R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə112/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   108   109   110   111   112   113   114   115   ...   131

məqsəd  müəyyən  edir.  Birinci halda maddi olan  (qanunun  cəza hədəsi  ilə 
müəyyən  neqativ  davranışdan  çəkinmə  tələbi)  insanın  idrakına  «köçü­
rülür»,  hüquq  düşüncəsini  zənginləşdirir,  ikinci  halda  isə  ideal  olandan 
(hüquq  düşüncəsindən)  maddi  olana  (qanunun  tələb  etdiyi  qaydada)  əks 
keçidi məqsəd kimi qarşıya qoyur.1
Beləliklə,  cəza  sosial  nəzarətin  spesifik  institutudur.  Təyin  edilən 
cəza  həmişə  törədilmiş  sosial  təhlükəli  əməlin  cəmiyyət  və  dövlət  tərə­
findən  mənfi  qiymətləndirilməsi  ilə bağlı  olur.  Başqa  sözlə,  nə cəmiyyət, 
nə də  dövlət  tərəfindən  reaksiya  verilməyən,  yaxud mənfi  qiymətləndiril­
məyən  sosial  təhlükəli  əməl  mövcud  deyil  və  ola  da  bilməz.  Cəzanın 
məqsədi  təkcə  hüquqların  bərpasından  ibarət  deyil.  Hər  bir  cəza  eyni 
zamanda  da  sosial  təhlükəli  əmələ  yol  vermiş  subyekti  islah  etməyə  və 
yenidən  tərbiyələndirməyə  xidmət  edir.  Cəzanın  arxasında  cinayətlərin 
qarşısının alınması  və eləcə də cəmiyyətin digər üzvləri tərəfindən onların 
törədilməsinə yol verilməməsi vəzifəsi dayanır.
2. Cinayət cəzasının funksiyaları
Artıq  göstərildiyi  kimi,  cəza  haqqında  təlim  öz  inkişafında  uzun  bir 
tarixi  yol  keçmiş  və  müxtəlif  dəyişikliklərə  məruz  qalmışdır.  Cəza 
haqqında  müxtəlif dövrlərdə  meydana  gəlmiş  təlimlər  bir-birindən  fərq­
lənmişdir.  Belə fərqlər əsasən cinayət cəzasının rolunun və məqsədlərinin 
müəyyənləşdirilməsi  ilə  bağlı  olmuşdur.  Bütün  bunlar  öz  qanunvericilik 
ifadəsini dövlətlərin cinayət məcəllələrində tapmışdır.
Cinayət  cəzası  -   bu,  son  dərəcə  mürəkkəb,  çoxfunksiyalı,  öz  qarşı­
sında  müxtəlif məqsədlər  qoyan  və  müxtəlif  funksiyaları  yerinə  yetirən 
çoxməqsədli  hadisədir.  Törədilmiş  əmələ  görə  əvəz,  potensial  cinayət­
karların  vahiməlondirilməsi,  sosial  ədalətin  bərpa  olunması,  yenidən  tər­
biyə, məhkumun islah  olunması -  bütün bunların  hamısı  onda təzahür edir.2 
Ona  görə  do  burada  müəyyən  edilməsi  mürəkkəb  olan  başlıca  cəhət 
hüquqşünaslar arasında cinayət cəzasının  məqsədlərinə baxışlarda yekdil bir 
fikrin  olmamasından  ibarətdir.  Cinayət  cəzasının  əsasını  hansı  məqsədlərin­
dən təşkil etməsindən asılı olaraq onun funksiyaları müəyyən edilir.
1  Saməndarov  F.Y.  Cinayat  hüququnda  caza  problemi:  tarix  və  müasirlik.  Bakı,  BDU , 
2 0 0 9 ,  s. 149.
2 Юридическая социология:  Учебник. M., НОРМА-ИНФРЛ, 2000, с.3 19-320.
4 3 4
F.Y.Somondərov  qeyd  edir  ki,  cəzaya  canlı  varlıq  kimi  baxmaq 
yanlış  olardı.  Buna  görə  də  cəzanın  məqsədlərindən  deyil,  cəza  qarşısına 
qoyulan  məqsədlərdən  danışmaq  lazımdır.  Cəza  qarşısında  insanlar 
tərəfindən  məqsəd  qoyulur.  Qoyulan  məqsəd  cəzanın  funksional  təsiri  ilə 
bağlıdırmı?  Cəzanın  məqsədinə  dair  müxtəlif  fəlsəfi  sistemlərdə  fərqli 
fikirlər  söylənilmişdir.1  XIX  yüzillikdən  başlayaraq  zəmanəmizədək  əksər 
kriminalistlər cəzanın inteqrativ xarakterli məqsəd izlədiyini qeyd edirlər.
Molum olduğu  kimi, cinayətkarlıqla mübarizənin on  mühüm cinayət- 
hüquqi  vasitələrindən  biri  cəzadır.  Dövlətin  bu  məcburiyyət  tədbiri 
islahedici  xarakterə  malikdir.  Cinayət  cəzasına  məhkum  olunmuş  şəxsi 
islah  etmək bir növ  həkimin  xəstəni  müalicə  edib  sağaltmasına  bənzəyir. 
Xəstəliyin  fəsadlarını  adi  müalicə  üsulları  ilə  aradan  qaldıra  bilməyən 
həkim  digər  müalicə  üsullarına,  son  həddə  cərrahiyyə  üsuluna  əl  atmalı 
olur.  Bununla  xəstəyə  əziyyət  verən  bədən  üzvünün  öz.  həyatiliyini 
tamamilə  itirdiyi  aşkar  olunduqda,  həkim  onu  kəsib  atır.  Lakin  bunu 
şübhəsiz  ki,  məhkumla  etmək  qeyri-mümkündür.  Penitensiar  müəssisə­
lərdə  mövcud  rejimə  əməl  elməyən  məhkumlar  barəsində  daxili  intizam 
qaydaları  ilə  nəzərdə  tutulan  tədbirlər  görülür.  Lakin  təcrübə  göstərir  ki, 
belə  tədbirlərin  özü  də  bəzən  miisbət  nəticə  vermir,  çünki  məhkumun 
islah  olunduğu  mühitin  özünün  iqlimi  bir  sıra  hallarda  buna  mane  olur. 
Ona  təyin  edilmiş  cəzanın  ədalətsiz  olduğunu  düşünən  (və  bəzən  bu 
zənnində  haqlı  olan)  məhkumun  islahı  və  ya  yenidən  tərbiyə  olunması 
heç  də  asan  məsələ  deyil.  Bu  məsələ  də  hazırda  sosioloqları  dərindən 
düşündürən problemlərdən  biridir.
Təyin  edilək  cəzanın  ədalətli  olması  xeyli  dərəcə  cəzanın  izlədiyi 
sosial  məqsəd  baxımından  nəticəli  olmasına  kömək  edir.  Cəza  təyinində 
ədalətliliyə  nail  olunması  -   kifayotləndirici  meyar  əsasında,  bütövlükdə 
əməli,  əməlin  nəticəsini,  cinayətin  motivini,  törədilək  əmələ  məhkumun 
münasibətini  nəzərə  almaqla  məsuliyyətin  və  cəzanın  fərdiləşdirilməsini 
nəzərdə  tutur.2  Qeyd  etmək  lazımdır  ki,  cəzanın  izlədiyi  sosial  məqsədi 
də konkret fiziki  şəxs  --  hakim reallaşdırır.  Əgər cəzanı  təyin edən hakim 
(və  ya  məhkəmə)  cəzanı  qərəzli  mövqedən  təyin  edirsə,  burada  cəzanı 
nəzərdə  tutan  qanun  norması  deyil,  məhz  hakim  ədalətsizliyə  yol  verir. 
Belə  sosial  haqsızlığın  şahidi  olan  məhkumun  islah  olunması  prosesinin
1  Samandorov  F.Y.  Cinayat  hüququnda  co/а   problemi:  tarix  va  müasirlik.  Bakı,  BDU , 
2009,  s. 129.
2  Yena  orada,  s.133-134.
4 3 5


sosial-psixoloji  cəhətdən  nə  qədər  çətin  olduğunu  asanlıqla  təsəvvür  et­
mək olar.
Elmi  hüquq  ədəbiyyatında  dəfələrlə  qeyd  olunmasına  baxmayaraq, 
hələ  indi  də  bir  sıra  məhkəmələr  cəza  ləyin  edərkən  təqsirləndirilən 
şəxsin  şəxsiyyətinin  heç  də  bütün xüsusiyyətlərini  nəzərə  almırlar.  «Cəza 
təyini  və  onun  icrası  ilə  bağlı  zəruri  və kifayətləndirici  tədbirlərin  həyata 
keçirilməsi  -   bir tərəfdən  cəzanın  ümumi  və  xüsusi  xəbərdarlığını  təmin 
edir,  digər  tərəfdən  cinayətkarın  yenidən  tərbiyə  edilməsinə  və  onun 
düzgün  əmək  və  həyat  yoluna  qayıtmasına  qayğı  göstərilməsini  nəzərdə 
tutur».1  Fikrimizcə,  müasir  məhkəmələr  məhz  belə  hallan  diqqətdən 
yayındırmamalıdırlar.
Cinayət  hüquq  nəzəriyyəsi  cəzanın  əsaslandırılması  və  məqsədləri 
haqqında  təlimi  ənənəvi  olaraq  fərqləndirir.  Cəzanın  əsaslandırılması 
haqqında  məsələ  tarixən  öz  kökləri  ilə  dövlətin  xalq  iradəsinin  ifadəsi 
olmadığı  dövrə  aparıb  çıxarır.  Belə  ki,  həmin  tarixi  dövrlərdə  xalq  hələ 
dövlətin  təşəkkülündə  iştirak  etmirdi  və  dövlət  fərdə  qarşı  dayanmırdı. 
Lakin,  hətta  belə  situasiyada  fərdin  dövlətin  adından  və  onun  məqsədləri 
naminə  cəzalandırılmasının  həyata  keçirilməsi  xüsusi  bəraətə  ehtiyac 
duymurdu.2  İ.Kantın  yazdığı  kimi,  «insanla  yalnız  başqa  şəxsin  məq­
sədlərinə  nail  olma  vasitəsi  kimi  rəftar  etmək  olmaz  və  onu  əşya  hüqu­
qunun  predmeti  ilə  qarışdırmaq  düzgün  deyil,  çünki  bunun  əleyhinə 
olaraq, insanı onun anadangəlmə şəxsiyyəti  müdafiə edir».3
Deməli,  dövlət  tarixən  öz  varlığının  ilkin  dövründə  sadəcə  olaraq 
«digər  şəxs»  qismində  həmişə  fərdə  qarşı  dayanmışdır.  Dövlətin  cəza- 
vermədəki  rolunun  belə  başa  düşülməsi  müasir  hüquq  fəlsəfəsində  ikili 
mənada özünü doğrulda bilər:
1)  sosial  təhlükəli  əməl  törətmiş  cinayətkar  özü  cəzalandırılmaq 
istəmişdir;
2) cinayətkar törətdiyi əmələ görə ona verilən cəzaya layiqdir.
Cinayət  hüquq  nəzəriyyəsinə  müvafiq  surətdə  hüquq  sosiologiya­
sında  da  cinayət  cəzasının  öz  məqsədlərinə  uyğun  aşağıdakı  dörd  funk­
siyası  fərqləndirilir:
a) əvəz;
b) xəbərdarlıq;
1  Исмаилов  И.А.  Преступность и  уголовная  политика.  Баку,  1990,  с. 149.
2 Радбурх  Густав.  Философия  права.  М.,  «М еж дународное  отнош ение»,  2004,  с. 177.
3 Кант И. Сочинение:  В  8-ми томах, т.6,  М„  1994, с.366.
4 3 6
c) sosial ədalətin bərpası;
d) islah etmə.
Bu  funksiyaların  hamısı  Azərbaycan  Respublikasının  qüvvədə  olan 
cinayət  qanunvericiliyində  öz  ifadəsini  tapmışdır.  Belə  ki,  Azərbaycan 
Respublikası  Cinayət  Məcəlləsinin  41.2-ci  maddəsinə  uyğun  olaraq  cəza 
sosial  ədalətin  bərpası,  məhkumun  islah  edilməsi  və  həm  məhkumlar, 
həm də  başqa  şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını 
almaq məqsədi ilə tətbiq edilir.
F.Y.Səməndərov  qeyd  edir  ki,  qüvvədə  olan  cinayət  qanunvericiliyi 
cəzanın  məqsədlərini  qarışıq  cəza  nəzəriyyəsi  mövqeyindən  həll  etmiş­
dir.1  Müəlliflərdən  S.Ə.Vəliycv  haqlı  olaraq  yazır  ki,  hüquq  ədəbiyya­
tında cəzanın  məqsədlərinə dair bir-biri  ilə uyuşmayan  müxtəlif mövqelər 
mövcuddur.  Bunların  içərisində  ümdə  qəbul  edilən  fikir,  cəzanın  xüsusi 
və  ümumi  xəbərdarcdici  məqsədlərə  malik  olması  mövqeyi  olmuşdur. 
...Ən böyük mübahisə doğuran  məsələ «tənbeh» və «əvəz çıxma» cəzanın 
məqsədi kimi təqdim edilən mövqe ilə bağlı olmuşdur."
Cəzanın  xüsusi  və  ümumi  xəbərdarcdici  məqsədlərinin  hüquq  sosio­
logiyasının  məlum  problemlə  bağlı  tədqiqat  obyektinə  daxil  olmadığına 
görə,  biz,  cəzanın  ancaq  yuxanda  göstərilən  dörd  funksiyasının  təhlili  ilə 
kifayətlənməyi  məqsədəuyğun  hesab edirik.
I.  Əvəz  (əvəz  çıxma)  funksiyası.  Cəzanın  bu  funksiyasının  tətbi­
qinin  başlanğıcı  iki  min  il  bundan  əvvələ  aid  edilir.  Əvəz  funksiyası 
«əvəz-əvəs  prinsipinin  ifadəsidir.  Qədim  dövrlərdə  o,  «talion»  adı  ilə  ta­
nınmışdır.  Talion  «əvəz»  ekvivalentinin  prinsipi  qismində  çıxış  edir.  Ta­
lion  isə  öz  növbəsində  o  demək  idi  ki,  əkər  tərəflərdən  birinin  gözü 
çıxmışdırsa,  yaxud  qolu  və  ya  ayağı  sınmışdırsa,  digər  tərəf eyni  bədən 
əzasının  cəzaya  məm/,  qalması  ilə  cavab  verməli  idi.  Düstur  belə  idi: 
«Gözə-göz, qana-qan, ələ-əl, ziyana görə ziyan...».
Talion  təsirli  sosial  tənzimetmə  vasitəsi  kimi  nə  qədər  geniş  yayılsa 
da,  o,  hökmranlıq  və  tabelik  ziddiyyətinin  yaranmasına  imkan  verməyən 
müxtəlif  kollektivlərin  (qəbilə,  tayfa  və  s.)  eyni  primitiv  inkişaf  səviy­
yəsinə malik olduğu,  ancaq  ibtidai  icma cəmiyyətində mövcud ola bilərdi. 
Sosial  varlıq  nisbətən  durğunluqla  xarakterizə  olunmuşdur.  Sosial  di­
namikada  baş  verən  dəyişikliyi  bir  nəslin  ömrü  dövründə  izləmək  müm-
Səmondərov  F.Y.  Cinayot  hüququnda  cəza  problemi:  tarix  və  müasirlik.  Bakı,  BDU, 
2009,  s. 134.
2  V əliyev C.Ə.  Cinayot  hüququnda  cəza  və  cəza  təyin  etmə.  Bakı,  Elm,  2004,  s.51-52.
437


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə