R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


(o cümlədən qatillərlə) bağlı məlumatlar təşkil edir. Tədqiqatların şəhadətinə



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə123/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   119   120   121   122   123   124   125   126   ...   131

(o cümlədən qatillərlə) bağlı məlumatlar təşkil edir. Tədqiqatların şəhadətinə 
görə qatillərin böyük əksəriyyətini natamam orta təhsilli şəxslər təşkil edirlər. 
Belə  şəxslər,  bir  qayda  olaraq,  az  əmək  haqqı  ilə  özlərinin  və  ailələrinin 
maddi,  sosial  tələbatlarını  ödəyə  bilmirlər.  Varlanmağa,  zənginliyə  meylli 
olan  belə  şəxslər  bundan  savayı  cəmiyyətdə  yüksək  mövqe  tutmağa  cəhd 
göstərirlər. Məhz bu zaman ziddiyyətli psixoloji  situasiya yaranır. İddiahğın 
yüksək  səviyyəsi  qabiliyyətsizliklə  və  sosial  cəhətdən  bəyənilməli  olan 
imkanlarla  qcyri-adekvatlıq  təşkil  edir.  Belə  şəxslə  ətrafdakılar  arasında 
münaqişənin formalaşması son həddə faciəvi finala gətirib çıxarır.
Göstərilənlərdən  başqa,  fərdin  yayman  davranışına  bir çox  hallarda 
alkoqollu  içkilər  mənfi  təsir  göstərir.  Sosioloji  tədqiqatların  şəhadətinə 
görə  ayıq  vəziyyətdə  törədilən  qətllərlə  müqayisədə,  sərxoş  vəziyyətdə 
törədilən  analoji  əməllərin  dinamikası  çox  yüksəkdir.  Ona  görə  də 
sərxoşluq cinayətə aparan yollardan birincisi hesab olunur.
3.  Cəmiyyətdə hüququn fəaliyyətinə 
sosial amillərin təsiri
Hüquq  sosiologiyasının  öyrəndiyi  və  araşdırdığı  problemlərdən  biri 
də  hüququn  konkret  real  həyat,  real  praktika  şəraitində  fəaliyyət  göstər­
məsi  məsələsidir.  Qeyd  etmək  lazımdır  ki,  «real»  və  «gerçəklik»  heç  də 
eynimənalı hadisələr deyillər.
Cəmiyyətdə  hüququn  fəaliyyətini  işləyən  aqreqatla,  mexanizmlə 
müqayisə  etmək  olar.  Hər  hansı  mexanizmin  fəaliyyət  göstərdiyi  kimi, 
hüququn  da  icra  olunduğu  zaman  müəyyən  müqavimətlə,  hansısa  kənar 
qüvvə ilə toqquşmaq  lazım gəlir.  Nəticədə real həyat şəraitində bəzən elə 
olur  ki,  kibernetika  dili  ilə  ifadə  etsək  «çıxışda»  heç  də  «girişdə»  gör­
düyünlə üzləşmirsən.
Hüququ  tətbiqetmə  adətən,  sosial  cəhətdən  asılı  olur.  Hüququn  fəa­
liyyətinin  ən  geniş planında  ona  siyasət,  hakimiyyət təsir göstərir,  sosial 
və iqtisadi şərtlər ona təzyiq edirlər.
Məhkəmənin  müstəqilliyi  prinsipinin  bəyan  edilməsinə  baxmayaraq 
(məlum  olduğu  kimi  məhkəmə  hakimiyyəti  hakimiyyətin  budaqlarından 
birini təşkil edir), real həyatda məhkəmə hakimiyyətinin müstəqilliyindən 
danışmaq  hələ  qəti  şəkildə  danışmaq  mümkün  deyil.  Belə  ki,  siyasət,
474
hakimiyyət,  sosial və iqtisadi  şərtlər sosial  amillər kimi  məhkəməyə təsir 
göstərməkdə  davam  edirlər.  Bu  zaman  sosial  təsir bütün  hüquqi  müəssi­
sələrə  (istintaqa,  prokurorluğa,  məhkəməyə,  vəkillər  kollegiyasına və  s.) 
sosial təzyiq adlanan təzyiqdə ifadə olunur.
Molumdur  ki,  Cinayət  Məcəlləsi  yalnız  hər  hansı  cinayətin  törədil­
diyi zaman fəaliyyətə başlayır. Nə qədər ki, sosial təhlükəli kriminal  əməl 
törədilməyib  Cinayət  Məcəlləsi  tamamilə  «hərəkətsiz»  qalır.  Bu  vaxt 
hüququn  realizəsi  prosesinə  nəinki  hüquq-mühafizə  orqanları,  «həm  də 
böyük  sayda qeyri-formal  əlaqələr və  münasibətlər»1 daxil  edilir.  Hüquq 
normasından  qanunçuluğun  təntənəsinə  doğru  hərəkət  prosesi  müxtəlif 
istiqamətli  olur.  Qanunçuluğun  təntənəsindən  ötrü  bir  tərəfdən  böyük 
səylər  göstərilir,  digər  tərəfdən  isə  bu  səylər  bəzən  «torpcdalaşdırılır». 
Nəticədə cinayətkarların cəzası qanunsuz olaraq yüngülləşdirilir, digərləri 
isə ümumiyyətlə layiqli cəzadan yaxa qurtara bilirlər.
Hüquq sosiologiyasının  vəzifəsi  bundan  ibarətdir ki,  hüquqi  hərəkət­
ləri  realizə  edən  və  hüquqi  qərarlar  çıxaran  vəzifəli  şəxslərə  göstərilən 
təzyiqlərin növləri və formaları  tədqiq edilsin.  Çünki belə sosial  təzyiqlər 
Hüquq-mühafizə  orqanlarının  və  onların  səlahiyyətli  vəzifəli  şəxslərinin 
sərbəstliyini əlindən alır.
Hüquqi  prosesdə  təzahür  edən  sosial  təzyiqlərin  bəzi  növlərinin 
üzərində dayanmağı məqsədəuyğun hesab edirik.
1. 
Hakimiyyət  strukturları  tərəfindən  edilən  təzyiq.  Məlum 
olduğu  kimi,  istənilən  hakimiyyət  «tavandır»,  lakin  hər  bir  hakimiyyət 
onu qaldırmağa səy göstərir.  Məsələn, keçmiş  SSRİ-nin  varlığı  dövründə 
və  onun  bütün  tarixi  ərzində  hakimiyyət  strukturunun  iri  məmurları 
hüquq-mühafizə  orqanlarına  həmişə  təzyiqlər etmişlər.  SSRİ-də  avtoritar 
idarəetmə dövründə məhkəmə hakimiyyəti (belə hakimiyyət adı çox nadir 
hallarda  çəkilirdi)  hüquq-mühafizə  orqanları  partiya  və  dövlət 
hakimiyyətinin yalnız «törəməsi» idi. Ədalət mühakiməsinin ən prinsipial 
məsələləri  (ölümə  məhkum  etmək  və ya bağışlamaq)  yüksək  hakimiyyət 
dairələrində  həll  edilirdi.  Məlikəmə  isə  yalnız  ittihamnamələri  yazmaqla 
məşğul olurdu. Partiyanın sözü və iradəsi qanundan də kəsərli  idi.
Acınacaqlı  hallardan  biri  ondan  ibarət  idi  ki,  məhkəmələrə  seçkilər 
keçirilərkən  hakimliyə  namizədlər  partiya  orqanları  tərəfindən  irəli
1 Кудрявцев B.H., Казимирчук В.П.  Современная социология права. М.,  1995, с.84.
475


sürülürdü və belə namizədin kommunist olması  ən əsas kriteriya  idi. Na­
mizədin  heç  bir  alternativi  olmurdu.  Seçicilərin  qarşısında  duran  başlıca 
vəzifə  partiyanın  irəli  sürdüyü  namizədə  səs  verməkdən  ibarət  idi. 
Əslində  isə  bu,  seçkidən  daha  çox  təyinata  bənzəyirdi.  Seçkilərin  yalnız 
formal  xarakter  daşıması,  hakimliyə  namizədin  partiya  orqanları  tərə­
findən dəstəklənməsi məhkəməni avtoritar rejimin hüquq-mühafizə deyil, 
icra  orqanına  çevirmişdi.  Çünki  partiya  hüquqdan  da,  qanundan  da 
yüksəkdə dururdu.  Bu, keçmiş SSRİ-də sözün həqiqi mənasında «partiya­
nın şahlıq dövrü»  idi.  Avtoritar rejimin qurduğu nərdivan belə idi: partiya 
-  dövlət -  qanun -  insan.  Göründüyü kimi, məhz hüquq və insan ən aşağı 
pilləni tuturdu.
2.  İctimai  rəy  tərəfindən  edilən  təzyiq.  İctimai  rəy  kütləvi 
informasiya vasitələrinin köməyi  ilə ifadə oluna bilərdi,  lakin o, kütlənin 
əhval-ruhiyyəsini  müasir  kommunikasiya  vasitələrindən  asılı  olmayaraq 
əks  etdirə  bilərdi.  Çünki  o,  bəzən çoxsaylı  fərdi  rəylər əsasında,  doğulur 
və  formalaşır,  sonra  isə  cəmiyyətin  böyük  sosial  qrupları  və  təbəqələri 
arasında  yayılır.  İctimai  rəy  bir  sıra  hallarda  yüzlərlə  kollektiv  məktub­
larda  və  teleqramlarda  materiallaşdınlır.  Belə  məktub  və  teleqramlarda 
adətən,  cinayətkara  ən  ağır  cəza təyin  olunması  tələb  edilir.  İctimai  rəyi 
adamların  qaynayan  və  çalxalanan  mitinqləri  tamamlayır.  Belə mitinqlər 
məhkəmə  iclasının  getdiyi  binanın  qarşısında  baş  verir.  Bu  nöqteyi- 
nəzərdən  ictimai  rəy  bu  və  ya hüquqi  hərəkətləri  təhlil edən, onların təf­
sirini və interpretasiyasını verən nəhəng bir qüvvəni xatırladır.
İctimai  rəyin  andlılar  məhkəməsinə  təsiri  xüsusilə  böyükdür.  Onu 
«ikipilləli kommunikasiya» kimi  təsəvvür etmək olar.  Əvvəlcə xalqın əh­
val-ruhiyyəsi  andlı  iclasçılara  verilir.  Andlılarda  hüquqi  təfəkkürün 
universallığı  haqqında  hipertroflaşdırılmış  təsəvvürlər  demək  olar  ki, 
olmur.  Onlar  qanunun  təfsirinə,  interpretasiyasına  daha  reformist  yana­
şırlar.  Daha  sonra  ictimai  rəy  andlılarm  müttəhimin  təqsirli  olması  və  ya 
təqsirli olmaması haqqında verdiktində «materiallaşdınlır». Həyati  faktlar 
haqqında təsəvvürlərin andlılarm şüuruna real  təsiri o dərəcədə yüksəkdir 
ki, bu hakimləri bəzən «küçə hakimləri» də adlandınrlar.
3.  Hüquq-mühafizə  orqanlarına, istintaqa və məhkəməyə  kütləvi 
informasiya  vasitələri  tərəfindən  edilən  təzyiq.  Kütləvi  kommu­
nikasiyanın  və  informasiyanın  müasir  elektron  vasitələri  öz  məcmusuna
4 7 6
görə  informasiya  meydanı  yaradırlar.  Kütləvi  şüur  da  məhz  bu  infor­
masiya meydanının  təsiri  altında  olur.  İnformasiya meydanı  öz  məzmu­
nuna  görə  eynicinsli  deyildir  və  onu  iki  axma  bölmək  olar.  Birinci  axm 
xalqın  əhval-ruhiyyəsini,  cəmiyyətin  «zəkalarının  yerləşməsini  və  vəziy­
yətini»  əks  etdirir,  ictimai  rəyin  özünəməxsus  indikatoru  qismində  çıxış 
edir. Bu axını Qərbi Avropada «xalqın gözləri və qulaqları adlandırırlar.
İkinci  informasiya  axını,  bir  qayda  olaraq,  elitanın  maraqlarını  əks 
etdirir,  çünki  informasiya  hakimiyyəti  məhz  həmin  elitanın  əlindədir. 
Belə  halda  «kommunikator»  qismində  ya  avtoritar  dövlət,  ya  da  qəzet 
maqnatları, yaxud siyasi partiyalar çıxış edirlər.
İnformasiya  hakimiyyəti  -   bu,  siyasi  hakimiyyətin  bir  növüdür. 
İstənilən  hakimiyyətin  başlıca  cəhəti  isə  onun  korporativ  maraqlarıdır. 
Qərbi  Avropa  sosioloqlarının  fikrincə,  kütləvi  informasiya  vasitələri, 
xüsusilə  də  elektron  informasiya  vasitələri,  yəni  televizor,  radio  «beynə 
malikdirlər»,  yəni  onlar  bütöv  millətlərin  kütləvi  şüurunu  özündə  təcəs­
süm etdirirlər. Kommunikator informasiya kanallarının köməyilə insanla­
rın  şüuruna  öz  qiymətlərini,  müddəalarını,  baxışlarını  və  interpretasiya­
larını  yeridirlər.  Amerika  sosioloqu  Rayt Mills  hələ  XX yüzilliyin  50-ci 
illərinin  sonuna doğru yazırdı  ki,  insanların  şüurunu  manipulyasiya edən 
vasitə  kimi  kütləvi  kommunikasiya  insana  hazır  qiymətləri  və  fikirləri 
təlqin  edir,  ona hər gün  fikirlər və  niyyətlər  «payı»  verir  və  bununla  da 
kütləvi informasiya vasitəsi kimi çıxış edir.1
Yuxarıda  göstərilənlərdən  aydın  olur ki,  məhkəmə  sisteminə  və  hü­
quq-mühafizə  orqanlarına  ictimai  rəy  tərəfindən  edilən  təzyiq  hüquq 
qaydası sisteminə kütləvi informasiya vasitələri  tərəfindən edilən təzyiqin 
heç  də eyni  deyildir.  Doğrudur, təzyiqin bu  iki növü öz məzmununa görə 
bir-biri  ilə üst-üstə düşsə də, onlar diametral şəkildə bir-birinə zidd də ola 
bilərlər.  Ümumiyyətlə  isə,  fərdin  yerləşdiyi  informasiya meydanının  özü 
son  dərəcə  mürəkkəb  və  ziddiyyətlidir.  İnformasiya  meydanı  doğru  və 
düzgün  informasiya  ilə  yanaşı,  açıq  şəkildə  yalan  informasiyalardan 
ibarət  olan  ənənəvi  materialların  da  meydanıdır.  Bu  meydanda  bir-birini 
inkar  edən  təhrifedici  məlumatların  da  bolluğu  vardır.  Qeyd  etmək 
lazımdır ki,  ictimai rəyin  formalaşmasına təhrifedici  informasiyalar da az 
təsir göstərmir.
1 Милл P. Властующая элита. M.,  1959, c.421-422.
477


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə