R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə111/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   107   108   109   110   111   112   113   114   ...   131

Ç.Bckkariya  feodal  ədliyyəsinin  əsaslarına  qosd  edon  ideyaları  yeni  hu­
manist prinsiplərə  söykənərək  öz dövründə,  habelə bütün  sonrakı zaman­
larda  rasional  cinayət-hüquqi  şüurun  formalaşmasında  mühüm  rol  oyna­
mışdır.1  Başqa  sözlə,  italyan  mütəfəkkiri  cinayət  cəzasına  yeni  baxışın 
əsasını  qoymuş və təsdiq etmişdir ki, cəzanın  məqsədi  insana işgəncə ver­
məkdən  və  onu  iztirab  çəkməyə  düçar  etməkdən  ibarət  deyil.  Cəza­
landırma  təqsirkarı  cəmiyyətə  zərər vurmaqdan  çəkindirməyə  və  yenidən 
cinayətlər  törətməkdən  çəkindirməyə  xidmət  etməlidir.  Ona  görə  də 
Ç.Bckkariyanın  cinayət  cəzasının  törədilmiş  cinayətə  uyğun  olması  haq­
qında  ideyaları  burjua  cinayət  hüququnun  fonnalaşmasında  müstəsna 
əhəmiyyət kəsb etmişdir.
Keçmiş  yüzilliklərdə  cəzanın  sistemi  haqqında  ümumi  təsəvvürlərə 
malik  olmaq  üçün  ilk  növbədə  qeyd  etmək  zənnidir  ki,  hələ  iki  min  il 
bundan əvvəl  cəmiyyətin  həbsxanalar və digər həbs yerləri barədə müasir 
dövr  anlamında  olduğu  kimi  təsəvvürləri  olmamışdır.  Cinayətkarların 
məruz  qaldıqları  cəzalar  on  müxtəlif üsullarla  icra  olunmuşdur.  Belə  ki, 
cəmiyyəti  cinayətkarlardan  qonımaqdan  ötrü  müxtəlif təcridctmə  vasitə­
ləri  tətbiq edilmişdir.  Onların dərin quyulara atılması, yaxud əli-qolu bağ­
lı  hündür  qayalardan  və  təpələrdən  atılması,  belə  qaynar  sulu  samovar 
bağlanıb qaçırdılması  və s.  adi  hal olmuşdur.
Ümumdövlət  və  hüquq  tarixində  cəzaçəkmə  yeri  kimi  həbsxanaların 
və  digər  saxlama  yerlərinin  meydana  gəlməsinə  dair  tarixi  məlumatlann 
sayı  çox  azdır.  Cəzanın  sistemi  haqqında  məlumatlar  verilsə  də,  cəza- 
çəkmənin  realizə  olunması  ilə  bağlı  şəhadətlər  demək  olar  ki,  yox  dərə­
cəsindədir.
Məsələn,  hüquq  ədəbiyyatında  qeyd  olunur  ki,  həbsxanalar  sistemi 
dövlətin  iqtisadi  cəhətdən  möhkəmləndiyi  və  məhbusları  öz  öhdəsində 
saxlamağı  bacarığı  vaxt  təşəkkül  tapmışdır.  Rusiyada  xəndəklər  yalnız 
XVIII  əsrdə  həbsxanalarla  I  Pyotrun  Hakimiyyəti  dövründə  əvəz  olun­
muşdur.  Belə  həbsxanalar  cəmiyyəti  cinayətkarlardan  qorumaqdan  ötrü 
lazım gəlmişdir.2
Qədim  dövrlər  və  XX  əsrin  başlanğıcınadək  mövcud  olmuş  yüz­
illiklər  hələ  ki,  vahiməlondirici  cəzaların  tətbiq  edildiyi  dövrlər kimi  təs­
vir  olunurlar.  Müxtəlif  üsullarla  (asmaq,  boyunu  balta  və  ya  qılıncla
1  Somondorov  F.Y.  Ciııayot  hüququnda  caza  problemi:  tarix  vo  müasirlik.  Bakı,  BDU, 
2009,  s.72-73.
2  Юридическая социология:  Учебник.  M.,  НОРМЛ-ИНФРА, 2 0 0 0 ,  c.317.
4 3 0
vurmaqla,  tonqalda yandırmaqla  və  s.) geniş  tətbiq  edilən  ölüm  cəzası  ilə 
yanaşı,  bədənin  müxtəlif üzvlərinin  kəsilməsi  ilə  müşayiət  olunan  bədən 
cəzaları  da  tətbiq  edilmişdir.  Fiziki  işgəncələrdən  xüsusən  də  təqsirkar­
ların  və ya  şübhə  edilən  şəxslərin  istintaqı  zamanı  geniş  istifadə  edilmiş­
dir. Zəncirlə, çubuqla vo dəyənəklə döymə on adi hallardan  biri  olmuşdur. 
Şübhə  edilək  şəxsin  hətta  törətmədiyi  cinayəti  onun  etiraf  etməsindən 
ötrü  ən  müxtəlif  vahimələndirici  vasitələr  işə  salınmışdır.  Hüquq  ədə­
biyyatında  göstərilir  ki,  Latın  Amerikasında  cəlladlar  boğmaq  metoduna 
üstünlük  verirdilər.  Həm  işgəncə  adlandırılan  cəzalandırma  ən  çirkin 
forma  hesab  edilmişdir.  İnsanın  müqavimətini  qırmaq,  iradəsini  sındır­
maq  üçün  onun  başını  su  ilə  dolu  vannaya  salaraq  xeyli  müddət  saxlayır 
və sonra dindirməni davam etdirirdilər.1
Deməli,  cinayətə  görə  cəzanın  sosial-tarixi  formaları  özündə  aşa­
ğıdakıları ehtiva edir:
1) intiqam  -  cinayətkar cinayətin qurbanının  şəxsində onun qohum­
ları tərəfindən cəzalandırılır;
2)  əvəz  -   cinayətkarın  cəzalandırılmasında  dövlətin  və  ilk  növbədə 
ədalət  mühakiməsi  kimi  xüsusi  aparatın  fəal  rolunu  nəzərdə  tutan  cəza­
landırma, mükafatlandırma;
3)  əvəz  -   yuxarı  qüvvələr  tərəfindən  ömürlük  cəza  və  metafi/ik 
ölümlə nəticələndirilən cəzalandırma.
Cəzanın  müasir  təbii-hüquqi  izahı  nəinki  ümumiyyətlə  hüququn  və 
ədalətin  təntənəsinə  xidmət  etmiş,  həm  də  hüququn  subyekti  kimi  onu 
mühakimə edənlərlə müqayisədə cinayətkarın Özünün ədalətin  bərpasında 
maraqlı  olmasını  şərtləndirmişdir.  Cinayətkar  (təbin  hüquq  nöqteyi- 
nəzərindən) o  halda mənəvi  rahatlıq  tapır ki, törətdiyi  cinayətə  görə  lıaqlı 
cəza aldığını  hiss edir, verilən cəzanın öz törətdiyi  əməlin  əvəzi, mükafatı 
olduğuna inanır.
Pozitiv-hüquqi  konsepsiyalarda  cəzalar  zəruri  sosial  müdafiənin  və 
təcrübi  moqsədouyğunluğun  motivlərini  əldə  edirlər.  Ayrı-ayrı  vətəndaş­
ların  özbaşınalıqlarından  özünü  qorumağa  səy  göstərən  dövlət  məhz 
həmin  motivləri  rəhbər  tutaraq  cinayətkar  iradə  tərəfindən  hər  hansı 
kriminal cəhdlərin qarşısını almağa həmişə hazır olur.
Cəzanın  fəlsəfi, etik və sosial-psixoloji  aspektləri  nə bu  giiıuin,  nə də 
dünənin  sosioloji  tədqiqatlarının  mərkəzində  duran  problem  deyildir.
1  Юридическая  социология:  Учебник.  M.,  НОРМЛ-ИНФРЛ,  2000,  с.З IX.
431


Cəzanın  tarixi  aspektlərinin  təhlilinə  ətraflı  diqqət  yetirən  prof.  F.Y.Sə- 
məndərov yazır ki,  cəza çox  qədimlərdən  tətbiq  edilmiş,  bundan  sonra da 
tətbiq  ediləcəkdir.  Cəzanın  tətbiqinə  dair  konkret  tarix  mövcud  deyildir. 
Hər  halda  Barbar  cəmiyyətin  son  inkişaf dövrü  talion  qaydaları  ilə  bağlı 
olmuşdur.  Talion  qaydaları  icma,  qəbilə,  tayfa  münasibətlərini  daha kor- 
rekt tənzim etmiş, hüdudsuz qırğınların qarşısını almış, mədəni  cəmiyyətə 
keçidin  bir körpüsü  rolunu oynamışdır.  Cəza cəmiyyətlə,  dövlətlə  və hü­
quqla  bağlı  olmuşdur.1  Göründüyü  kimi,  nəticə  çıxarmaq  çətin  deyildir 
ki,  cəza  həmişə  və  hər yerdə  cinayətlə  qoşa  addımlamışdır.  Cəzanı  cina­
yətin  bilavasitə  özü  doğurmuşdur.  Lakin  fərq  ondadır  ki,  bəşəriyyətin 
tarixinin  müxtəlif inkişaf pillələrində onun tətbiqi üsullarına əsaslı fərqlər 
olmuş,  tarixi  inkişafın  bir  pilləsində  o,  vahimələndirici,  digər  pilləsində 
borpaedici,  üçüncü bir pilləsində  isə  tədbir  səciyyəsi  daşımışdır.  Deməli, 
öldürücü,  məhvedici  cəza  əslində  cəza  deyil,  onu  özbaşınalıqla  tətbiq 
edənlərin  özünün  cinayəti  olmuşdur.  Cəzanın  zəruri  tədbir olması  o  vaxt 
təzahür edir ki,  o, qanunla müəyyən edilmiş həddə və cinayətin ağırlığına 
uyğun  olaraq  tətbiq  edilir,  cinayət  cəzasına  məniz  qalan  sosial  subyekt 
törətdiklərinin  əvəzinin  nədən  ibarət olduğunu  və  cəmiyyətə hansı  ziyanı 
vurduğunu dərk edir.
Tarixi  və  sosioloji  tədqiqatlar  şəhadət  verir  ki,  cinayətkarlığın  qar­
şısının  alınmasında, hüququn və ədalətin bərpasında cəzanın  sərtliyi və ya 
ağırlığı  deyil,  onun  törədilmiş  cinayət  tərkibinə  uyğunluğu  pozitiv  rol 
oynayır.  Təqsirkar o  halda mənəvi  iztiraba və ya əzaba düçar olur ki, ona 
verilən  cəzanın  qanuni  olduğuna  inanır  və  məhz  qanuni  cəza  onda  peş­
mançılıq  hissləri  oyadır.  Bunun  əksini  görən  cinayətkar  isə  qəzəb  hissilə 
boğulur, elə zənn edir ki, o, yalnız cəzasını çəkib qurtardıqdan  sonra daha 
bir  cinayət  törətməklə  bu  haqsızlığı  aradan  qaldıra  bilər.  Ədalətsiz  cəza 
bu  zaman  cinayətkarı  törətdiyi  mövcud  əmələ  görə  aldığı  cəzanın  zəru­
riliyindən  də  sanki  uzaqlaşdırır.  Əslində  o,  öz  layiq  olduğu  mükafatı  qa­
zanmışdır,  lakin  həmin  mükafatın  «çoxluğu»  onda  bir  növ  baş  gicəllən­
məsinə  gətirib  çıxarır.  Buna görə  do  hər  kəsə  payını  düşəni  vermək  daha 
məqsədəuyğun olardı.
Vətəndaş  cəmiyyətində cəza daha çox islahcdici funksiyaya yaxındır. 
Təsadüfi  deyildir  ki,  yüksək  cəza  tədbiri  kimi  ölüm  cəzasının  ləğv  edil­
məsi  haqqında  məsələnin  təşəbbüskarı  qismində  ilk  növbədə  dövlət
1  Səm əndərov  F.Y.  Cinayət  hüququnda  caza  problemi:  tarix  vo  müasirlik.  Bakı,  BDU,
2009,  s.120.
4 32
hakimiyyət orqanları  deyil,  adətən,  vətəndaş  cəmiyyətinin nümayəndələri 
çıxış  edirlər.  Bəs,  nəyə görə  məhz vətəndaş  cəmiyyətində  cəza  öz.  sərtliyi 
və  ya  amansızlığı  ilə  deyil,  məhz  humanistləşdirilmosi  ilə  diqqəti  cəlb 
edir?
Tarixi  təcrübə  göstərir  ki,  sosial-iqtisadi  cəhətdən  az  inkişaf  edən, 
hakimiyyətin  mütləq  və  avtoritar  xarakterə  malik  olduğu  cəmiyyətlərdə 
cəza  həmişə  sərtliyi  ilə  seçilmişdir.  Cinayət  cəzalarının  humanistləş- 
dirilməsi  isə  həmişə  inkişaf etmiş  cəmiyyətlərdə  müşahidə  olunmuşdur. 
İnkişaf  etmiş  cəmiyyotloıdə  cəzaların  humanistləşdirilmosi  ənənəsi,  ilk 
növbədə  sanksiyaların  tədricən  yüngülləşdirilməsindo,  həbs  cəzalarının 
ictimai  işlərlə  əvəz  edilməsində  cərimə  kimi  cəzaların  tətbiqinin  geniş­
ləndirilməsində ifadə olunur.
Mühüm  məsələlərdən  biri  cəzanın  effektivliyi  problemidir.  Hüquq 
ədəbiyyatında  qeyd  olunduğu  kimi,  cəzanın  effektivliyi  məsələsi  sosio­
loqların  vo  hüquqşünasların  diqqətini  cəlb  edən  məsələlərdəndir.  Məlum 
problemin  həlli  ətrafında  xeyli  təcrübə  toplanmış,  bu  problemin  təkcə 
nəzəri  istiqamətdə  deyil,  həm  də  praktiki  tədqiqi  istiqamətində  müəyyən 
işlər  görülmüşdür.  Cinayətə  görə  tətbiq  edilən  cəzaların  təzyiqi  altında 
cəmiyyət  üzvünü  cinayətdən  çəkindirməyin  mümkünlüyü  məsələsini,  bir 
çox  müəlliflər  effektivliyi  müəyyən  edən  dəqiq  kriteriya  kimi  qəbul 
etmir.  Bu  mülahizələrin  müəllifi  isə  lıcsab  edir  ki,  təklif edilən  kriteriya 
xeyli abstraktdır.1
Cinayət  cəzasının  təsirliliyi  və  səmərəliliyi  onu  özündə  ehtiva  cdəıı 
qanunun  legitimliyindən  və  mükəmməlliyindən  çox  asılıdır.  Mükəmməl 
qanuna  əsasən  təyin  edilən  cəza  da  öz  səmərəliliyi  ilə  seçilir.  Digər  mü­
hüm  cəhətlərdən  biri  isə  cəmiyyət  üzvlərinin  qüvvədə  olan  qanunlar  və 
eləcə do qanunun pozulduğu halda dövlətin  tətbiq etdiyi  məcburiyyət təd­
birləri, o cümlədən cəzalar haqqında zəruri  məlumatlara malik olmasıdır.
Tətbiq  edilən  cəzalarla  əlaqədar  müxtəlif  kanallarla  verilən  hüquqi 
məlumat  insanların  htiquq  düşüncəsini  zənginləşdirir,  onlara  cinayət 
əməli  və  qanunun  tələbi  haqqında  əlavə  bilik  verir.  Bilik  isə  insanların 
hər cür əməli  fəaliyyətinin  zəruri  şərti  kimi  çıxış  edir.  Burada  hüquq  dü­
şüncəsi  bir-biri  ilə  qarşılıqlı  bağlı  olan  iki  cəhəti  əlaqələndirir:  birincisi, 
ictimai  təhlükəli  əməlin  anlayışından  ibarət  məlumatın  subyektdə  dərk 
olunmuş  əksini  yaradır,  ikincisi,  fərddə  əməli  fəaliyyət  üçün  əsas  olan
1  Saınondorov  F.Y.  Cinayat  hüququnda  caza  problemi:  tarix  va  müasirlik.  Bakı,  BDU,
2009,  s. 146.
43 3


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə