R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


a)  cinayət  tərkibi  ilə  cinayət  cəzası  tədbiri  arasında  uyğunluğun



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə120/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   116   117   118   119   120   121   122   123   ...   131

a)  cinayət  tərkibi  ilə  cinayət  cəzası  tədbiri  arasında  uyğunluğun, 
müvafiqliyin tədqiq edilməsi;
b)  cinayət cəzasının  fərdiləşdirilməsi  prinsipindən  (cinayət  məsuliy­
yətinin  diferensiasiyasından  -   A.Q.)  geri  çəkilmələrin,  yayınmaların 
aşkar olunması;
v)  belə  geriyə  çəkilmələrin,  yaxud yayınmaların  səbəblərinin  tədqiqi 
və təhlili.
Dünyanın bir çox ölkələrinin  (məsələn,  ABŞ,  Almaniya, İngiltərə və 
s.)  sosioloqları  bu  istiqamətin  tədqiqində  yüksək  uğurlara  ədalət  müha­
kiməsinin  qeyri-hüquqi  hərəkətləri  barəsində  öz  «ifşaedici»  nəticələrini 
aşkarlamaları  sayəsində  nail  olmuşlar.  Azərbaycan  Respublikasında  isə 
sosioloji təhlilin bu istiqaməti  demək olar ki,  heç tədqiq də edilməmişdir. 
Bununla  əlaqədar  ölkədə  andlılar  məhkəməsinin  fəaliyyətinin  genişlən­
dirilməsi  yaxşı  səmərə  verə  bilər.  Bu  zaman  mühakimə  icraatının  iki 
növünü müqayisə və  lazımi nəticələr əldə etmək imkanı yaranır. Məsələn, 
bu  sahədə  Rusiya  Federasiyasında  artıq  bəzi  addımlar  atılmışdır.  Bu 
ölkədə qətl hadisələrinə  dair işlərə baxmağa başlamış  andlılar məhkəməsi 
əksər hallarda bəraət verdikti  çıxarmışdır ki,  əvvəllər belə praktikaya Ru­
siya məhkəmələrində ya rast gəlinməmiş, ya da çox nadir hallarda təsadüf 
olunmuşdur.
Andlılar  məhkəməsi  hər  bir  ölkənin  mühakimə  icraatı  sistemində 
demokratik  dəyişikliklərə  real  nail  olmanın  ən  yaxşı  vasitəsidir.  Bu, 
çəkişmə məhkəməsidir.  Məhz andlılar məhkəməsində  obyektiv həqiqətin 
üzə  çıxarılması  naminə  ittihamla  müdafiə  arasında  mübarizə  gedir.  Bu­
rada sübutlar sisteminin çəkişmə prosesini zəkaların mübarizəsinə bənzət­
mək  olar.  Əlbəttə  ki,  andlılar  məhkəməsi  ədalət  mühakiməsinin  ümumi 
mənzərəsini,  o  cümlədən  onun  fəaliyyətinin  məzmununu  dəyişmir  və  o, 
ancaq  qətlə  hadisələrinə  dair  işlərə  baxmaqla  məhdudlaşır.  Hətta  Qərbi 
Avropa  ölkələrində  andlılar  məhkəməsinin  baxdığı  işlər  cinayət  işlərinin 
ümumi sayının  1  faizini təşkil edir.
Məhkəmə  sosiologiyasında  digər  istiqamət  məhkəmə  səhvlərinin 
tədqiq  edilməsi  istiqamətidir.  Məhkəmə  səhvlərinin  tədqiqi  məhkəmə 
sosiologiyasının  ifşaedici  funksiyası  kimi  bütün  gücü,  var  qüvvəsi  ilə 
təzahür edir.  Məhkəmə səhvi  ədalət mühakiməsinin təfəkküründə, fikir və 
hərəkətlərində,  cinayətkar  əməlin  motivinin  dərk  edilməsində,  əməlin 
tövsifmdə  və  hökmün  çıxarılmasında  yol  verdiyi  prosessual  yanlışlıqdır.
4 6 6
Mühakimə icraatı  təcrübəsində  məhkəmə səhvlərinin  müəyyən təzahürlə­
rinə  həmişə  təsadüf  olunur.  Qərb  sosioloqlarının  fikrincə,  bu,  hər  beş 
işdən  birində  yol  verilən  səhvdir.  Bəs,  ədalət  mühakiməsinin  həyata  ke­
çirilməsi  gedişində  yol  verilən  səhvlərin  kökü  nədədir?  Bu  sual  hüquq 
ədəbiyyatında aşağıdakı kimi cavablandırılır.
Birincisi  bu,  keçmiş  SSRİ-do  avtoritar rejimin  hökm  sürdüyü  illərdə 
formalaşan  və  həmin  məkanda  bu  gün  də davam  edən  ittiham  yönümiin- 
dən irəli gəlir.
İkincisi,  hakim  kadrların  çatışmazlığı  üzündən  baş  verir  (yəni  belə 
bir  mülahizə  yürüdülür  ki,  indiki  şəraitdə  hakimlərin  sayı  ikiqat  artı­
rılmalıdır -  A.Q.).
Üçüncüsü,  təqsirsizlik  prczumpsiyası  ölkədə  (keçmiş  SSRİ-də  -  
A.Q.) heç vaxt mühüm bir prinsip kimi  nəzərə alınmamışdır.1
Məhkəmə  səhvi  bağışlanmaz  haldır.  Bəzi  hallarda  isə  onun  törətdiyi 
mənfi hüquqi nəticələri aradan qaldırmaq ya çox  gec  olur,  ya da ümumiy­
yətlə  mümkün  olmur.  Ən  faciəvi  hallardan  biri  odur  ki,  bəzən  əsil  cina­
yətkarın  ifşa  olunub  cəzalandırılmasından  əvvəl  heç  bir  təqsiri  olmayan 
şəxs ağır cəzaya məhkum olunur.
Məhkəmə  sosiologiyasında  növbəti  istiqamətlərdən  biri  qanunların 
sosioloji  təfsiridir.  Qanunların  sosioloji  təfsiri  hüquqi  tətbiqetmənin 
problemi,  hüquq  normalarının  mahiyyətinin  dərindən  dərk  edilməsində 
hakimlərə  göstərilən  konkret  yardımdır.  J.Karbonc  haqlı  olaraq  yazırdı: 
«Hakim qanunun yeganə interpretatoru deyildir...  Lakin yalnız hakim təf­
sirə məcburi qüvvə verə bilər».2
Hüququ  başa  düşmək,  mənasını  dərk  etməkdən  ötrü  qanunu  təfsir 
etmək  son  dərəcə  mürəkkəb problemdir.  Hüquq norması  bəzən on  müəm­
malı  şəkildə  təfsir  oluna  bilər.  Qanun  normasına  sosioloji  yanaşma, 
sosioloji  baxış  onunla  səciyyələndirilir  ki,  sosioloq  real  həyatda  baş  ve­
rənləri  biliklərin  sanki  ümumi,  müəyyən  dərəcədə  mücərrəd  hüquqi 
formulaları ilə tamamlayır.
Hüququn  ümumi  nəzəriyyəsindən  məlum  olduğu  kimi,  qanunun 
təfsirinə aşağıdakı iki yanaşma mövcuddur:
1)  genişləndirici  (reformist)  təfsir.  Bu  zaman  köhnə  norma  yeni 
hadisələrlə, işlərin faktiki vəziyyəti ilə və praktika ilə əlaqələndirilir;
1 Юридическая социологая: Учебник. M., НОРМА-ИНФРА, 2000, c.196-197.
2 Карбонье Ж.  Юридическая социология.  М.,  1986, с.308.
4 6 7


2)  ımhdudlaşdırıcı  (mühafizəkar)  təfsir.  Bu  vaxt  hakim  (və  ya 
təfsirçi)  normanın  yalnız  köhnə  təfsirinə  arxalanır.  Hüquqşünas  qanunun 
interpretasiya  edərkən  xüsusini  ümumiyə  müncər  etməyi,  yəni  konkret 
cinayəti  universal  hüquq  normasının  qüvvəsi  altına  salmağı  ağılla  bacar­
malıdır.  O,  hüquq  normasının  təfsirinə  doqmatik  yanaşmadan  qaçmalı, 
lakin  «dünya məhv olsa da,  ədalət  mühakiməsi  baş  tutmalıdır» prinsipinə 
kor-koranə əməl etməməlidir.
Qanunların  bəzən  real  proseslərdən  geri  qalmasına  baxmayaraq, 
qayda  və  cəmiyyətin  sabitliyi  naminə  onlara  əməl  etmək  zəruridir.  J.Ka- 
bonenin  qeyd  etdiyi  kimi,  «əgər  qanun  pisdirsə,  bu  o  demək  deyildir  ki, 
onu  yerinə  yetirmək  lazım  deyil.  Onu  sadəcə  olaraq  dəyişdirmək  la­
zımdır».
Məhkəmə  sosiologiyasında  istiqamətlərdən  birini  də  məhkəmə  işlə­
rinin,  məhkəmə  təcrübəsinin  təhlili  təşkil  edir.  Məhkəmə  işlərinin  və 
məhkəmə  təcrübəsinin  təhlili  cəmiyyətdə  onun  inkişafının bu və ya digər 
mərhələsində  əxlaqın  (mənəviyyatın)  vəziyyəti  haqqında düşünmək  üçün 
zəngin material verən məkandır.
Cinayət  işləri  materiallarının  təhlilinə  aşağıdakı  iki  yanaşma 
mövcuddur:
1)  təhlil  obyektinin  hüququ  tətbiqetmə  probleminin,  yəni  hüququn 
özünün  olduğu  vaxt  məhkəmə  təcrübəsinin  ənənəvi  öyrənilməsi.  Bu 
zaman hüquqşünas aşağıdakıları tədqiq edir:
a)  konkret  hüquq  normasını,  konkret  cinayət  tərkibinin  həlli  üçün 
məcəllənin tətbiq edilən maddəsini;
b)  sübutların -  maddi  dəlillərin,  ekspertlərin  rəylərinin,  şahidlərin  və 
zərər çəkmiş şəxslərin ifadələrinin kifayətcdici olub-olmadığını;
2) məhkəmə işinin əsasını təşkil  edən həyati faktın özünü. E.Karbone 
yazırdı:  «Sosioloq  öz  təhlilində  məhkəmə  qərarının  aşkar  etdiyi  həyati 
situasiyaları,  şəxslərarası  və  fərdi  sosial  hadisələrin  əlaqələndirilməsini 
nəzərdən  keçirməyə  cəhd  göstərir...  İstənilən  məhkəmə  qərarı  münaqişə­
nin  yekunudur.  Münaqişələr isə  sosial  psixologiyanın maraqlı hadisələri­
dir və onlann öyrənilməsinin...  məhkəmə işlərinin sosioloji təhlilində son 
dərəcə əhəmiyyəti vardır».1
Məhkəmə  sosiologiyasının  daha  bir  istiqamətini  hakimlərin  davra­
nış  stereotipinin təhlili təşkil edir,  hakimlərin  davranış  stereotipinin təh-
1 Карбонье Ж. Юридическая социология.  M.,  1986, с.226.
468
lilində  məhkəmə  spsiologiyası  psixologiyasız,  yəni  psixo-sosioloji  təhlil- 
siz keçinə bilməz.
Şəxsiyyəti  onun  sosial  rollarından  ayrı  başa  düşmək  qeyri-müm­
kündür.  Rollu  davranış  fərdiyyətçiliyin  və  sosial  rolların  birliyidir.  İnsan 
bu rolları xidmət etdiyi peşəsindən,  işindən asılı  olaraq oynayır.
Femida  qulluqçularının  keçmiş  nəsilləri  tərəfindən  işlənib  hazırlan­
mış  sxemlər,  ideal  davranış  modelləri  və  mövcud  stereotiplər  sayəsində 
hakimlər  özlərini  qanunların  qoruyucuları  kimi  aparır,  məhz  ətrafın  on­
lardan  gözlədikləri  kimi  hərəkət  edirlər  və  bununla  da  nümunəvi  gö­
rünməyə çalışırlar.
Qeyd  etmək  lazımdır  ki,  hakim  mühakimə  icraatında  ittihamla 
müdafiə  arasındakı  mübahisənin  arbitridir,  yəni  vasitəçidir.  Ondan  qanu­
nun  sosial  dəyərinə  inam,  hüquq  normalarının  pozuntularına  dözülməzdik
 
gözləyirlər.  O öz ciddiliyi,  soyuq beyni,  analitik ağıl tutumu  ilə  seçilməli, 
vicdanlı,  qərəzsiz  və  nəfsi  tox  olmalıdır.  Qərəzlilik  və  tamahkarlıq  haki­
mə  yaraşmayan  keyfiyyətlərdir.  Hakim  həmişə  nəcibliyi  və  alicənablığı 
ilə diqqəti cəlb etməlidir.
Bununla  belə,  təcrübədə  bəzən  başqa  nəticələr  üzə  çıxır,  sosioloqlar 
gözlənilənlərin  tamamilə əksi  ilə rastlaşırlar.  Sosioloji  tədqiqatlar şəhadət 
verir ki, adətən,  hüquqi  biliyi zəif olan, iş və həyat təcrübəsi  kifayət qədər 
olmayan  hakimlər  süründürməçiliyə  yol  verir,  çıxarılan  qərarlar  öz  da­
yazlığı və sönüklüyü  ilə seçilir.
«Sosial  psixologiya  və  ədalət  mühakiməsi»ni  tədqiq  edən  Dcvid 
Mayers qeyd edir ki,  məhkəmə baxışı  gedişində hakimin  mühakimələrinə 
müttəhimin zahiri görkəmi  təsir göstərir. O, fiziki  cəhətdən cəzbcdici olan 
müttəhimə  böyük  lütlkarlıq  göstərir,  çünki  «gözəl  adamlar  adətən,  inti- 
zamlı»,  «bilavasitə zahirli  (böyük  girdə gözlü  və kiçik almlı) adamlar  isə 
daha  sadəlövh  görünür  və  adətən,  ehtiyatsızlıqdan  törədilən  cinayətlərə 
dair  işlərdə  təqsirli  bilinirlər.  Eybəcər  adamlar  xüsusən  do  seksual 
zorakılıqla müşayiət olunan  əməllər törədən cinayətkarlar təəssüratı  yara­
dırlar».  Müəllif davam edərək  yazır:  «...bizim daha çox özümüzü eyniləş­
dirə bildiyimiz müttəhimlərə rəğbətimiz var».1
1 Майерс Д. Социальная психология. СПб.,  1997, с.414.
469


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə