R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə115/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   111   112   113   114   115   116   117   118   ...   131

kriteriya  qismində  qəbul  olunarsa,  bütün  dövlətləri  aşağıdakı  qruplara 
bölmək olar:
1)  ölüm  cəzasının  hələ  də  yüksək  cəza  tədbiri  kimi  tətbiq  edildiyi 
ölkələr  (bunların  sayı  100-don  çoxdur).  Onlara  əsasən  Asiya  (Çin,  Hin­
distan,  Birma,  İndoneziya),  ərəb  (Misir,  Suriya,  İran,  Pakistan)  və  Afrika 
(Anqola,  Nigeriya,  Zambiya)  ölkələri  aiddir.  Amerika  Birləşmiş  Ştatla­
rında da ölüm  cəzası  tətbiq edilir.  Ölüm cəzasının tətbiqinə daha çox  İran 
İslam  Respublikasında,  ABŞ-da,  Çində  və  Səudiyyə  Ərəbistanında 
təsadüf olunur.  Məsələn,  İranda  2010-cu  ildə  bir  gündə  5  nəfər  küçədə 
əhalinin  gözləri  qarşısında  edam  edilmişdir  və  onların  əksəriyyəti  qadın 
olmuşdur.  Ümumiyyətlə,  İranda  asmaqla edam  hökmünün  küçələrdə  icra 
olunması  adi  hala çevrilmişdir.
Yaxud  Çində  təkcə  1995-ci  ildə  qətlə,  rüşvətxorluğa,  dövlət  mül­
kiyyətinin  talanmasına  və narkobiznesə  görə  2,5  mindən artıq  insan ölüm 
cəzasına məhkum olunmuş və hökmlərin hamısı dərhal icra olunmuşdur;1
2)  ölüm  cəzasının  yalnız  müstəsna  hallarda,  məsələn,  müharibə 
şəraitində  tətbiq edildiyi  dövlətlər (bunların  sayı  20-yə yaxındır).  Bunlara 
Avropa  (Böyük  Britaniya,  İtaliya,  Kanada,  İzrail)  və  Latın  Amerikası 
(Argentina, Braziliya, Meksika) dövlətləri  aiddir;
3)  ölüm  cəzasının  tamamilə  ləğv  edildiyi  dövlətlər.  Bunlar  əsasən 
Avropa  dövlətlərindən  (Fransa,  Almaniya  Federativ  Respublikası,  Dani­
marka, Avstriya, İsveç, Norveç, Portuqaliya və s.) ibarətdir.2
Qeyd  etmək  lazımdır  ki,  Amerika  Birləşmiş  Ştatlarında  ölüm  cəzası 
və  onun  tətbiqi  ilə  bağlı  situasiya  öz  xüsusiyyətlərinə  malikdir.  Bu 
ölkənin  yalnız  50  ştatından  12-sindo  ölüm  cəzası  ləğv  edilmişdir.  Qalan 
ştatlarda  isə  vəziyyət  bir  qədər  dəyişkən  xarakter  daşıyır,  belə  ki,  ölüm 
cəzası  bəzən  tətbiq  edilmir,  lakin  müəyyən  vaxtdan  sonra  onun  tətbiqinə 
icazə  verilir.  Ölüm  cəzasını  ləğv  etmiş  ştatların  sayı  əvvəllər  14  olsa  da, 
sonradan  12-yə enmişdir.
ABŞ-da  guya  müstəsna  cəza  tədbirini  humanistləşdirməyə  cəhd 
göstərilməklə  ölüm  cəzasının  sərt  icrası  mexanizmi  bir qədər  yüngülləş­
dirilmişdir  və  ona  görə  do  ölüm  cəzasının  aşağıdakı  üsullarla  icra  olun­
ması  (əgər  bunu  humanist  addım  hesab  etmək  olarsa)  müəyyən  edil­
mişdir:
1 Цепляев  В.  «Вышке» -  крышка? // Аргументы  и  факт.  1997, № 3.
2  Юридическая социология:  Учебник.  М.,  НОРМА-ИНФРА,  2000, с.327.
4 4 6
1)  elektrik  şoku,  yəni  elektrik  stulunda  oturtmaqla  cinayətkarın 
bədəninə müəyyən edilmiş voltda elektrik verilməsi;
2) zəhərlə ölümcül  ineksiya (zəhərləmə);
3) asmaqla edam etmə;
4)  qaz  kamerasına  salmaq  boğma,  yəni  bu  zaman  məhkum  olunan 
cinayətkar kameraya verilən  sianid turşusunun buxarından boğulur;
5) güllələmo.
Artıq  yuxarıda  qeyd  olunduğu  kimi,  ölkəmizdə  ölüm  cəzası  ləğv 
edilmişdir.  Bir  cəhəti  göstərmək  zəruridir  ki,  keçmiş  SSRİ-nin  varlığı 
dövründə ölüm cəzasının  icrasına dair və cinayət  hüququ,  nə cinayət pro­
sesi,  nə  kriminalistika,  nə  do  kriminologiya  ədəbiyyatında  heç  bir  mə­
lumat verilmirdi.  Görünür ölüm cəzasının  icıası  mexanizminin  son dərəcə 
məxfi  saxlanması  sovet totalitar rejimi  üçiin  əlverişli  olmuşdur.  Ən  faciə­
vi  hallardan biri  isa ondan  ibarət idi  ki, qəllə göıə deyil, sosialist əmlakını 
xüsusi  olaraq  külli  miqdarda  mənimsəməyə  görə  güllələnmə  cəzasına 
çoxsaylı  insanlar  məhkum  olunmuşdur  ki,  buna  dünyanın  başqa  dövlət­
lərinin cəza tarixində təsadüf etmək çətindir.
İndinin  özündə  do  müxtəlif dünya  ölkələrinin  sosioloqları  və  kriıııi- 
noloqları  arasında  ölüm  cəzasının  birdəfəlik  ləğv  edilməsinə  və  ya  istis­
nalarla  saxlanmasına  dair  fikir  ayrılıqları  mövcuddur.  Əlbəttə  ki,  bu 
tərəfdən  bir  sıra  kateqoriya  cinayətlərin  son  dərəcə  qəddarlıqla  törədil­
məsindən,  digər  tərəfdən  isə  cinayətkarın  həyatdan  məhrum  edilməsinə 
yol  verilməsində  dövlətin  ədalətsiz  mövqeyinə  dair  mülahizələrdən  irəli 
gəlir.  Əgər qətl  törədən  şəxs  böyük  ictimai  təhlükəli  cinayətkar sayılırsa, 
deməli  onu  ölüm  cəzasına  məhkum  edən  dövlətin  özü  do  bir  növ  cina­
yətkar  qismində  çıxış  edir.  Bu  isə  böyük  ədalətsizlikdir,  qeyri-huma­
nistlikdir.
4 47


ON  ÜÇÜNCÜ  FƏSİI
QANUNVERİCİLİYİN  SOSİOLOGİYASI
L  Hüquqyaratma prosesinin sosioloji aspektləri
Hüquqyaratma prosesi  dedikdə, hüquq normalarının yaranmasına,  in­
kişafına  və  təkmilloşdirilməsinə  yönələn  dövlət  fəaliyyəti  və  ictimai  fəa­
liyyət  başa  düşülür.  Hüquqyaratma  çoxsoviyyəli  prosesdir.  Ona  görə  də 
hüquqyaratma  prosesində  iki  istiqamət  -   rəsmi  hüquqyaratma  və  «köl­
gəli» normayaratma fərqləndirilir.
Rəsmi  hüquqyaratma.  Rəsmi  hüquqyaratma  həm  dövlət  fəaliyyə­
tinin,  həm do ictimai  fəaliyyətin tərkib hissəsidir.  Bu fəaliyyət nəticəsində 
qanunvericilik  aktlarının  və digər normativ-hüquqi  aktların  sistemi  təşək­
kül  tapır,  inkişaf  etdirilir  və  təkmilləşdirilir.  Hüquqyaratma  fəaliyyəti 
prosesində  hüquq  normaları  və  qanunvericilik  aktları  dəyişdirilə  və  ləğv 
oluna  bilər.  Hüquqyaratma  fəaliyyəti  üçün  başlıca  cəhət  yeni  hüquq 
normalar)  işləyib hazırlamaqdan və onların təsdiqindən ibarətdir.
Hüquqyaratma  fəaliyyətinin  əlahiddə  bir  hissəsini  qanunvericilik 
fəaliyyəti  təşkil  edir  ki,  bu  da  qanunyaratma  adlandırılır.  Bəs  qanunveri­
cilik (qanunyaratma) fəaliyyətində sosiologiyanın rolu nədən ibarətdir?
Birincisi,  sosiologiya rəsmi  hüquqyaratma  fəaliyyətinə təsir göstərən 
sosial  amillər  (iqtisadi,  təbii-coğrafi,  ekoloji,  demoqrafik,  siyasi-hüquqi, 
ideoloji, psixoloji  amillər)  sistemini  aşkar etməyə və əsaslandırmağa xid­
mət  edir.'  Nəzərə  almaq  vacibdir  ki,  hüquqyaratma  prosesinin  sosioloji 
aspektləri  normativ  aktm  yaradılması  mərhələləri  üzrə  izlənilir.  Belə  ki, 
yeni  normativ  aktm  mətninin  (layihəsinin)  hazırlanması  mərhələsində 
normativ  layihənin  məzmununa  əhalinin  müxtəlif  qruplarına  xas  olan 
maraqların,  rəylərin  və  ənənələrin  nə  dərəcədə  uyğun  olub-olmamasını 
öyrənmək  lazımdır.  Qanun  layihəsinin  müzakirə  olunması  mərhələsində 
vətəndaşların  bu  müzakirədəki  fəallığını,  siniflərin,  təbəqələrin  və  sosial 
qrupların  layihəyə  dair  qeydlərini  və  iradlarını  və  onların  nədən  ibarət 
olduğunu,  müzakirə  gedişində  və  nəticəsində  onların  nəzərə  almıb- 
alınmamasını tədqiq ötmək zəruridir.
1  Поленина  C.В.  Законотворчество  в  Российской  Ф едерации.  М.,  1996, с .76-110.
448
Məsələn,  sosioloqlar  tərəfindən  pasport-amil  adlanan  struktur-funk­
sional  sxem  işlənib  hazırlanmışdır.  Həmin  pasport-amilin  köməyilə  müx­
təlif  sosial  amillərin  hərəkətinə,  onların  sayma,  istiqamətlərinə  və  təsir 
göstərmə  qüdrətinə  aid  olan  kəmiyyət  xarakteristikalarını  aşkar  etmək 
mümkündür.  Ekspertlər həmin  pasport  vasitəsilə  təsirin  güclü,  zəif və  ya 
orta  olduğunu  müəyyən  edə  bilərlər.  Bu  zaman  onlar hazırlanan  layihədə 
təklif amilinin  əks  olunub-olunmamasına  əsaslanırlar.  Müvafiq  normativ 
akt  layihəsinin  hazırlanması  zamanı  qarşıda  duran  məqsədlərə  yardım 
etməsindən  və  ya  mane  olmasından  asılı  olaraq  hərəkət  amili  ekspertlər 
tərəfindən  həmçinin  də  pozitiv  və  ya  neqativ  amil  kimi  müəyyən  edilə 
bilər.
İkincisi,  sosioloqlar qanunqüvvəli  aktlarla bağlı  kəskin  problem  üzrə 
məsələni öyrənə  və ona dair tövsiyələr verə  bilərlər.  Məsələ  burasındadır 
ki,  qanunqüvvəli  aktlar qanunların  icrası  üçün  verilirlər və onlar çoxsaylı 
insanların  davranışını  tənzimləyən  yeni  normalar  yarada  bilməzlər  və 
yaratmamalıdırlar.  Lakin  fərmanlar,  dekretlər,  təlimatlar və əmrlər  qanım 
görüntüsiinə malikdirlər.  Belə aktların  sayı  yüzlərlə  və  minlərlə ola  bilər. 
Keçmiş  SSRİ-də  siyasi  repressiyalar  dövrünü  öyrənən  tarixçilər,  sosio­
loqlar  və  hüquqşünaslar  belə  bir  nəticəyə  gəlirlər  ki,  bu  zorakılıq  siste­
minin xeyli hissəsi  məhz qanunqüvvəli aktlar əsasında baş tutmuşdur.1
Üçüncüsü,  sosioloqları  həmçinin  də  hüquqyaratma  prosesinə  cəmiy­
yətin  strati fi kas iy a  təsiri  dərəcəsi  maraqlandırır.  L.Mcyxü  qeyd  edir  ki, 
sosioloq  ABŞ-ın  hüquqi  sistemində məhkum olunmuş  şəxsin  andlı  hakim 
olması  haqqında az bilir.  Sosioloq  hansı  və hansı  sosial  təbəqələrdən  olan 
adamların  andlılar  kollegiyasına  daxil  edilməsini  və  andlıların  öz  işini 
necə  təşkil  etdiklərini  müəyyən  etməyə  səy  göstərir.  Andlıların  formal 
hüququ  hansı  şəraitdə tətbiq  etmələrini,  hansı  şəraitdə  isə öz  intuitiv  əda­
lət  hisslərini  izhar  etdiklərini  bilmək  sosioloq  üçün  vacibdir.  Tədqiqatlar 
göstərir  ki,  cəmiyyətin  stratilikasiyası  andlıların  tərkibində  canlanır  və 
onların məhkəməsi  vasitəsilə hüquqyaratma prosesinə təsir göstərir.'
Amerika  sosioloqları  sübut  etmişlər  ki,  mütəşəkkil  qrup  maraqları 
hüquq  orqanlarında  baxılmağa  hansı  mübahisəli  məsələlərin  verilməsini 
müəyyən  etməkdə  mühüm  rol  oynayırlar.J  Belə  ki,  Amerika  Birləşmiş 
Ştatlarında irqi münasibətləri  tənzimləyən hüquq sahəsində Milli  Assosia-
1 Лунев B.B. Политическая  преступность // Государство  и право,  1994, №7, с. 109. 2
 3
2 Мейхью Л. Социология  права / Американская  социология. М.,  1972, с.224, 225.
3 Yena orada, s.225.
449


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə