R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


arzu  etməyərək  sadəcə  olaraq  onu  buraxırsa,  sərnişin  avtomatik  olaraq



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə130/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   123   124   125   126   127   128   129   130   131

arzu  etməyərək  sadəcə  olaraq  onu  buraxırsa,  sərnişin  avtomatik  olaraq 
başqa münaqişəyə -  dövlətlə münaqişəyə girir.1
Qadağanedici  normaların  pozuntusu  dövlətlə  belə  pozuntuya  yol 
vermiş  fiziki  və  ya  hüquqi  şəxs  arasında  (təbiəti  mühafizə  orqanı  ilə 
ovçular arasında münaqişə) münaqişələrin yaranmasına səbəb olur.
Dövlət  hüququ  tətbiqetmə  və  ya  hüquq-mühafizə  orqanlarının 
sistemi  üzrə,  yəni  müvafiq  dövlət  orqanlarının  işilə  bağlı  yaranan  mü­
naqişələrə  məhkəmə  münaqişələri  aiddir.  Bunlar prokurorluğun,  polisin, 
iqtisad  məhkəmələrinin  işi  ilə  əlaqədar  olan  hüquqi  münaqişələr  hesab 
olunurlar.
Hüququ  tətbiqetmə  və  hüquq-mühafizə  orqanlarının  fəaliyyəti  mü­
rəkkəbdir  və  bu  fəaliyyət  süründürməçiliyi,  vicdansızlığı  və  müəyyən 
hallarda  bu  orqanların  əməkdaşlarının  rüşvətxorluğunu  istisna  etmir. 
Bundan  başqa,  xüsusən  də  polis  orqanlan  əməkdaşları  arasında  hüquqi 
təhsili  olmayan  şəxslərin  hələ  də  müəyyən  faiz  təşkil  etməsi  və  bu  ka­
teqoriyadan  olan  polislərin  vətəndaşlarla  elementar  qarşılıqlı  ünsiyyət 
yaratmaq  qabiliyyətlərinin  olmaması  və  s.  hüquqi  münaqişələrin  yaran­
masına  səbəb  olur.  Xüsusən  də  dövlət  yol  polisində  çalışan  şəxslərin 
vətəndaşların yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozduqları  (bəzən 
isə  pozmadıqları)  zaman  onlarla  rəftarında  adi  etik  qaydalarına  əməl 
etməmələri  bəzən  haqlı  etirazlara  səbəb  olmaqla  yanaşı,  istər-istəməz 
hüquqi münaqişələr doğurur.
Məlumdur ki,  ədalət  mühakiməsi  də  öz  quruluşuna  görə  özündə  çə­
kişmə prinsipinin zəruri  elementlərini  ehtiva edir və məhkəmə prosesinin 
münaqişəli  xarakter  daşıması  tamamilə  təbiidir.  Lakin  məhkəmə  prose­
sində  tərəflərin  qarşılıqlı  inamının  və  etibarının  itməsi  və  bunun  bütün 
proses  ərzində  davam  etməsi  tərəflər  arasında  qarşılıqlı  münasibətləri 
daha da kəskinləşdirir və gərgin vəziyyət yaradır.
Prokurorluq,  istintaq  və  məhkəmə  orqanlarında  iş  yükünün  ağırlığı, 
daim  mövcud  olan  vaxt,  zaman  çatışmazlığı  şübhəsiz  ki,  işlərin  keyfiy­
yətinə  də  mənfi  təsir  göstərir.  Əgər  əmək  fəaliyyətinin  digər növlərində 
gərginlik  adətən,  «qəzalı  situasiyalar»da  yaranırsa,  dövlət  hüququ 
tətbiqetmə və hüquq-mühafizə orqanlarında belə situasiya fasiləsiz olaraq 
daim  mövcuddur  və  bu  sahənin  həmin  fəaliyyət  mənzərəsi  artıq  demək 
olar  ki,  ümumən  qəbul  olunmuşdur.  Bu,  hüquqi  münaqişələrə  səbəb  ol­
1 Ю ридическая конфликтология /  П од ред.  В.Н.Кудрявцева.  М ., 
1995,  С..92.
492
manın  yalnız  bir  amilidir.  Nəzərə  almaq  lazımdır  ki,  səciyyələndirilən 
institutların  fəaliyyəti  vətəndaşlarla  və  hüquqi  şəxslərlə  bağlı  qanun 
pozuntularının  qarşısının  alınması  ilə  əlaqədardır.  Bu  da  öz  növbəsində 
daha çox münaqişəli situasiya yaradır. Göstərilənlərlə əlaqədar daxili işlər 
orqanlarının  digər  təşkilatlardan  daha  bir  fərqini  qeyd  etmək  olar.  Hü­
ququ  tətbiqetme  və  hüquq-mühafizə  orqanlan  funksional  şəkildə  an­
taqonist  iş  şərtlərinə  malikdirlər.  Bu orqanların  fəaliyyətində hüquqi  mü­
naqişələrin yaranması qaçılmaz və həm də qanunauyğun haldır.
Hüququn  özünün  ziddiyyətlərinə  görə  normativ-hüquqi  münaqi­
şələr  yarana  bilər.  Belə  ki,  hüquq  normalannm  bir  qismi  hüququn  digər 
normalanna  uyğun  gəlməyə  bilər.  Bu  da  hüquq  sistemini  bütövlükdə 
dəyişən qeyri-sabit cəmiyyətlər üçün  daha səciyyəvi  olan  cəhətdir.  Lakin 
nisbətən  inkişaf  etmiş  cəmiyyətlərdə  də  sosial  münasibətlərin  mürək­
kəbliyi  bir  sıra  qanunlar  və  digər  normativ-hüquqi  aktlar  arasında 
ziddiyyətləri labüd edir.
Yuxanda  göstərilən  əsasa  görə  aşağıdakı  ziddiyyətlərdən  doğan 
hüquqi münaqişələri fərqləndirmək olar:
a)  iki  və  ya  daha  çox  normativ  aktlar  arasında  mövcud  olan 
ziddiyyətlər;
b) hüquq normaları  ilə hüququ tətbiqetmə təcrübəsi arasında mövcud 
olan ziddiyyətlər;
c)  iki  və  ya  daha  çox  hüququ  tətbiqetmə  aktlan  arasında  mövcud 
olan ziddiyyətlər;
d) hüquq normalarının başa düşülməsindəki fərqlər.1
4. Hüquqi münaqişənin quruluşu
Sosial münaqişənin quruluşu aşağıdakı formul ilə ifadə oluna bilər:
M = MS + T + İ
Burada M  -  münaqişə;  MS  -  münaqişəli  situasiya;  İ  -   insidentdir 
(münaqişə subyektlərinin birbaşa toqquşması).2
Münaqişəli  situasiya  dedikdə,  tərəflər  arasında münasibətlərdə,  on­
ların  mənafelərinin  realizəsini  çətinləşdirən  real  həyati  ziddiyyətlərin 
yaranmasının  səbəb  olduğu  gərginlik  başa  düşülür.  Yenidənqurma  zəru-
1 Юридическая конфликтология / Под ред. В.Н.Кудрявцева. М.,  1995, с .10-11.
2  Юридическая социология:  Учебник. М., НОРМА-ИНФРА, 2000, с.342.
4 9 3


rətinin  yetişdiyi,  deməli,  heyətin  ixtisara  salınmasının  qarşıda  durduğu 
təşkilatda  əməkdaşlar  arasında  münaqişənin  obyektiv  əsası  təzahür  edir. 
Münaqişəli  situasiya  münaqişə  obyektinin  yaranması  ilə  xarakterizə 
olunur.  Münaqişə obyekti dedikdə, tərəflərin  malik olmağa və yə istifadə 
etməyə  cəhd  göstərdikləri  konkret  maddi,  yaxud  mənəvi  sərvət  nəzərdə 
tutulur.1
Həmin sərvətin münaqişə obyekti olmasından ötrü o, iddialı müxtəlif 
sosial  subyektlərin  maraqlan  əhatəsində  yerləşməlidir.  Bəzən  obyekt 
obyektiv və ya subyektiv cəhətdən bölünməz olur ki, bu da fərdlər, sosial 
qruplar,  yaxud  institutlar  arasındakı  münasibətlərdə  gərginliyin  yaran­
masına səbəb olur.  Məsələn,  əgər yeri boş olan rəhbər vəzifəsinə bir keçə 
şəxs  iddia  edirsə,  münaqişəli  situasiya,  sonradan  isə namizədlər arasında 
münaqişə  labüd  xarakter  alır.  Obyektin  mövcud  olmadığı  (belə  ki,  o, 
qarşılıqlı  fəaliyyət  iştirakçılannm yalnız təxəyyülünün məhsulu qismində 
təsəvvür  edilir),  lakin  bununla  belə  münaqişənin  yarandığı  vəziyyət 
mümkündür.  Məsələn,  fərd güman edir ki, başqa bir şəxs onun barəsində 
aqressiv  niyyətdədir  və  məsələnin  mahiyyətinə  varmadan  preventiv 
tədbirlərə  (halbuki,  əslində  belə  niyyətin  olmadığına  görə,  tədbirlərə  də 
ehtiyac  yox  idi)  əl  atır.  Belə  münaqişəni  yalan  münaqişə  adlandırırlar. 
Həmin münaqişədə aşağıdakı dörd əsas situasiya mümkündür»:
1)  tərəf  güman  edir  ki,  müəyyən  şəxslə  hüquq  münasibətlərin- 
dədirlər,  lakin əslində belə münasibətlər mövcud deyil (məsələn, tikilinin 
icarəçisinin evin mülkiyyətçisinin onu başqasına satdığım bilməməsi);
2)  əks  variant:  bir  tərəf digər  tərəflə  hüquq  münasibətlərində  oldu­
ğunu  dərk  etmir  (məsələn,  vərəsəliyin  açılması  zamanı  vərəsələrdən 
birinin digər vərəsələrin olmamasına şübhə etməməsi);
3)  tərəf rəqibin  qanunsuz,  eyni  zamanda  da  digər  tərəfin hüquqauy- 
ğun hərəkət etdiyini güman edir;
4)  əks  variant:  tərəf  rəqibin  hüquqauyğun  hərəkət  etdiyini  güman
edir.
İnsident  -   bu,  münaqişəni  təşkil  edən  ən  dramatik  məqamdır. 
İnsident o  halda meydana çıxa bilər ki,  tərəflərdən biri (bəzən ikisi  və ya 
bir  neçəsi)  opponent  əleyhinə  fəal  hərəkətləri  qızışdırır.  Bu,  hüquqi 
münaqişədə bəzən iddia qaldırılması və ya həbsə order verilməsi faktı ilə 
nəticələnə bilər.
1  Ю ридическая конфликтология / П о д р е д . В.Н.Кудрявцева. M .,  1995,  с.35.
4 94
Hər  hansı  bəhanə,  yaxud  mütəşəkkil  bəhanə  kimi  fitnəkarlıq  insi­
dentin  «hərəkətə  gətirilmə  mexanizmi»  hesab  olunur.  Hüquqi  müna­
qişədə hüquqi əhəmiyyətli situasiyanın yaranması insident üçün bəhanəyə 
xidmət  edə  bilər.  Məsələn,  parlamentin  (yaxud  parlamentin  müvafiq 
komissiyasının  və ya  fraksiyasının)  deputatları  arasındakı  mübahisə  küt­
ləsi şəkil alaraq şəxsi təhqirlərə keçirsə, o zaman nəzəri,  ideoloji  və digər 
münasibətlər  ani  bir  məqamda  öz  yerini  insanların  xarakterinin  və 
ambisiyalarının birbaşa toqquşmasına verir.  Başqa bir misal:  dinc nüma­
yişçilərin sırasına xuliqan ünsürlərin soxularaq fitnəkarlıqlar və ya iğtişaş 
törətdikləri zaman hakimiyyət orqanlarında nümayişi dağıtmaq üçün əsas 
(bəhanə) yaranır.
5.  Hüquqi münaqişənin dinamikası və həlli
Sosial  münaqişə  başlandığı  andan  onun  ocağının  söndürülməsindən 
(həll  olunmasınadək)  o,  bir  sıra  mərhələlərdən  keçir.  Mərhələlərdən  hər 
birində sosial münaqişəni hüquqi münaqişəyə çevirən yuridik əhəmiyyətli 
situasiya  yarana  bilər.  Münaqişə  bəzən  yarandığı  andan  hüquqi  xarakter 
alır.  Bu,  tərəflərin  hüquq  münasibətləri  ilə  bağlı  olduqları  və  onların 
arasındakı  qarşılıqlı  fəaliyyətin  ilkin  hüquqi  hadisələr sferasında mövcud 
olduğu  vaxt baş  verir.  Lakin  münaqişə  hüquqi  formanı  çox  zaman  onun 
inkişafı gedişində əldə edir.
Hüquq  sosiologiyası  ədəbiyyatında  hüquqi  münaqişənin  aşağıdakı 
mərhələləri fərqləndirilir:
1)  bir  və  ya  hər  iki  tərəfdə  hüquqi  xarakterli  motivlərin  meydana 
gəlməsi;
2)  münaqişə  aparan  tərəflər  arasında  hüquq  münasibətlərinin  yaran­
ması;
3)  işə  hüquqi  instansiya  tərəfindən  baxılması  ilə  əlaqədar  hüquq 
münasibətlərinin inkişafı (dəyişməsi  və ya xitam olunması);
4)  münaqişəni  başa  çatdıran  hüquqi  (hüququ  tətbiqetmə  aktının) 
aktın  verilməsi1  (məsələn,  məhkəmə  tərəfindən  müvafiq  qərarın,  qərar­
dadın və ya qətnamənin çıxarılması).
Yuxarıda  göstərilənlər  hüquqi  münaqişənin  dinamikasının  ən  sadə
1 Юридическая  конфликтология / П од ред.  В.Н.Кудрявцева.  М .,  1995,  с.75.
4 9 5


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə