R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


  Kriminal  strukturlar  tərəfindən  edilən  təzyiq.  Kriminal



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə124/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   120   121   122   123   124   125   126   127   ...   131

4.  Kriminal  strukturlar  tərəfindən  edilən  təzyiq.  Kriminal 
strukturlar  tərəfindən  edilən  təzyiq  ən  kobud  formada  həyata  keçirilir. 
Psixoloji  və  fizioloji  təzyiq rüşvətdə,  şantajda,  hədələmədə  və  s.  təzahür 
edə bilər.  İstənilən  cəmiyyətin  sosial sisteminin yenidən  qurulduğu keçid 
dövründə,  hakimiyyət  strukturlarının  hələ  kifayət  qədər  qüvvə  toplaya 
bilmədiyi  zaman  təzyiqin  bu  növü  xüsusən  hüquqi  hərəkətləri  realizə 
edən  və  qərarlar  qəbul  edən  vəzifəli  şəxslər  üçün  son  dərəcə  təhlükəli 
xarakter alır.  Hüquq qaydaları  sistemini  kriminal  strukturlardan mühafizə 
etmək,  risk  gərginliyini  aradan  qaldırmaq,  cinayətkar  strukturlar  qarşı­
sında  qorxu  hissini  aşağı  salmaq  üçün  dövlət  və  ya  onun  ali  qanunveri­
cilik orqanı  mühafizəedici  zəruri  tədbirlər görmək məcburiyyətində qalır. 
Hakimlərin və şahidlərin müdafiəsi, hüquq-mühafizə orqanlarında çalışan 
şəxslərin  ailələrinin  və  yaxın  qohumlarının  həyat  və  sağlamlığının 
qorunmasına dair tədbirləri buna misal göstərmək olar.
Belə  tədbirlər  bir  sıra  ölkələrdə  qanunvericilik  aktı  qismində  qəbul 
olunur.  Belə  qanunvericilik  aktlarında  hakimlərin,  şahidlərin,  ekspert­
lərin,  hal  şahidlərinin  və  hətta  tərcüməçilərin  istintaq  protokollarında 
göstərilmiş  anket  məlumatları  tam  şəkildə  dəyişdirilir,  onlar  bəzən  öz 
yaşayış  yerlərindən  köçürülərək  ayrı-ayrı  ünvanlarda  yerləşdirilirlər. 
Adları  çəkilən  şəxslərin  həqiqi  məlumatları  vəzifəli  şəxslərin  məhdud 
dairəsinə  məlum  olur.  Zərurət  olduqda  prokuror,  Hakim  öz  adını,  soya­
dını  və  atasının  adım,  eləcə  də  digər  anket məlumatlarını  dəyişdirir.  La­
zım  gəldikdə  onların  razılığı  ilə  üzərlərində  plastik  əməliyyatlar  da  apa­
rıla  bilər.  Plastik  əməliyyatlar  istisna  olmaqla,  əlbəttə  ki,  yuxarıdakı 
bütün tədbirlər müvəqqəti xarakter daşıyır.
Daha bir tədbir xalis prosessual səciyyə daşıyır.  Belə ki, cinayətkarın 
(cinayətkarların) zərər çəkmiş  şəxs və ya şahid tərəfindən tanınması artıq 
köhnəlmiş «gözə-göz» prinsipi  üzrə deyil, artıq Qərbi Avropa ölkələrində 
çoxdan bəri təcrübədən keçirilən sxem üzrə aparılır.
5.  Sosial  və  iqtisadi  gerçəkliyin  təzyiqi.  Sosial  və  iqtisadi  gerçək­
liyin  təzyiqi  həyat  reallıqlarının  dəyişdiyi  zaman  bu  və  ya  digər  hüquq 
norması ilə ziddiyyətə girir.
Köhnəlmiş hüquq norması ilə yeni həyat şəraiti arasında ziddiyyətlər 
xüsusən  də  ictimai  inkişafın  dönüş  mərhələləri  üçün  səciyyəvidir.  Məhz 
belə dönüş mərhələlərində qanunvericilik dəyişməkdə olan reallıqlara heç
478
də  həmişə  adekvat  reaksiya  vermək  iqtidarında,  yaxud  buna  hələ  hazır 
olmur.
Dünya  dövlətlərinin  tarixi  inkişaf təcrübəsi  şəhadət  verir  ki,  keçid 
dövrlərində,  eləcə  də  cəmiyyətin  dönüş  mərhələlərində  dövlət  tərəfindən 
baş  verməkdə  olan  dəyişikliklərə  uyğun  və  mövcud  münasibətlərin 
tənzimlənməsi  üçün  verilən  qanunlar  bəzən  yeni  şəraitin  formalaşdırdığı 
şərtlərlə  ayaqlaşa  bilmirlər.  Bu,  sərbəst  bazar  iqtisadiyyatı  münasibətlə­
rinin  təşəkkül  tapdığı  mərhələlərdə  daha  qabarıq  nəzərə  çarpır.  Belə 
şəraitdə hətta Cinayət Məcəlləsinin özü sahibkarlığın,  xüsusilə də varlan­
manın  qanuni  və  qanunsuz  üsulları  arasında  sərhədləri  dəqiq  müəyyən 
etməkdə çətinliklərlə üzləşir.
Bazar  iqtisadiyyatı  münasibətlərinə  keçid  mərhələsində  yaranmış 
ziddiyyətli  vəziyyətdən  kriminal  meylli  işbazlar  bəhrələnməyə  çalışırlar. 
Bu  zaman  onlar  «qanunla  qadağan  olunmayan  hər  şeyə  icazə  verilir» 
prinsipindən  fəal  surətdə  istifadə  edirlər.  Qanunvericidən  fərqli  olaraq, 
işgüzar  strukturlar  xüsusi  ixtiraçılığa,  prespektivləri  qabaqcadan  görmək 
bacarığı  əldə  edirlər.  Onlar  yeni  qanunvericilikdə  özləri  üçün  «əlycri» 
tapırlar  ki,  bu  da  onların  qanunsuz  fəaliyyətində  mümkün  variantları 
axtarıb tapmaqda onlara «kömək» edir.
Belə  bir  mülahizə  də  mövcuddur  ki,  yeni  qanun  adətən,  bütün 
qüvvəsi  ilə  qəbul  edildikdən  yalnız  3-5  il  sonra  işləməyə  başlayır.  Əgər 
bu  müddət  ərzində  o,  həyatın  tələblərinə  uyğun  gələ  bilmirsə,  əgər 
vətəndaşların maraqlan  ilə  hesablaşa bilmirsə,  ya yerinə  yetirilmir,  ya da 
addımbaşı pozulur. Vergi qanunvericiliyi buna misal göstərilir.1
Qeyd  etmək zəruridir  ki,  yaxşı  və  mükəmməl  qanun  sağlam  düşün­
cənin  aynasıdır.  Adətən,  belə  qanun  ədalətli  olur  və  buna  görə  do  onun 
icrası təkcə dövlət üçün deyil, həm də vətəndaşlar üçün əlverişlidir.
Yeni sosial-iqtisadi münasibətlərin  təşəkkül tapdığı  şəraitdə düşünül­
müş  mükəmməl  qanunların  olmaması  keçid  dövrü  cəmiyyətlərində 
həmişə zəhmətsiz gəlirlə varlanmağa  can  atanların,  tamahkarlıq  hesabına 
zənginləşməyə  həris  olanların  yolunu  işıqlandırmışdır.  Zəhmətlə  qazanı­
lan  pullar  isə  «kölgəli  iqtisadiyyat»ın  hesabına  yuvarlanmışdır.  Molum­
dur  ki,  «kölgəli  iqtisadiyyat»  dövlət  tərəfindən  tanınmayan  iqtisadi 
fəaliyyətdir. O, dövlətin deyil, öz xəzinəsi üçün işləyən iqtisadiyyatdır.
Qanunvericilik -  bu,  təkcə yalnız məcəllələrdən deyil, hüquqi tədbir-
1 Юридическая социология: Учебник. M., НОРМА-ИНФРА, 2000, c.215-216.
479


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə