R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə113/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   109   110   111   112   113   114   115   116   ...   131

kün  olmamışdır.  Bunıın  üçün nisbətən böyük  dövrlər götürülüb müqayisə 
edilmişdir.  İnsanın  sosial  fərdi  xüsusiyyətləri  qrup,  icma  və  qəbilə 
daxilində «ərimiş», özünü hiss etdirə bilməmişdir.1
Məlum  olduğu  kimi,  əvəz  funksiyası  Azərbaycan  Respublikasının 
Cinayət  Məcəlləsində  nəzərdə  tutulmamışdır  və  cəzanın  məqsədi  qis­
mində qarşıya  qoyulmur.  Lakin hələ XX  yüzilliyin  70-ci  illərində keçmiş 
sovet  hüquqşünaslarının  bəzisi  onu  cəzanın  əsas  təyinatı  kimi  qiymət­
ləndirirdilər.  O  cümlədən  İ.İ.Karpets təsdiq edirdi  ki, ölüm cəzası  cəzanın 
məqsədini  -   karam  daha  inandırıcı  şəkildə  göstərir.2  Onun  opponcnt- 
Iərinin  fikrincə,  müstəsna  cəza  tədbirinin  əsas  funksiyası  potensial  cina­
yətkarları  vahimələndirməkdən, cinayətlərin qarşısını almaqdan  ibarətdir.
Əgər  əvəz  probleminə  sosial  psixologiya  mövqeyindən  yanaşılarsa, 
sözsüz  ki,  cəza  ilk  növbədə  potensial  cinayətkar  deyil,  məhkum  olunan 
şəxs tərəfindən  hiss  olunur.  Cinayətkar nə qədər tutulub  saxlanılmayıb və 
ona cəza təyin edilməyib,  cəza qorxusunu hiss etsə də,  cəzadan  irəli gələn 
mənəvi  sarsıntıların  nədən  ibarət  olduğunu  duya  bilmir.  Belə  bir  sar­
sıntını,  azadlığın  nə  qədər  şirin nemət  olduğunu yalnız  məhkum  olunmuş 
şəxs  hiss  edir.  Müəyyən  müddətə  və  ya  ömürlük  azadlıqdan  məhrum 
etmə  insanın  ən  toməlli  tələbatdan  məhrum  edilməsi  deməkdir.  Hüquq 
ədəbiyyatında  obrazlı  şəkildə qeyd  edildiyi  kimi, hətta heyvanat aləmində 
azadlığın  itirilməsi  canlı  varlıqların  mahiyyətini  o  qədər  deformasiyaya 
uğradır  ki,  onların  bir  çoxu  qeyri-iradi  olaraq  çoxalmırlar,  çünki  azad­
lıqdan uzaq aləmi normal  hiss, qəbul edə bilmirlər.2
Əvəz subyektlərin  fəallığını  verilmiş  şərait çərçivələri  ilə  məhdudlaş­
dırır  və  artıq  xarici  halların  verdiyi  əlavə  fövqəl  təşəbbüslərin  təzahür­
lərini  nəzərdə  tutmur.  Əvəzin  arxetipik-şüursuz  təbiəti  ekvivalentli  əvəz 
çıxmanın  mənasının  motivloşdirilmiş  şəkildə  əsaslandırılması  zərurətini 
istisna edir.  Təsadüfi  deyildir ki,  müasir şəraitdə  cinayət  cəzalarının yün- 
gülloşdirilməsinin  tərəfdarı  olub  zorakı  cəzaların  və  ölün  cəzasının  əley­
hinə  çıxanlar  əvəz  çıxma  prinsipinin  daha  etik-hüquqi  sivil  fonnulalarla 
əvəzlənməsini  irəli sürürlər.
Cəzanın  əvəz  funksiyası  bütün  sivilizasiyalı  xalqların  adət  hüququ
'  Snmoncbrov  F.Y.  Cinayət  hüququnda  caza  problemi:  tarix  və  müasirlik.  Bakı,  BDU, 
200 9 ,  s.8.
2  Карпец  И.И.  Наказание:  социальные,  правовые  и  криминологические  проблемы. 
М„  1973,  с .141.
’  Юридическая  социология:  Учебник.  М.,  НОРМ Л-ИНФРЛ,  2000,  с.320.
4 38
sisteminə  daxil  olmuşdur.  Xalqların  həyatına  yazılı  qanunların  daxil 
olmasından  sonra  cəzanın  həmin  funksiyası  tədricən  aradan  çıxmışdır. 
Əvəz  yeni  yaranmaqda  olan  hüquq  sistemlərində  bir  müddət  kriteriya 
prinsipi  qismində  qalmaqda  davam  etmişdir.  Bu  da  öz növbəsində  sosial 
ədalətin tarazlaşdmlması  məqsədinə xidmət etmişdir.
Sonrakı  yüzilliklərdə  sosial  praktikada  ekvivalentli  əvəz  çıxma  prin­
sipinin  tətbiqinin  üç  əsas  mümkün  variantına  yol  verilmişdir.  Həmin 
variantlardan  biri  taliona,  onun  bütün  tələbləri  həcmində  əməl  edilmə­
sindən  ibarət  olmuşdur.  İkinci  -   bu,  taliondan  cinayət-məhkəmə  prakti­
kası  tərəfə  geri  çəkilmədir.  Üçüncü  variant  isə  talionun  tələblərindən 
cəzaların  yüngülləşdirilməsi  tərəfə  yayınmadan  ibarətdir.  Bu  variant 
XVIII  yüzillikdə  Avropa  dövlətlərində  meydana  gəlmiş  və  tədricən  bu 
gün də davam etməkdədir.
Dövlətin  hüquq  siyasətinin  tərkib  hissəsi  və  demək  olar  ki,  aparıcı 
qolu  olan cinayət hüquq  siyasəti  cəza  probleminin  mühüm cəhətini  təşkil 
edir. Məhz dövlətin cinayət hüquq siyasəti cəmiyyətin  inkişaf səviyyəsinə 
uyğun  olaraq  müvafiq  pillə  və  mərhələlərdə  hansı  sosial  təhlükəli  əməl­
lərə  görə  cəzaların  sərtləşdiıilməsini,  eyni  dərəcədə  də  yüngülləşdiril- 
mosini müəyyən etməyin başlıca istiqamətlərini işləyib hazırlayır.
Son  dövrdə  cinayət  hiiququ  elmində  cinayət  məsuliyyətinin  (cinayət 
cəzasının)  diferensiasiyası  probleminin  həllinə  xüsusi  diqqət  yetirilməsi 
heç  də  təsadüfi  deyildir.  Bu  məsələ  mühüm  elmi-tətbiqi  problem  kimi 
əhəmiyyət  kəsb  edir.  Məhz  cinayət  məsuliyyətinin  diferensiasiyası  prob­
leminin  həlli  istiqamətində  aparılan  tədqiqatlar  dövlətin  cinayət  hüquq 
siyasətinin zənginləşməsinə təsir göstərən amillərdən  biri  kimi çıxış edir.
Hazırda  cinayət  məsuliyyətinin  və  cinayət  cəzasının  diferensiasiyası 
cinayət  hiiqııq  siyasətinin  əsas  istiqaməti  kimi  qiymətləndirilir.  Ilüquq 
ədəbiyyatında  düzgün  olaraq  qeyd  olunur  ki,  diferensiasiya  ilə  məsuliy­
yətin  (cəzanın)  fərdiləşdirilməsi  arasında  məntiqi  əlaqə  belə  bir  nəticəyə 
gəlməyə  imkan  verir:  «Cinayət  məsuliyyətinin  diferensiasiyası  və 
fərdiləşdirilməsi  eyni  funksiyanı yerinə yetirir».1
2.  Xəbərdarlıq  funksiyası.  Caza haqqında təlimdə xəbərdarlıq funk­
siyasına  üstünlük  verən  nəzəriyyəçilər  belə  hesab  edirlər  ki,  cəzanın 
başlıca  məqsədi  xəbərdarlıqdır.  Bu  nəzəriyyəçilərin  fikrincə,  cəzanın 
xəbərdarlıq funksiyası  iki  növə malikdir:
1  Магомедов  A.A.O  понятии  дифференциации  и  индивидуализации  уголовной 
ответственности  //  Уголовная  политика  и  реформа  уголовного  законодательства. 
М.,  1997, с. 102.
4 3 9


1)  xüsusi  vo ya  şəxsi xəbərdarlıq.  Xəbərdarlığın bu  növü  cinayətkarı 
zərərsizləşdirməkdən,  ona  cəmiyyət üçün  təhlükəli  olan  əməli  törətməyə 
imkan  vcrməmokdon  ötrü  onun  fiziki  surətdə  cəmiyyətdən  təcrid  edil­
məsindən  ibarətdir.  Cinayətkarın  fiziki  saxlanması  ilə  yanaşı,  xüsusi 
xəbərdarlıq residivə psixoloji əks təsir funksiyasına da malikdir;
2)  ümumi  xəbərdarlıq  -  bu,  potensial  surətdə  hüquq  pozuntuları  tö­
rətməyə  qadir  olan  qeyri-sabit  cəmiyyət  üzvlərinin  şüurunda  qanunun 
mümkün pozuntusuna görə cinayət məsuliyyəti haqqında fikirlərin yerloş- 
dirilməsino yönələn  özünəməxsus kriminoloji profilaktikadır.
Bir  elm  kimi  sosiologiya  mövqeyindən  xəbərdarlıq  nəzəriyyəsi 
cəzanın  on  əhəmiyyətli,  aparıcı  məqsədini  əks  etdirir,  çünki  onda  xəbər­
darlığın  sosial  təyinatı  fokuslaşdırılmışdır.  E.Dürkheym  göstərirdi  ki, 
istənilən  dövlətin  siyasəti,  o  cümlədən  zorakılıq  siyasəti  cəmiyyətin  sa­
bitliyinə  vo  intizamlılığına,  onda  qaydaya  vo  təhlükəsizliyə  yönəldilmə­
lidir.  Sivilizasiyalar bütün  zamanlarda eyni  cür hərəkət  etmişlər,  yəni on­
lar cinayətlərin  rcsidivinin qarşısını  almağa soy göstərmiş  vo bu  doğrudur 
ki,  bunu  müxtəlif üsullarla  (məsələn,  orta  əsrlərdə  çarmıxa çəkmə,  bizim 
günlərimizdə cərimə etmə vo s.) etmişlər.1
Etiraf  etmək  lazımdır  ki,  qanunlara  hörmət,  əməl  etmək  və  tabe 
olmaq  vərdişləri  dövlətin  ancaq  cəzalandırma  siyasəti  sayəsində  forma­
laşmır.  Əhalinin  qanuna  itaətli  olması  ilk  növbədə  qanunun  insanların 
mənafelərini  nə  dərəcədə  ifadə  etməsi,  onların  öz  hüquqlarını  ifadə  və 
müdafiə etməsi  üçün  onlara  hansı  imkanları  verməsi  ilə  müəyyən  olunur. 
Əlbəttə  ki,  qanunun  mülayim  üzü  ilə  müqayisədə  sərt  üzünün  çoxluğu 
bütün  dövrlərdə  cəmiyyət  üzvlərini  həmişə  hiddətləndirmiş,  qanunun 
onlara  vermədiyi  qanunsuz  yollarla  əldə  edilmişdir.  Lakin  bu  heç  də  o 
demək  deyildir  ki,  qanunları  humanist  olan  cəmiyyətlərdə  hüquq  pozun­
tularının  pozulması  nadir  hadisədir.  Söhbət  ondan  gedir  ki,  qanunların 
sərtliyi  əhalini  həmişə  kərkin  və  həyəcanlı  vəziyyətdə  saxlayır,  əksinə, 
qanunları  mülayim  və  humanist  olan  cəmiyyətlərdə  onlara  hörmət  daha 
böyük olur.  Başqa  sözlə, qanuna hörmət  o yerdə böyük  və hədsiz  olur ki, 
o,  məhz  insanların  mənafe  vo  maraqlarını  ifadə  və  müdafiə  edir,  ümumi 
təhlükəsizliyə təminat verir.
Nəzərə  almaq  zəruridir ki, bu və ya digər cəmiyyətin  vətəndaşlarının 
hüquq  düşüncəsi  bir  neçə  onilliklər,  hətta  yüzillik  ərzində  formalaşır.
1  Юридическая социология:  Учебник.  M.,  НОРМЛ-ИНФРЛ,  2 0 0 0 , c.323.
4 4 0
Belə  formalaşmanın  özünün  yolları  da heç  də  həmişə  rəvan  olmur  və  o, 
bəzən  çoxsaylı  dolanbaclaıdan  keçməli  olur.  Məsələn,  ölkəmiz  hazırda 
hüquqi dövlət quruculuğu prosesini yaşayır. O bu mərhələyə gəlib çatmaq 
üçün  ilk  nöbədə  asan  olmayan  keçid  dövrünü  yaşamışdır.  Şübhəsiz  ki, 
yeni  hüquqi  sistemin  vo  qanunvericilik  sisteminin  formalaşdığı  bir  şə­
raitdə təşəkkül tapmaqda olan  hüquq düşüncəsi ziddiyyətlərsiz və  mancə- 
lorsiz  ötüşə bilməzdi.  Cəmiyyətimizdə  yeni  hüquq  düşüncəsi  hələ  indi  də 
özünün formalaşma prosesini yaşayır.
Beləliklə  cəzanın  sisteminin  əsasında  duran  xüsusi  və  ümumi  xə­
bərdarlıq  funksiyalarının  sosial  əhəmiyyəti  öziində  sosial  nəzarət  funk­
siyasını  ehtiva etməklə cəmiyyətdə sabitliyin  və  hüquq  qaydasının  qorun­
masına xidmət edir.
3.  Sosial  ədalətin  bərpası  funksiyası.  Artıq  qeyd  olunduğu  kimi, 
sosial  ədalətin  bərpası  məqsədi  Azərbaycan  Respublikasının  cinayət 
qanununda  birbaşa  nəzərdə  tutulmuşdur.  Sosial  ədalətin  bərpası  məqsədi 
cinayət cəzasının elə  bir  funksiyasıdır ki,  o,  eyni  zamanda həm  də pozul­
muş  hüquqların  bərpası  ilə  müşayiət  olunur.  Sosial  təhlükəli  əməlin 
şəxsiyyətin həyat vo sağlamlığı əleyhinə yönəldiyi hallarda sosial ədalətin 
bərpası xüsusi aktuallıq  kəsb edir.
İstənilən kriminal  əməl  cəmiyyətdə  fəaliyyət göstərən  sosial  qaydaya 
və  hüquq  qaydasına,  əxlaq  və  digər birgəyaşayış  normalarına,  sosial  də­
yərlər  sisteminə,  nəhayət,  şəxsiyyətin  qanunla  mühafizə  olunan  konsti­
tusiya  hüquq  və  azadlıqlarına  zərbə  vurur;  bu  zərbə  bəzən  ağır  və  qar­
şısıalınmaz da olur.
Hər  bir  cəmiyyətdə  bütün  sosial  normalar  həmişə  dövlətin  nəzarəti 
altında olur.  Bu nəzarət hüquq-mühafizə orqanları  tərəfindən  həyata keçi­
rilir.  Lakin  müəyyən  obyektiv  və  subyektiv  səbəblər  üzündən  bəzən  so­
sial  qayda dövlətin  nəzarəti  altından  çıxır vo  bu  zaman  cəmiyyətin  sosial 
strukturunda  az  və  ya  böyük  təhlükəli  pozuntular  meydana  çıxır.  Məhz 
buna  görə  do  sosial  qaydanın  dövlətin  daim  nəzarəti  altında  olması  əsas 
prioritetlərdən biri hesab olunur.
Artıq  göstərildiyi  kimi,  E.Dürkheym  məhz  sosial  gərginlik,  dəyərlər 
sisteminin  dərin  böhran  keçirmə  proseslərini  təhlil  edərkən  «anomiya» 
anlayışını  elm  aləminə  gətirmişdir.  Anomiya  qanunsuzluq,  sosial  qarı­
şıqlıq  deməkdir.  Dövlət  belə  qanunsuzluqla  mübarizə  apararkən  özünün 
mühafizəedici  funksiyasını  yerinə yetirir.  Bu  mübarizə  fasiləsiz  prosesdir 
və  onun  gedişində  ilk  növbədə  cinayət-hüquqi  vasitələrdən  istifadə  olu-
441


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə