R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


edilən  cinayət  cəzasının  ağırlığı  arasında  uyğunluq  yaradır.  Bir  tərəfdən



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə118/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   114   115   116   117   118   119   120   121   ...   131

edilən  cinayət  cəzasının  ağırlığı  arasında  uyğunluq  yaradır.  Bir  tərəfdən 
təqsirkar ona verilən cəzanın törətdiyi əmələ uyğunluğuna, digər tərəfdən 
isə  cinayətdən  zərər  çəkən  şəxs  hökmün  qanuniliyinə  və  obyektivliyinə 
inanır.  Bu  inama yalnız qanun normasının düzgün tətbiqi  nəticəsində nail 
oluna bilər.
Qanunvericinin  ədalətli  mövqeyi  onun  verdiyi  qanun  normasının 
məzmunun  dan  daha  çox  mənası  ilə  müəyyən  edilə  bilər.  Belə  ki,  qanu­
nun  mənasının  obyektiv  və  düzgün  aydınlaşdırılması  əsasında  onun  nə 
dərəcədə  ədalətli  olub-olmaması  nəticəsinə  gəlməyə  imkan  yaranır.  Əl­
bəttə  ki,  bu,  hüquqşünasdan,  yaxud  hüquq  elmləri  ilə  maraqlanan  hər 
hansı  digər peşə  sahibindən  dərin  bilik,  hüquqi  terminologiyanı  mükəm­
məl  bilmək  bacarığı  və  konkret  qanun  normasını  diqqətlə  interpretasiya 
etmək  qabiliyyəti  tələb  edir.  Bu  prosesdə  lazımi  hüquq düşüncəsi  səviy­
yəsinə  malik  olmaq  da  az  əhəmiyyət  kəsb  etmir.  Məsələn,  hüquq  icti­
maiyyətinə  yaxşı  məlum  olan  «qanun  şahdır,  şah  qanun  deyil»  məşhur 
latın  hüquq  frazeologiyasının  mənasından  minimum  hüquqi  biliyə  malik 
olan  şəxs  asanlıqla  dərk  edir ki,  qanunun  şahlıq  etməsi  eyni  zamanda  da 
hamının  qanun  qarşısında  bərabər  olmasının  bəyan  edilməsinə  dəlalət 
edir.
Qanunun  cəmiyyətdə şahlıq etməsi  müddəası  onun xalqın  sərvəti  ol­
ması  ilə  də  izah  oluna  bilər.  Qanun  məhz  xalqın  iradəsinin  məhsulu 
olduğu üçün heç bir fiziki  qüvvə,  hətta onu qəbul edən qanunverici  orqan 
ondan  yüksəkdə  dayana  bilməz.  Qanunun  bu  xüsusiyyəti  onun  hüquqi 
təbiətindən irəli gəlir.
Göründüyü kimi,  qanunvericiliyin  sosiologiyası hüquq  sosiologiyası­
nın  mühüm  əhəmiyyət kəsb  edən bölmələrindən  biridir.  Qanunvericiliyin 
sosiologiyası  qanunvericilik  normalarının  və  aktlarının  işlənib  hazırlan­
ması,  onların  sosial  praktikada  tətbiqi  problemlərini  tədqiq  edən  bilik 
sahəsidir.
3. Qanunvericiliyin səmərəliliyi problemi
Qanunvericiliyin  sosial  faydalılığının  və cəmiyyət üçün  zəruriliyinin 
müHüm  göstəricisi  onun  səmərəliliyidir.  Qanunvericiliyin  səmərəliliyi 
eyni  zamanda  qanunun  özünün  səmərəliliyidir.  V.V.Lapayevanın  verdiyi 
tərifə  uyğun  olaraq qanunun  səmərəliliyi  dedikdə,  qanunda  ehtiva olunan 
hüquq  normalarının  məqsədləri  ilə  onların  sosial  praktikada  realizəsinin
458
nəticələri  arasındakı  qarşılıqlı  münasibəti  başa  düşülür.1  Başqa  sözlə, 
qanunun  səmərəliliyi  onun  praktiki  tətbiqinin qanunverici  tərəfindən qarşıya 
qoyulmuş məqsədlərin realizəsinə nə dərəcədə nail olunduğunu göstərir.
Qanunun səmərəliliyi  aşağıdakı üç mühüm amilin qarşılıqlı  fəaliyyəti 
ilə müəyyən edilir.
Birincisi,  səmərəlilik  qanunun  özünün  məzmunundan,  onun  cəmiy­
yətdə  real  sosial-siyasi  və  hüquqi  situasiyaya  uyğunluğundan  asılıdır. 
Obyektiv  halları,  real  sosial  tələbatları  əks  etdirməyən  uydurma  qanun 
işləməyən  ölü  yazını  xatırladır,  çünki  o,  öz  məzmunu  ilə  hüquq  müna­
sibətlərinə heç bir təsir göstərmək  iqtidarında olmur.  Belə qanunun hüquq 
münasibətlərinə  təsiri  olsa  da,  öz  kcyfıyyətsizliyi  ilə  hər  hansı  bir 
dəyişiklik yarada bilmir.
Qanunun səmərəliliyinin  ikinci  mühüm amili  qismində vətəndaşların 
hüquq mədəniyyətinin və onların hüquq düşüncəsinin ümumi səviyyəsi çıxış 
edir.  İstənilən  hüquq  norması  əhalinin  böyük  əksəriyyətinin  qanuna  hörmət 
etməyə  və  öz  gündəlik  həyatında  onu  rəhbər  tutmağa  vərdiş  etdiyi 
cəmiyyətdə daha səmərəli  olur.  Belə cəmiyyətdə hər bir fərd,  sosial  qrup öz 
hüquqlarını yaxşı bilir və onlardan təyinatına uyğun düzgün istifadə edir.
Qanunların  səmərəli  fəaliyyəti  üçün  ciddi  maneə nöqteyi-nəzərindən 
hüquqi  nihilizm  fenomeni  demək  olar  ki,  bütün  müasir  cəmiyyətlərdə 
hələ  də  yaşamaqda  davam  edir.  Hüquqi  nihilizmin  mahiyyətini  əhalinin 
hüquqa,  hüquq  normalarına  inamsızlığı  təşkil  edir.  İstənilən  cəmiyyətin 
böhranlı  dövrlərində,  qanunvericilik  praktikasının  sosial  dəyişikliklərlə 
uyğunlaşa  bilmədiyi  şəraitdə  hüququn  həqiqiliyi  labüd  surətdə  aşağı 
düşür,  əhali  hüququn, hüquq  normalarının  ədalətliliyinə inanmır,  müvafiq 
surətdə hüquqi  nihilizmin  səviyyəsi yüksəlir.
Belə vəziyyət aşağıdakı  bir sıra səbəblərdən  irəli gəlir:
1) vətəndaşların  hüquqi  imkanlarının  aşağı  səviyyədə olması;
2) əhalinin öz hüquq və vəzifələri haqqında məlumatlandırılmaması;
3)  cəmiyyətdə  fəaliyyət  göstərən  hüquq  institutlarının  lazımi 
səviyyədə komplektləşdirilmoməsi;
4)  yüksək  peşəkarlığa  və  geniş  iş  təcrübəsinə  malik  olan  hüquq­
şünasların çatışmazlığı;
5)  ictimai  inkişafın  keçid  dövründə  hüquqi  sistemdə  və  qanunveri­
cilik prosesində mövcud olan ziddiyyətlər;
1 Лапасва В.В.  Социология  права.  М., 2000, с.209.
459


6) işləyən hüquqşünasların peşə səviyyəsinin aşağı olması;
7) «əlverişsiz» konstitusiya normalarının  təcrid edilməsi;
8) hüquq-mühafizə və məhkəmə sisteminin zəifliyi və s.
Hər  bir  cəmiyyətin  sosial  xarakteristikası  üçün  vətəndaşların  hüquq 
mədəniyyətinin,  yüksək  hüquq  düşüncəsinin  və  normativ  hüquqi  davra­
nışının  formalaşmasının  mühüm  əhəmiyyəti  vardır.  Bunun  üçün  ilk 
növbədə  dərin  iqtisadi  və  siyasi  sabitliyin  olması  vacibdir.  Məhz  iqtisadi 
və  siyasi  sabitlik  cəmiyyət  üzvlərini  öz  hüquqlarını  istənilən  səviyyədə 
realizə etməyə imkan verir, əhalinin və ayn-ayrı  sosial qrupların öz sosial 
tələbatlarını təmin etmələri  istiqamətində əlverişli  şəraiti  təmin edir.
Qanunun səmərəliliyi müvafiq cəmiyyətə ənənəvi olaraq xas olan hü­
quq mədəniyyətinin tipindən də xeyli asılıdır.  Məsələn,  bu nöqteyi-nəzər­
dən  Azərbaycan  cəmiyyəti  üçün  oxlaqi  dəyərlərə  üstünlük  vermək,  vic­
danın  üstünlüyünü  tanımaq  və  meydana  çıxan  problemlərə  qarşı  dö­
zümlülük  nümayiş  etdirmək  həmişə  səciyyəvi  olmuşdur.  Azərbaycan 
məhz  müsəlman  ölkəsi  olduğuna  görə  insan  mənəviyyatının  gözəllik­
lərinə,  əxlaqi  sərvətlərə və  milli  adət-ənənələrə hörmətlə yanaşmaq  Azər­
baycan  xalqının  pozitiv  adətinə  çevrilmişdir.  Azərbaycan  xalqının  hüquq 
mədəniyyəti do məhz bu ruhda formalaşmışdır.
Qanunun  səmərəliliyi  həmçinin  də  hüquq-mühafizə  və  hüququ 
tətbiqetmə orqanlarının  fəaliyyətinin keyfiyyətilə müəyyən edilir,  Belə ki, 
bu  orqanların  əməkdaşlarının  öz  peşə  fəaliyyətini  öz  səlahiyyətləri  daxi­
lində  yerinə  yetirmələrindən  çox  şey  asılıdır.  Hüquq-mühafizə  orqanla­
rına  əhalinin  hörməti  o  zaman artır ki,  bu  orqanların  özü  qanunlara əməl 
etməkdə  nümunəvilik  nümayiş  etdirir,  vətəndaşların  hüquqlarının  və  qa­
nunla mühafizə olunan  mənafelərinin müdafiəsində əzmkarlıq  göstərirlər. 
Əksinə,  öz  qulluq  mövqeyindən  sui-istifadə  etmə,  səlahiyyət  həddini 
aşma,  qanunların  icrasına  məhəl  qoymama  və  insanların  hüquq  və  azad­
lıqlarının  mühafizəsində  laqeydlik,  qeyri-peşəkarlıq  nümayiş  etdirmək 
hüquq-mühafizə  və  hüququ  tətbiqetmə  orqanlarını,  onların  vəzifəli  şəxs­
lərini  nüfuzdan salır.  Belə vəziyyətdə əhali onlara nəinki rəğbət bəsləmir, 
hətta  hüquqlarının  pozulduğu  hallarda  belə,  onlara  müraciət  etmək 
istəmir.  Bu da təbiidir, çünki  inam,  etibar olmayan  yerdə qanunların qüv­
vəsindən istifadə etmək də arxa plana keçir.
Qüvvədə  olan  qanunların  və  hüquq  normalarının  səmərəliliyi  prob­
leminin  həllinə  hüquq  sosiologiyası  böyük  yardım  göstərə  bilər.  Bunu 
təsdiqləyən amillər mövcuddur və həmişə mövcud olmuşdur.  Belə bir da­
4 6 0
nılmaz  faktı  xatırlatmaq  kifayətdir ki,  qanunların  və  hüquq  normalarının 
real  səmərəliliyinin  tədqiq  edilməsi  informasiyaların  toplanmasına  və 
onların mükəmməl  təhlilinə arxalanmaya bilməz.  Sosioloji  tədqiqatlar elə 
bir  empirik  baza  yaradır  ki,  onun  əsasında  bu  və  ya  digər  qanun,  yaxud 
hüquq  normasının  səmərəlilik  və  ya  qcyri-səmərolilik  dərəcəsi  haqqında 
ciddi nəzəri nəticələr əldə etmək imkanı  yaranır.
J.Karboncnin  fikrincə,  sosiologiya nöqteyi-nəzərindən  hüquq  norma­
sının  səmərəsizliyi  onun  səmərəliliyi  ilə  müqayisədə  son  dərəcə  böyük 
maraq  doğurur.  Məsələ  burasındadır  ki,  qanununun  tətbiqinin  səmərəsiz­
liyi  sosial  qaydanın  gizli  səbəblərinin  və  amillərinin  mövcudluğunu  üzə 
çıxarır.  Bu isə ilk növbədə sosiologiyam  maraqlandırır.
Sosiologiya  hüquq  normalarının  səmərəliliyi  probleminə  onların  so­
sial  realizəsi,  yəni  onların  real  ictimai  münasibətlərə  çevrilməsi  aspektin­
dən  yanaşır.  Buna  görə  də  hər  hansı  konkret  hüquq  normasının  səmərə­
liliyi  sosioloqlar  tərəfindən  təcrid  edilmiş  halda  öyrənilə  bilməz.  Sosio­
loqlar  səmərəlilik  problemini  müvafiq  tarixi  cəmiyyətdə  bütövlükdə  hü­
ququn  kontekstində  öyrənməyə  səy  göstərirlər.  K.Kulçar  bununla  əlaqə­
dar yazır:  «Ilüququn  səmərəliliyi -  bu, hansısa ayrıca normanın deyil, bü­
tün  hüquq  sisteminin  səmərəliliyidir.  Ayrıca  hüquq  normasının  səmərəli­
liyi  bütün  hüquq  sisteminin  səmərəliliyindən  xeyli  dərəcədə  asılıdır».1 2
 
Deməli,  ayrı-ayrı  hüquq  normalarının  səmərəliliyinə  təsir göstərən  sosial 
şərait bütövlükdə hüquq sisteminə təsir göstərir.
Ayrı-ayn  hüquq  ııonnalarının  səmərəliliyinə  və  ya  səmərəsizliyinə  təsir 
göstərən  sosial  şərtlər  içərisində  bütövlükdə  hüquq  sisteminin  ahəngdarlığı 
mühüm  rol  oynayır.  Bu  mənada  hüquq  normasının  səmərəliliyi  müvafiq 
surətdə iqtisadi və sosial siyasətin, hüquq siyasətinin səmərəliliyidir.
V.V.Lapaycva belə hesab edir ki, hüququn  səmərəliliyi  qrup  mənafe­
ləri  və  fərdi  mənafelərlə,  bu  mənafelərin  balanslaşdırılması  ilə  sıx  bağ­
lıdır  və  belə  bağlılığa  mövcud  hüquq  sisteminin  meydana  çıxan  mü­
naqişələri  səmərəli  surətdə  həll  etmək  qabiliyyəti  kimi  dəyərləndirmək 
olar.  Belə  qarşılıqlı  bağlılıq  sosial  münasibətlərdəki  münaqişələrin  ümu­
mi  səviyyəsini  aşağı  salmağa  qadirdir.  Hüquq  -   bu,  hər  şeydən  əvvəl, 
münaqişə  aparan  tərəflərin  sosial  münaqişələrinin  həll  edilməsi  üçün 
mühüm  obyektiv,  ümumədalətli  bir  vasitə,  ictimai  sistemin  sabitliyinin, 
onun vahid tam qismində inteqrasiyasının üsuludur."
1 Кульчар К. Göst.kitab, s.243.
2 Лапасва  B.B. Социология права.  M., 2000, c.214.
461


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə