R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


nozlann  dəqiqlik  və  sübutilik  səviyyəsini  yüksəldir.  Lakin  bu  texnolo­



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə117/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   113   114   115   116   117   118   119   120   ...   131

nozlann  dəqiqlik  və  sübutilik  səviyyəsini  yüksəldir.  Lakin  bu  texnolo­
giyanın  qanunvericiliyin  sosiologiyasına  tətbiq  edən  zaman  tədqiqat 
predmetinin mürəkkəbliyini və çoxplanlı olmasını nəzərə almaq zəruridir.
Qanunvericiliyin  sosiologiyası  sferasında  sorğu  metodunun  tətbiqi 
ənənə  və  metoddur  və  o,  geniş  miqyasda  yayılmışdır.  Sorğu  metodunun 
əsasını  belə bir faktın  tanınması  təşkil edir ki,  əgər qanun  layihəsi  ictimai 
rəyi  qane  edirsə,  bu,  həmin  qanun  layihəsinin  sosial  praktikanın  real 
tələbatlarına uyğun  olması haqqında şəhadət verir.  Belə bir hal da ədalətli 
hesab  olunur  ki,  əgər  sorğu  gedişində  ictimai  rəy  bu  vo  ya  digər  qanun 
layihəsini  bəyənməyə  meylli  olursa,  qanun  layihəsinin  səmərəli  olması 
şansı  daha  da  artır.  Sorğu  nəticəsində  əldə  olunmuş  məlumatlar bu  vo  ya 
digər qanun  layihəsinin qəbuluna əhəmiyyətli  dərəcədə təsir göstərə bilər. 
Lakin bir şərtlə ki, sorğunun nəticələrini nəzərə almış olsun.
2. Qanunvericiliyin  sosiologiyası
ILSpcnscr  («Qanunvericilorin  günahları»)  vo  J.Karbonc  («hüquq 
sosiologiyası») qanunvericiliyin  sosiologiyasının baniləri  hesab olunurlar. 
Onlar  hesab  edirdilər  ki,  sosioloqlar  qanunvericilik  normalarının  fəaliy­
yətinin  yaxşılaşdırılmasına yardım göstərə bilərlər.  ILSpcnscr qeyd edirdi 
ki,  cəhalotpərost  qanunvericilorin  gətirdiyi  bolalar  cəhalətpərəst  həkim­
lərin  bəlalarından  çoxdur.  O,  qanuntətbiqetmə  fəaliyyətində  aşağıdakı 
xarakterə malik olan bəzi  «qəribəliklər» aşkar elmişdir:
a)  borclunun  vəziyyətinin  yaxşılaşdırılması  məqsədilə  sələmçilik 
əleyhinə verilən qanunlar, əksinə, borclunun vəziyyətini pisləşdirmişdir;
b) aclığa yol verilməməsindən ötrü  1315-ci  ildə məhsulların möhkəm 
qanunvericilik qiymətinin  müəyyən  edilməsi  cəhdi ona gətirib çıxardı  ki, 
bir  çox  məhsul  növləri  bazardan  tamamilə  yox  olduğuna  görə,  həmin 
qanun tezliklə ləğv olundu;
e)  fəhlələrin  əmək  haqqının  sərt  miqdarını  müəyyən  etmək  səyləri 
sənayenin  inkişafına  mane oldu,  əhalinin əzab-əziyyətini  artırdı, nəhayət, 
qanun  ləğv olundu.1
Qanunvericilorin  qanunlar qəbul  edərkən  səhv  etmələri  barəsində az 
danışılmamışdır.  «Ölü»  qanunlar  haqqında  söhbət  gedərkən  ilk  növbədə
1  Спенсер  Г.  Грехи  законодателей  //  Социологические  исследования,  1992,  №2,
с. 129-136.
4 5 4
qəbul  olunan,  lakin  əslində  işləməyən  qanunlar  nəzərdə  tutulmuşdur. 
Bütöv bir millət vo ya xalq üçün qanunlar yaratmaq sözün əsil mənasında 
elm  və  mədəniyyət  deməkdir.  Qanunverici,  müdaxilə  etdiyi  sosial  pro­
seslər  haqqında  biliyinin  olmadığı  zaman  həmin  işə  başlamaq  hüququna
 
malik  deyil.  Qanunverici  cəmiyyətin  strukturunu,  onun  fəaliyyət  mexa­
nizmini  dərk  etməli,  insanlar  arasındakı  səbəb-nəticə  əlaqələrini  daim 
öyrənməli  və  bilməlidir  ki,  insan  davranışını  dəyişməyə  yönələn  hər  bir 
qanun insan təbiətinin özünü tədricən dəyişikliyə məruz qoyur.
Qanunların  məzmunu və mahiyyəti  haqqında təsəvvürlərin  formalaş­
masında  sosial  həyatda  və dövlət həyatında  hüququn  sosial  təminatı  kimi 
amil  do  mühüm  əhəmiyyət  kəsb  etmişdir.  Çoxsaylı  elmi  tədqiqatlarda  vo 
hüquq  ədəbiyyatında  sosioloji  nöqteyi-nəzərdən  qanunların  heç  vaxt 
mücərrəd  olmadığı  hamılıqla  qəbul  olunmuşdur.  Qanun  həmişə  və  hər 
şeydən  əvvəl,  hakimiyyət  başında  olan  qüvvələrin,  sosial  təbəqələrin, 
qrup  vo  zümrələrin  iradəsini,  mənafelərini  müdafiə  vo  ifadə  etməyə  yö­
nəldilməsilə'  ədalətli  qanun zirvəsinə qalxmışdır.  Bu isə aşağıdakı bir sıra 
amillərə görə təsadüfi hesab oluna bilməz:
1)  qanun  yalnız  dövlət  hakimiyyətinin  ali  nümayəndəli  orqanı  tə­
rəfindən qəbul olunur (onun  ümumxalq səsverməsi, yəni  referendum yolu 
ilə qəbulu da.  istisna olunmur);
2)  qanun  ən  əsas,  ən  mühüm  və  daha  əhəmiyyətli  olan  ictimai  mü­
nasibətləri  tənzim  edir.  Bunlar  dövlət  hakimiyyətinin  ali  nümayəndəli  or­
qanının müstəsna səlahiyyətləri  ilə müəyyən edilən sosial münasibətlərdir;
3)  qanun  müvafiq  ölkənin  hüquqi  sistemində  ən  yüksək  hüquqi  qüv­
vəyə  malik  olan  aktdır.  Qüvvədə olan  qanuna  əsaslanmayan, yaxud  onun 
mətninə və ya məzmununa uyğun olmayan hər hansı normativ-hüquqi  akt 
müəyyən edilmiş qaydada dəyişdirilir vo ya ləğv olunur;
4) qanun  normativ-hüquqi aktdır.  O, bütün vətəndaşlar,  dövlət orqan­
ları,  vəzifəli  şəxslər,  ictimai  təşkilatlar,  hərəkatlar,  birliklər  (eləcə  də 
bilavasitə  qanunun  özündə  göstərilən  fiziki  və  hüquqi  şəxslər)  üçün 
məcburi olan ümumi davranış qaydalarını (normalarını) müəyyən edir;
5) müvafiq  sosial  münasibətləri  tənzim edən  qanun  daha möhkəm və 
sabitdir;
6)  qanun  dövlətin  konstitusiyası  və  parlamenti  ilə  nəzərdə  tutulmuş
1  Quliyev  A.İ.  Azərbaycanın  ictimai-siyasi  fikrində  sosial  ədalət  ideyası.  Bakı,  “Səda”, 
2008, s. 171.
4 5 5


xüsusi  qaydada  qəbul  olunur.  O,  həmişə  konkret  və  real  səciyyə  da­
şımalıdır.1
Qərbi  Avropada  feodalizmin  tarixinə  dair  araşdırmalar  göstərir  ki, 
Orla  əsrlərin  qanun  probleminə  həsr  edilmiş  köhnə  ideyaları  və  konsep­
siyaları  feodal  həyatının sosial-iqtisadi,  siyasi-hüquqi  və mənəvi-psixoloji 
münasibətlərindən  və  təsəvvürlərindən  irəli  gələn  yeni  tələbatlara  uyğun 
olaraq  təzahür  edir  və  müəyyənləşdirilirdi.2 *
  Bu  dövrün  hüquq  məktəbləri 
nümayəndələrinin  qanun  haqqında  təlimlərində  qanuna  və  onun  ma­
hiyyətinə  ilahi  xarakter  verilirdi.  Belə  ki,  qanun  insanın  həyat  və  fəaliy­
yətinin  son  məqsəd  kimi  xoşbəxtlik,  səadət  nöqteyi-nəzərindən  qaydaya 
salan,  tənzimləyən  ilahi  hökm  qismində  təqdim olunurdu.  Məsələn,  kato- 
lisizmin  böyük  ideoloqlarından  biri,  XIII  yüzilliyin  görkəmli  mütəfəkkiri 
Foma Akvinat qanun  haqqında  fikirlərini  ümumiləşdirərək qeyd  edirdi  ki, 
qanun  biitiin  cəmiyyət  üzvlərinin  ümumi  rifahını  ifadə  etməli  və  bütün 
cəmiyyət tərəfindən  müəyyən edilməlidir.2
N.Tusinin  hüquqi  təlimində  qanunun  mənşəyinə  və  mahiyyətinə 
spesifik  yanaşma  diqqəti  cəlb  edir.  Onun  fikrincə,  qanun  hər  hansı  təbii 
qüvvənin  məhsulu  deyildir  və  o,  tarixi  zərurətdən  meydana  gəlmişdir. 
Qeyd  etmək  zəruridir  ki,  mütəfəkkirin  qanunun  mənşəyinə  məhz  belə 
yanaşması  onun  qanunların  mahiyyəti  haqqında  sxolastikadan  uzaq  olan 
müddəalarının  başlıca  mənasını  təşkil  edir.  Əgər  qanun  insanın  idrak 
fəaliyyətinin  nəticələrindən  biridirsə, deməli,  onun  ədalətli  və ya ədalətsiz 
olması  da  insan  zəkasından  asılıdır.  Məlum  olduğu  kimi  bunu  mənşəyi 
ilahiləşdirilən  və  əsasən  də  cəhalətpərəst  qanunvericilər tərəfindən  qəbul 
olunan  qanunlara  şamil  etmək  mümkün  deyil.  Qanunu  əməli  (qərari) 
hikmətin  məhsulu  hesab  edən  Tusi  yazır:  «Camaatın  qərarı  əsasında 
yaranan  və qərari  olanlardan biri  də qayda-qanunlardır».4
N.Tusinin  ideyasına  görə,  qanunda  boşluq  və  ya  çatışmazlıq  olma­
malıdır.
Belə  natamamlıq  qanunun  zəifliyinin  göstəricisidir.  O,  belə  qanun­
ların dəyişdirilməsini  zəruri  hesab edirdi.
Cəmiyyətlə  fərd  arasında  qarşılıqlı  münasibətlərin  tənzimlənməsində
1  Qııliycv  A.İ.  Azərbaycanın  ictimai-siyasi  fikrində  sosial  ədalət  ideyası.  İ3akı,  “Soda”, 
2008,  s. 171-172.
2  Гуревич  Л.Я.  Проблемы  геисчиса  феодализма  в  Западной  Европе.  М ,  1970,  с.83.
5  Боргош 
10.  Фома  Аквинский.  М.,  1975,  с. 119.
1 Tusi  Х.Н.  “O xlaqi-N asiri”.  Bakı,  “Elm ”,  1980,  s.38.
4 5 6
ağırlıq  mərkəzi  həmişə  cəmiyyətin  üzərinə  düşmüşdür.  Ona  görə  də 
bununla  bağlı  qarşılıqlı  müqayisələr  aparılarkən  fərdin  qanuna  itaətli  və 
ya  itaotsiz  şəxsiyyət  kimi  yetişməsində  daim  cəmiyyətin  aparıcı  rola 
malik olduğu qeyd  edilmişdir.
Bu  nöqteyi-nəzərdən  ikinci  böyük  ağırlıq  mərkəzi  qanunvcrieinin  və 
cəmiyyətin  idarə  edilməsi  üçün  onun  verdiyi  qanunların  üzərinə  düşür. 
Qanunların  ciddiliyinə,  möhkəmliyinə,  dcmokratikliyino  vo  humanistli- 
yinə  görə  məsuliyyət cəmiyyətin  deyil,  dövlətin qanunvericilik  orqanının 
üzərinə qoyulmalıdır.  Bununla bağlı  diqqəti  cəlb edən  problemlərdən  biri 
də  qanunun  ədaləti  məsələsidir.  Qanunun  ədaləti  yalnız,  qanunvcrieinin 
bilavasitə özünün ədalətli mövqeyi  əsasında təzahür edə bilər.
Ayrılıqda  götürdükdə  ədalətli  qanunlar  öz-özlüyündə  hələ  bu  ifadə­
nin  mənasının  açılması  demək  deyildir.  Çünki  hər  hansı  bir  konkret  qa­
nun  normasının  mətnində  «ədalət»  islilahı  işlədilmir.  Əslində  fəlsəfi, 
sosial-siyasi  və  hüquqi  nöqteyi-nəzərdən  buna  heç  ehtiyac  da  yoxdur. 
Əgər  bölə  olsaydı,  qanun  hüquqi  cəhətdən  ö/,  ciddiliyini  və  kəsərini 
itirərdi.  Zahirən  elə  görünərdi  ki,  mətnində  «ədalət»  istilahının  yazıldığı 
qanunun  pozulmasına  görə  tətbiq  edilən  cəza  da  mütləq  mənada  yüngül 
olacaq  və  olmalıdır.  Şübhəsiz ki,  bu,  qanunvcrieinin  mövqeyinə  və nüfu­
zuna xələl  gətirərdi.
Göstərilənlər  nöqteyi-nəzərindən  qeyd  elmək  zəruridir  ki,  qanunun 
odalətliliyi  ilk  növbədə  onun  mətninin  düşünülmüş  şəkildə və  hərtərəfli 
işlənib hazırlanmasında  təzahür etməlidir.1 Çünki qanun  norması  bir neçə 
saat və ya bir ııcçə gün  ərzində yazılıb tərtib edilməli  olan  akt  deyildir və 
olmamalıdır.  Hər  bir  konkret  qanun  normasının  arxasında  insan  taleyi 
durur.  Ona  görə  do  dəfələrlə  ölçülüb-biçilməmiş  şəraitdə  qəbul  olunan 
qanunlar nəinki  tərbiyələndirmir, əksinə, məzmununun qeyri-müəyyənliyi 
üzündən bəzən cəmiyyətdə çaşqınlıqlar yaradır.  Bu zaman hətta qanunları 
icra  və  tətbiq  edən  səlahiyyətli  orqanların  özü  də  çıxılmaz  vəziyyətdə 
qalır.  Son  nəticədə  isə  hüququ  təlbiqetmo  predmetinin  bütün  tələbləri 
pozulmuş  olur.  Deməli,  mötəbər  qanunlar  yaratmaq  üçün  aylarla,  bəzən 
illərlə işləmək  lazımdır.
Qanunverici qanun  normasının düzgün  tətbiq edilməsinə çalışmalı  vo 
bunun  üçün  bütün  zəruri  təsir  vasitələrindən  istifadə  etməlidir.  Düzgün 
tətbiq  edilən  qanun  norması  törədilmiş  sosial  təhlükəli  əməllə  tətbiq
1  Quliyev  A.İ.  Azərbaycanın  ictimai-siyasi  fikrində  sosial  ədalət  ideyası.  Bakı,  “Səda”, 
2008,  s.51.
4 5 7


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə