R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


Göründüyü  kimi,  hüquq  normasının  səmərəliliyi  bütövlükdə  hüquq



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə119/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   115   116   117   118   119   120   121   122   ...   131

Göründüyü  kimi,  hüquq  normasının  səmərəliliyi  bütövlükdə  hüquq 
elminin  ən  mürəkkəb  problemlərindən  biridir.  E.Kulçarm  fikrincə,  məhz 
buna  görə  həmin  problemə  elmi  yanaşma  ancaq  o  vaxt  mümkün  olmuş­
dur  ki,  hüquqi  təfəkkürdə  və  hüquqi  praktikada  dəyişikliklər baş  vermiş, 
bu  problemin  həllinə  yanaşmaya  yol  açılmışdır.1  Hüquq  normasının  sə­
mərəliliyi  probleminin  mürəkkəbliyi  onunla  müəyyən  edilir  ki,  hüququn 
səmərəliliyi  mahiyyət  etibarilə  özündə  hüquqyaratmadan,  hüququn  funk­
siyalarından  və  hüququn  realizəsindən  ibarət  olan  məsələlərin  böyük  bir 
kompleksini  ehtiva  edir.  Bu  nöqteyi-nəzərdən  hüququn  səmərəliliyinin 
əsas  amilləri  öz  ifadəsini  sosial  hadisə  və  proseslərdə  tapır.  Bunlar həm 
hüquqyaratmaya,  həm  də  hüququn  realizəsinə  təsir  göstərən  hadisə  və 
proseslərdir.
Deməli,  hüququn  səmərəliliyinin  əsas  şərtlərini  hüquq  norması  ilə 
obyektiv  gerçəklik  arasındakı  qarşılıqlı  asılılığın  düzgün  qiymətləndiril­
məsi,  hüquq  norması  ilə  insan  davranışı  arasındakı  qarşılıqlı  əlaqənin 
müəyyən  edilməsi  təşkil  edir.  Hüquq  normasının  xüsusiyyətlərinin  düz­
gün  dəyərləndirilməsi  do  hüququn  səmərəliliyinin  əsas  şərtlərindən 
biridir.
1 Кульчар К. Göst.kitab, s.235.
462
ON DÖRDÜNCÜ FƏSİL
MƏHKƏMƏ VƏ HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ 
FƏALİYYƏTİNİN SOSİOLOGİYASI
1.  Məhkəmə sosiologiyası
Hüquq-mühafizə,  xüsusən do  məhkəmə  orqanları  hər bir dövlətdə və 
cəmiyyətdə ədalət mühakiməsinin qarşısında duran məqsəd və vəzifələrin 
həyata  keçirilməsində  özlərinə  məxsus  rola  məlikdirlər.  Hüququ  tətbiq- 
etmə prosesinin mühüm  fazasını  təşkil  edən  ədalət mühakiməsi  bilavasitə 
məhkəmə  orqanları  tərəfindən  həyata  keçirilir.  Hüququ  tətbiqetmo  real 
həyati  proses,  idrak  fəaliyyətidir.  Çünki  o,  bilavasitə  insan  taleyi  ilə  bağ­
lıdır.  Hüquq  sosiologiyası  baxımından  sosial  subyekt  hesab  olunan  in­
sanın hərəkətləri məhz hüququ tətbiqetmə prosesində qiymətləndirilir.  Bu 
isə  həyati  gerçəkliyin  özüdür.  Hüquq  ədəbiyyatında  düzgün  olaraq  qeyd 
edilir  ki,  məhkəmə  və  hüquq-mühafizə  orqanlarının  sosiologiyası  -  bu, 
hüquq  sosiologiyasının  hüququ  tətbiqetmənin  real  proseslərini  təhlil 
etdiyi  istiqamətdir.1
Fəaliyyət  göstərməyən  qanunların  kağız  üzərində  qaldığını  sosial 
həyat reallıqları  həmişə  təsdiq  etmişdir.  İstisnasız  olaraq  bütün  qanunlar 
fəaliyyət  göstərmək,  eləcə  do  olduğu  kimi  icra  olunmaq  üçün  verilirlər. 
Bunun heç bir alternativi  yoxdur.  Çünki  ictimai  həyatda baş verən proses­
lərin müsbət və  mənfi  cəhətlərini,  sosial  gerçəkliklərin normallıqlarını  və 
çatışmazlıqlarını  qanunların fəaliyyəti aşkarlayır.  Cəmiyyət  üzvləri yalnız 
işlək  qanunların  köməyilə  ətraflarında  baş  verən  sosial  və  digər  proses­
lərin  həqiqiliyini,  yaxud  normal  olmadıqlarını  müəyyən  edə  bilirlər. 
Məhz  bu  cəhət  hüquq  sosiologiyasının  əsas  və  mühüm  fəaliyyət  sfera­
larından  biridir.  Əks  təqdirdə  cəmiyyət  üzvləri  qanunların  icrasının  və
 
hüququ tətbiqetmənin əsil səviyyəsindən xəbərsiz olardılar.
Hüquqla  yanaşı  mövcud  olan  hüquq  sosiologiyası  hüququ  tətbiqet­
mənin real  vəziyyətini  qiymətləndirməyə  və  əgər  lazım  gələrsə,  hüquqa 
onun  çatışmazlıqlarını  göstərməyə,  onu  tənqidi  dəyərləndirməyə  xidmət 
edən  özünəməxsus güzgü,  alətdir.2 Göründüyü kimi,  hüquq  sosiologiyası
1 Юридическая социология: Учебник. M., НОРМА-ИНФРА, 2000, с. 198.
1 Yenə orada.
463


hüququ  totbiqctınonin  bilavasitə  özünə  deyil,  onun  cəmiyyətin  normal 
yaşaması  və  inkişafı  naminə həmişə  normal  səviyyədə  qalmasına  xidmət 
edən  sahədir.  Məhz  hüquq  sosiologiyasının  elmi-nəzəri  müddəaları  və 
həyati  reallıqların  vəziyyətinə  qiymotlondirici-tənqidi  münasibəti  sosial 
mənfiliklərdən  qaçmağa  və  mövcud  qüsurları  aradan  qaldırmağa  şərait 
yaradır.
Hüquq  normaları  daim,  fasiləsiz  hərəkətdə  olan  və  zəruri  məqam­
larda  həmişə  özünün  qeyd-şərtsiz  olaraq  həyata  keçirilməsini  bir  növ 
tələb  edən  normalardır.  Lakin  bu  heç  do  o  demək  deyildir ki,  hüquq  nor­
maları  öz  tətbiqini  tələb  edən  canlı  varlıqlar,  yaxud  dəyərlərdir.  Hüquq 
normalarının  canlığı  onların  tətbiq  cdilmosindodir,  lakin  bu  tətbiqedici 
fəaliyyətlə  canlı  və  konkret  səlahiyyətli  insanların  məcmusundan  ibarət 
olan  məhkəmə  orqanları  məşğul  olurlar.  Məhkəmə  orqanları  həm  do  hü­
ququ  tətbiqetmənin  subyektləri  olan  hüquqşünasların  fəaliyyətinin  əsas 
məkanıdır.  Məhz  konkret  fəaliyyətindən  asılı  olan  hüquqşünasların  cəm­
ləşdiyi məhkəmə orqanları hüququ tətbiqetmo zərurətindən doğmuşdur.
Qanunun  aliliyi,  cəmiyyətdə  ancaq  onun  hökmranlıq  etmək  iqtida­
rında  olması  və  s.  haqqında  hələ  qədim  dövrlərin  və  erkən  orta  əsrlərin 
mütəfəkkirləri  danışmışdır.  Bu,  mütəfəkkirlərin  heç  də  öləri,  yaxud  tə­
sadüfi  mövqeyi  olmamışdır.  Qanunun  aliliyi  və  onun  tələblərinə  dön­
mədən  əməl  olunması  hər  bir  insan  cəmiyyətinin  varlığı  və  bu  varlığın 
tərəqqisi  ilə  əlaqələndirilmişdir.  Hüquqi  (legitim)  qanun  bütün  tarixi 
dövrlərdə  ayrıca  bir  fərddən  tutmuş  bütün  cəmiyyət üzvlərinodok  həmişə 
inkişafın  və  normal  həyatın,  yüksək  rifahın  və  təhlükəsizliyin  nüvəsini 
təşkil etmişdir.  Qanunların düzgün  tətbiqinə və  icrasına xüsusi  əhəmiyyət 
verilmişdir ki, ədalət mühakiməsi də məhz bu məqsədlə yaradılmışdır.
Dünyanın  sivil  cəmiyyətlərinin,  bu  cəmiyyətlərdə  məskunlaşmış 
müxtəlif  xalqların  qabaqcıl  fikirli  nümayəndələri  qanunları  və  məhkə­
məni  öz  dünyagörüşü  və  sosial  düşüncəsi  səviyyəsində  dəyərləndirmiş, 
hər  iki  fenomeni  öz  həyatlarının  tərkib  hissəsi  hesab  etmişlər.  Məhkəmə 
tarix  boyu  sosial  və  hüquqi  münaqişələrin  həll  edildiyi  təsisat  olmuş, 
cəmiyyət  ilk  növbədə  məhz  onun  ədalətinə  güvənmişdir.  Bir-birinin 
sinonimi  olan  «hüquq»  və  «ədalət»  terminləri  cəmiyyət  tərəfindən  bəlkə 
də  hələ  öz  adı  ilə  olduğu  kimi  qavranıla,  yaxud  çağırıla  və  adlandırıla 
bilmədiyi  dövrlərdə  insanların  «müdafiə  rəmzi»  qismində  qəbul  və  dərk 
etdikləri  fenomenlər olmuşlar.
4 6 4
Müasir  mərhələdə  -   sivil  dövlət  və  cəmiyyətlərin  sosial  həyatının 
demək  olar  ki,  bütün  sferalarında  bir-birinə  qarşılıqlı  inteqrasiya  şə­
raitində insan, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi  milli  məhkəmə 
sistemlərinin  mötəbərliyi  və  əhəmiyyətli  olmaları  ilə  əlaqələndirilir.  Ha­
zırda  cinayətkarlıqla  və  digər hüquq  pozuntuları  ilə  mübarizə  təkcə  milli 
dövlət səviyyəsində və  regional  səviyyədə deyil,  həmçinin  də  beynəlxalq 
səviyyədə  (ağır  cinayətlərin  bəzi  katcriyaları  üzrə)  aparılır.  Müasir 
dövrün  cinayətkarlığı  istənilən  cəmiyyətdə  elə  bir  təhlükəli  həddə  çat­
mışdır ki, hüquq-mühafizə  və hüququ  tətbiqetmo (məhkəmə)  orqanlarının 
fəaliyyətinin  təşkili  məsələlərinin  təhlili  xüsusi  sosioloji  tədqiqatlar 
səviyyəsinə  qalxmışdır.  Bunu  zəruri  edən  amillərdən  biri  də  cinayətlərin 
tamamilə yeni  formalarının  təzahür etməsi  olmuşdur.  Məhz  buna  görə  də 
dünyanın  inkişaf  etmiş  ölkələrində  məhkəmə  orqanlarının  fəaliyyətinin 
təhlili  nöqteyi-nəzərindən  məhkəmə  sosiologiyası  məsələsinə  xüsusi 
üstünlük verilir.
Məsələn,  J.Karbonc  hələ  XX  yüzilliyin  80-ci  illərində  məhkəmə  so­
siologiyasının  bir  sıra  obyektlərini,  yəni  ədalət  mühakiməsi  sahəsində 
sosioloqların  maraq  sferasının  nədən  ibarət  olduğunu  göstərərək  yazırdı: 
«Məhkəmə sosiologiyasının  mərkəzində  məhkəmə qərarı  və onun  qəbulu 
prosesi  dayanır».1 2
  Leon  Meyxü  məhkəmə  sosiologiyası  mənafeyinin  bu 
istiqamətini konkretləşdirərək belə hesab edirdi  ki,  məhkəmə sosiologiya­
sının  vəzifəsi  hüquqi  hərəkətləri  realizə  və  hüquqi  qərarlar  qəbul  edən 
vəzifəli  şəxslərə  daim  edilən  sosial  təsiri,  sosial  təzyiqi  aşkar  etməkdən, 
eləcə belə halların qarşısını almağa yardım göstərməkdən  ibarətdir.
Müasir  dövrün  tədqiqatlarından  aydın  olur  ki,  məhkəmə  sosiologi­
yasının  obyektlərinə  predmetli  yanaşma  daha  məqsədəuyğundur.  Məhz, 
belə  yanaşma  məhkəmə  sosiologiyasının  istiqamətlərini  düzgün  müəy­
yənləşdirməyə  imkan  verir.  Hazırda  hüquq  ədəbiyyatında  məhkəmə 
sosiologiyasının  obyektlərini  daha  predmetli  müəyyən  etməkdən  ötrü 
onun aşağıdakı  istiqamətləri  fərqləndirilir.3
Ədalət mühakiməsinin  təhlili, onun başlıca prinsipinə  -  qanun  qar­
şısında  vətəndaşların  bərabərliyi  prinsipinə  əməl  edilməsi.  Bu  istiqamət 
özündə konkret olaraq aşağıdakıları ehtiva edir:
1 Карбоиьс Ж. Юридическая социология.  M.,  1986, с.52.
2 Мейхью Л. Социология  права // Американская социология. М.,  1972, с.222-223.
3  Homin  istiqamətlər  haqqında  ətraflı  bax:  Юридическая  социология:  Учебник.  M., 
НОРМА-ИНФРА, 2000, с. 195-202.
4 6 5


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə