R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


SSRİ süquta uğradıqdan sonra məlum ictimai-siyasi hadisələr fonun­



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə122/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   118   119   120   121   122   123   124   125   ...   131

SSRİ süquta uğradıqdan sonra məlum ictimai-siyasi hadisələr fonun­
da  cinayətkarlığın  da  dinamikasında  artım  müşahidə  edilməyə  başladı. 
Xüsusən  də  keçmiş  müttəfiq  respublikaların  yaşadıqları  keçid  dövründə 
(onların  bəziləri  hələ  indi  də  bu  mərhələni  yaşamaqdadır)  kriminogen 
vəziyyət  daha  da  mürəkkəbləşməyə  doğru  istiqamət  götürdü.  Hazırda 
fəaliyyətdə olan Müstəqil Dövlətlər Birliyi  məkanına daxil olan ölkələrlə 
müqayisədə  Azərbaycanda  kriminogen  situasiya  nisbətən  sabitdir.  Bunu 
xüsusilə  ağır  cinayətlərin  dinamikasına  dair  statistik  məlumatlardan  da 
görmək mümkündür.  Beləliklə, statistik göstəricilərə müraciət edək.
Əgər  1998-ci  ildə  Azərbaycan  Respublikasında  408  qəsdən  adam 
öldürmə  cinayəti  qeydə  alınmışdırsa,  10  ildən  sonra,  yəni  2008-ci  ildə 
168  belə cinayət törədilmişdir.  Statistikanın əks etdirdiyi rəqəmlərdən də 
aydın  olur  ki,  1995-ci  ildən  başlayaraq  qəsdən  adam  öldürmə  cinayət­
lərinin  dinamikası  azalmağa  doğru  getmişdir.  Belə  ki,  1995-ci  ildə  604, 
1999-cu  ildə  346,  2000-ci  ildə  325,  2001-ci  ildə  318,  2002-ci  ildə  315, 
2003-cü  ildə  285,  2004-cü  ildə  293,  2005-ci  ildə  288,  2006-cı  ildə  267, 
2007-ci  ildə isə 269 qəsdən adam öldürmə cinayəti qeydə alınmışdır.1
Qeyd  etmək  lazımdır  ki,  Rusiya  Federasiyası,  Ermənistan,  Gür­
cüstan,  Ukrayna  və  s.  kimi  respublikalarla müqayisədə Azərbaycanda  si­
farişli  qətllərin  sayı  son  dərəcə  aşağı,  demək  olar ki,  yox dərəcəsindədir. 
Bundan  başqa,  Azərbaycan  Respublikasında  (ölkə  müstəqilliyini  əldə  et­
dikdən  sonra  (dövlət  xadimlərinə  və  ya  ictimai  xadimlərə  qarşı  terror 
aktları törədilməmişdir.
Suisidologiya  (intihar)  problemi  ilə  əlaqədar  məsələyə  toxunaraq 
qeyd  etmək  lazımdır  ki,  insanın  özünə  qarşı  olan  bu  hərəkətə  ölkəmizdə 
də  bəzən  rast  gəlinir,  lakin  digər  dövlətlərlə  müqayisədə  Azərbaycanda 
hər hansı yüksək göstərici nəzərə  çarpmır.  İntihar cinayət hüquq norması 
deyildir  və  o,  cinayət  kimi  tövsif  edilməsə  də,  sosiologiya  nöqteyi- 
nəzərindən  insanın  özü  əleyhinə  olan  cinayət  qismində  qiymətləndirilir. 
Hüquq-mühafizə  orqanlarının  işçiləri  bir  sıra  hallarda  belə  «cinayət» 
hadisələri ilə də üzləşməli olurlar.
İntihar  -   bu,  kəskin  şəxslərarası  və  ya  şəxsdaxili  münaqişələrin 
yekun  fazasıdır.  Həyat  tərzi,  hansısa  həyat  nemətindən  və  ya maddi  sər­
vətdən  məhrum  olma,  yüksək  daxili  psixoloji  gərginlik,  dərin  stres
1 Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar. Bakı, 2008, s.29.
472
vəziyyəti  və  s.  intiharın  səbəbi  ola  bilər.  Bu  hərəkət  insamn  depressiv 
vəziyyətilə əlaqədar olaraq edilir.
E.Dürkheym  böyük  statistik  materiallar  əsasında  belə  bir  nəticəyə 
gəlmişdir  ki,  fərdi  faciəvi  qərarla  bütün  cəmiyyətin  mənəvi-psixoloji 
vəziyyəti  arasında birbaşa əlaqə mövcuddur.  Həyat öz mənasını  itirmişdir 
fikri  insan  beynində  anomiya,  cəmiyyətin  böhranlı  dövründə  formalaşır. 
Məhz belə gərgin şəraitdə köhnə ideallar və dəyərlər dağılır, bəzi  insanlar 
yeni  həyatın  yaratdığı  şəraitə  uyğunlaşa bilmir  və  özü  üçün  yeni  mənəvi 
yönümləri  seçməkdə  çətinlik  çəkir,  qarşısına  çıxan  çətinlikləri  və 
mürəkkəblikləri  adlayıb  keçməkdə  özündə  güc,  qüvvə  tapa  bilmir.  Buna 
görə  də  cəmiyyətin  anomiya  vəziyyətində  intiharların  sayı  çoxalır.  Ci­
nayətlərin sayının artması  da bəzən  intihar hallarının  dinamikasına mənfi 
təsir göstərir.  Başqa sözlə,  cəmiyyətin anomiya vəziyyəti  insan mənəviy­
yatına dağıdıcı, məhvedici təsir göstərir.
Amerikanın  kriminal  statistikasına  uyğun  olaraq  «qəsdən  törədilən 
bütün  qətllərin  70  faizə  yaxmı,  şəxsiyyət  əleyhinə  olan  cinayətlərin 
demək  olar  ki  2/3-si...  ailə  daxilində  ailə  üzvləri,  dostlar  və  ya  tanışlar 
tərəfindən törədilir».1
Həqiqətən  də  ailə  şəxslərarası  münasibətlərin  elə  bir  aləmidir  ki, 
burada  nəinki  həmrəylik  və  bir-birini  dəstəkləmə  hökm  sürür,  bəzən 
kəskin  münaqişə  və  ziddiyyətlər  də  yaranır  ki,  onlar  da  bir  sıra  hallarda 
şəxsiyyət əleyhinə ağır cinayətlərin törədilməsilə nəticələnir.
Qeyd  etmək  lazımdır  ki,  ailə  münasibətləri  zəminində  baş  vermiş 
ağır cinayətlərin  tədqiqi  zamanı  hüquq-mühafizə  orqanlarının  işçiləri  çox 
zaman  öz  həllini  keç  tapan,  bəzən  isə  tapa  bilməyən  müəyyən  çətinlik­
lərlə  üzləşirlər.  Doğmalar,  dostlar  arasında  baş  vermiş  münaqişələr  nəti­
cəsində  ağır  cinayətlərin,  o  cümlədən  qətllərin  araşdırılması  prosesində 
hadisənin  şahidi  olanlardan  lazımi  ifadələri  heç  də  həmişə  almaq 
mümkün  olmur,  çünki  yaxın  qohumlar  bir  çox  həqiqətləri  gizlətmək 
məcburiyyətində qalırlar.  Bu da öz növbəsində hüquq-mühafizə orqanları 
işçilərinin fəaliyyətində elo mürəkkəbliklər doğurur ki,  əsil həqiqəti aşkar 
etmək  bəzən,  ümumiyyətlə,  mümkün  olmur.  Qeyri-müəyyənlik  hüquq- 
mühafizə orqanlarının fəaliyyətinə birbaşa mənfi təsir göstərir.
Sosioloji  tədqiqatların göstəricilərinin bir hissəsini də cinayətkarlarla
1  Ш ур Э. Наше преступное общество. Социальные и правовые источники преступности
в Америке. М.,  1977, с.46.
473


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə