R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


pozulur.  Məsələn,  heç  bir  yerin  qanunvericiliyində  birbaşa  danışılmırdı



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə116/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   112   113   114   115   116   117   118   119   ...   131

pozulur.  Məsələn,  heç  bir  yerin  qanunvericiliyində  birbaşa  danışılmırdı 
ki,  SSRİ  vətəndaşları  öz  istəyi  ilə  ölkənin  hüdudlarını  tərk  etmək 
hüququna  malik  deyillər,  lakin  təcrübədə  vəziyyət  məhz  belə  olmuşdur. 
Yaxud  SSRİ-nin  tərkibinə  daxil  olan  müttəfiq  respublikaların  onun 
tərkibindən çıxmaq hüququ konstitusiyada təsbit edilsə də,  əslində heç bir 
respublika bu hüququndan istifadə etmək iqtidarında deyildi.
Müasir  Azərbaycan  gerçəkliyi  bir  tərəfdən  belə  növ  sosial  problem­
lərin  mövcudluğuna  münasibətdə  özünün  ölçüyəsığmaz  aşkarlığı  və 
açıqlığı  ilə  xarakterizə  olunur.  Digər  tərəfdən  isə  hazırda  qanunyarat- 
manm  bəzi  sahələrində  baş  verən proseslər və  yaranmaqda  olan  ənənələr 
(məsələn,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  qəbul  etdiyi  qanun 
norması  qüvvəyə  mindikdən  dərhal  sonra  ona  əlavə  və  dəyişikliklər 
edilməsi  prosesləri  hərəkətə gətirilir və  bu  ondan  irəli  gəlir ki,  qanunların 
qəbuluna  mütəxəssislər  cəlb  olunmur,  qanunlar  bəzən  son  dərəcə  tələs- 
kənliklə  qəbul  olunur,  ictimai  rəy  nəzərə  alınmır  və  s.)  sosiologiyanın 
buna bilavasitə və geniş müdaxiləsini  tələb edir.
Hüququn  sosioloji  cəhətdən  öyrənilməsi  son  dərəcə  zəruri  və  gə­
rəklidir.  Bu,  cəmiyyətdə  həyata  keçirilən  hüqııqyaratma  prosesinə  mü­
nasibətdə  aşkarlığı  təmin  edir,  mövcud  olan  və  qarşıya  çıxa  bilən  sosial 
problemlərin  həllini  asanlaşdırır,  özünün  qanunvericilik  həllini  tələb  edən 
sosial  və  hüquqi  münaqişələrin  qarşısının  alınmasına  yardım  göstərir. 
Məsələyə  sosiologiyanın  müdaxilə  etmədiyi  hallarda  isə  qəbul  olunan 
qanunvericilik  aktlarının  böyük  əksəriyyəti  hərəkətsiz  qalır,  əhali  isə 
praktikada  onlardan  asanlıqla  yan  keçmənin  əlverişli  üsullarını  əldə 
edirlər.
Məlumdur  ki,  bütün  müasir  sivil  cəmiyyətlərdə  vergilərin  vaxtında 
və  tam həcmdə  ödənilməsi  dövlətin  vergi  siyasətinin  başlıca  istiqamətini 
təşkil  edir.  Məhz  vergilərin  ödənilməməsi  və  ya  tam  həcmdə  ödənilmə- 
məsi  müasir cəmiyyətlərdə  hüquq  pozuntularının  ən  tipik  və  kütləvi  for­
masına  çevrilmişdir.  Elə  bir  dövlət  tapılmaz  ki,  onun  cinayət qanunveri­
ciliyində  vergiləri  ödəməkdən  yayınmağa  görə  cinayət  məsuliyyəti  və 
cəzası nəzərdə tutulmasın.  Statistik məlumatlar belə bir nəticəyə gəlməyə 
imkan  verir ki, hazırda vergi  ilə bağlı hüquq  pozuntuları  dünyanın  bir çox 
dövlətlərində  adi  şəxsi  hüquqazidd  davranışın  çərçivəsindən  kənara 
çıxmış  və  cəmiyyətin  atributiv  xarakteristikasına  çevrilmişdir.  Bu  isə 
vergi  ödənilməsi  sferasında hüquqazidd  davranış  fenomeninin  tədqiqində 
nəinki  kriminologiyanın  və  yurisprudensiyanın,  həm  də  iqtisadi-siyasi
45 2
sahələrin,  eləcə  də  hüquq  sosiologiyasının  vasitələrindən  xüsusi  istifadə­
nin zəruriliyini və  labüdliiyünü diktə edir.
Sosioloji  təhlillər vergi  sferasında  sabit  deviant davranış ənənələrinin 
formalaşmasına  stimullaşdırıcı  təsir  göstərən  bir  sıra  müxtəlif  təbiətli 
amillərin aşkar olunmasına şərait yaradır.  Bunlara iqtisadi, siyasi,  hüquqi, 
taşkilati  amilləri,  dünyagörüşü  amilini  və  ya psixoloji  amilləri  aid  etmək 
olar.
Amillərin  iqtisadi  qrupuna  vergilərin  həddən  artıq  yüksək  olması, 
xüsusən  də  xırda  formalarda  xüsusi  sahibkarlığın  inkişafında  dövlətin 
maraqlı  olmaması  aiddir.  Vergi  orqanlarının  işinin  təşkilində  yol  verilən 
nöqsanlar  və  onların  zəruri  resurslarla  təminatının  zəif  olması  təşkilati 
amillər  hesab  olunurlar.  Ili'ıquqi  amillərə  vcıgi  qanunvericiliyində  möv­
cud  olan  qeyri-sabitlik,  qeyri-müəyyənlik  və  boşluqlar  daxildir.  Cəmiy­
yətə  yad  olan  və  sosial  qruplar,  təbəqələr  içərisində  yarıtmaz  ideologi­
yanın  mövcudluğu  və  bu  ideologiya  əsasında  əhalinin  müəyyən  hissəsi
 
içərisində  daxili  münaqişəli  situasiyaların  formalaşması  dünyagörüşü 
amillərinə  aiddir.  Əhali  arasında  belə  psixoloji  vəziyyətin  formalaşması 
tələb  olunan  maddi  sərvətlərə  və  sosial  uğurlara  hüquqi  vasitələrin 
köməyilə nail olunmasını qeyri-mümkün  edir
Yuxarıda sadalanan  amillər  kompleksi  bir-birilə  qarşılıqlı  əlaqədədir 
və buna  görə də onların  ncylrallaşdırılması  üçün  xüsusi  mükəmməl  proq­
ramlar  çərçivəsində  birləşmiş  etibarlı  tədbirlər  sisteminin  olmasını  tələb 
edir.  Yalnız  sosial  qaydanın  ümumi  tədbirlərinin,  təşkilati,  hüquqi  və 
xüsusi  tədbirlərin  kompleksi,  'eləcə  də  xüsusi  profilaktiki  tədbirlər  vergi 
sahəsində  hüquq  pozuntularının  sosial  cəhətdən  qarşısının  alınmasını 
təmin edə bilər.
Qanunvericilik  sahəsində  sosioloji  tədqiqatlar  ya  sadəcə  olaraq  in­
formasiyalı  olan  ınürəkkəblilik  dərəcəsinə,  ya  da  modelləşdirmə  və  ya 
sorğu  kimi  daha  mürəkkəb  tədqiqat  texnologiyalarının  tətbiqinə  əsaslan­
dığına görə fərqləndirilirlər.
Modelləşdirmə  sosioloqlar  tərəfindən  qanun  layihəsinin  qanun  qis­
mində qəbul  olunduğu  vaxt həmin qanun  layihəsinin  şərti  modelinin  işlə­
nib  hazırlanmasından  və  situasiyanın  hipotetik  cəhətdən  yenidən  canlan- 
dırılmasmdan  ibarətdir.  Belə  situasiyanın  modelləşdirilməsi  müvafiq 
qanunun qəbulunun  mümkün  nəticələrini  nəzərdə  tutmağa imkan  yaradır. 
Modelləşdirmənin  şübhə  doğurmayan  üstünlükləri  tətbiqi-riyazi  metod­
lardan  istifadə  edilməsinin  mümkünlüyündən  ibarətdir  ki,  bu  da  proq-
453


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə