R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə110/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   106   107   108   109   110   111   112   113   ...   131

və  yetişdirirlər.  Əks  təqdirdə  onlar  öz-özünə  məhv  olub  gedərdi  və  Yer 
üzündə nə cinayətkar, nə də cinayətkarlıq olmazdı.
Göstərmək zəruridir ki, keçmiş  Sovet alimləri sosial-bioloji problem­
ləri  fəal  surətdə  tədqiq  etsələr də,  sosial  təhlükəli  kriminal  əməllərdə  hər 
hansı  genetik  zəminlərin  olduğu  həmişə  inkar  etmişlər.  Məsələn, 
hüquqşünas-alim  N.A.Struçkov  təsdiq  edirdi  ki,  «şəxsiyyətin  cinayətkar 
keyfiyyət  və  xassələri  kimi,  cinayətkar  şəxsiyyət  də  mövcud  deyildir  və 
buna  görə  də  cinayətkarlığın  bioloji  səbəbləri  yoxdur.1  Akademik 
P.N.Fedoseyev də  belə hesab edirdi  ki,  «cinayətkarlığın  köklərini  insanın 
bioloji  keyfiyyətlərində  axtarmaq  lüzumsuzdur...».2  N.P.Boçkov  isə  qəti 
surətdə bəyan edirdi:  «Cinayətkarlıq bioloji  kateqoriya deyil».3
Biz  bundan  əvvəlki  paraqraflarda  cinayətkarın  və  cinayətkarlığın 
bioloji  xüsusiyyətlərindən  danışarkən  tamamilə  başqa  mövqe  əks 
etdirdik.  Lakin  oxucu  nəzərə  almalıdır  ki,  təhlil  edilən  problemin  həllinə 
dair  elmi  mülahizələrin  irəli  sürülməsindən  bütöv  yüzillikdən  artıq  bir 
zaman  keçmişdir.  Əgər  söhbət  kriminal  şəxsiyyətə  müasir  yanaşma 
haqqında  gedirsə,  ifadə  olunan  fikir  və  mülahizələr  də  tamamilə  yeni 
olmalıdır.  Unutmaq  olmaz ki,  XIX  yüzilliyin  kriminal  şəxsiyyəti  ilə  XXI 
yüzilliyin  kriminal  şəxsiyyəti  arasında  böyük  fərqlər  vardır.  Bu  ondan 
irəli  gəlir  ki,  cinayətlərin  ayrı-ayrı  kateqoriyalarının  sosial  təhlükəlilik 
dərəcəsində və xarakterində,  yaxud  törədilməsi  üsullarında  baş  vermiş  və 
verməkdə  olan  dəyişikliklər  eynilə  cinayətkarların  da  şəxsiyyətinin  bəzi 
xüsusiyyətlərində  dəyişikliyə  səbəb  olmuşdur.  Fikrimizi  daha  da  aydın­
laşdırmaq  üçün aşağıdakı bəzi  məqamlar üzərində dayanaq.
Məsələn,  nə  qədər  ki,  odlu  silah  ixtira  edilməmişdi,  belə  bir  silahla 
insanı  qətlə  yetirmə,  onu  gəzdirmə,  gizlətmə,  ondan  istifadə,  eləcə  də  onu 
satma  barəsində  söhbət  gedə  bilməz.  Deməli,  insanı  həyatdan  məhrum 
etmənin  ən  asan  cinayət aləti  olan  odlu  silahı  daşıyan  kriminal  şəxsiyyət də 
olmamışdır.  Nəticə:  odlu  silahla  insanı  qətlə  yetirən  şəxs,  belə  əməli  soyuq 
silahla və ya küt alətlə qətlə yetirən şəxsdən daha ağır cinayətkardır.
Təyyarələr  və  digər  uçan  aparatlar  olmadığı  dövrdə  cinayət  hüququ

Стручков  Н.Л.  О  механизме  взаимного  влияния  обстоятельств,  обусловливающих 
совершение  преступления / / Советское государство и  право.  1966, X al0, с. 115.
2  Федосеев  И.П.  Проблема  социального  и  биологического  в  философии  и 
социологии  //Биологическое  и  социальное  в  развитии  человека.  М .,1977.  с.27.
3  Бочков  И.П.  Методологические  и  социальные  вопросы  современной  генетики 
человека//Вопросы  философии,  1981.  .№   I.  с.53.
4 2 6
hava  gəmisinin  qaçırılması  cinayətini  tanımırdı.  Nəticə:  hava  gəmisini 
qaçıran  şəxs,  ininik  avtomobilini  qaçıran  şəxslə  müqayisədə  daha 
qorxunc cinayətkardır.
Başqasını  insan  imımınçatışmazhğı  virusu  ilə  yoluxdurma  əməlini 
cinayət hüququ  elmi  yalnız həmin  xəstəliyin  kütləvi  hal  almasından  sonra 
onu  kriminallaşdırdı.  Nəticə:  bele  virusu  yoluxduran  şəxsin  əməli, 
təhlükədə  qoyma  əməlini  törədən  şəxslə  müqayisədə  daha  ağır  cəzaya 
məhkum olunur.
Elcktron-hcsablayıcı  maşınlardan  istifadə  şəbəkəsinin  genişlənməsi, 
habelə  onun  təkmilləşdirilməsi  nəticəsində  kompüter  informasiyası 
sferasına  cəmiyyətdə  meylin  həddən  artıq  artması  son  həddə  kompüter 
informasiyası  sahəsində  cinayətlər  kateqoriyasının  yaranmasına  səbəb 
oldu.  Nəticə:  kriminal  şəxsiyyətlərin  daha  bir şəbəkəsi  özü  üçün  həyatilik 
qazandı.
İqtisadiyyatın  intensiv  inkişafı  nəticəsində  havanın,  suyun,  bitki  və 
heyvanat  aləminin  qorunub  saxlanmasım  təhlükəli  vəziyyətə  gətirib 
çıxardı.  Atmosferin  çirkləndirilməsi  elə  bir  həddə  gəlib  çatdı  ki,  ekoloji 
cinayətlər təşəkkül  tapdı.  İndi  artıq ekoloji  cinayətlər ıııübari/ə  milli  döv­
lət hüdudlarından  kənara çıxaraq  diinya birliyinin qlobal  problemlərindən 
birinə  çevrilmişdir.  Şübhəsiz,  ki,  milli  ölkə  daxilində  insan  sağlamlığına 
zərər  vuran  ekoloji  cinayətlərin  subyektləri  ilə  müqayisədə,  eyni  əməllə 
eyni  vaxtda  bir  ııcçə  dövlətə  və  onıın  vətəndaşlarının  sağlamlığına  zərər 
vuran  subyektlər daha təhlükəlidirlər.
Müasir  cinayət  hüququnun  və  cinayət  qanunvericiliyinin  təzələnmiş 
normaları  əsasında  belə  misalların  sayını  çoxaltmaq  olar.  Bununla  əla­
qədar  deyilənləri  yekunlaşdıraraq  qeyd  etmək  istərdik  ki,  cinayətlərin 
hər  bir  kateqoriyası,  eləcə  də  onların  yeni  təzahür  edən  hər  bir 
forması  öz cinayətkar mühitini və  kriminal şəxsiyyətini yaradır.
Yuxanda  göstərilənlər  əsasında  şəxsiyyəti  cinayətkar  kimi  xarakteri­
zə  edən  bəzi  xüsusiyyətlərin  üzərində  dayanmağı  məqsədəuyğun  hesab 
edirik.
İlk  növbədə  qeyd  etmək  lazımdır  ki,  kriminal  əməl  törətmiş  hər  bir 
insan,  hər  şeydən  əvvəl,  şəxsi  keyfiyyətlərinə  görə  qiymətləndirilməlidir. 
Çünki  hər  hansı  kriminal  əməlin  törədilməsi  dərhal  onu  törətmiş  şəxsin 
kriminal  şəxsiyyət  olmasına  dəlalət  edə  bilməz.  Buna  görə  də  hər  hansı 
cinayətkarın  şəxsiyyətinin  qiymətləndirilməsi  prosesində  aşağıdakı  bir 
sıra xüsusiyyətlərin nəzərə alınmasım məqbul  hesab edirik.
427


Birincisi,  hor  bir  ford  öz  təbiəti  etibarilə  həm  xeyrə,  həm  də  şərə 
meylli  ola  bilər.  Belə  meyl  onun  daxili  aləmi  ilə  zahiri  cizgilərinin 
qarşılıqlı  vəhdətində  təzahür edə bilər.  Məlumdur ki, insanın bütün daxili 
məziyyətləri,  faydalı,  yaxud  zərərli  niyyətləri  zahiri  hərəkətləri  vasitəsilə 
ifadə  olunur.  Deməli,  C.Lombrozoya  uyğun  olaraq  cinayətkarın  şəxsiy­
yətinin  qiymətləndirilməsində  onun  sifətinin  fərqləndirici  əlamətlərinə 
(bu  əlamətlər  haqqında  yuxarıda  artıq  danışılmışdır)  diqqət  yetirilməsi 
vacibdir:
İkincisi,  cinayətkarın  şəxsiyyəti  qiymətləndirilərkən  sosial  xüsusiy­
yətlərin  nəzərə  alınması  vacibdir.  Belə  xüsusiyyətlərə  fərdin  yaşadığı  və 
tərbiyə aldığı  şərait,  cəmiyyətdəki  əlaqələri,  yəni onun  təhsil aldığı  və ya 
işlədiyi,  münasibətlər  qurduğu  həmyaşıdlar  mühiti,  cəmiyyətə  baxışlan 
və  sosial  dəyərlərə yönümü,  təhsilə  və əməyə münasibəti,  fəaliyyət  və ya 
məşğuliyyət  növü,  insanlara  və  bütövlükdə  insanlığa  münasibəti,  rəğbət 
bəslədiyi  və  ya bəsləmədiyi  vərdişləri,  tütünə,  spirtli  içkilərə və narkotik 
maddələrin  istehlakma olan meylləri,  idmana və  musiqiyə həvəsi,  qumar 
oyunlarına meylliyi, estetik zövqü və s. aid edilə bilər.
Üçüncüsü,  hər  bir  fərd  özünəməxsus  daxili  zənginliyə,  təbiətə  və 
mənəviyyata  malikdir,  Törədilmiş  hor  bir  cinayətin  insanın  daxili  niy­
yətlərinin  zahiri  təzahürü  olduğu  artıq  qeyd  olundu.  Lakin  insanın  daxili 
təbii  əlamətlərinin  onun  zahirdə  etdiyi  hərəkətlərlə  uyğunlaşmaması  da 
heç  kəsdə  şübhə  doğura  bilməz.  Deməli,  cinayətkarın  şəxsiyyəti  qiy­
mətləndirilərkən  onun  daxili  təbiəti  ilə  zahiri  hərəkətlərinin  qarşılıqlı 
vəhdətinin nəzərə alınması  zəruridir.
Yuxarıda  göstərilənlər  əsasında  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 
kriminal  şəxsiyyətə  müasir  yanaşmada  onun  xarici  görünüş  əlamətləri, 
sosial  xüsusiyyətləri  və  daxili  təbiəti  əsas  götürülməlidir.  Cinayətkarın 
şəxsiyyətini  yalnız  göstərilən  üç  əsas  xüsusiyyətlərin  üzvi  vəhdətini 
müəyyən etməklə qiymətləndirmək olar.
4 2 8
ON  İKİNCİ  FƏSİL
CİNAYƏT CƏZASININ  SOSİOLOGİYASI
I.  Cinayət cəzasına yanaşmanın  sosioloji xüsusiyyətləri
Cəza  -  bu,  şəxsiyyət tərəfindən  dini,  əxlaqi  və hüquqi  xarakterli  so­
sial  normaların  pozulmasına  cavab  olaraq  dövlətin  müvafiq  tənzimləyici- 
reqressiv  sanksiyaların  tətbiqi  növündə  verdiyi  reaksiyanın  reaktiv  for­
masıdır.  Törədilmiş  sosial  təhlükəli  kriminal  əmələ  qarşı  dini  və  əxlaqi 
sanksiyaların  çatışmazlığı  zamanı  cəmiyyət  və  dövlət  hüquqi  vasitələrə 
müraciət edir.  Məhz hüquqi vasitələrin köməyilə ədalət bərpa olunur.
Sosiologiyanın  xüsusi  bilik  sahəsi  olan  hüquq  sosiologiyası  sosial 
normaların bir növü kimi hüquq normalarının yaranmasını,  bu  normaların 
real  həyatda  və  hüququ  tətbiqetmə  praktikasında  sosial  qüvvəsini  təhlil 
etməklə  yanaşı,  cinayət  cəzasının  da  tədqiqini  vacib  problemlərdən  biri 
hesab  edir.  Təsadüfi  deyildir  ki,  cəzalandırma  fəaliyyətinin  məqsədləri, 
vasitələri  və nəticələri  haqqında  ilk  əsərlər  ümumsosioloji  planda  işlənib 
hazırlanmışdır.  Belə  əsərlər  içərisində  Çczarc  Bckkariyanın  «Cinayətlər 
və cəzalar haqqında» əsəri  daha məşhur olmuşdur.
Ç.Bckkariya  adı  çəkilən  əsərində  törədilmiş  cinayətlə  tətbiq  edilməli 
olan cəza tədbiri arasında uyğunluğun zəruriliyi haqqında danışır,  cəzanın 
başlıca  məqsədinin  qorxutmaq  və  vahimələndirmək  hesab  edildiyi  feoda­
lizm  dövründə  ədliyyənin  sərt  mövqeyini  və özbaşınalıqlarını  ifşa edirdi. 
Cinayətkarı  yeni  ictimai  təhlükəli  əməllər  törətməkdən  fiziki  çəkindir­
mənin ən  ifrat forması ölüm cəzası idi.
Feodal  cinayət  hüququnun  qəddarlığını  və  ədalətsizliyini,  aristokra­
tiyanın  hiyləgərliyini  və  istibdadını,  kilsənin  qanunazidd  fəaliyyətini  və 
özbaşınalığını  tənqid  edərək,  Bckkraya  cinayət  hüququnun  aşağıdakı 
prinsiplərini  formalaşdırmışdır:
a)  qanunçuluq  (qanunda  göstərilməyən  əməl  cinayət  və  cəzalanmalı 
olan əməl sayıla bilməz);
b) qanun qarşısında vətəndaşların bərabərliyi;
c) cəzanın cinayətin vurduğu ziyana uyğunluğu;
d) məsuliyyətin labüdlüyü;
e)  sosial tədbirlər həyata keçirməklə cinayətlərin  qarşısının  alınması.
4 2 9


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə