R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə109/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   105   106   107   108   109   110   111   112   ...   131

1) insanın bütün canlılarla ümumiliyi hissindən;
2)  insanın  digər  adamlarla  dərin  əlaqələrinin  olmasının  hiss  edil­
məsindən.
Yuxarıda  göstərilənlər  əsasında  belə  nəticəyə  gəlmək  olar  ki,  cina­
yətkarlığın  köklərinin  və  motivlərinin  sosioloji  tədqiqi  eyni  vaxtda  iki 
amilin  -   şəxsi,  yəni  fərdi  və  sosial,  situasiyalı  amilin  təhlili  ilə  səciy­
yələndirilir.
Müasir  Amerika  sosiologiyasının  klassiki  Robert  Kinq  Merton 
(1910-2003)  şəxsiyyətin  tipləri  haqqında  nəzəriyyənin  yaradıcısıdır.  O, 
sosiologiyanın  leksikonuna  E.Diirkheym  tərəfindən  daxil  edilən,  sosial 
davranışı  əxlaq  və  hüquq  normalarından  yayınan  subyektin  şüurunda  baş 
verən  proseslərə  dair  anomiya  kateqoriyasından  istifadə  etməyə  səy 
göstərmişdir.  Bu,  anorm ativ davranışın  dctcrnıinasiyası ilə bağlıdır.
R.Merton  tabe  olmama  cəhdinin,  sosial  normaları  pozmanın  insan 
təbiətiin  özündə  kök  salmasına  dair  yayılmış  ehtimalları  kənara  atır. 
Çünki  R.Merton belə  izahı  yararsız hesab edir və əsaslandırmağa çalışırdı 
ki,  insanı  asosial  hərəkətlərə  sövq  edən  çoxsaylı  qeyri-bioloji  xarakterli 
şərtlər mövcuddur.  Onun  fikrincə,  sosial  strukturların  müəyyən  vəziyyəti 
elə  hallar  doğurur  ki,  bu  zaman  qcyri-əxlaqi  və  hüquqazidd  davranış 
qanuni, qanunauyğun şəkil  alır.
R.Mcrtonun  nəzəriyyəsinə  görə,  əxlaqi-hüquqi  fərdlərin  şüuruna  və 
psixikasına  spesifik  təzyiq  göstərən  elə  sosial  strukturlar  mövcuddur  ki, 
onlar  ağlasığmaz  nəticələr  doğururlar.  Şəxsiyyətin  sosial  imperativlərə 
tabe ola  bilməsi  əvəzinə  tabesizlik nümayiş etdirdiyi vaxt həmin nəticələr 
mövcud olan gözləntilərlə qarşıdurmada olurlar.
R.Mcrton  özünün  «Sosial  nəzəriyyə  və  sosial  struktur»  kitabında 
davranış  reaksiyasının  beş  tipini  fərqləndirir.  Belə  fərqləndirmə  fərdin 
sosial  təcrübəni  qavraması,  onun  sosial  dəyərlər  və  davranış  normaları 
sisteminə  adaptasiya  olunması,  uyğunlaşması  ilə  əlaqələndirir.  O,  buna 
uyğun  olaraq  konkret  fərdin  iki  sosial  koordinatlardan  hansını  «qəbul 
etməsindən»  və  hansını  «rədd  etməsindən»  asılı  olaraq  uyğunlaşmanın 
beş tipini  fərqləndirir.  Iləmin tiplərin qısa xarakteristikası aşağıdakılardan 
ibarətdir.1
Konformist  şəxsiyyət  (ingiliscədən  götürülmüşdür  -   conform  -  
razılaşdırmaq  mənasını  vcriı)  birinci  tipə  aiddir.  Bu  tipə  aid  edilən
1  Uyğunlaşm anın  tipləri  haqqında  ətraflı  bax:  Юридическая  социология:  Учебник.  M., 
НОРМ Л-ИИФРЛ,  2000,  c.290-293.
4 2 2
şəxsiyyət cəmiyyətə uyğunlaşmanı,  adaptasiya olunmağı  danışıqsız qəbul 
edir.
İnnovasion  şəxsiyyət  (latıncadan  götürülmüşdür  -   innovatio  -  
təzələnmə,  yeniləşmə  mənasında  işlədilir)  ikinci  tipə  daxildir.  Bu  tipdən 
olan  şəxsiyyət  cəmiyyətə  adaptasiya  olunur,  hökmran  məqsədləri  (şəxsi 
uğurları,  nüfuzu,  zənginliyi,  hakimiyyəti)  qəbul  edir,  lakin  məqsədlərə 
nail olmanın  ənənəvi yollarını  və vasitələrini «rədd»,  inkar edir.
Ritualistik  şəxsiyyət  (latıncadan  götürülmüşdür  -   rilualis  -   ayin 
mənasını  verir)  üçüncü  tipə  aiddir.  Ritualistlər  (ayinçilər)  hökmran 
məqsədləri rədd edirlər.  Lakin onlar davranış normalarına,  müəyyən  edil­
miş  adətlərə,  mərasimlərə,  etiketlərə  əməl  etməyə  səy  göstərir,  yəni  for­
mal olaraq davranışın hökmran xəttinə, «oyun qaydalarına» əməl edirlər.
Rctrctist  şəxsiyyət  dördüncü  tipə  daxildir.  Bu  həmçinin  təcrid 
edilmiş tip (latıncadan 
rctratio  -  gedir, təklənir mənasında  işlədilir) də 
adlandırılır.  Bu,  şəxsiyyətin  çox  nadir  hallarda  təsadüf olunan  tipidir.  O, 
hamılıqla  qəbul  olunmuş  məqsədlərə  nail  olmanın  hökmran  vasitələrini 
və hökmran  məqsədləri rədd edir.1
Qiyamçı  şəxsiyyət  beşinci  tipə  aid  edilir.  Belə  şəxsiyyət  adətən, 
sosial  məqsədlərə  nail  olmanın  məqsədlərini,  vasitələrini,  üsullarını  və 
metodlarını  inkar  edir.  Qiyamçı  şəxsiyyət  qədim,  ənənəvi  məqsəd  və 
vasitələrin  əvəzinə  məqsədlərə  nail  olmanın  yeni  məqsədlərini  və 
üsullarını  irəli  sürür.  Bu  tip  şəxsiyyət  hökmran  dəyərləri  yeni  dəyərlərlə 
əvəz  etməyə  cəhd  edir.  R.Mcrton  yazır:  Qiyam...  dəyərlərin  tamamilə 
yenidən qiymətləndirilməsilə səciyyələndirilir»'.
Adətən,  kriminal  tip  kimi  səciyyələndirilən  qiyamçı  şəxsiyyət  haq­
qında  R.Mcrtonun  nəticələri  və  məhdud  imkanlar zamanı  həmin  tipin  yük­
səldilmiş  sorğuları  ilə  bağlı  mülahizələri,  habelə  belə  şəxsiyyətlə  cəmiyyət 
arasında  münaqişə  barəsində  müddəaları  hüquq  sosiologiyası  və  kri- 
minologiya sahəsindəki mütəxəssislər üçün mühüm əhəmiyyət kəsb edir.
Beləliklə,  indiki  şəraitdə  cinayətkarların  sayının  artmaqda  davam 
etməsi  və  bunun  insan  sivilizasiyasının  inkişaf  tarixinin  kriminal 
şəxsiyyətlər olan  canilərin,  qatillərin  və  terrorçuların  ağlasığmaz qanuna­
uyğunluğu  ilə  müşayiət  olunması  sosioloji  və  sosial-psixoloji  tədbirlərin 
daha da gücləndirilməsini zəruri edir.
1  Мертон  P.  Социальная  структура  и  аномия  //Социологические  исследования,  1992, 
№ 3,  с.  104-105.
"  У спэ orada,  s.93.
4 2 3


Qanuna  itaotli  vətəndaşlarla  müqayisədə  cinayətkarların  şəxsiyyəti­
nin  öyrənilməsilə  bağlı  tədqiqatçılar  tərəfindən  son  on  il  ərzində  əldə 
olunmuş  nəticələri  bəzi  fərqləndirici,  o  cümlədən  psixoloji  xüsusiyyət­
lərin  olması  haqqında  inandırıcı  şəkildə  şəhadət  verir.  Bundan  başqa, 
cinayətkarların  şəxsiyyətinin  öyrənilməsinin  nəticələri  həmin  xüsusiy­
yətlərin  məzmununu,  şəxsiyyətin  strukturunda  və  cinayətkar  davranışın 
mexanizmində onların rolunu açmağa imkan  verir.1
Yekunda  qeyd  etmək, lazımdır  ki,  kriminal  şəxsiyyətin  təhlilinə həm 
antropoloji,  həm  do  psixoloji  yanaşma  özünəməxsus  müəyyən  «məhdu­
diyyətə»  də  malikdir.  Onların bu  «çatışmazlığı»  ondan  ibarətdir ki,  onlar 
kriminal  şəxsiyyətin  hərəkətlərinin  daxili  təhrikedici  motivlərini  sosial 
amillərlə hələ zəif əlaqələndirirlər.
3.  Kriminal şəxsiyyətə mtiasir yanaşma
Son  yüzillik  ərzində  hiiqııq  elminin  müxtəlif  sahələrinin  səyi  ilə 
toplanmış  bütün  empirik  materiallar,  bütün  fərziyyələr,  hipolczalar,  elmi 
nəticələr  və  təhlil  edilən  problemlə  bilavasitə  məşğul  olan  nəzəriyyələr 
şəhadət  verirlər  ki,  cinayətkarlıqla  və  digər  hüquq  pozuntuları  ilə 
mübarizə  nəinki  bu  sosial  təhlükəli  kriminal  əməllərin  kökünü  kəsmir, 
hətta  onların  artım  səviyyəsinin  aşağı  düşməsinə  belə yardım edə bilmir. 
Əksinə,  elmi-texniki  tərəqqinin  ən  son  nailiyyətləri,  cəmiyyətin  irəliyə 
doğru  intensiv  inkişafı  və  yeni  texnologiyalarla  təchiz  olunmuş  sosial 
strukturların  yaranması  cinayətlərin  yeni  təzahür  formalarının  meydana 
gəlməsini  şərtləşdirmişdir.  Əlbəttə  bu,  bütün  müasir  sivil  cəmiyyətlər 
üçün  nə qədər təəssüfcdici  və narahatcdici  hal  olsa da,  biz,  cəmiyyətin bu 
qanunauyğunluğu ilə barışmaq məcburiyyətindəyik.
Lakin  problemin  daha  bir  cəhətinə  də  diqqət  yetirmək  lazımdır. 
Nəzərə  almaq  lazımdır ki,  təzahür edən yeni  cinayət  formaları,  şübhəsiz ki, 
özünün  spesifik  kriminal  şəxsiyyətini  də  yaradır.  Elmi-nəzəri  və  praktiki 
məsələlərin 
təhlilləri 
əsasında 
tədqiqatçıların 
formalaşmış 
hüquqi 
mülahizələrinə  uyğun  olaraq  «hüququ  pozanın  şəxsiyyətinin  qiymətlən­
dirilməsi zamanı minimum aşağıdakı iki zəminə əsaslanmağı  lazım bilinir:
1)  fərdin  insan  təbiətində  genlərlə  qoyulmuş  bioloji  xüsusiyyətləri
Антонян  Ю.М.,  Кудрявцев  В .il.,  Эминов  В.E.  Личность  преступника.  Санкт-
Петербург,  Юридический  центр  Пресс, 2004,  с. 48-49.
4 2 4
anadangəlmədir və onlar şəxsiyyətin tələbatlar, meyllər, cəhdlər sisteminə 
böyük təsir göstərirlər;
2)  şəxsiyyətin,  onun  yönümlərində  və  dəyərlərində  təzahür  edən 
sosial xüsusiyyətləri».1
Fikrimizcə,  yuxarıda  göstərilən  birinci  zəminin  əsas  mahiyyətinin 
nədən  ibarət  olması  müəlliflər  tərəfindən  natamam  aydınlaşdırılmışdır. 
İnsan  təbiətində  genlərlə  qoyulmuş  bioloji  xüsusiyyətlərin  anadangəlmə 
olmaları  və  şəxsiyyətin  təbiətinə  təsir  göstərmələri  ilə  razılaşmaq  olar. 
Lakin  həmin  bioloji  xüsusiyyətlərin  nədən  ibarət  olması  bizim  üçün 
qaranlıqdır.  Müəlliflərin  mövqeyindən  belə  məlum  olur  ki,  həmin 
xüsusiyyətlər  yalnız  cinayət  törətməyə  sövqedıci  xüsusiyyətlərdir. 
Müəlliflər  bioloji  xüsusiyyətlər  deyil,  «mənfi  bioloji  xüsusiyyətlər»  ifa­
dəsindən  istifadə  etsəydilər  daha  düzgün  olardı.  Məsələyə  onların 
mövqeyindən  yanaşıldıqda  belə  bir mənzərə yaranır:  əgər ata  oğru  və  ya 
qatildirsə (məşhur hind aktyoru  və  rejissoru  Rac  Kapurun  rejissoru  oldu­
ğu  və  baş  qəhrəman  rolunda  çıxış  etdiyi  «Avara»  filmində  hakim  Re- 
qunatın  bütün  fəaliyyəti  boyu  təkrar  etdiyi  kimi:  oğru  atanın  oğlu  ancaq 
oğru ola  bilər),  deməli,  oğul,  yaxud  qız da oğru  və ya qatil  olacaqdır.  Bu 
mülahizələri  eynilə  ikinci  zəminə  də  şamil  etmək  olar.  Onu  da  əlavə 
etməyi  vacib  sayırıq  ki,  yuxarıda  göstərilən  nəzəri  mülahizələrlə  nə 
cinayətkarlıqla  səmərəli  mübarizə  aparmaq,  nə  də  cinayətkarların  şəx­
siyyətinin  xüsusiyyətlərini  ətraflı  öyrənmək  qeyri-mümkuııdür.  Unutmaq 
olmaz  ki, şəxsiyyətin  sosial xüsusiyyətləri  hansısa  fövqəltəbii  qüvvələrin 
məkanında  deyil,  cəmiyyətdə  formalaşır.  Babası  və  ya  atası  qorxunc 
cinayətkar olub,  lakin  övladları  layiqli  vətəndaşları  kimi  yetişmiş  fərdlər 
tarixə məlumdur.
Deməli,  cinayətkarlığın  nəsildən-nəslə  genetik  yolla  keçməsini  qəti 
surətdə təsdiq etmək olma. Doğrudur, valideynləri əyyaşlıqla,  sərxoşluqla 
və  hətta  oğurluqla  məşğul  olan  ailə  mühitində  yetişən  fərdlərdən  analoji 
əməllərin  törədilməsini  gözləmək  olar.  Bunu  eynilə  müəyyən  sosial 
qrupa,  kollektivə  və  yaxud  sosial  birliyə  də  şamil  etmək  olar.  Çünki 
kriminal  mühit  kimi  formalaşmış  belə  qurumlar  öz  sıralarında  olanları 
cinayətkar kimi  yetişdirməyə  bilməzlər.  Bu onların məqsəd və məramına, 
həyat tərzinə və kriminal məşğuliyyətinə  zidd olardı.  Hər bir sosial mühit 
yalnız  öz  sosial  vərdişlərinə  və  göstərişlərinə  uyğun  fərdlər  tərbiyə  edir
1 Юридическая социология:  Учебник.  M.,  НОРМА-ИНФРА.  2000,  c.290-293.
425


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə