R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


  Hüquq-mühafizə orqanlarının



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə121/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   117   118   119   120   121   122   123   124   ...   131

2.  Hüquq-mühafizə orqanlarının 
fəaliyyətinin sosiologiyası
Cəmiyyət  həyatının  bütün  tarixi  inkişaf  mərhələlərində  dövlətin 
qarşısında duran ən başlıca vəzifələrdən biri insanın, vətəndaşın hüquq və 
azadlıqlarını  müdafiə,  ölkədə  sabitliyi  və  qaydanı  mühafizə  etməkdən, 
cinayətlərin  qarşısını  almaqdan  və ümumi  təhlükəsizliyi  təmin  etməkdən 
ibarət  olmuşdur.  Cinayətkarlıqla  və  digər  hüquq  pozuntuları  ilə  müba­
rizənin,  eləcə də hüquq qaydasının və qanunçuluğun mühafizəsinin təmin 
olunmasının ən səmərəli mexanizmi hüquq-mühafizə orqanlarının sistemi 
-  polis və təhlükəsizlik orqanları olmuşdur.
Sosiologiya formalaşdığı  və qəti  təşəkkül tapdığı  ən erkən vaxtların­
dan  cinayətkarlıqla  mübarizə  sferasını  fəal  surətdə  öyrənməyə  başlamış­
dır.  Hələ  XX  yüzilliyin  əvvəllərindən  başlayaraq  sosioloqlar  tərəfindən 
cinayətkarlıq,  onunla mübarizədə polis orqanlarının  fəaliyyəti problemlə­
rinə  bir  çox  xüsusi  tədqiqat  əsərləri  həsr  edilmişdir.  Bu  ənənə  indi  də
 
davam  etdirilir.  Xüsusilə  də  hüquq-mühafizə  orqanlarının  fəaliyyəti 
sferası  ilə bağlı sosioloji tədqiqatların dairəsi daha da genişləndirilmişdir.
Hüquq-mühafizə  orqanlarının  fəaliyyətinin  səmərəliliyi  təkcə  bu 
orqanlarının  bilavasitə  öz  vəzifələrini  yerinə  yetirmələrinin  həcmi  və 
səviyyəsi  ilə  deyil,  həm  də  əhalinin  onlara  olan  inamı  və  kütləvi  şüurun 
vəziyyətilə  müəyyən  edilir.  Nəzərə  almaq  lazımdır  ki,  cəmiyyətdə qanu­
nun,  hüquq qaydasının  və  sosial  ədalətin  hüquq  mühafizə  orqanları  tərə­
findən  etibarlı  şəkildə  mühafizə  olunduğuna  əhalidə  inamın  olması  mü­
hüm  amillərdən  biri  hesab  olunur.  Bu,  həm  də  hüquq-mühafizə  orqan­
larının  fəaliyyətinin  səmərəliliyinin  əsas  göstəricilərindən  biridir.  İnsan­
ların  qanunçuluğun,  hüquq  qaydasının  və  ədalətin  təntənəsinə  inamı 
böyük sosial dəyərlərdən biridir.
Hüquq-mühafizə  orqanları  içərisində  fəaliyyəti  ən  çox  görüntüdə 
olan  orqan  daxili  işlər  orqanları,  bu  orqanların  əməkdaşlarının  gündəlik 
fəaliyyətidir.  Polisi  adətən,  asayiş keşikçisi  də adlandırırlar.  Asayişin  qo­
runması  isə  əslində  elə  vətəndaşların  sakit  və  rahat  həyatının  təmin
 
edilməsi  deməkdir.  Bəs,  Azərbaycan  cəmiyyətində polisə  münasibət  ne­
cədir?  Əhali  ona  inanırmı?  Cəmiyyət  daxili  işlər  orqanlarının  əmək­
daşlarına rəğbət bəsləyirmi? Polis həqiqətənmi keşikçilik edir?
Bu  suallara  obyektiv  və  dolğun  cavab  vermək  o  qədər  də  asan
470
deyildir.  Bəlli  bir  şeydir  ki,  hüquq-mühafizə  orqanları  sistemində  yükün 
ən  böyük  ağırlığı  polisin  üzərinə  düşür.  Daxili  işlər  orqanlarının  əmək- 
daşlan,  demək  olar  ki,  normalaşdırılmamış  iş  rejimində  işləyirlər  və  bu, 
dünyanın  bütün  ölkələrində  belədir.  Ən  adi  sözlərlə  ifadə  etsək,  daxili 
işlər  orqanlan  əmokdaşlannm  gecəsi-gündüzü  yoxdur.  Bu,  məsələnin 
yalnız bir tərəfidir və polisin  gərgin  və eyni zamanda da təhlükəli anlarla 
dolu  olan  fəaliyyəti  layiqincə  qiymətləndirilməlidir.  Polisin  əməyinin  la­
zımınca dəyərləndirilməməsi ən azı ədalətsizlik, haqsızlıq olardı.
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasında  daxili  işlər 
orqanlan  əməkdaşlan  ilk  növbədə  dövlət  tərəfindən  lazımınca  himayə 
olunurlar.  Əvvələn,  onlar yaxşı əmək  haqqı  alırlar,  ikincisi, dövlət onlara 
inanır və etibar edir.  Bununla  belə,  unutmaq olmaz ki,  polis  ilk növbədə 
cəmiyyətin  inam  və  hörmətini  qazanmalıdır.  Bu  nöqteyi-nəzərdən  ölkə­
mizdə vəziyyət bir qədər başqadır.  Çünki Azərbaycan cəmiyyətində əhali 
arasında polisə  inam  və  hörmətdən  daha çox qorxu  hissi  formalaşmışdır. 
Qorxu isə rəğbət və etibar kimi keyfiyyətləri özündən kənar edir.
Daxili  işlər  orqanlarının  əməkdaşları  içərisində  vətəndaşa  hətta  ya­
naşma  etikasına  malik  olmayan  şəxslərə təsadüf olunur.  Adi  danışıq  qa­
biliyyətinə məlik  olmayan  polis  işçisi  özünü  vətəndaşa  necə  təqdim  edə 
bilər?  Bu,  əsasən  ondan  irəli  gəlir  ki,  daxili  işlər  orqanlarında  işə  qəbul 
olunan  şəxslərin  təhsil  səviyyəsinə  lazımi  diqqət yetirilmir.  Nəzərə  alın­
mır ki, polis olmaq istəyən kos hansı zəruri kriteriyalara cavab verməlidir.
Dünyanın  inkişaf  etmiş  demokratik  dövlətlərinin  hüquq  və  azad­
lıqları  müdafiə  sisteminin  müsbət  təcrübəsinin  daha  dərindən  öyrənil­
məsi,  fikrimizcə,  faydalı  olardı.  Biz  öz  hüquqlarımızı  sivil  qaydada  mü­
dafiə  etməyi  öyrənməli,  tutduğu  mövqedən  asılı  olmayaraq,  istənilən 
vəzifəli  şəxsin hüquqazidd hərəkətinə qarşı  qanunla cavab verməyi bacar­
malıyıq.  Yalnız  hüquq  ictimai  həyatımızın  on  başlıca  sosial  dəyəri  olma­
lıdır.  Bizə  köhnə  təfəkkür  stereotiplərini  aradan  qaldırmaq  son  dərəcə 
zəruridir.
Xüsusilə  ağır  cinayətlərin  dinamikasının  aşkar  edilməsi  hüquq- 
mühafizə  orqanlarının  fəaliyyətinin  sosiologiyası  nöqteyi-nəzərindən 
dövləti  və  cəmiyyəti  həmişə  dərindən  düşündürən  problem  olmuşdur. 
Dünya öz inkişafının  elə  bir mərhələsinə yetişmişdir ki,  indi  elmi-texniki 
tərəqqi  ilə  yanaşı,  kriminogen  şərait  demək  olar  ki,  inkişaf etmiş  bütün 
sivil cəmiyyətlərin sərt və amansız reallıqlarından birinə çevrilmişdir.
471


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə