələrini 
formalaşdırarkən şəxsiyyətin əsasən etik xüsusiyyətlərinə diqqət yetirmiş­
lər.  Filosoflar  təhlil  edilən  problemlə  bağlı  məsələni  formalaşdırarkən 
ritorik  suallar  verirdilər:  «İnsan  öz  təbiətinə  görə  zalım  və  pozğunmu  və 
ya o,  ilk  başlanğıcda xeyirxahmı  olmuşdur?»  Ən kəskin  formalı sual belə 
qoyulurdu:  «Adamlar  canavar,  yaxud  qoyundurlarmı?»  Bəlkə  də  eyni 
zamanda onlar «həm canavar, həm do qoyundurlar?».
Azərbaycanın  XIII  əsr  ensiklopedik  biliyə  malik  universal  mütəfəkkiri 
Nosirəddin  Tusi  insan  nəfsində  kök  salmış  kamillik  və  naqislik  haqqında 
danışarkən  yazırdı:  «İnsanın...  özünə  aid  elə  xüsusiyyəti  vardır  ki,  o  bunun 
vasitəsi  ilə başqa varlıqlardan ayrılır, amma elə xüsusiyyətləri də var ki, onlann 
bəzisi  heyvanat,  bəziləri nəbatat,  bir qismi  do cansız cisimlərlə şərikdir...  Əqli 
kateqoriyaların  dərki,  biliklərin  möhkəmləndirilməsi,  məthumlann  fərqlən­
dirilməsi  ...vasitəsi  ilə  yaxşılıq-pislikdən,  gözəllik-eybəcərlikdən  ayırd edilir... 
Bu qüvvənin nəticəsində işlər də iki yerə bölünür: xeyir və şər, gözəl və çirkin, 
bunlan xoşbəxtlik və bədbəxtlik  adı  altında  ümumiləşdirirlər.  Deməli kim bu 
qüvvədən  düzgün  istifadə  edib  öz  səyi  və  iradəsi  nəticəsində  arzu  edilən 
fəzilətə çatsa ...xoşbəxt olacaqdır; bu qüvvədən  düzgün istifadə edə bilməsə, 
...bədbəxt olacaqdır».1
XIII-XVI  əsrlərdə yaşamış  Azərbaycanın  digər görkəmli mütəfəkkiri 
Əvhədi  Marağayi  insanın  doğulmasından  sonra  ömrünün  sonuna qədərki 
macəralarından  söz  açaraq  qeyd  edirdi  ki,  insan  «gerçəkdən  haradan 
olduğunu  bilmir...  O,  nə  üçün  dünyaya  gəldiyini  bilməlidir.  Hansı  əzab­
larla  yüksəldiyini  dərk  etməli,  kim  və  nəçi  olduğunu,  yolunun  haraya 
getdiyini  bilməlidir.  Heyf ki, öz qədrini bilmir...»2
XVI  yüzillikdə  Almaniyada  meydana  gəlmiş  Reformasiyanın 
görkəmli  nümayəndələrindən  biri  Martin  Lütcr  insanı  təbiətinə  görə 
pozğun  və  günahlı  məxluq  hesab  edirdi.  O  bu  tezisi  IX  yüzilliyin  Roma 
mütəfəkkiri  Avreli  Avqustindən  əxz  etmişdi.  M.Lüter  bu  tezisə  söykə­
nərək  belə  nəticəyə  gəlmişdir  ki,  insanın  pozğunluğu  və  günahlı  olması 
onu iblisin köləsinə çevirmişdir.3
XVI yüzillikdə yaşamış ccnevrəli alim və kilsə islahatçısı Jan Kalvin
1 Tusi X .N .  “Ə xlaqi-N asiri”.  Bakı, “Elm ”,  1980,  s.48-49.
2 Marağayi Ə vhədi.  Cami-Com.  Bakı, A zəm əşr,  1970,  s.58.
3  Графический  В.Г.  История  политических  и  правовых  учений:  Учебник.  М .,  «Про­
спект»,  2 005, с.224.
4 1 6
insanla  bağlı  fikirlərində  demək  olar  ki,  M.Lüterin  ideyalarına  tərəfdar 
çıxmışdır.  Lakin  J.Kalvinin  fikirləri bir qədər mülayimliyi  ilə seçilir və o. 
insan  barəsində  danışarkən  qeyd  edirdi  ki,  «kimin  xilas  olduğunu, 
kiminsə  olmadığını  yalnız  Allah  bilir.  İnsan  etiqadın  göstərişlərini  icra 
etməyə borcludur və hətta özünün gücsüz olduğuna əmin olmalıdır...»1
XV11I  yüzilliyin  görkəmli  holland  mütəfəkkiri  Huqo  Qrotsi  feodal 
cəmiyyəti  ilahiyyatçılarınm  insan  təbiəti  ilə  bağlı  ənənəvi  göstərişləri 
əksinə olaraq, belə bir müddəa ilə çıxış edirdi  ki, «hüquq allahın  iradəsinə 
deyil,  insanın  təbiətinə  əsaslanır».2  Mütəfəkkirin  ideyasına görə  insanları 
heyvanlardan  fərqləndirən  keyfiyyət  onların  ünsiyyətə,  özü  də  ağılın 
tələbləri  ilə  razılaşdırılmış  dinc,  mütəşəkkil  ünsiyyətə  səy  göstər­
mələrində ifadə olunur.
XVIII  yüzilliyin  daha  bir amstcrdamlı  mütəfəkkiri  Bcnedikt  (Barux) 
Spinoza eynilə  H.Qrotsinin  mövqeyindən çıxış edərək yazırdı  ki, «insanın 
qüdrəti  və  onun  ö/.ünü  qoruyub  saxlaması  hər  şeydən  əvvəl  ağılın 
hökmranlığı  ilə  təmin  olunur,  ağıl  isə  insana  digər  adamlarla  ünsiyyət 
axtarmaq  göstərişini  verir,  çünki  o,  təklikdə  özü  üçün  yaşamaqdan  ötrü 
lazım  olan  hər  şeyi  əldə  edə  bilməz.  İnsaıı  cəmiyyətdən  kənarda  təhlü­
kəsizlikdə ola bilməz».3
XVII  yüzilliyin  ingilis  mütəfəkkiri  Tomas  Hobbs  «insan  insanın 
canavarıdır»  tezisi  ilə  çıxış  etsə  də  Maarifçilik  dövrünün  fransız  mütə­
fəkkirləri  insanı  öz  təbiəti  etibarilə  xeyirxah  məxluq  kimi  təsəvvür 
edirdilər.  Maarifçilər belə hesab edirdilər ki, şər,  zalımlıq  insan  həyatının 
xarici  hallarının  nəticəsidir.  Ogər  insan  həyatının  mənfi  halları  yaxşılaş­
dırılarsa,  şübhəsiz  ki,  insan  təbiətində  xeyirxahlıq  zəfər  çalar.  Qeyd 
etmək  lazımdır  ki,  Maarifçilik  dövrü  mütəfəkkirlərinin  göstərilən 
nöqteyi-nəzərini  K.Marks və onun ardıclıları da dəstəkləmişdir.
Bu  kəskin  sosial  problemin  təhlilində  sosioloji  istiqamət  XII  əsrin 
sonunda  xüsusilə  inkişaf etməyə  başlamışdır.  O  cümlədən  A.Kctlc  (riya­
ziyyatçı  və  sosial  statistikanın  banisi),  Q.Taıd  (fransız  sosioloqu  və  kri­
minalisti)  bu  sahənin  inkişafına  xidmət  etmişlər.  Adları  çəkilən  tədqi­
1  Графический  В.Г.  История  политических  и  правовых  учений:  Учебник.  М„  «Про­
спект», 
2005,  S.225.
2  История  политических  и  правовых  учений:  Учебник  /П од  общ .рсд.  Мартышина 
О.В.  М„  НОРМ, 2006,  с. 165.
3  История  политических  и  правовых  учений:  Учебник  /П од   общ .рсд.  Мартышина 
О.В.  М „  НОРМ, 2006,  с. 169.
4 1 7


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə