R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə108/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   104   105   106   107   108   109   110   111   ...   131

qatçı-alimlər cinayətkar davranışın  əsas  səbəbini  sosial,  ictimai  amillərdə 
və insanların həyat şəraitində görmüşlər.
Artıq  yuxanda  adı  çəkilən  E.Frommun  (1900-1980)  kriminal 
şəxsiyyətə  və cinayətkar davranışın  səbəblərinə  baxışları  tamamilə  başqa 
məzmuna malik olması  ilə  dəyərləndirilir.  Bu baxışlar,  hər şeydən  əvvəl, 
obyektiv  xarakterə  malikdir  və  mütəfəkkir  insan  təbiətini  humanist 
mövqelərdən  səciyyələndirir,  onu  qiymətləndirərkən  belə  bir müddəa  ilə 
çıxış edir ki,  «insan potensial dağıdıcı zorakılığa malikdir».1
Yuxarıda göstərildiyi  kimi,  E.Fromm  zorakılıq  tiplərinin  təsnifatının 
verilməsini  məqsədəuyğun  hesab  etmişdir.  Hüquq  sosiologiyasının  qa­
rşısında  duran  məqsəd  və  vəzifələr,  eləcə  də  bunların  realizə  olunması 
baxımından  həmin  dürüst  təsnifat  aşağıdakı  zorakılıq  tiplərindən  iba­
rətdir:
1) reaktiv zorakılıq;
2) frustrasiya reaktiv zorakılığın tipi kimi;
3) qibtə və qısqanclıq;
4) intiqam zəminində zorakılıq;
5) kompensator zorakılıq;
6) sadizm;
7) qana susamanın arxaikliyi.2
EEFromm belə hesab  edir ki,  zorakılığın  hər bir konkret  forması  şəx­
siyyətin  götürdüyü  istiqamətin  nəticəsi  kimi  təzahür  edir.  Bu  istiqamətin 
söykəndiyi  sosial  «proqram»  konkret  şəxsiyyətin  daxili  və  mənəvi  alə­
mini  müəyyən  edir.  İstiqamətin  özü  isə  həmin  şəxsiyyətin  sosiallaş- 
masının, onun payına düşmüş mürəkkəb həyati  halların  nəticəsidir.
Qeyd  etmək  lazımdır  ki,  E.Frommun  bütün  yaradıcılıq  fəaliyyəti 
ərzində  onu  şərin  antropoloji  əsasları  mövzusu  özünə  cəlb  etmişdir. 
Keçmişin  mütəfəkkirləri  kimi,  o,  şərə  həyatın  özünün  islaholunmaz,  dü­
zəlməz  hadisələri  qismində  baxmışdır.  Ona  görə  də  E.Frommun  yuxa­
rıdakı təsnifatının hər bir tipik halları  üzərində dayanmağı məqsədəuyğun 
hesab edirik.
1.  Reaktiv  zorakılıq.  E.Fromm  zorakılığın  bu  tipini  səciyyələn­
dirərək  yazır:  «Reaktiv  zorakılıq  dedikdə,  mən,  həyatın,  azadlığın, 
ləyaqətin,  habelə  şəxsi  əmlakın  və  ya  özgə  əmlakının  müdafiəsi  zamanı 
təzahür  edən  zorakılığı  başa  düşürəm.  O,  qorxuya  söykənir...  Bu  qorxu
1 Формм 
Э. Д уш а 
человека. 
M .,  1992,  с.26.
2 Yenə orada.
4 1 8
real  və  ya  düşünülmüş,  şüurlu  və  ya  şüursuz  ola  bilər.  Zorakılın  həmin 
tipi  ölümün  deyil,  həyatın  xidmətində  dayanır;  onun  məqsədi  dağıtmaq 
deyil, qorumaqdır».1
E.Fromm  zorakılığın  bu  tipini  «reaktiv»  adlandırmışdır,  çünki  o, 
rcflcktor,  instinktiv,  özünü  qoruyub  saxlamaq  hisslərindən  təzahür  edir. 
Belə  ki,  «özünə  qarşı  təhlükəni  hiss  edən  adamlar  öz  müdafiəsi  üçün 
öldürməyə və dağıtmağa hazır olurlar».
2.  İntiqam  zəminində  zorakılıq.  İntiqamın  tarixən  «qan  intiqamı» 
adı  altında  yayılması  filosoflar,  sosioloqlar  və  hüquqşünaslar  tərəfindən 
təsdiq  edilmişdir.  Qan  intiqamı  dünyanın  bir  neçə  xalqları  üçün  ənənəvi 
zorakılıq davranışı olmuşdur.
E.Frommun  fikrincə,  intiqam  almaq  tələbatı  adətən,  primitiv, 
nədənsə  və  ya  kimdənsə  ziyan  görmüş  adamlarda  aşkar  olunur.  İntiqam 
və  ya  qisas  almaq  belə  adamlar  üçün  təhqir  olunmuş  hisslərinin  və  ya 
ləyaqətinin  əvəzinin çıxılmasıııın  yeganə  mümkün vasitəsi  qismində çıxış 
edir.  Şəxsiyyətə  vurulmuş  zərər  dərin  olduqda,  yaxud  onun  verdiyi  ilk. 
böyük olduqda situasiya daha da mürəkkəbləşir.  E.Froıuıu yazır:  «Zəif və 
ya  şikəst  adamın  dağılmış  öziinəhörməti  intiqam  almaqdan  savayı  başqa 
bir  çarəsi  qalmır.  ...Yetkin,  məhsuldar  insan  isə  intiqam  almaq  motivinə 
az dərəcədə malik olur».3
3.  Kompensator  zorakılıq.  E.Fromm  zorakılığın  bu  tipinin 
formalaşması  mexanizmini  təhlil  edərkən  ona  əsaslanır  ki,  təbiət  insana 
öz  fiziki  və  emosional  qüvvələrini  sərf  etmək  tələbatı  vermişdir.  I .akin 
müxtəlif  səbəblərə  görə  fərd  hərəkət  etmək,  özünü  təzahür  etdirmək  və 
özünürcaDaşdırmaq  iqtidarında  olmur.  Mütəfəkkir  belə  səbəblərə  qeyri- 
kommunikabclliyi,  pis  adaptasiya  olmanı,  zəifliyi,  bəzi  fərdlərin  qeyri- 
sağlam  kompleksini  daxil  edir.  Belə  adamlar  öz  həyatlarının  boşluqları 
içərisində  əriyib  gedirlər.  Onlarda  dəyərli  yönümlərin  deformasiyası  baş 
verir.  Daxili  aləmin  deformasiyasının  ifrat  forması  «onu  incitmiş 
həyatdan  intiqam almaq» göstərişinin  formalaşmasıdır.4
Qəzəb,  zalımlıq  bəzən  delinkvent  davranışda  maddiləşir.  E.Fromm 
yazır:  «Kompensator zorakılıq  yaşanmamış,  şikəst  olmuş  həyatın  nətico-
1 Формм  Э.  Душа человека.  M.,  1992,  с.21.
2 Yeno orada,  s.22.
3  Формм  Э.  Душа человека.  M.,  1992,  с.23.
4  Y ens orada, s.26.
4 1 9


sidir».1  «Hüquq  sosiologiyası»  dərsliyi  müəlliflərinin  fikrincə,  belə 
faktlar  həyatda  xüsusi  hal  kimi  baş  verir,  lakin  kompensator  zorakılığın 
tipikliyi  ilə razılaşmaq çətindir.2  Biz də dərslik müəlliflərinin mövqeyi ilə 
razılaşaraq  qeyd  etmək  istərdik  ki,  həyatda  ayrı-ayrı  insanların  taleyinə 
münasibətdə  baş  verən  hadisələri  tipik  kompensator  zorakılığı  hesab 
etmək  düzgün  olmazdı.  Həyatın  acılarını  dadmış  hər  bir  fərdin  heç  də 
hamısını  tipik  kompensator  zorakılığın  daşıyıcısı  kimi  qəbul  etmək 
reallıqdan uzaqdır.
E.Frommun  zorakılığın  «İnsan  qəlbi»  əsərində  təqdim  edilən  bütün 
tipləri  üzərində  dayanmağa  elə  bir  zərurət  yoxdur.  Bizim  vəzifəmiz 
delinkvent davranışın köklərinin və motivlərinin  sosial və şəxsi,  fərdi  bir­
lik  vasitəsilə  detcrminasiyasmı  görməkdən  ibarətdir.  Aydın  olur  ki, 
cinayətkar  davranış  şəxsiyyətin  özündən,  xarici  hallardan  deyil,  bütün 
bunların qarşılıqlı əlaqəsindən doğur.
E.Frommun  elmi  xidmətlərindən  biri  təcavüzkarlıq  problemi  üzə­
rində  dərin  tədqiqat  aparmasıdır.  Mütəfəkkir  ilk  növbədə  təcavüzkarlığın 
tiplərini təhlil  etməyə soy göstərmişdir.
Təcavüzkarlığın  tipləri.  E.Fromm  insanda  baş  qaldıran  təcavüzün 
iki növünü aşkar etmişdir.
Birinci  növ  -   bu,  fərdin  və  nəslin  yaşamasına  xidmət  edən  mü- 
dafıocdici  və  ya  xoşkcyfıyyotli  təcavüzdür.  Təcavüzün  bu  növü  xarici 
təhlükəyə  və  ya  hücuma,  yaxud  da  qaçışa  verilən  reaksiyanın  anadan­
gəlmə  qabiliyyət  olmasından  ibarətdir.  Xarici  təhlükənin  yox  olduğu 
zaman belə reaksiyalara tohrikedici  impuls da, bir qayda olaraq sakitləşir, 
süstləşir.
İkinci növ  -  bu, amansızlıq və pozğunluq formalarında təzahür edən 
təcavüzdür  ki,  E.Fromm  onu  bədkcyfıyyotli  təcavüz  adlandırmışdır. 
Təcavüzkarlığın  bu  növü  mümkün  dağıdıcı  effektə  maksimum  dərəcədə 
cəhd  göstərilməsilə  müşahidə  olunur.  Belə  bədkcyfiyyətlilik  heyvanlara 
deyil,  ancaq  insana xasdır.  Bədkcyfiyyətli  təcavüz bioloji  uyğunlaşmaya, 
yaşamağa  və  nəslin  davamına  kömək  etmir  və  o,  öz  mahiyyətinə  görə 
anomaliyadır.
Ehtiraslar.  Şəxsiyyətin  sabit  strukturuna  inteqrasiya  olunan 
ehtiraslar  ya  rasional,  ya  da  irrasional  ola  bilərlər.  Məsələn,  başqa  in­
sana,  hər  hansı  canlı  məxluqata  sevgi  kimi  ehtiraslar  rasionaldırlar.
1  Формм Э. Д уш а человека.  M.,  1992,  c.27.
2 Юридическая  социология:  Учебник.  М ., НОРМ Л-ИНФРА, 2000,  с.288.
420
Rasional  ehtiraslar  sevinc  duyğularını  və  həyatın  bütövlüyünü  güclən­
dirirlər.  Bu  ehtiraslar həm  şadlıq  hisslərinə,  həm  də  həyatın özünə xüsusi 
məna verirlər.
İrrasional  ehtiraslar  nifrətdən,  xəsislikdən,  qısqanclıqdan,  qibtədən 
və  həsəddən  ibarətdir.  İrrasional  ehtiraslar  insan  varlığına  dramatik  ele­
mentlər  gətirir  və  bunlar  həyatın  tezliklə  dağılmasına  gətirib  çıxaran 
ehtiraslardır.
Həm  rasional,  həm  də  irrasional  ehtiraslar  insan  həyatına  maraqlı 
xarakter  verir,  həyatı  bəzən  fərəh,  bəzən  isə  qorxu  hissləri  ilə  rövnəq­
ləndirir,  insan  həm  yeni  arzuların,  həm  də  vahiməli  yuxuların  qoynunda 
həyatdan  həzz  alır,  mənəvi  cəhətdən  zənginləşir,  həyat  ona  bəzən  miflər 
və  nağıllar  aləmini,  bəzən  isə  poeziya,  roman  və  pyes  süjetlərinin 
əhatəsində həyatdan zövq alır.
Nckrofil  xarakter.  E.Fromm  ııckrofil  kimi  pozğun  meyllərin 
təzahürlərinə  də  xüsusi  diqqət  yetirmişdir.  O,  nckrofil  xarakter  dedikdə, 
insanın  ölü  materiyaya  aludəçiliyini,  dağıtmaq  naminə  dağıtmaq  istəyini, 
canlını cansıza çevirməkdə təzahür edən ehtiraslı arzusunu, canlı  əlaqələ  : 
zorakılıqla kəsmək  niyyətini başa düşürdü.
Nckrofil  xarakterin  fərqləndirici  xüsusiyyəti  mütləq  əksər  problc n 
lərin  və  münaqişələrin  həlli  üçün  zorakılığın  ən  əlverişli  vasitə  olmasına 
inamdan  ibarətdir.  Bütövlükdə  nckrofil  xarakterlərlə  nisbətən  naı 
hallarda təsadüf olunur və bu, xalis patoloji hallardan ibarətdir.
Zorakılığın  daxilən  qadağan  olunması.  E.Fromm  hesab  edir  1 
insan  varlığında  zorakılığa  və  qətlə  qarşı  daxili  qadağanlar  mövcuddu.. 
Bununla  bağlı  çoxsaylı  şəhadətlər  və  sübutlar  mövcuddur.  Məsələn,  in­
sanların  heyvanlara bağlanması  nəticəsində  insanla heyvan  arasında şəxsi 
əlaqələr  yaranır.  Belə  əlaqənin  yaranması  nəticəsində  insan  bəzən 
qidalandırdığı  ev  heyvanını  öldürə  bilmir,  çünki  qarşılıqlı  bağlılıq  belə 
məhvedici hərəkəti  və niyyəti aradan qaldırır.
Bundan başqa,  insanlarda bəzən  hansısa dağıdıcı,  məhvedici  hərəkət­
lərdə,  kiminsə  qətlə  yetirilməsində  iştirak  etdiyinə  görə  təqsir  hissi  yara­
nır.  Bu insanda ona görə baş verir ki,  istənil qətl hadisəsi bütün canlıların 
dinc  birliyinin  bütövlüyünü  pozur.  Məsələn,  hinduizmdə  ən  qədim  za­
manlardan  ilk  duanın  canlı  varlıqların  qətlə yetirilməsini  qadağan  etməsi 
heç  de təsadüfi  hal  deyildir.  İslam dini  də təşəkkül  tapdığı  vaxtdan bütün 
müsəlmanlara ev heyvanlarına qayğı ilə yanaşmanı tövsiyə etmişdir.
Qətlin daxilən qadağan olunması aşağıdakılardan irəli gəlir:
4 2 1


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə