R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


Söhbətin  hüquqi  şəxslərin  qarşıdurması  haqqında  getdiyi  halda



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə128/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   123   124   125   126   127   128   129   130   131

Söhbətin  hüquqi  şəxslərin  qarşıdurması  haqqında  getdiyi  halda 
münaqişənin yuridik xarakter əldə etməsi mütləqdir.  Ona görə ki, bu sub­
yektlər  arasında  hüquq  münasibətləri  təşəkkül  tapır  (və  ya  artıq 
mövcuddur).  Belə  münaqişənin  özünü  də  məhz  yalnız  hüquqi  yolla  həll 
etmək olar.
Hüquqi  münaqişənin  fiziki  şəxslər  (tək-tək  adamlar,  bir  qrup  şəxs, 
kütlə  və  s.)  arasında  baş  verdiyi  zaman  situasiya  daha  mürəkkəb  həddə 
çata  bilər.  Vətəndaşlardan  ibarət  olan  fiziki  şəxslər  adətən,  müəyyən 
hüquq  münasibətlərinin  subyektləridir.  Bu  isə  baş  vermiş  münaqişədə 
onların  davranışında  müəyyən  və  görünən  izlər  buraxır.  Bu  və  ya  digər 
hüquq  münasibətlərində  olan münaqişə  iştirakçısı  öz davranışını mövcud 
hüquq  normaları  ilə  uzlaşdırmalı,  hadisələrin  müəyyən  inkişafının 
«qaydanı  mühafizə  edənlər»  -   hüquq-mühafizə  orqanları  və  baş  verən­
lərin öz  iştirakçıları  üçün  laqeydliklə qarşılana biləcəyini unutmamalıdır. 
Münaqişənin  subyekti  nəticədə  iddiaçı,  cavabdeh,  zərər çəkən,  təqsirlən­
dirilən  şəxs  və ya şahid  qismində  mülki,  inzibati prosesin, yaxud cinayət 
prosesinin  iştirakçısı  ola  bilər.  Belə  perspektiv  münaqişələrin  bir  çox 
subyektləri  üçün  təhlükəlidir.  Münaqişənin  hüquqi  aspekti  bəzi  hallarda 
seçimli  qalır,  yəni  o,  münaqişənin  bütün  deyil,  yalnız  ayrı-ayrı  iştirak­
çılarına  aid  olur.  Kütləvi  iğtişaş  buna  misal  ola  bilər.  Kütlə  polisin 
üzərinə yeriyir, bina talan edilir,  həyasızlıq baş verir.  Kütlənin bütün  işti­
rakçılarının dövlətin vətəndaşları və konstitusiya vəzifələri ilə bağlı olma­
larına  baxmayaraq,  cinayət  qanunvericiliyinə  uyğun  olaraq  iğtişaşa  görə 
cinayət  məsuliyyəti  bütün  kütlə  iştirakçılarına  deyil,  yalnız  kütləvi 
iğtişaşın təşkilatçıları və fəali iştirakçıları bərəsində meydana gəlir.
Hüquqi  münaqişənin əsas  subyektlərinə qarşı duran  tərəflər aiddir. 
Münaqişənin  heç  də  bütün  iştirakçıları  geniş mənada bilavasitə qarşıdur­
mada  olan  şəxslər  (qruplar)  deyillər.  Belə  qarşıdurmanın  köməkçiləri, 
passiv şahidləri və hadisəni gözü  ilə görənləri,  vasitəçiləri və digər fiqur­
ları  da  olur.  Bir  sözlə,  bir-birinə  qarşı  bilavasitə  fəal  hərəkətlər  (hücum 
edən  və  ya  müdafiə  olunan)  edən  münaqişə  iştirakçılarını  qarşı  duran 
tərəflər  adlandırmaq  olar.  Münaqişədə  adətən,  bir-birinə  qarşı  duran  iki 
(şəxslərarası  münaqişədə  iki  insan),  lakin  prinsip  etibarilə  üç  və  hər  bi­
rinin öz tapşırığı olan daha çox tərəf ola bilər.
Münaqişə  özündə  çoxcəhətli  aspektləri  ehtiva edən  mürəkkəb  hadi­
sədir.  Hər bir tərəf eyni vaxtda bir münaqişəyə və iştirakçılarının sayının 
çox olması  ilə artmaqda olan digər münaqişələrə cəlb oluna bilərlər.  Belə
488
şəraitdə  də  münaqişənin  nüvəsini  bir-birinə  qarşı  duran  tərəflər  təşkil 
edirlər.  Əgər  tərəflərdən  biri  bu  və  ya  digər  səbəbə  görə  sıradan  çıxarsa, 
belə halda münaqişə dayanır (və ya onun iştirakçılarının tərkibi dəyişir).
Konkret  münaqişənin  bir-birinə  qarşı  duran  tərəfləri  fərdiləşdirildik- 
lərinə  görə,  onlar  əvəzedilməz  hesab  olunurlar.  Bu,  şəxslərarası  müna­
qişələrə  aiddir.  Qrup  münaqişəsində  əvəzcdilməzlik  şəxsiyyətə  deyil, 
qrupa,  eləcə  də  dövlətlərarası  münaqişələrdə  olduğu  kimi,  dövləti  təmsil 
edən vəzifəli şəxsə və ya orqana deyil, məhz dövlətə aiddir.
Qeyd  etmək  lazımdır  ki,  bir-birinə  qarşı  duran  tərəflər cynisəviyyoli 
olmaya,  yəni  müxtəlif  səviyyələrə  aid  ola  bilərlər.  Belə  ki,  fərd  başqa 
şəxslərlə deyil,  qrup və ya  dövlətlə  münaqişə apara bilər.  Bəzən  dövlətin 
özü,  özünə  bərabər olmayan  tərəfdaşla,  məsələn,  ictimai  təşkilatlarla,  si­
yasi partiyalarla, ekstremistlərlə və ya terrorçular qrupu ilə münaqişə apa­
rır.  Belə  münaqişələrin  institusionallaşdırılmamış  formalarda  aparıldığı 
hallarda  onlar  adətən,  çox  kəskin  və  sərt xarakter alır,  bəzən  zəif tərəfin 
məhvi ilə başa çatır. Zəif tərəf isə həmişə, bir qayda olaraq, insandır.
Münaqişənin  digər  iştirakçıları  hesab  olunan  tohrikçilorin,  kömək­
çilərin  və  təşkilatçıların  rolu  daha  çox  cqizodik  səciyyə  daşıyır.  «Təh- 
rikçi», «köməkçi» və «təşkilatçı» terminləri  hüquqi  münaqişələrin əsasını 
təşkil  etsələr də,  onlar burada  kifayət qədər ətraflı  şəkildə  təkcə kriminal 
deyil, digər, o cümlədən beynəlxalq münaqişələri də xarakterizə edirlər.
Təhrikçi  dedikdə,  başqa  iştirakçını  münaqişəyə  təhrik  edən,  sürük­
ləyən  şəxs,  təşkilat və ya  dövlət nəzərdə tutulur.  Tohrikçinin  özü  sonra­
dan  bu  münaqişədə  iştirak  etməyə  də  bilər.  Onun  vəzifəsi  digər  şəxslər 
(qruplar) arasında münaqişə fitnəkarlığı yaratmaqla məhdudlaşır.
Köməkçi  -   bu,  münaqişəyə  məsləhətləri  ilə,  texniki  və  digər vasitə­
lərin  köməyilə  yardım  edən  şəxsdir.  Beynəlxalq  siyasətdə  silahlı  müna­
qişə  fitnəkarlığı  törədən  təcavüzkara  köməkçilik  sülh  əleyhinə  ciddi 
cinayət kimi  qiymətləndirilir.  Məlumdur ki,  İngiltərə  və Fransanın  ikinci 
dünya müharibəsi  ərəfəsində nasist Almaniyasına  göstərdiyi  köməkçiliyə 
(«Münhen  sövdələşməsi»)  tarix  məhz  belə qiymət  verdi.  Çox  təəccüblü­
dür ki,  tarixin  bu  dərsindən  ibrət götürməyən  İngiltərə  və Fransa bu  gün 
də həmin köməkçiliyi separatçı və terrorçu Ermənistandan əsirgəmirlər.
Təşkilatçı -  bu,  münaqişəni  planlaşdıran,  onun  iştirakçılarının  təmi­
natının  və  mühafizəsinin  müxtəlif  yollarım  nəzərdə  tutan  inkişaf 
istiqamətini hazırlayan şəxsdir (qrupdur).
489


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə