R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


  Hüquqi münaqişənin tipləri



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə129/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   123   124   125   126   127   128   129   130   131

3.  Hüquqi münaqişənin tipləri
Sosial münaqişənin növlərindən biri olan hüquqi münaqişələr müxtə­
lif əsaslara görə təsnifləşdirilə bilər.  Hüquqi münaqişələri subyektlər ara­
sındakı  münasibətlərə  görə  şəxslərarası  münaqişələrə,  qrup  münaqişə­
lərinə  və  institusional  münaqişələrə  bölmək  olar.  Zaman  axımına  görə, 
hüquqi  münaqişələri  qısamüddətli  və  uzanan  münaqişələr  kimi  təsnif­
ləşdirmək olar.  Hüquqi münaqişələr təsir metodlarına görə zorakı və qey­
ri-zorakı münaqişələrə bölünürlər.
Nəzəriyyə və təcrübə göstərir ki,  ümumiyyətlə, münaqişələrin  tipləri 
üzrə  təsnifatını  davam  etdirmək  olar.  Lakin  bizim  üçün  yalnız  hüquqi 
münaqişələrə  xas  olan  və  deməli,  onların  spesifikliyini  əks  etdirən 
təsnifat  daha  vacibdir.  Belə  təsnifatın  əsasını  bu  və  ya  digər  hüquqi 
xarakteristika təşkil etməlidir.  Hüquq ədəbiyyatında belə xarakteristikaya 
adətən,  hüququn  müvafiq  sahəsi,  hüquq  normasının  strukturu  və  hüququ 
tətbiqetmə  orqanının  növü  aid  edilir.1  Ayrı-ayrı  növ  qismində  hüququn 
özünün  ziddiyyətlərindən  doğan  münaqişələrin  adını  çəkmək  olar.  Bu 
mənada aşağıdakı münaqişələr fərqləndirilir.
Birincisi,  hüququn  sahələri üzrə,  mülki  hüquq,  əmək,  maliyyə,  ailə 
hüququ,  inzibati  hüquq,  cinayət  hüququ,  cinayət-prosessual  hüquq  və  s. 
üzrə  münaqişələr.  Məsələn,  hüquqşünaslar  təsdiq  edir  ki,  cinayət- 
prosessual  qanunvericilikdə  (Cinayət-Prosessual Məcəlləsində) qanunve­
rici  bir-birini  qarşılıqlı  surətdə  istisna  edən  -   ifşaedici  və  bəraətverici, 
məsuliyyəti  yüngülləşdirən  və  ağırlaşdıran  hallann  müəyyən  edilməsi 
zərurətini  təsbit etməklə  ilk  başlanğıcda münaqişə formasında ziddiyyət­
lərin  təməlini  qoymuşdur.2  Başqa  sözlə,  məhkəmə  prosesində  ittihamla 
müdafiə  arasında  münaqişə  sadəcə  olaraq  ehtimal  olunmur,  bu,  faktiki; 
surətdə  labüddür.  Daha  sonra,  müdafiəçinin  öz  təqsirini  etiraf etməyən 
müttəhimin  mövqeyi  ilə  razılaşmadığı  halda,  münaqişə  müdafiəçi  ilə 
müdafiə  olunan  şəxs  arasında  da  mümkündür.  Belə münaqişə  məhkəmə 
baxışı gedişində vəkilin taktikası  ilə bağlı olaraq yaranır.3
1 Юридическая конфликтология / Под ред. В.Н.Кудрявцева. М.,  1995, с.90.
2  Соловьева  Т.А.,  Манохина  Н.В.  Конфликты  в  деятельности  защитника  И 
Экономическая,  правовая  и  духовная  культура  России  на  рубеже  тысячелетий. 
Екатеринбург.  1999, т. 1, с. 108.
3  Соловьева  Т.А.,  Манохина  Н.В.  Конфликты  в  деятельности  защитника /У Эконо­
мическая,  правовая  и  духовная  культура  России  на  рубеже  тысячелетий.  Екате­
ринбург.  1999, т. 1, с. 109.
4 90
Kütləvi  informasiya vasitələri  son  vaxtlar cinayət  hüququ  sferasında 
son  dərəcə  təhlükəli,  deməli,  ictimai  rəyi  qıcıqlandıran  münaqişələr 
haqqında materiallar verirlər.  Lakin hüququn digər sahələri  ilə bağlı  mü­
naqişələr  də  az  deyildir.  Onlar  sadəcə  olaraq  o  qədər  də  nəzərə  çarp- 
mırlar.  Məsələn,  iqtisad  məhkəməsində mülkiyyətin müxtəlif formalarına 
mənsub  olan  daşınmaz  əmlaklarla  bağlı  olan  münaqişələr.  Belə  müna­
qişələr  əsasən  inzibati  hüquq  sferasına  aiddir,  lakin  bu  barədə  kütləvi 
informasiya  vasitələrində  demək  olar ki,  danışılmır.  Başqa  sözlə,  kütləvi 
informasiya  vasitələri  öz  diqqətini  demək  olar  ki,  cinayət  hüququ  və 
cinayət-prosessual hüquq sahəsinə yönəltmişdir.
Eyni vaxtda bir neçə hüquq sahəsinin qüvvəsi və tətbiqi ilə bağlı olan 
münaqişələr  də  az  deyildir.  Məsələn,  qısqanclıq  zəminində  yaranan  və 
ərin  arvadın (yaxud arvadın  ərin) sağlamlığına ağır zərər vurması  ilə başa 
çatan  münaqişə  cinayət  hüququnu  (cəzalandırma)  və  ailə  hüququnu  (bo­
şanma)  hərəkətə  gətirir.  Eyni  vaxtda  inzibati  hüquqa  və  əmək  hüququna, 
ailə  hüququna  və  inzibati  hüquqa,  əmək  hüququna  və  konstitusiya 
hüququna  aid  olan  münaqişələrin  baş  verməsi  do  mümkündür.  Belə 
münaqişələr qarışıq hüquq münasibətləri adlandırılır.
Bununla  yanaşı,  çoxsahəli  xarakter  daşıyan  münaqişələr  do  məlum­
dur.  Belə  ki,  milli  münaqişə  konstitusiya  hüququnun,  inzibati  hüququn, 
mülki  hüququn,  cinayət  hüququnun,  prosessual  hüququn  və  beynəlxalq 
hüququn müvafiq normalarının qüvvəsi ilə müşayiət olunur.
Müvafiq  hüquq  normalarının  təbiətinə  görə  hüquqi  münaqişələr 
səlahiyyətverici, vəzifovcrici və qadağanedici münaqişələrə bölünürlər.
Səlahiyyətverici  norma  ilə  bağlı  olan  hüquqi  münaqişə  səlahiyyətli 
subyektlə mənafeləri  pozulmuş və ya  səlahiyyətli  subyekt tərəfindən  po­
zula  bilən  xüsusi  şəxs  (fiziki  və ya  hüquqi  şəxs)  arasında  yarana  bilər.1 
Torpaq  sahələrinin  hərracı  və  ya  ayrılması  ilə  bağlı  əhali  ilə  yerli  bələ­
diyyə orqanları arasında yaranan münaqişələr buna misal ola bilər.
Vəzifaverici  normaların  pozuntusu  zamanı  münaqişə  müvafiq 
vəzifələri  yerinə  yetirməyə  borclu  olan  şəxslə  dövlət  (dövlət  orqanının 
nümayəndəsi)  arasında  yarana bilər.  Belə halda  nəinki  vətəndaş müvafiq 
normaya  əməl  etməyə  borclu  olur,  həm  do  dövlət  qulluqçusu  həmin 
normanın  göstərişlərinin  yerinə  yetirilməsini  həmin  şəxsdən  tələb 
etməlidir.  Məsələn,  əgər nəzarətçi  biletsiz sərnişinlə  münaqişəyə  girməyi
1 Юридическая конфликтология  / П од ред.  В.Н.Кудрявцева.  М.,  1995,  с .9 1 ,92.
491


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə